Lal
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllılar ağzını, lallar isə əlini qaldırar. Sinqapur atalar sözləri
B
[redaktə]- Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
D
[redaktə]- Dil yalançı olunca, lal olsa yaxşıdır. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
G
[redaktə]- Göz yaşları—lal nitqdir. Volter
H
[redaktə]- Heç danışmazsan - olarsan lal. Malayal atalar sözləri
İ
[redaktə]- İnsan neçə həyat yaşayandan sonra yorular? Neçə ildən sonra yaşlı, neçə məğlubiyyətdən sonra bezgin, neçə sevdadan sonra qəlbsiz, neçə kəlmədən sonra lal olar? Əlif Şəfəq
L
[redaktə]- Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır. Kəlilə və Dimnə
- Lalın ürəyi anasına da qaranlıqdır. Koreya atalar sözləri
- Lalların düşməni olmaz. Benqal atalar sözləri
O
[redaktə]- ONU tanısaydınız, ONun qarşısında dilləriniz lal kəsilərdi; ürəkləriniz və digər üzvləriniz hər halında ədəbli olardı. Əbdülqədir Geylani