Gürcü atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac köpək yiyəsini də qapar.
- Acdan soruşdular ki, ən ağır nədir? - Dedi: "Boş mədə".
- Aclıq gələndə - abır gedər.
- Aclıq gələndə utancaqlıq yox olur.
- Adam yoxdursa, ocaqla danış.
- Adı itirməkdənsə, başı itirmək yaxşıdır.
- Axmaq qonşudan od da götürmə.
- Axmaz su iylənər.
- Aqilin "Mənə elə gəlir ki" deməsi, səfehin "Sizi inandırıram ki" deməsindən daha inandırıcıdır.
- Ağac kökü ilə güclüdür, insan - dostları ilə.
- Ağac kömürü ilə güclüdür, insan dostları ilə.
- Ağac yıxılanda - baltalı, baltasız, hamı qaçır üstünə.
- Ağacın kökü suda qurumaz.
- Ağıllı ilə vuruşmaq, axmaqla yeyib-içməkdən yaxşıdır.
- Ağıllı, lakin savadsız insan, əli qandallı aslan kimidir.
- Ağılsız adam dostu ancaq özü çətinə düşəndə salar.
- Ağlın yüngüllüyündən ayağa ağırlıq düşər.
- Araba aşanda yol görünər.
- Arxanı kimə söykəyirsən, dalına daş yükləyir.
- Arvad alanda gözlərindən çox, qulaqlarına inan.
- Atdan düşən, eşşəyə minməz.
- Atının başı balın içindədir, yenə də bal axtarır.
- Ayı meşəyə hirslənib, meşə onu heç görməyib.
- Ayı min cür atılıb-düşür, ancaq cır almanın altında.
- Ayı uşaqlarını böyütmüş, duru su içməyə vaxtı olmamış.
B
[redaktə]- Bacı qardaşdan ötrü öldü, qardaş bacıdan ötrü yox.
- Bal olsa, milçək Bağdaddan gələr.
- Balığa çayda qiymət verməzlər.
- Balığın yavası elə su bulandırar.
- Balina həzm edə bilmədiyini udmur.
- Barmağın ağrısını ürək bilər, ürəyin ağrısıni heç kəs.
- Barmağın birini bükərsən, o birilər də bükülər.
- Başqasının xoşbəxtliyinə həsəd aparacaqsan - öz xoşbəxtliyini görməyəcəksən.
- Batan günəş, doğan aya çəpəki baxar.
- Bazarda şamın bahalaşmağının dərdi kora qalmayıb.
- Bərəni - keçəndən sonra tərifləyərlər.
- Bilik puldan baha, qılıncdan iti, topdan güclüdür.
- Bir ağacdan kürək də düzəlir, bel də.
- Bir it iki dovşanı birlikdə tuta bilməz.
- Bir kədər o birini unutdurar.
- Bir kişi bir nal tapdı və dedi: "Mənə yalnız bir at və üç nal lazımdır."
- Bir şey demək istəyirsənsə , əvvəlcə səni kimin dinləyəcəyini yoxla.
- Borcun heç səsi çıxmaz, ancaq yatmağa da qoymaz.
- Boş yerə oturmaqdansa, boş yerə işləmək yaxşıdır.
- Böyük ağac güclü küləyi sevir.
- Böyük ağrıya kiçik dərman kömək edir.
- Böyük yelkənləri ancaq güclü küləklər aça bilər.
- Bu dünyada bircə şey dilsiz danışır - vicdan.
- Bu dünyada yalnız bir şey dilsiz danışır - dürüstlük.
- Buynuzlayana - arxadan yaxınlaş, təpikləyənə - qabaqdan.
- Bütün quyulara tüpürsən, suyu haradan içərsən?!
C
[redaktə]- Cahilin ağlı başında yox, gözündə olar.
- Canavar apara bilmədiklərinə heyfslənir, mal yiyəsi - aparılana.
- Canavar canavarın dərisini cırmır.
- Canavar itə dedi: "Hünər o deyil ki, mən qaçıram, sən isə dalımca gəlirsən; hünər odur ki, mən geri dönəndə sən quyruğunu göstərməyəsən".
- Canavar ovlayar, canavarı da ovlayarlar.
- Canavardan çoban edə bilmədiyin kimi, oğrudan da müqəddəs edə bilməzsən.
- Cavanlıqda bədxərclik edən qocalıqda acından ölər.
Ç
[redaktə]- Çağrılmamış qonaq taundan pisdir.
- Çay öz yatağını itirməz.
- Çərənçilikdən baş ağrıyar, qarınqululuqdan - mədə.
- Çiçəyin yaxşısı haradasa, arı da ora uşur.
- Çinar çəkib boy verər, bar verməz.
- Çınqıdan - qığılcımdan böyük ağaclar yanar.
D
[redaktə]- Dahi vaxtından qabaq qaçar, müdrik onun ardınca gedər, axmaq çaşar.
- Dartılan ip tez qırılar.
- Daş nə qədər ki, yerindədir - ağırdır, tərpətdin - yüngül gələcək.
- Deyən eləmir, eləyən deyir.
- Dələ getdi ova - dərisiz qayıtdı.
- Dəli dağıdar, ağıllı yığar.
- Dəmir od içində bərkiyər, insan ehtiyac içində.
- Dəniz döndü xəşil oldu - uğursuza qaşıq çatmadı.
- Dəvə oğurlayan da oğrudur, iynə oğurlayan da.
- Dəvədən soruşdular: ərəb atı xoşuna gəlirmi? Dedi: "Qozbel olsaydı, lap yaxşı olardı".
- Dəyməmiş meyvəni dərmə; yetişər, özü düşər.
- Dilin sümüyü yoxdur.
- Dişlər dilin qəsridir.
- Dişsiz qonağı xoşlayıram.
- Doğru danışan, öz qatilidir.
- Dostu üzünə qınayarlar, düşməni - arxada
- Dövlətli ölüyə ağladı, kasıb xərcin dərdini çəkdi.
- Döyürlər, ağlamağa da qoymurlar.
- Dözəninki gətirir.
- Dünyada ən çətin iş - yaxşı ad qazanmaqdır.
- Düşmənimin düşməni dostumdur mənim.
E
[redaktə]- El gedirsə - sən də tələs, dayanırsa - dayan.
- Eşitdiyini deyil, gördüklərini danış.
- Eşşəkdən yıxılmaqdansa, atdan yıxılmaq yaxşıdır.
- Eşşəyin qulağını mişar ilə kəsirmişlər, bu nə səsdi deyirmiş.
- Ev yiyəsi şad olmayanda, qonaq da bikef olar.
- Evi tikən Allah deyilsə, bünövrəni bəzəməyin nə faydası var?
- Eyibsiz dost axtaran tək qalar.
Ə
[redaktə]- Ədalət ölünü dirildər.
- Əgər canavar səni dəvət etsə, onun yanına get, amma itini də özünlə apar.
- Əgər pis qonşudan xilas olmaq istəyirsənsə, ona borc ver.
- Əldə cəmi beş barmaq var, hətta onlar da bərabər deyil.
- Ən ağır daşı su damcı-damcı damıb dələr.
- Ən uzaq yolu adam addım-addım gedib gələr.
F
[redaktə]- Fənd ilə mığmığalar şirə üstün gəlib.
- Fırçalasan da qara qarğa ağarmaz.
G
[redaktə]- Gecə oğrusunu gündüz tutarlar.
- Gəlmək - qonağa baxır, getmək - ev sahibinə.
- Gəncliyi təzə paltar kimi qorumaq lazımdır.
- Göz neyləsə qaşdan yuxarı çıxa bilməz.
- Gözlə bir dəfə görülən (şey) yüz dəfə eşitdiyindən yaxşıdır.
- Gözlər ürəyin aynasıdır.
- Gözlərini yumsan belə, əl ağzın harada olduğunu tapacaq.
- Gözün içinə tərifləyən adam - şeytanın göndərməsidir.
- Güclü qəhqəhə çəkir, zəif şikayətlənir.
- Gül zibillikdə də bitər.
- Günəş vahiddir, amma hərəni bir cür isidir.
- Günəş yeri, dostluq qəlbi isidər.
- Günəşə kim çirkab atsa, öz başına düşər.
- Günəşsiz gün gecə kimidir.
H
[redaktə]- Haqq ağacını daşda da əksən qurumaz.
- Haqqı itirən öz ömrünü qısaldar.
- Haray-həşirdən düşmən qorxmaz.
- Havayı oturmaqdansa, havayı işləmək yaxşıdır.
- Həddindən artıq müqəddəslik Yunanıstanı məhv etdi.
- Həm döyürlər, həm də ağlamağa qoymurlar.
- Hər quş öz yuvasını tanıyır.
- Hər tülkü öz quyruğu ilə fəxr edir.
- Hətta Yerusəlimdə də itlər hürür.
X
[redaktə]- Xəstə sağalır - həkimi görmək də istəmir.
İ
[redaktə]- İblisə barmağını göstər, yapışsın biləyindən.
- İki dayəli uşaq acından ölər.
- İki nəfər desə ki, korsan, gözünü yum.
- İlan qabığını dəyişər, ürəyini yox.
- İlanın çölü ala-buladır, insanın - içərisi.
- İnək duza aldanar, insan sözə.
- İnsan dünyaya gələndə ağlayır, dünyadan gedəndə ah çəkir.
- İnsan etiqadını dəyişər, adətini yox.
- İnsan insana can atar, heyvan meşəyə.
- İnsan nə qədər ki, ölməyib işi gözə görünmür.
- İnsan üçün ən çətin iş - özünü öyrənməkdir.
- İnsanın bütün xoşbəxtliyi yaxşı at, daha yaxşı it və əla şahin sahibi olmaqdan ibarətdir.
- İnsanın gücü ürəyində, ağacın gücü kökündədir.
- İstiot yeməmisən ağzın niyə yanır?
- işi bir ay fikirləş, bircə anda gör.
- İt də duz-çörəyi yadda saxlayır.
- İt olmayan vilayətdə pişiklər hürər.
- İtin quyruğu yeddi il qəlibdə qaldı, düzəlmədi ki düzəlmədi.
- İtlər savaşdı - dilənçininki gətirdi.
K
[redaktə]- Karlar üçün zənglər iki dəfə çalınmır.
- Kasıb gündə on dəfə ölür.
- Keçəl gileyləndi ki, daraq bahalaşıb.
- Keçiyə arxadan, ata qabaqdan, insana hər tərəfdən yanaş.
- Kəl ilə kəlləyə gələn buğa buynuzsuz qalar.
- Kəndin alt başında yalandır dedim, üst başına gəldim mən də inandım.
- Kəndirin uzunu yaxşıdır, sözün qısası.
- Kim haqqı sevməzsə, haqqa nifrət edər.
- Kişi ev tikdi, arvad dağıtdı; arvad tikdi - şeytan da dağıda bilmədi.
- Kişi fəhlədir, arvad bənna; kişi kərpic daşıyır, arvad tikir.
- Köhnə dostla köhnə yolu tez itirmək olar.
- Köhnənin cırılması bitməz, qoca inləməyi bitirməz.
- Külək gətirdiyini külək aparar.
Q
[redaktə]- Qabaqda duran düşmən, dalda duran dostdan yaxşıdır.
- Qaçan da Allaha yalvarır, tutan da.
- Qadın var ki, ağıllı kişidə nöqsan axtarar, axmaq kişidə - ləyaqət.
- Qala içəridən ələ keçirilir.
- Qanı qanla yumaq olmaz.
- Qapmayan it uzaqdan hürər.
- Qar da ağdır, amma bütün aləm onu tapdalayır.
- Qaranlığı görməmisinizsə, işığın qədrini bilməyəcəksiniz.
- Qardaşına da inanma, özünün çəp gözlərinə inan.
- Qarışqanın gözü yox idi, allahdan kiprik diləyirdi.
- Qarğanı xanım kimi böyütdülər, ancaq o, qarıldamağından qalmadı ki, qalmadı.
- Qarışqanı ayağa qoy, başa çıxacaq.
- Qartalın balası ikidən çox olmur.
- Qəfil rasta çıxan kötük, araba çevirər.
- Qılınc kömək etməyən yerdə, dil də gücsüzdür.
- Qırıq qanadla qartal da uça bilməz.
- Qırmaqdan qaçan balıq böyük görünər.
- Qız ərə getmək istəyəndə evdəkilərlə çətin yola gedər.
- Qızılın əli yoxdur, amma hər işi görür.
- Qocalar xatirəylə yaşayır, cavanlar ümidlə.
- Qocalıq Rüstəmi də yendirdi.(Rüstəm - xalq eposunun qəhrəmanı, pəhləvan).
- Qonaq qonağı dəvət etdi, ev sahibi ikisini də qovdu.
- Qonşu qonşunun aynasıdır.
- Qonşun səndən duz istəyəndə, duzun olmasa belə, heç olmasa ona duzlu bir söz de.
- Qorxaq gedəndə öyünər, cəsarətli - qayıdanda.
- Qorxmuş it doqquz il ağaca hürər.
- Qoyunu olmayanın bıçağı küt olar.
- Qozbeli qəbir düzəldər, ancaq bəzən o da bacarmaz.
- Qul olmaq asandır, insan olmaq çətin.
- Quduz iti harada öldürsələr, orada da basdırarlar.
- Qurd qonaq çağırsa get, amma köpəyi də özünlə apar.
- Qurd ölür, minlərlə qurd balası qoyub gedir.
- Qurd sürüyə cumanda vay o adamın halına ki, qoyunu təkdir.
- Qurda dedilər: "Səni qoyunun yanına, oğlunu da quzunun yanına göndərək", qurd dedi: "Quzunun da yanına, qoyunun da yanına özüm gedərəm".
- Qurda "İncil" oxuyurlar, amma onun ürəyindən meşə keçir.
- Qurdla canavar kimi, tülkü ilə tülkü kimi görüş.
- Qurdu ayaqları yedirər.
- Qurdu - qurd kimi, tülkünü - tülkü kimi qarşıla.
- Quş qanadıyla öyünər, qadın - əriylə.
L
[redaktə]- Lazımsızı alsan, çox çəkməz ki, lazımlını satarsan.
M
[redaktə]- May yağışı qızıldır, iyun yağışı - gümüş, iyul yağışı - od.
- Məhəbbət gül axtarar, qısqanclıq - tikan.
- Məhəbbət utancaqlıq bilməz.
- Məhəbbəti, odu və öskürəyi camaatdan gizlədə bilməzsən.
- Mənim amanımı kəsən vicdanımdır.
N
[redaktə]O
[redaktə]- O qədər yağış yağmadı, nə qədər ki, göy guruldadı.
- Odla oynamaq olmaz, suya - inanmaq.
- Odu elə söndür ki, tüstüsü çıxmasın.
- Odunu çox-çox yandıran meşəyə tez-tez gedər.
- Oğru özü varlanmaz, özgəni var-yoxdan çıxarar.
- Oğrunu üç gün dərə gizlədi, üç yüz gün - dağ, ancaq axır ki, tapdılar.
- Oğrunun dilədiyi qaranlıq gecə olar.
- Oğrunun əlinə heç nə keçmədi, öz papağını oğurladı.
- Oğul özümün, ağıl özünün.
- Oğurluq malı saxlayanın günahı oğrudan çox olur.
- On beş atlını qonaq saxlamaq asandır, nəinki bir döş uşağını.
- On dərviş bir həsir üstə yatar, amma iki şah bir səltənətə sığmaz.
- On qadının ağlı bir qoz qabığına sığar və hələ də yer qalar.
- Otuz iki dişin dibindən çıxan söz otuz iki dağ aşar.
Ö
[redaktə]- Ölü aslandansa diri it yaxşıdır.
- Ölüm məni qətiyyən qorxutmur, kaş utanc məndən uzaqlaşsaydı.
- Öyrənmək bilik toxumudur, bilik isə xoşbəxtlik toxumudur.
- Öz fikrini gizləyə bilməyəndən hökmdar olmaz.
- Özgə eləyir - ürəyim ağrıyır, özüm eləyirəm - kürəyim.
- Özgənin səadətinə qısqanan, özü səadət görməz.
P
[redaktə]- Paxıllar ölür, paxıllıq qalır.
- Peyinlikdə nə qədər dərin qazsan, bir o qədər çox iy verər.
- Pis dil torpaqdakı ilanı öldürür.
- Pis gözətçi oğrudan da pisdir.
- Pis insan bütün insanların onun kimi olduğuna inanır.
- Pişiyin başına kolbasa gurultayla düşdü, dedi: "İlahi, məni həmişə belə ildırımlar vursun".
- Pulun dəyərini kasıbdan soruş.
R
[redaktə]S
[redaktə]- Sarı qızıl - qara gün üçündür.
- Sarımsağın iyi sirkədə də üç il qalar.
- Sevgi olmayan yerdə sevinc də yoxdur.
- Səadər qapını üç dəfə döyür, açmasan gedir başqa qapıya.
- Səbr gümüş, səbirsizlik isə oddur.
- Sərvətin qiymətini qazananda bilərlər, dostun qiymətini ... itirəndə.
- Sirr olar iki nəfər arasında, üçüncü bildi - aləm bildi.
- Sovqata sovqat gərəkdir.
- Söz nə qədər çox olsa, iş o qədər az olar.
- Sözü deməmiş, gör qulaq asan kimdir.
- Sözün düzü xoşa gəlməz, xoşa gələn də təkdənbir düz olar.
- Su axıb gedər, qum qalar.
- Su ilə hər şey yuyulur, namusdan başqa.
- Süd daşdı, nənənin xəbəri yox.
- Sünbülün dolusu aşağı baxar, boşu yuxarı.
Ş
[redaktə]- Şadlığa gecik, ehtiyaca tələs.
- Şahın qəzəbinə gəlsən - xalqa üz tut, xalğın qəzəbinə gəlsən - qaç.
- Şahlığı dövran edir, şahlar yox.
- Şalvar geyinən hər kəs kişi adlanmağa layiqdirmi?
- Şamsız yatsan, heç olmasa yuxudan borcsuz duracaqsan.
- Şanslı adamın arvadı ölər, şanssız adamın atı ölər.
- Şeytanlar öz aralarında didişirlər, insanlarla vuruşanda birləşirlər.
- Şərab ağlı da alır, xeyirxahlığı da.
- Şiri caynağından tanıyarlar.
- Şirin dillə dağ maralını da sağmaq olar.
- Şirin söz dəmir qapını da açar.
T
[redaktə]- Taleyə tabe olan qul ölür.
- Tənbəl çoban sürünü uzaqdan qaytarar.
- Tənbəllik - kasıblığın açarıdır.
- Tənbəllik - yamanlığın anasıdır.
- Təzə dost qazan, köhnəni də unutma.
- Tox qırğı ələ qonmaz.
- Tox molla ac qurddan pisdir.
- Tülkü öləndə də başını toyuq hininə çevirdi.
- Tülkü öz quyruğunu şahid apardı.
- Tülkü özü hara, quyruğu da ora.
U
[redaktə]- Ulağa yüklənən hər şey onun özünə verilmir.
- Ulağı toya çağırdılar - su daşıtdırmağa.
- Uşaqla dəlini mühakimə etməzlər.
- Uşağa demə kökə verəcəksən, deyibsən, ver.
- Uşağınızı cəzalandırırsınızsa, axmaqsınız.
Ü
[redaktə]- Üzü küləyə tüpürən adam öz üzünə tüpürər.
V
[redaktə]- Var-dövlət Allah yanında günahdır, kasıblıq - camaat yanında.
- Var-dövlət milçək kimidir: gah peyinə qonar, gah gülə.
- Vicdan əzabı qamçıdan güclüdür.
- Vicdanın dişi yoxdur, amma dişləyib-didir.
- Vurağan öküzə allah buynuz verməz.
Y
[redaktə]- Yaxşı atın arpasını artırarlar, pis atın qamçısını.
- Yaxşı bir iş görsən - daş qoyursan, yeriməyə davam et - qarşında ona rast gələcəksən.
- Yaxşı danışan yaxşı dinləyici istəyir.
- Yaxşı qonşunu gündən qabaq görmək gərək.
- Yaxşı ovçunun tüfəngi pas atmaz.
- Yaxşı səndən qaçırsa, dalına düş; yaman sənə tərəf gəlirsə, kənara çəkil.
- Yaxşıyla - yaxşı, yamanla - yaman.
- Yatanı ilan da çalmaz.
- Yel gətirəni yel də aparar.
- Yemək yeyəndə it də susur.
- Yiyəsiz qoyunu qışda da qırxarlar.
- Yıxılanı döyməzlər.
- Yuyulmamış üzlə hətta bacı da qardaşa görünməz.
Z
[redaktə]- Zibillikdə göbələk tez yetişər, amma tez də qopub düşər.
- Zorla almaq olar, zorla bağışlamaq olmaz.
Mənbə
[redaktə]- Dünya xalqlarının atalar sözləri. Bakı,2015.