Koreya atalar sözləri
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Aclıq çəkərsən - dünyanı öyrənərsən.
- Ağzın əyri də olsa, düz danış.
- Arvadı qırmızı tuman geyməmiş ələ al. (Qırmızı tuman Koreya qadınlarının toy paltarıdır).
- Arvadla küsüşmək bıçaqla su kəsmək kimidir.
- Atılan oxu qaytarmaq olar, deyilən sözü yox.
- Ayağını yorğanına görə uzat.
B[redaktə]
- Bal şirindir, amma arılar sancır.
- Balta kütləşər - itilərsən, insan ölər - qaytara bilməzsən.
- Barmaqlar dünyaya birlikdə gəlirlər, ancaq biri böyük, o biri balaca.
- Başlamaq işin yarısıdır.
- Bəd xəbəri eşitmək naxoşluqdur, eşitməmək - dərman.
- Bəzən siçan yuvasına da gün düşür.
- Bir balaca balıq bütün suyu bulandırır.
- Bir dəfə görmək on dəfə eşitməkdən yaxşıdır.
- Bir gün yubatsan, on gün uzanacaq.
- Bişmiş toyuq qaqqıldamaz.
- Bıçaq öz sapını kəsməz.
- Bolluq ilində dilənçi lap çox yazıq olar.
- Borcu verəndə oturmuş olursan, alanda - durmuş.
- Boş araba bərk səs salar.
- Böhtan vaxtından tez ölər.
- Budaqlı ağacın küləksiz günü olmaz.
C[redaktə]
- Canavar canavara yaxın durar, cüyür cüyürə.
- Cüyür it yuxusu görməz.
Ç[redaktə]
- Çörək atarsan, çörək atarlar, daş atarsan - daş.
D[redaktə]
- Dağılan suyu yığmaq olmaz.
- Dəmirçixanada mətbəx böcəyiı tapmazsan.
- Dəniz suyunun şor olduğunu bilmək üçün vacib deyil ki, bütün dənizi içəsən.
- Dənizi səpələmək olar, amma insan tamahını söndürmək olmaz.
- Dərin suda balıq olar.
- Dostla istəyir lap Karrama get. (Karram - Cənubi Çin).
- Duz yalamış inək quyuya baxan kimi baxır.
- Dülgər çox olan yerdə divar əyri olar.
- Düşmənlə həmişə tir körpü üstündə rastlaşarsan.
- Düyünü səpərsən - yığarsan, sözü deyətsən - geri qaytara bilməzsən.
G[redaktə]
- Gün vuran öküz, ay görəndə titrəyər.
F[redaktə]
- Fələyi barmaqla hədələyir.
H[redaktə]
- Hər quşa öz yuvası əzizdir.
- Hətta göylər də uçulsa, çıxmağa yer tapılacaq.
- Hündür dağların kölgəsi də böyük olar.
X[redaktə]
- Xərçəng həmişə krabın tərəfində olar.
İ[redaktə]
- İnsan bambuq kimi düz olmalıdır, - o, sınar, lakin əyilməz.
- İşi yaxşı olanda yad olur, pis olanda - qohum.
- İynə oğurlayan, öküz də oğurlar.
K[redaktə]
- Kor öz toyuğunu oğurladı yedi.
- Kor yıxılar - əsa günahkar olar.
- Köhnə olmasa, təzə də olmaz.
- Köksüz ağacın meyvəsi olmaz.
- Külək yelkənləri qaldırır.
Q[redaktə]
- Qabağa gedənin qisməti var, yatanın yox.
- Qanun uzaqdadır, yumruq yaxında.
- Qanunlar oğrular olduğu üçün yazılır.
- Qaraquş milçək ovlamaz.
- Qaranquşu qocalıqda qırqovul da haqlayır.
- Qardaşa verməyə heç nə yoxdur, oğru götürməyə bir şey var.
- Qarğa əti yeyib. (Huşsuz adam haqqında. Etiqada görə kim qarğa əti yesə huşsuzluq bəlasına tutular).
- Qarğa on iki hava qarıldayar: hamısı da bir cür - zəhlə tökən.
- Qızı ölmüş kişi odsuz manqal kimidir.
- Qonağı ötürdü, yeməyə oturdu.
- Qonşu həmişə bərk xoruldar.
- Quruşu da sıxsan, əlinin içi tərləyəcək.
- Quş hara qonursa, orada lələyindən qalar.
- Quyudakı qurbağanın dənizdən heç xəbəri də yoxdur.
L[redaktə]
- Lampanın öz dibi qaranlıq olar.
- Lalın ürəyi anasına da qaranlıqdır.
M[redaktə]
- Milçək atın quyruğunda min verst də gedər.
- Müdir nə desə düzdür.
O[redaktə]
- Oğrunu özün buraxsan, it də qapmaz.
- Oğrunun ayı görməyə gözü olmaz.
Ö[redaktə]
- Özgənin oduyla krab tutur.
P[redaktə]
- Pələng dişi ilə parçalayar, ona buynuz nə lazım?
- Pələng olmayan dərədə dovşan da şahdır.
- Pul yığma, uşağına savad öyrət.
- Pula kim tüpürər.
- Pulu olsa, it də olar "hav-hav ağa"
S[redaktə]
- Sevilməyən uşaq həmişə çox yeyər.
- Sıldırımın başında ağac olmaz, lovğanın başında ağıl.
- Sözün ayağı yoxdur, amma min liyə bərabər yol gedir. (Lİ - 0,5 km-ə yaxın uzunluq ölçüsü).
- Su üzdən şəffaf olsa, dibdən də şəffaf olacaq.
- Suda boğulan xilas ediləndə tələb edir ki, batan şeylərini də çıxarsınlar.
- Suyun dərinliyini bilərsən, qadın ürəyini yox.
- Sünbülün dəni çox olduqca, aşağı əyilər.
- Sürünənlərin üstündə uçuşanlar var.
Ş[redaktə]
- Şəhər xəbərini bilmək istəyirsənsə, əyalətə get.
- Şirin soyası olanı başa çək, şirin dilə tutanın yanına getmə. (Soya - paxla fəsiləsindən bir illik bitki).
U[redaktə]
- Uçmağı bacaran, sürünməyi bacarmaz.
- Utancaqlıq insanı məhv edir.
- Uşağı yandırıb, göbəkbağısını əzizləyir. (Adətə görə, uşaq doğulandan sonra göbəkbağısını yandırılar).
Ü[redaktə]
- Üç gün ac qal, dördüncü gün oğurlayacaqsan.
- Üç il xəstə yat - ən istəkli oğlun da sözünə baxmayacaq.
- Üç yaşlının adəti səksən yaşına qalar.
- Üzə güzgüdə baxırlar, ürəyi də şərabla açıb baxırlar.
V[redaktə]
- Varlanan dilənçi sədəqə verməz.
- Vəhşi qabanın dalınca qaçarsan, evdəki donuz da əlindən qaçar.
Y[redaktə]
- Yaxşı danışarsan - yaxşı da cavab verərlər.
- Yanban yatar, amma it kimi hürməz. (Yanban - dvoryan)
- Yayda bir gün boş gəzərsən - qışda on gün ac qalarsan.
- Yazda çıxan cücəni, payızda sayarlar.
- Yeməyi xoşlamırsan - at itə, adamı xoşlamırsan - döz.
- Yolu tanısan da bir dəfə soruş.