Azərbaycan atalar sözləri/K

Vikisitat saytından
İ Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
Q
Sister Projects. Həmçinin baxın: Haqqında •


Ka[redaktə]

  • Kabab iyinə getmişdi, gördü eşşək dağlayırlar.
  • Kabab qanlı, igid canlı.
  • Kababı köz öldürər, igidi söz.
  • Kafır əppəyin yeyən, kafir muzdına salavat verər.
  • Kağız dözər, qələm yazar.
  • Kalını yetişmişinə qatıbdır.
  • Kamal ata kürkü deyil ki, irs ilə övlada keçə.
  • Kamalsızın iynəsi gödək, sapı uzun olar.
  • Kamil adam az danışar.
  • Kamil bağban çəkər bağın səfasın.
  • Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan.
  • Kamil insan kəlamından bəlli olar.
  • Kamil ovçu boşuna güllə atmaz.
  • Kar eşitdiyin, kor tutduğun buraxmaz.
  • Kar eşitməz - yaraşdırar, kor görməz - quraşdırar.
  • Kar iki dəfə gülər.
  • Kar iti qurd aparar.
  • Kar könlündəkini anlar.
  • Kar nə bilir taqqıltı haradan gəlir.
  • Kar özünə sərf eləyəni eşidər.
  • Kar üçün iki dəfə azan verilməz.
  • Karın başına balta vurdular, dedi: bu nə taqqatuqdır.
  • Karvandan üzülən sərgərdan qalar.
  • Kasa aşdan irəli olub.
  • Kasa kasaya girməyincə qarnı qabarmaz.
  • Kasad bazarın gəliri olmaz.
  • Kasıb at tapanda ot tapmaz, ot tapanda - at.
  • Kasıb bacını varlı qardaş istəməz.
  • Kasıb cavan mərd olar.
  • Kasıb çıxarın bilsə, gündəliyə mahud geyər.
  • Kasıb çıraq yandırar, dövlətlinin pulunu sayar.
  • Kasıb ət tapanda od tapmaz, od tapanda ət.
  • Kasıb geyəndə - hardandır, - deyərlər, varlı geyəndə - mübarək.
  • Kasıb xərcini bilsə, gündəliyinə məxmər geyər.
  • Kasıb işi - güc-qüvvətlə, varlı - var-dövlətlə.
  • Kasıb işləyər, ağa dişləyər.
  • Kasıb itinin adını Gümüş qoyar.
  • Kasıb köçəndə varlanar.
  • Kasıb oğurluğa çıxdı, Ay da bir yandan çıxdı.
  • Kasıb öləndə molla xəstə olar.
  • Kasıb ölüsünə yas saxlamaz.
  • Kasıb padşah olsa, arvadı evdən qovar.
  • Kasıb pul tapdı, qoymağa yer tapmadı.
  • Kasıb ürəkli olar.
  • Kasıb varlıya çatammaz, amma varlı kasıba çatar.
  • Kasıba bazarın tulası da hürər.
  • Kasıba qul ol, varlıya oğul olma.
  • Kasıba oğul olunca, dövlətliyə qul ol.
  • Kasıbdan Allah da bezardır.
  • Kasıbı dəvə üstə böv sancar.
  • Kasıbın ağzı aşa dəyəndə, başı daşa dəyər.
  • Kasıbın bir atı var, o da ayğır.
  • Kasıbın bir oğlu oldu, o da boynu əyri.
  • Kasıbın danası dövlətlinin tayasına baxar.
  • Kasıbın dörd düşməni var: - it, bit, yasavul, molla.
  • Kasıbın dürməyi yavan olsa, dili yağlıdır.
  • Kasıbın əli heç nəyə çatmaz.
  • Kasıbın əlində qoğal gülməli görünər.
  • Kasıbın gözü tox olar.
  • Kasıbın günü - itin günü.
  • Kasıbın halını kasıbdan sor.
  • Kasıbın halını soruşan az olar.
  • Kasıbın malı başının altında gərək.
  • Kasıbın malını aldın, canını aldın, birdir.
  • Kasıbın oğlu olunca, dövlətlinin qulu ol.
  • Kasıbın sacı çörəyi qurtaranda qızar.
  • Kasıbın sözü, ulğunun közü.
  • Kasıbın toyunda gecə qısa olar.
  • Kasıbın uşağı, varlının quzusu çox olar.
  • Kasıblıq eyib deyil, oğurluq eyibdir.
  • Kaş mal zərəri olsun, insan zərəri olmasın.

Ke[redaktə]

  • Keçəl baxar güzgüyə - adın qoyar özgəyə.
  • Keçəl başa dəydi daş, axdı qan, çıxdı can.
  • Keçəl başa taxta daraq?!
  • Keçəl başda dəlləklik eləmə.
  • Keçəl başından qorxar, kor gözlərindən.
  • Keçəl başını yudu da, daradı da.
  • Keçəl başını yudunmu? - Yudum da, daradım da.
  • Keçəl bəzənincə toy Karakasdan keçdi.
  • Keçəl daraq gəzdirməknən başı tüklənməz.
  • Keçəl dərman bilsə, öz başına sürtər.
  • Keçəl düzünü desə də, başına qapaz dəyər.
  • Keçəl gileyləndi ki, daraq bahalanıb.
  • Keçəl halva yeyər, puluna minnət.
  • Keçəl Həsən, Həsən keçəl, nə fərqi?
  • Keçəl qız bacısının saçı ilə öyünər.
  • Keçəl qız bəzənincə toy əldən getdi.
  • Keçəl qız çeşmənin gözündən su içər.
  • Keçəl qızı, saçlı deyib ağlama.
  • Keçəl qızım saçlı deyib ağlar.
  • Keçəl qızın baxdı açılanda yel vurar, şalını açar.
  • Keçəl qızın nəyi var? – Başını qaşımağa dırnağı. Keçəl qızın nəyi var? – Dəmirdən bir darağı.
  • Keçəl suya getməz.
  • Keçəl var - zığıdı keçəl, keçəl var - noxudu keçəl.
  • Keçəl yaradı, öz başını daradı.
  • Keçəl yağ tapsa, başına yaxar.
  • Keçələ baxma, bəxtinə bax.
  • Keçələ daraq nə lazım.
  • Keçələ kosa qənim olsun.
  • Keçəli gün çıxmamış gör.
  • Keçəli papağının yanından tanıyarlar.
  • Keçəli Zülfəli çağırarlar.
  • Keçəlimə baxma, baxtıma bax.
  • Keçəlin bəxti yaxşı olar.
  • Keçəlin dərdi-başı bir qazan ayran aşı.
  • Keçəlin dırnağı olsa, öz başını qaşıyar.
  • Keçəlin güzgüdən zəhləsi gedər.
  • Keçəlin qazandığı başının ziftinə gedər.
  • Keçəlin papağı düşənəcəndir.
  • Keçəlin tükdən acığı gələr.
  • Keçən görünməz.
  • Keçən gün quşa bənzər, uçdu, qayıtmaz.
  • Keçən gün ömürdəndir.
  • Keçən günə gün çatmaz, calasan günü günə.
  • Keçən günə heyfsilənmə.
  • Keçən keçdi, vay gələcək dərdidir.
  • Keçən zaman qayıtmaz.
  • Keçənə güzəşt deyərlər.
  • Keçər bu dövran, sənə də qalmaz.
  • Keçi axurda yatar.
  • Keçi can hayında, qəssab piy axtarır.
  • Keçi düşüb qovuna, cərimə olub qoyuna.
  • Keçi һaramzada olur.
  • Keçi kasıbın inəyidir.
  • Keçi keçidi ki, yatdığı yeri dırnaqlar.
  • Keçi keçim olsun, oturduğum yer samanlıq.
  • Keçi qaçmaqda ceyran olmaz.
  • Keçi öldü, qoturu qurtardı.
  • Keçi öləndə quyruğunu dik tutar.
  • Keçi sənin, biz mənim.
  • Keçi sənin qulundu.
  • Keçi su bulandırdı.
  • Keçi suyu bəyirə-bəyirə keçər.
  • Keçi sürünün qabağında gəlsə də, “qoyun gəldi” deyirlər.
  • Keçi şərab içsə, dəvəyə meydan oxuyar.
  • Keçi yatdığı yeri eşər, yatar.
  • Keçib gəlib Arazı, bəyənməyir Gülnazı.
  • Keçidə saqqal var, amma şeyx deyil.
  • Keçidən qurbanlıq olmaz.
  • Keçilər yer əkə bilsəydilər, öküzlər işsiz qalardı.
  • Keçini dəvə adına satır.
  • Keçini soyub-soyub quyruğunda qoyursan.
  • Keçinin bəyliyi yonca qurtarıncadır.
  • Keçinin əcəli gələndə çobanın ağacına sürtüşər.
  • Keçinin qoturu bulağın gözündən su içər.
  • Keçinin ölümü palıddan olsun.
  • Keçinin şeytanla qohumluğu var.
  • Keçiyə bir sürü qoyundan bir keçi yaxşıdır.
  • Keçiyə qurd dəyməsə həccə gedər.
  • Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni.
  • Keçmiş yağmurun kəpənək kimi ardına düşmə.
  • Keçmişi unutma, gələcəyin müəllimidir.
  • Keçmişi yaxşı oxumaq gələcəyi öyrənmək üçündür.
  • Keçmişin arabası ilə uzaq gedə bilməzsən.
  • Keçmişin qazancı bu günün rahatlığıdır.
  • Keşiş həmişə kətə yeməz.
  • Keyf sənin, kənd kovxanın.

[redaktə]

  • Kəbə yıxmaq bir evdir, könül yıxmaq yüz qandı.
  • Kəbinim halal, canım azad.
  • Kəbinsiz arvad yüyənsiz eşşək kimidir.
  • Kədərlə sevinc qardaşdır.
  • Kəfən havayı olanda adam özünü öldürməz.
  • Kəfəni var idi, goru da olsun.
  • Kəfkir qazanın dibini deşib.
  • Kəklik başını soxar kola, quyruğundan xəbəri olmaz.
  • Kəklik qaqqıldamasa, qaraquş onu tapmaz.
  • Kəkliyin dimdiyi qan,
    Dili qan, dimdiyi qan.
    Ağa dinsə söz olmaz,
    Nökərin dindiyi - qan.
  • Kəl ilə döyüşən öküzün buynuzu olmaz.
  • Kəl ilə kəllələşən buğa buynuzsuz qalar.
  • Kəl qoşub cüt sürməyən çörək qədrini bilməz.
  • Kələk ilə gələn küləklə gedər.
  • Kənardan baxan yaxşı görər.
  • Kənardan baxana hər şey asan görünər.
  • Kənd kovxasız olmaz.
  • Kəndçinin istəyi torpaqdır.
  • Kəndə molla gəlib, kim ölür, ölsün.
  • Kəndə təzə dəllək gəlib, kəkili yandan qoyur.
  • Kəndi köpəksiz gördü, əli ağacsız girdi.
  • Kəndin əhvalını böyükdən soruş.
  • Kəpək altında unları var.
  • Kərə yağından qıl çəkir.
  • Kərə yeyən də çıxar yaza, tərə yeyən də.
  • Kərki olub öz tərəfinə yonma, mişar ol iki tərəfə yon.
  • Kərki özünə yonar.
  • Kəs barmağını çıx bazara, əlac tapan çox olar.
  • Kəsə bilmədiyin əli öp, başına qoy.
  • Kəsək atana daş atarlar.
  • Kəsək oturub daş üçün gün ağlayır.
  • Kəsənin üzünü tikən ağardar.
  • Kəsik baş bitməz, bitsə də yiyəsinə xeyir verməz.
  • Kəsik baş söyləməz.
  • Kəsilən başın zülfü üçün ağlamazlar.
  • Kəsilən əl yenə bütün olmaz.
  • Kəsilsin iki əl ki, bir başı saxlamaya.

Ki[redaktə]

  • Kiçik açar böyük qıfılı açar.
  • Kiçik bulaqlardan böyük nəhrlər hasil olur.
  • kiçik daş da baş yarar.
  • Kiçik olmayan yerdə böyük də olmaz.
  • Kiçikdən xəta, böyükdən əta.
  • Kiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan.
  • Kiçiklər suç işlər, ulular bağışlar.
  • Kiçiyi böyüyün üzünə qalxızmazlar.
  • Kiçiyin daşı baş yarar.
  • Kiçiyin kiçik dərdi var, böyüyün böyük.
  • Kiçiyin kiçik yeri var, böyüyün böyük.
  • Kifirə sabun, dəliyə öyüd neyləyər.
  • Kim eşşək olar, biz ona palan olarıq.
  • Kim əkər, kim biçər, kim qazanar, kim yeyər.
  • Kim güclüdür – haqq onundur.
  • Kim nə deyirsə-desin, cəһd eylə səndən gəlməsin.
  • Kim sənətə xor baxar, boynuna torba taxar.
  • Kimə əmək, kimə yemək.
  • Kimə lov, kimə plov.
  • Kimə yaxşılıq elədin, özünü ondan qoru.
  • Kimi gülür, kimi ağlayır, hərənin bir dərdi var.
  • Kimi yaxa cırır, kimi yuxa.
  • Kimin arabasında gedirsən, onun mahnısını oxu.
  • Kiminə qat-qat, kiminə ac yat.
  • Kimini asır, kimini kəsir.
  • Kimini qaldırır, kimini endirir.
  • Kiminin başında tac, kimi ac-yalavac.
  • Kiminin əvvəli, kiminin axırı.
  • Kiminin sacı olar, kiminin ələyi.
  • Kimisi ahıllıqda, kimisi cahıllıqda.
  • Kimiyə bir eşşək, kimiyə min köşək.
  • Kimnən yeyər, ondan deyər.
  • Kimsə kimsənin nəsibin yeməz.
  • Kimsə namərdə möhtac olmasın.
  • Kimsənin ahı kimsəyə qalmaz.
  • Kimsənin tikəsi kimsənin qarnında qalmaz.
  • Kini olanın dini olmaz.
  • Kinli adamların ömrü ah-vaynan keçər.
  • Kiri kir açar, sirri sirr.
  • Kirpi də balasını sığallayanda elə bilir məxmər sığallıyır.
  • Kirpik gözün açarıdır.
  • Kiş-kiş ilə donuz darıdan çıxmaz.
  • Kişi bilmədiyini ayağı altına yığsa, başı ərşə dəyər.
  • Kişi bir uğurdan bayılmaz.
  • Kişi canından keçər, sözündən dönməz.
  • Kişi çöldən gətirər, arvad içdən tikər.
  • Kişi fəhlədir, arvad bənna.
  • Kişi gətirməyi bilməli, qadın yetirməyi.
  • Kişi görmədiyin görsə, əqli sevinər, geymədiyin geysə, təni sevinər, yemədiyin yesə, nəfsi sevinər.
  • Kişi kişidən qorxmaz, amma utanar.
  • Kişi qocalar, fikri yox.
  • Kişi öz sözünün ağası olar.
  • Kişi öz tayı ilə gəzər.
  • Kişi seldir, arvad göl.
  • Kişi sevdiyinin nazını çəkər.
  • Kişi sözü üzə deyər.
  • Kişi tüpürdüyünü yalamaz.
  • Kişidə qeyrət olsa, torpağı qızıla döndərər.
  • Kişidə səbir olmalıdır.
  • Kişiliyini sına, sonra arvad al.
  • Kişini cavan saxlar, yaxşı arvad, yaxşı at.
  • Kişini tez qocaldar axşamdan yatan arvad.
  • Kişinin alnı açıq gərək.
  • Kişinin başına gələn ağzından çıxandı.
  • Kişinin bir anası, bir və vətəni var.
  • Kişinin cibi iki olsa, arvad almaq fikrinə düşər.
  • Kişinin dilinə qarğış gəlməz.
  • Kişinin hörməti öz elində azdır.
  • Kişinin hörməti öz əlindədir.
  • Kişinin malı göz qabağında gərək.
  • Kişinin sözü bir olar.
  • Kişinin sözü ilə işi bir olar.
  • Kişinin üzünə baxma, sözünə bax.
  • Kişinin yüz pis yeyəni olsun, bir yaman deyəni olmasın.
  • Kişisi olmayan evin ruzisi olmaz.
  • Kişiyə arvat, arvada kişi qoca vaxtı lazımdır.
  • Kişiyə əvvəl can gərək, sonra caһan gərək.
  • Kitab oxumaq ilə adam adam olmaz.
  • Kitab verənin bir əlini kəsərlər, qaytaranın iki əlini.
  • Kitabın köhnəsi, libasın təzəsi.
  • Kitabın köhnəsi, mollanın təzəsi.
  • Kitabsız elm yoxdur.

Ko[redaktə]

  • Kol dibində xış yoxdu.
  • Kol dibində evim olsun, içində ərim olsun.
  • Kolxoz anbarı el süfrəsidir.
  • Kor at gecə də otlar.
  • Kor at üçün kor nəlbənd gərək.
  • Kor atı minən şahlıq iddiası elər.
  • Kor atı minib köndələn çapır.
  • Kor atın kor da nalbəndi olar.
  • Kor atlanar, öz ölkəsini çapar.
  • Kor bazara getməsə bazar korsuz qalmaz.
  • Kor bulaqdan su gəlməz.
  • Kor burada, ya Bağdadda. [1].
  • Kor canavarınkını Allah yuvasında yetirər.
  • Kor da bilir balıq şordu.
  • Kor dəyəniyini bir dəfə itirər.
  • Kor əlifə bey deməyib.
  • Kor gördüyünü deməz, kar eşitdiyini.
  • Kor gözdən əsgi asır.
  • Kor gözdən yaş ummazlar.
  • Kor gözə sürmənin nə faydası var?
  • Kor gözün sahibinə nə faydası?!
  • Kor gözündən qorxar, keçəl başından.
  • Kor günortayacan neyləyib ki, günortadan sora neyləsin.
  • Kor hərfə ho deyə bilmir, könlündən alimlik keçir.
  • Kor ilə çörək yeyəndə Allahı arada gör.
  • Kor ilə çörək yeyəndə insafı arada gör.
  • Kor istədiyi nədir, iki göz.
  • Kor it kölgəsindən qorxar.
  • Kor kimdir? - Nabələd.
  • Kor – kor, gör – gör.
  • Kor kora kor deməsə korun bağrı çatlar.
  • Kor kora necə baxar, Allah ikisinə də elə baxar.
  • Kor kora rişxənd eylər.
  • Kor koru tapar, su çuxurunu.
  • Kor qız toyda donunu tanıdı.
  • Kor qoyun gecə də otlar.
  • Kor qurdun ruzisini yetirən özü yetirər.
  • Kor leyləyin yuvasını Allah öz əliylə yapar.
  • Kor nadürüst olar, keçəl əməlbaz.
  • Kor nə istər? - İki göz! Biri əyri, biri düz.
  • Kor odur ki, düşdüyü quyuya bir də düşə.
  • Kor olsun o iki gözü ki, dostunu, düşmənini tanımır.
  • Kor ölər, adı qalar badamgöz.
  • Kor tutduğun bərk tutar.
  • Kor tutduğundan kəsər.
  • Kor tutduğunu əldən qoymaz.
  • Kor ya burda, ya Bağdadda.
  • Kora da versən, mənə ver, şilə də versən, mənə ver.
  • Kora gecə də, gündüz də birdir.
  • Kora hər yer qaranlıqdır.
  • Kora qulluq buyursan, qayıdar sənə nəsihət verər.
  • Korlar ölkəsində çaşlar padşah olar.
  • Koru dara qısnama.
  • Koru kor yanında həyan üçün qoyarlar.
  • Koru kora hayan qoymazlar.
  • Korun ağacı özündən qabaq gedir.
  • Korun gözü iməcilikdə açılar.
  • Korun istədiyi bir göz, iki göz olsa – nə söz?!
  • Korun nə borcu ki, şam bahalanıb?!
  • Korun tutuşu, karın vuruşu.
  • Kosa dəlləyin düşmənidir.
  • Kosa getdi saqqal gətirə, bığını da üstəlik qoyub gəldi.
  • Kosa kəndə girməmiş yallısını başladı.
  • Kosanı gün batandan sonra aldatmaq olar.
  • Kosaya hərə bir tük versə, kosa da saqqallı olar.
  • Kosaya lağ eyləyənin top qara saqqalı gərək.
  • Kotan nə bilir öküz nə çəkir.
  • Kovxa atlanar, öz kəndini çapar.
  • Kovxa ilə hesaba oturan borclu olar.
  • Kovxanı gör, kəndi çap.
  • Kovxası gülüm olanın başına külüm olar.

[redaktə]

  • Köç başlanmamış bulağı uçurdur.
  • Köç geri qayıdanda arıq, axsaq qabağa düşər.
  • Köç gələndə dad bacadan çıxar.
  • Köç köçər, it hürər, ikisi də mənzilə birgə yetər.
  • Köç kömək istəyir.
  • Köçdən azan qarıya hələ bu da azdır.
  • Köçdüyün yurdun qədri qonduğun yurdda bilinər.
  • Köçə-köçdə malını saxla, qaça-qaçda başını.
  • Köçən yurdun qədrini, düşən yurdda bilərlər.
  • Köçün dönməsi axsaq itə xoş gələr.
  • Köçün yaraşığı dananın soncuqlamasıdı.
  • Köçün yaraşığı düşərgədi.
  • Köçürəm demə, yurdun eşidər.
  • Köhlən at yeriyəndə toz qopar.
  • Köhləni mərdə tapşır.
  • Köhnə adət başında qalıb.
  • Köhnə dərdi təzələmə.
  • Köhnə dost yəhəri ata bənzər.
  • Köhnə düşmən dost olmaz.
  • Köhnə getdi, sən təzədən danış.
  • Köhnə hamam, köhnə tas.
  • Köhnə kəndə təzə darğa gəlib.
  • Köhnə kəndə təzə nırx qoyma.
  • Köhnə kilim istilik verməz.
  • Köhnə qar ancaq uca dağlarda qalar.
  • Köhnə qapı, köhnə daban.
  • Köhnə qurd yolunu azmaz.
  • Köhnə paltar yamağından bəllidir.
  • Köhnə pambıq bez olmaz, dul arvaddan qız olmaz.
  • Köhnə sevgi köhnəlməz.
  • Köhnə süpürgəni dama atarlar.
  • Köhnə şəhərə tazə qaydə qoyur.
  • Köhnə şəhəri çuxurda görüb.
  • Köhnə təqvim pula getməz.
  • Köhnə tülkü hiyləbaz olar.
  • Köhnə un çuvalıdı, vurduqca toz qopar.
  • Köhnə yurdun qədrini təzə yurdda bilərlər.
  • Köhnəsiz təzə yoxdur.
  • Kök arıqlayınca arığın canı çıxar.
  • Kök arıqlıyıncan bir ömürdür, arıq arıqlıyıncan o taylıqdır.
  • Kökə bağlan, elə söykən.
  • Kökəlməyən yerdə niyə arıqlayıram.
  • Köksüz ağac tez yıxılar.
  • Kölədən xeyir gəlməz.
  • Kölgədə olanın kölgəsi olmaz.
  • Kölgədən heç zaman insana arxa olmaz.
  • Kölgəsində yatacaq ağacı budama.
  • Köməyi igidə – sözlə, zəifə – əllə et.
  • Kömürçünün evinə girən üzü qara çıxar.
  • Kömürçünün qaralmaqdan nə arı?
  • Köndələn çəpərə söykənmək olmaz.
  • Könlü balıq istəyən quyruğunu buza qoymalıdı.
  • Könlü yemiş istəyən dolanar tağ başına.
  • Könlünü uca tutan ərdə dövlət olmaz.
  • Könül alan güvəndi.
  • Könül arzunun mənbəyidir.
  • Könül bağla səbirə, onu apar qəbirə.
  • Könül bir böyük saraydı, tikilməsi çətin, yıxılması asan.
  • Könül bir şüşədir, sındırmaq olmaz.
  • Könül bir uşağa bənzər, nə verərsən istər.
  • Könül gözdən su içər.
  • Könül kimi sevərsə, görklü odur.
  • Könül qocalmaz.
  • Könül nə mey istər, nə meyxanə, könül dost istər, mey bəhanə.
  • Könül sevən göyçək olar.
  • Könül sevən gözəlin nə ağı, nə qarası.
  • Könül soltandır.
  • Könül tutan keçəldə ayıb olmaz.
  • Könül umduğu yerdən küsər.
  • Könüldən könülə yol var.
  • Könülə güc yoxdur.
  • Könülsüz bazara gedən, gördüyünü almamış qayıdar.
  • Könülsüz hürən köpək sürüyə qurd gətirər.
  • Könülsüz köpəyin sürüyə xeyri olmaz.
  • Könülsüz namazı Allah qəbul eləməz.
  • Könülsüz tula ilə ova çıxmazlar.
  • Köpək elə köpəkdi, xaltası qızıldan da olsa.
  • Köpək köpəyin dayağıdır.
  • Köpək qaya kölgəsində yatar, elə bilər ki, öz kölgəsidir.
  • Köpək qocalanda qurda gülünc olar.
  • Köpək sahibini tanıyar.
  • Köpək yad kişiyə quyruq bulamaz.
  • Köpəksiz sürüyə qurd dadanar.
  • Köpəyə ümid oldun, özün də hürmədin.
  • Köpəyin ayılanı ələ düşməz.
  • Köpəyin duası yerinə yetsə, göydən gündə sümük yağar.
  • Köpəyin iyə düşəni tuladan bərk qaçar.
  • Köpəyin könlü köpəklə xoş olur.
  • Köpəyin qarnı tox olsa, gecə ulduza hürməz.
  • Körpə südsüz böyüməz, pambıq susuz.
  • Körpəcə quzu, qurdun ağzı.
  • Kösöy yana-yana gödələr.
  • Kötək aradakına çox dəyər.
  • Kötək yeyənin kisəsindən gedər.
  • Kötük üstündə çox budaqlar doğranıb.
  • Kötüksüz bitki olmaz.

[redaktə]

  • Küçə iti ev qorumaz.
  • Küçə oğrusunu tələ tutar, ev oğrusunu heç nə tuta bilməz.
  • Küçük hürə-hürə köpək olar.
  • Kül başına, ay Araz, üstündən təzək atdanır.
  • Kül başına, gözəl fərə, beçə də səni bəyənmir.
  • Kül təpəcik olmaz.
  • Küldən təpə olmaz.
  • Külək qayadan nə aparar.
  • Külək otu qurudar, qayğı insanı.
  • Küləkdə yatanın cin atı olar.
  • Küləklə gələn küləknən gedər.
  • Küləkli gündə xırman sovurmazlar.
  • Küləş tez yanar, tez də kül olar.
  • Küləşi külək basdı, qar basdı.
  • Küləyi tutmaq olmaz.
  • Külü ocaqdan götür.
  • Külün altında köz olar.
  • Küpəyə verə-verə qazan bahası çıxar.
  • Küpü sındıran da bir, suyu gətirən də bir.
  • Kürd kürdü dəyirmanda axtarar.
  • Kürd kürdü tanımasa, məkri məkrəni tanıyar.
  • Kürdün adı «yedi», - yesə də, yeməsə də.
  • Kürdün dilin kürd bilər.
  • Kürədən imam kimi gələr, sonra yezidə dönər.
  • Kürən adam xətakar olar.
  • Kürən adamla, kürən ata yaxın düşmə.
  • Kürən toyuq hindən bayıra çıxmaz.
  • Kürəyə düşməyən dəmir yumşalmaz.
  • Kürəyi yayda al, orağı qışda.
  • Kürkçünün kürkü olmaz, börkçünün börkü.
  • Kürkü əvvəlki il özün geyin, ikinci il ver düşməninə.
  • Küsənə pay düşməz.
  • Küsənin payını yeyərlər.
  • Kütüm var, itim də var.

Mənbə[redaktə]

  • Atalar sözü. Bakı, 1985
  1. Atalar sözü:/ B. Tahirbəyovun redaktəsi ilə. Bakı:Yazıçı, 1985, s.439