Məzmuna keç

Azərbaycan atalar sözləri/İ

X Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
K
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • İçdim üzüm suyunu, tökdüm üzüm suyunu.
  • İçim özümü yandırır, çölüm özgəsini.
  • İgid arxasinda igid gizlənər.
  • İgid ağzını açmaz, əlini açar.
  • İgid basdığın kəsməz.
  • İgid döyüşdə məlum olar.
  • İgid qovqasız olmaz.
  • İgid igidə xor baxmaz.
  • İgid ilqarından dönməz, dəvə ovsarından.
  • İgid ləqəbilə tanınar.
  • İgid min yaşar, fürsət bir düşər.
  • İgid odur atdan düşə atlana, İgid odur hər yaraya qatlana.
  • İgid odur yaman gündə əl tuta.
  • İgid oğul cavan eylər atanı.
  • İgid oğul dayısına çəkər.
  • İgid oğul düşmənə boyun əyməz.
  • İgid oğul düşmənə əyilməz.
  • İgid ölər, adı qalar.
  • İgid ölər adı qalar, müxənnətin nəyi qalar?!
  • İgid ya tər altında, ya yer altında
  • İgid yarasına igid qatlanar.
  • İgid yarasız ölməz.
  • İgiddə öldü olar, döndü olmaz.
  • İgidim igid olsun, kol dibi evim olsun.
  • İgidin adı çıxınca canı çıxar.
  • İgidin başı qalda gərək.
  • İgidin əli işdə gərək.
  • İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı.
  • İgidin sözü ilə işi bir olar.
  • İgidin süfrəsi açıq olar.
  • İgidin yaraşığı sınağdır.
  • İgidlik biləklə deyil, ürəklədir.
  • İgidlik döyüşdə məlum olar.
  • İgidlik ondur: biri zordur, doqquzu fənd.
  • İki arvadlı ev zibilli olar.
  • İki arvadlı evdə bərəkət olmaz.
  • İki arvadlı gecə şamsız qalar.
  • İki arvadlı kişinin ağzının dadı olmaz.
  • İki arvadlı kişinin yaxası çırıq olar.
  • İki bülbül bir budaqda oxumaz.
  • İki daşı çaxaram, tamaşaya baxaram.
  • İki dəvə əlləşəndə otluq xarab olar.
  • İki düşün, bir danış.
  • İki eşşək bir axurdan arpa yeməz.
  • İki evin urvasından bir fətir olar.
  • İki fikir bir fikirdən daha yaxşıdır.
  • İki güləşənin biri basılar.
  • İki it bir aslana dov gələr.
  • İki itin arasına para sümük atmazlar.
  • İki kəsək bir daşa əvəz olmaz.
  • İki kişi danışanda, üçüncüsü sən olma.
  • İki qardaş savaşıb, axmaq buna inanıb.
  • İki qapıda gəzən köpək ac qalar.
  • İki qibləyə namaz olmaz.
  • İki qılınc bir qına sığmaz.
  • İki qoçun başı bir qazanda qaynamaz.
  • İki verməzsən, bir ala bilməzsən.
  • İki yana baxan çaş qalar.
  • İki yumruq bir başa yükdür.
  • İl baharından bilinər.
  • İl xırmansız olmaz.
  • İl ötər, ay dolanar, şənbə düşər novruza.
  • İl var bir günə dəyməz, gün var min aya dəyər.
  • İlan balasını da çalar.
  • İlan yarpızdan qaçar, hara getsə, yenə qarşısına çıxar.
  • İlan çalan yatar, ac yatmaz.
  • İlan çıxdığı bacanı yaxşı tanıyır.
  • İlan hər yerə əyri gedər, öz yuvasına düz.
  • İlan ilanı yeməyincə əjdaha olmaz.
  • İlan qabığını dəyişər, xasiyyətini dəyişməz.
  • İlan öz əyrisini bilməz, deyər; dəvənin boynu əyridir.
  • İlan öz qonşusunu çalmaz.
  • İlan ulduz görməsə ölməz.
  • İlan vuran ala çatıdan qorxar.
  • İlana ağu verən kərtənkələdi.
  • İlana balası qənim olar.
  • İlanı tapdamasan sancmaz.
  • İlanı özgə əli ilə tutur.
  • İlanı Seyid Əhməd əliylə tutur.
  • İlanı sən tut, mən gözünə darı salım.
  • İlanı yaralı buraxmazlar.
  • İlanı yuvasında öldür.
  • İlanın ağına da lənət, qarasına da.
  • İlanın başı ağrıyanda yolun ortasında yatar.
  • İlanın başın düşmənin əlinnən əz.
  • İlanın quyruğun basmasan, səni sancmaz.
  • İlanın zəhləsi yarpızdan gedər, o da bitərburnunun dibində.
  • İlxıçının qazancı havayı minməkdir.
  • İlikli sümük ağır olar.
  • İlin axır çərşənbəsi kimiyə düşər, kimiyə yox.
  • İlqar - iman.
  • İlqarı olmayanın imanı da olmaz.
  • İmam əzizdir, qara pul imamdan da əzizdir.
  • İmam şaftalı ağacı deyil ki, hər yerdə bitə.
  • İmam tək-tək tapılar, tin başı şümürdür.
  • İman əzizdir.
  • İmandan qonşu payı olmaz.
  • İmtahan yerdədi, göydə deyil.
  • İncələn yerdən üzülər.
  • İnək buzovun ayağını basmaz.
  • İnək göz eləməsə, kələ sıçramaz.
  • İnək sağa bilməyənə həyət əyridir.
  • İnək su içər - süd olar, ilan su içər - zəhər.
  • İnək südünə görə mələr.
  • İnsaf dinin yarısıdır.
  • İnsan çiy süd əmibdi.
  • İnsan dilindən dağlanar, heyvan belindən.
  • İnsan xain olmasa, heyvan damğanı neylər?
  • İnsan olan zülmə dözməz.
  • İnsan söyləşə-söyləşə, heyvan iyləşə-iyləşə.
  • İnsan yaxşılığın quludur.
  • İnsanın bir əvvəli, bir axırı.
  • İnsanın əti yeyilməz, dərisi geyilməz, ancaq şirin dili gərək!
  • İnsanınkı gətirməyəndə, xaşıl yeyəndə də dişi sınar.
  • İpək köhnələndə eşşəyə palan olar.
  • İpək necə xar olub, eşşəyə cidar olub!
  • İpək yumşaq olduğundan, qılınc kəsməz.
  • İpində varsa, cəhrəsində də var, onu əyirən çəpəldə də var.
  • İsinmədik istisinə, kor olduq tüstüsünə.
  • İslanmışın yağışdan nə qorxusu?!
  • İsmarıcnan Həcc qəbul olunmaz.
  • İstədi qaş düzəldə, vurdu gözün çıxardı.
  • İstədiyim yar idi, yetirdi pərvərdigar.
  • İstədiyin söyləyən, istəmədiyin eşidər.
  • İstək gözdə olar.
  • İstəmək bir ayıb, verməmək iki ayıb.
  • İstərəm dosta varam, əlim boş, üzüm qara.
  • İstəyənin bir üzü qara, verməyənin iki üzü.
  • İstəyirsən bal-çörək, al əlinə bel-kürək.
  • İsti aşa soyuq su qatmazlar.
  • İsti çörək təndirdən, minnəti yox pendirdən.
  • İsti sevən tüstüsünə dözər.
  • İsti-soyuq bilmir.
  • İş əldən, söz dildən, oğul beldən gəlməsə nə faydası?!
  • İş ərəb sacına döndü.[1]
  • İş gedər sahibin tapar.
  • İş insanı safa çıxardar.
  • İş insanın cövhəridir.
  • İş tərs gələndə xəşil diş sındırar.
  • İş ustasından qorxar.
  • İşdən artmaz, dişdən artar.
  • İşə bax, ala qarğa şux tərlanı bəyənmir.
  • İşi başlayan yarıda qoymaz.
  • İşıq gələn yeri tıxamazlar.
  • İşıq olan yerdə yaraşıq olar.
  • İşlək at arpasını artırar.
  • İşlək dəmir pas tutmaz.
  • İşləmək dərdindən yeməyə həsrət canım.
  • İşlənməyən dəmiri pas tutar.
  • İşləməyən dişdəməz
  • İşləyən inci taxar, işləməyən yandan baxar.
  • İstədiyini unut, gördüyünü demə.
  • İt acından oğurluq elər.
  • İt adına üyüdüb özü yeyir.
  • İt ağırlığını qurda bildirməz.
  • İt ağzı dəyməklə doqqaz murdar olmaz.
  • İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.
  • İt aya hürər, başına qal gətirər.
  • İt bilir xurcunda nə var, çoban da bilir itə nə verəcək.
  • İt bir olar, yoxsa bir sürü?!
  • İt bir yara ilə ölməz.
  • İt də getdi, ip də getdi.
  • İt də öz qapısında ağadır.
  • İt də yuxa yeyər, dürməyini bilsə.
  • İt dəmirçi dükanından nə aparar?!
  • İt dəvəyə hürər, dəvənin xəbəri olmaz.
  • İt əppəyə, uşaq məhəbbətə.
  • İt əti olsun, şişdə olsun.
  • İt getdi, qurd gəldi.
  • İt hardan aldı iki küt, birin yesin, birin də başın altına qoysun.
  • İt hürər, karvan keçər.
  • İt it ilən savaşar, çaya gedəndə bir gedər.
  • İt itin ayağını basmaz.
  • İt itin ətini yeməyib, hampa hampanın ətini yeyib.
  • İt itlə savaşanda bir ayağın dalda tutar.
  • İt itliyindən əl çəkər, sümsünməyindən əl çəkməz.
  • İt itnən boğuşdu, qurdun işi rast düşdü.
  • İt kəlləsini xonçaya qoyarsan, sürüşüb düşər.
  • İt kütdən qaçmaz, qonaq məhəbbətdən.
  • İt qəssab dükanından ət apardı, ayağın kəsdi.
  • İt qışı çıxardar, amma dərisi nə çəkər.
  • İt qorxduğu yerə hürər.
  • İt qorxusundan oğurluğa getməz.
  • İt quduranda yiyəsini də qapar.
  • İt qulağı əppək eşitdi.
  • İt qulağını kəsəndən qorxar.
  • İt qursağı sarı yağ götürməz.
  • İt motaldan əl çəkdi, motal itdən əl çəkmədi.
  • İt nədir ki, yunu nə ola?
  • İt olsun, komasında hürsün.
  • İt özü nədir ki, südü nə ola?
  • İt özüdür, qurdu mənə göstərir.
  • İt özündən təmizini tanımaz.
  • İt saxla, başını gəmirsin.
  • İt sünsünər doyar, adam sümsünər doymaz.
  • İt sümüyü udanda sevinə-sevinə udar, tamaşadı çıxaranda.
  • İt ulaya-ulaya yuvasına qurd gətirər.
  • İt yediyin qusar.
  • İtdən çox çarıq aparan yox, yenə ayaqları yalındır.
  • İtdən qurtardıq, qurda rast gəldik.
  • İtdən törəyən it olar.
  • İtdən utanmasan, sahibindən utan.
  • İtə bax, yediyi kütüyə bax.
  • İtə çörək atarlar yiyəsinin xatirinə.
  • İtə çörək verməzsən, acından hürər.
  • İtə umudlu ol, ağacını yerə qoyma.
  • İtə umudlu olduq, hürmədi evimizi yıxdı.
  • İti dalıma almışam qurd qorxusundan.
  • İti itlə boğdurarlar.
  • İti öldürənə sürütdürərlər.
  • İtin axsağı ovdan qalmaz.
  • İtin ayağın basarsan, səni qapar.
  • İtin dirisi nədir ki, ölüsü nə ola?
  • İtin əbləhi qayğanaqdan pay umar.
  • İtin hürməyi dilənçini qaytarmaz.
  • İtin qabağından qalanı aslan yeməz.
  • İtin qudursun, çaqqal!
  • İtin qulağını küçük ikən kəsərlər.
  • İtin ölümü gələndə çobanın dəyənəyinə sürtünər.
  • İtin yanından bəy kimi keç, bəyin yanından it kimi keç.
  • İtini haya öytətmə, qonşunu paya.
  • İtlə yatan bitlə qalxar.
  • İtlə yoldaş oldun, daşı əldən buraxma.
  • İtən baltanın sapı qızıl olar.
  • İtiyi itən soraq elər.
  • İy də varsa, cəhrə də var, onu əyirən qarı da var.
  • İynə batırana çuvalduz batırarlar.
  • İynə işini çuvalduz görməz.
  • İynənin kiçik ucunu özünə batır, böyük ucunu özgəyə.

Mənbə

[redaktə]
  • Atalar sözü, Bakı.1985
  • Atalar sözləri, Bakı.2004
  1. Atalar sözü:/ B.Tahirbəyovun redaktəsi ilə. Bakı:Yazıçı, 1985, səh.375.