Məzmuna keç

Kəlilə və Dimnə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı adam həmişə sənət və hünər əldə edib yaxşı ad qoymağa çalışar.
  • Ağıllı adamlar kin və ədavəti alovlandırmır, onu boğub məhv etməyi üstün tuturlar.
  • Ağıllı adam odur ki, əcdadlarının həyatından ibrət dərsi götürüb onların təcrübəsindən istifadə edə.
  • Ağıllı adamların ən layiqli cəhəti - yersiz danışmamaqdır.
  • Ağızdan çıxan sözü, yaydan çıxan oxu, tüfəngdən çıxan gülləni geri qaytara bilməzsən.
  • Alicənablığın şərti yaxşılıq etməyə yol tapmaqdır.
  • Anlamayana yaxşılıq eləməkdən, qulaq asmayana nəsihət söyləməkdən, ağzı boşa sirr verməkdən daha böyük səhv ola bilməz.
  • Arx və çay suyu dənizə tökülənnə qədər şirin olur.
  • Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərgərdəsinə görə müəyyən edilir.
  • Bir dana minlərlə inək arasında necə gəlib anasını tapırsa, insanın etdiyi yaxşılıq və pisliklər də gec-tez gəlib onu tapır.
  • Böyük rütbəyə çatmaq üçün üç şərt var. 1.Zəhmət çəkmək. 2.Dövlət sərf etmək. 3.Güzəştə getmək.
  • Bu sirri qəlbində elə gizlə ki, Qəlb özü axtarsa, tapa bilməsin.
  • Büdrəyib yıxılanda, bədbəxtlik üz verəndə əqldən başqa heç nə insana kömək edə bilməz.
  • Bütün bəlaların mənbəyi tamahkarlıq, bütün cəfaların səbəbi hərislikdir.
  • Bütün işlər yalnız çalışmaqla və səy göstərməklə yerinə yetirilə bilər.
  • Dəf edilməsi mümkün olmayan dərdə dözməkdən başqa çarə yoxdur.
  • Dilini saxlasan, başın salamat olar.
  • Düşmənlə həmdəm olan ağıldan da kəm olar.
  • Düz və təmiz adamlar arasındakı dostluq möhkəm olur.
  • Düzgün fikirləşib doğru tədbir tökmək, ağıl və təmkinlə hərəkət etmək hər şeydən üstündür.
  • Düzgün rəy deyilmişləri nəzərdən keçirib, deyilməmişləri dərk etmək yolu ilə meydana çıxır.
  • Çox danışmaq əqlin azlığına, yalan danışmaq iradənin zəifliyinə dəlalət edir.
  • Çox zaman dostluq və düşmənçilik uzun sürüb əbədi olmur. Dostluq da, düşmənçilik də bahar buludu kimi gah yağar, gah da kəsər.
  • Ehtiyac ən böyük bədbəxtlik, əsl müsibətdir, insanı həyasızlaşdırır, insafı və mürvəti əlindən alır, qüvvət və iradəsini zəiflədir.
  • Ehtiyatlı adam həm özündən aşağı, həm də özündən yuxarı vəzifəli adamlarla məsləhətləşməlidir.
  • Elm o dünyaya aparılacaq ən böyük sovqatdır.
  • Əhdə vəfa, dərdə şəfa.
  • Əql xeyir qapılarının açarıı, səadət xəzinələrinin kilididir.
  • Əql ilə həya ən yaxın və ayrılmaz dostdur, bunlardan biri itdikdə o birisini tapmaq olmur.
  • Əql və təcrübə sahibləri açıq günah üstündə gizlin cəza verməyi məsləhət görməzlər. [1]
  • Əqlinlə məsləhətləşməmiş danışma.
  • Ən kamil ağıl - ola biləcək və ola bilməyəcək şeyləri bir-birindən ayıra bilməkdir.
  • Fəthin, zəfərin, qələbənin, xoşbəxtliyin, səadətin açarı ehtiyatlı olmaqdır. Ehtiyatlılığın birinci şərti isə məşvərətdir.
  • Fikir və əqidədə tək qalan adam məhv olar, özünə köməkçi tapa bilməz.
  • Heç bir sübut olmadan, yalnız ehtimala əsasən yaxşı adamları məhv etmək, öz kökünə balta vurmaq kimi bir şeydir.
  • Hikmət sahibləri öz işlərini həmişə həyatın tələbinə görə qururlar.
  • Hikmət sahibləri yalnız o zaman yaşamağı arzu edirlər ki, ömür xoş və mənalı keçsin. Rüsvayçılıq və bədbəxtlik olan yerdə onlar ölümü üstün tuturlar.
  • Hiylə və xəyanət ağacının barı müsibət və fəlakət olar.
  • Hünər sahibinin olan yoldaşı,
    Çatar məqsədinə hər addımbaşı.
  • Xain adamları əfv etmək sadiq adamları öldürmək deməkdir.
  • Xoşbəxtlik zəhmət və iradənin, əmək və səyin nəticəsində əldə edilir.
  • İnsan hər şeydən çox dilindən bəlaya düşür.
  • İnsan öz əqlilə məsləhətləşməmiş sözə başlamaz.
  • İnsan zəhərli ağac əkdiyini o zaman bilir ki, onun meyvəsini özünə yedirirlər.
  • İnsanı dünya sirlərinə vaqif edən dörd şeydir: Hikmət - yəni alimlik, savad və hər şeyi ətraflı düşünə bilmək. Əql - yəni tədbir, səbr, nəzakət, mərhəmət. Təmkin - yəni həya, alicənablıq, özünü ələ almaq və özünü dərk etmək. Ədalət - yəni doğruluq, vədi yerinə yetirmək, yaxşı işlər görmək, xoşxasiyyətlilik.
  • İstedad, əql və kamal iki növdür: 1.Fitri - yəni anadangəlmə. 2.Əməli - yəni təcrübə vasitəsilə əldə edilən.
  • İşlərini əql, təmkin, təcrübə, ehtiyat, iradə və mətanətlə qurmayan adam axırda peşmançılıq çəkər.
  • Kim sitəm qılıncı qaldırsa əgər,
    Həmin qılıncla da məhv olub gedər.
  • Qarşılıqlı mehribançılıq nə qədər çox olsa, o qədər məhəbbət artar.
  • Qəşəng sözlər yalnız işlə möhkəmləndikdə gözəl nəticə verər.
  • Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır.
  • Malı gedənin hörməti də onunla gedər.
  • Nə qədər çalışsalar da, yenə hünər və istedadı gizli saxlamaq olmaz.
  • Nəfsə tabe olmaq əql və kamala nöqsan gətirir və düzgün qərar çıxarmağa mane olur.
  • Nəzəriyyə təcrübəsiz, forma məzmunsuz fayda verməz.
  • Padşahlar üçün kin saxlamaq və yalan danışmaqdan böyük eyib ola bilməz.
  • Pis adamlla qonşu olan kəs, dəniz səyyahı kimidir: batmaqdan yaxasını qurtarsa da, daima qorxu altında olar.
  • Sözü hə qədər ki, deməmisən, o sənin qulundur, dedinsə, oldu ağan.
  • Var olan yerdə xəsislik etmə.
  • Yaxşılıq elə yaxşılıq bilənə,
    Eyləmə haqq yeyib, nahaq deyənə.
  • Yersiz danışmağın sonu peşmançılıqdır.
  • Zorla boyuna qoyulan vəzifə layiqincə yerinə yetirilə bilməz.
  • Zülm qılıncı işlədən elə həmin qılıncla da məhv olar.
  • Zülm örtüyü xeyirli işi dərk etməyə mane olduğu kimi, cəhalət pərdəsi də xoşbəxtliyi görməyə əngəl törədir.

İstinadlar

[redaktə]
  1. Hikmət xəzinəsindən incilər. Bakı, 2009