Bal
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bal arını çəkər, şirin dil - insanı. Tatar atalar sözləri
- Bal da şirindir, amma hamı yemir. Abxaz atalar sözləri
- Bal tutan barmaq yalar. - Azərbaycan atalar sözləri/B
- Bal şirindir, amma arılar sancır. Koreya atalar sözləri
- Bal verən çiçəyi arı tanıyar. Azərbaycan atalar sözləri/B
- Bal yeyib, bəlasını çəkir. Azərbaycan atalar sözləri/B
- Bala baldan şirindir. Azərbaycan atalar sözləri/B
- Balını ye, arısını soruşma.Azərbaycan atalar sözləri/B
- Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır. - Azərbaycan atalar sözləri/B
C[redaktə]
- Cahil ilə bal yemə, ahıl ilə daş daşı. Azərbaycan atalar sözləri/C
D[redaktə]
- Dildən bal da damar, zəhər də. Qırğız atalar sözləri
İ[redaktə]
- İnsanın öz canı elə şirindir ki, bal belə onun yanında çox duzlu qalar! - Məhməd Murad İldan
- İstəyirsən bal-çörək; al əlinə bel, kürək. Azərbaycan atalar sözləri/İ
M[redaktə]
- Möhür bal mumunda necə iz buraxsa, əşya da insanda elə iz buraxar. - Epikür
S[redaktə]
- Sağlam deyilsənsə, yediyin bal da zəhər dadacaq. Artur Şopenhauer
- Səbr insana əvvəlcə zəhər kimi görünür, lakin buna öyrəşəndən sonra bal olur. Uilyam Şekspir
Ş[redaktə]
- Şamın əsli iz buraxan bal mumu deyil, işıqdır. Antuan de Sent-Ekzüperi
Z[redaktə]
- Zəhmət çəkməyən bal yeməz. - Azərbaycan atalar sözləri