Məzmuna keç

İt

(Köpək səhifəsindən yönləndirilmişdir)
Wikipedia logo
Wikipedia logo
İt haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aclıqdan ölmək üzrə olan bir iti qurtarın, sizi dişləməyəcək. İnsan ilə it arasındakı başlıca fərq budur. Mark Tven
  • Almastı sevinir ki, itlər onu adam bilib üstünə hürür. (Almastı - fantastik şər qüvvə, ifritə) Adıgey atalar sözləri
  • Aşılmaz bir divarın qarşısında yaşamaq it kimi yaşamaqdır. Alber Kamyu
  • Gedən sevgilinin getdiyi yerdə axtardığını tapmayıb “darıxdım” deməyi darıxdığından deyil, it kimi peşman olduğundandır. Əziz Nesin
  • Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
  • İt qadından ağıllıdır: sahibinə hürməz. Rus atalar sözləri
  • İt qucağınıza tullansa sizi sevdiyi üçündür, pişik eyni şeyi etsə qucağınız isti olduğu üçündür. Alfred Norz Vaythed
  • Keçmiş günlərdə vətən uğrunda ölməyin şirin dadından və gözəlliyindən tez-tez yazardılar. Amma indiki müharibələrdə şirin və gözəl heç nə qalmayıb. Heç bir səbəb olmadan it kimi gəbərirsən. Ernest Heminquey
  • Köpək üçün bir sümük sədəqə deyil . Xeyriyyə, it kimi ac olanda itlə paylaşılan sümükdür. Cek London

İstinadlar

[redaktə]