Bencamin Franklin
Jump to navigation
Jump to search
Bencamin Franklin | |||
Doğum tarixi | 17 yanvar 1705 | ||
Doğum yeri | Boston, Britaniya Amerikası | ||
Vəfatı | 17 aprel 1790 | ||
Vəfat yeri | Filadelfiya, Pensilvaniya, ABŞ | ||
|
Bencamin Franklin - (17 yanvar 1705-17 yanvar 1790) - dövlət xadimi, alim-marifçi, azadlıq uğrunda Müharibənin iştirakçısı, ABŞ-ın azadlıq Deklarasiyasının (1776) müəlliflərindən biri və ABŞ Konstitusiyasının (1787) müəlliflərindən biri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər
- Aşiq minilməmiş atda da çapa bilər.
B[redaktə]
- Balçılar və ziyarətçilər 3 gündən sonra iylənir.
- Barış belə, böyük ödənişlərlə satın alınar.
- Bədənlər qocalsa belə bütün xəstəliklər qətiliklə qarşısı alına bilər ya da müalicə edilə bilər. Nəticədə də həyat müddətimiz yüksək standartlarda uzadıla bilər.
- Bilgiyə edilən investisiya ən yüksək xeyir gətirər.
- Bir bu gün iki sabaha dəyər!
- Bir qızın qüsurlarını öyrənmək üçün onu bir qız yoldaşına tərifləyin.
- Bir qoyunum və bir inəyim olduğundan bəri hamı mənə salam verir.
- Bir ölkədə oxumağa qarşı istək artmazsa, qəflət və ondan yaranacaq fəlakətlər azalmaz.
- Borc verənlərin yaddaşı borc alanların yaddaşından qat-qat yaxşı olur.
- Boş bir çuvalın ayaqda qalması çətindir.
- Böyük imperiya - böyük piroq kimidir. Qıraqlardan yemək daha asandır!
- Bu günü görmək, gələcəyi görməkdən daha asandır.
- Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.
C[redaktə]
- Cəsarəti olmayan insan, iti kənarı olmayan bıçağa bənzər.
D[redaktə]
- Demokratiya, iki qurdla bir quzunun günorta yeməyinə nə yeyəcəyini seçməsidir. Azadlıq isə tam təchizatlı bir quzunun səs verməyə qarşı çıxmasıdır.
- Deyirlər ki: Qadın istəyəni Tanrıda istəyər" amma əslində demək lazımdır ki, Tək Tanrı bilər Qadın nə istər?
- Dəlilik eyni şeyi təkrar - təkrar etmək və fərqli nəticə gözləməkdir.
- Döyüşün yaxşısı, sülhün pisi yoxdur.
- Dünyada ölüm və vergi qədər real bir şey yoxdur.
- Düşmənlərinə həm də dost kimi bax, çünki bir çox səhvlərini yalnız ondan öyrənə bilərsən.
- Düşmənlərinizi sevin, çünki, qüsurlarınızı tək onlar açıqca söyləyə bilər.
E[redaktə]
- Evlənməzdən qabaq gözlərinizi dörd açın, amma evləndikdən sonra yumun.
Ə[redaktə]
- Əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər ki?
- Əxlaqsızlıq zənginliklə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib, rüsvayçılıqla yatağa gedir.
- Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə.
- Əgər istəyirsənsə, işin düzəlsin, özün get.
- Əgər qızın qüsurlarını bilmək istəyirsinizsə, onu rəfiqələrinin yanında tərifləyin.
- Əgər pulun dəyərini bilmək istəyirsənsə, get birindən borc istə.
- Əgər rahat yatmaq istəyirsənsə, yatağına özünlə təmiz vicdan apar,
- Əlinə tikan batmadan qızılgül toplaya bilməzsən.
- Əmək xoşbəxtliyin atasıdır,
- Ən çox acı çəkənlər avara kəslərdir.
- Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir,
- Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir,
- Əsarətdə yaşamaqdansa, azadlıqda ölmək yaxşıdır.
- Əsas məsələ pul qazanmaqda deyil, onu xərcləməkdədir.
F[redaktə]
- Fikir və arzuları üst-üstə düşən ər-arvadın həyatı qədər gözəl həyat ola bilməz.
- Fırıldaq və xəyanət namusla yaşamağa ağlı çatmayan axmaqların əməlləridir.
- Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar!
- Fotoşəkilimin pulun üstünə qoyulmasına sevinmişdim. Amma bircə onu arxa ciblərinə qoymayalar.
X[redaktə]
- Xəstəliklərin çoxu mənasız həzz və nəşələrdən törəyir.
- Xoş xasiyyətsizliksiz gözəllik tələb olunmamış ölür.
- Xoşbəxt olmanın iki yolu vardır: ya arzularımızı azaltmaq, ya da imkanlarımızı çoxaltmaq.
G[redaktə]
- Görmək asandır, əvvəldən görmək çətindir.
- Görmək istədiyin işlə bağlı fikirləşərək qərar qəbul et və verdiyin qərarın üstündə möhkəm dur.
H[redaktə]
- Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır!
- Harda ki sevgisiz kəbin var, kəbinsiz sevgi olacaq.
- Heç kimə möhtac olmamaq üçün işləmək lazımdır.
- Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir.
- Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir.
- Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.
İ[redaktə]
- İlk arzunu yenmək onu təqib edən digərlərini qane etməkdən daha asandır.[1]
- İnsan iki dəqiqə havasız, iki həftə susuz, üç həftə yeməksiz, bütün ömrü boyu səfalət içində yaşaya bilər, amma bir an belə düşünmədən yaşaya bilməz.[2]
- İnsan yediyinin hesabına yox, həzm etdiyinin hesabına yaşayır. Bu qayda həm ağıla, həm də bədənə aiddir.
- İnsanın özünün cahil olduğunu dərk etdiyi an, elmə doğru atdığı ilk addımdır.
- İnsanın məqsədi insanlıqdır.
- İnsanın üç sadiq yoldaşı vardır: Yaşlı arvadı, Yaşlı iti və Hazır pulu.
- İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər.
- İntiqam hissi ilə yaşayanların yaraları həmişə təzədir.
K[redaktə]
- Keçici təhlükəsizlik üçün azadlığını fəda edənlər nə azadlığı hakeder nə də təhlükəsizliyi.
- Kiçik xərclərdən qaçmayın; bəzən kiçik bir dəlik böyük gəmini batırır.
- Kiçik işlərlə məşğul olanlar çox vaxt böyük işlər görə bilmirlər.
- Kim səni özündən daha çox aldatdı?
- Kişi və qadınlar iki səbəbdən darıxırlar: Uzunmüddətli görüşməzsələr və uzunmüddət görüşərlərsə.
Q[redaktə]
- Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə.
- Qadınla kişi arasında sevgidən savayı başqa bir şey yoxdursa, bunun sonu yoxdur.
- Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar, gözünün qarşısında onu deşib keçər.
- Qardaş dost olmaya bilər - amma dost həmişə qardaş olmalıdır.
- Qənaət iksir kimidir, nəyə sürtsən qızıl olar.
- Qətllər heç vaxt dünya tarixinin gedişatını dəyişdirə bilməyib.
- Qəzəbin həmişə bir səbəbi vardır, lakin səbəbləri heç vaxt yaxşı olmur.
- Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır.
- Qoy bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanıması...İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.
- Qürürlu insan həmişə qürürlu insana nifrət edir!
M[redaktə]
- Müdrik bir insan, ədalətli bir şəkildə qazana biləcəyindən, sadə bir şəkildə istifadə edəcəyindən, sevinclə dağıda biləcəyindən və rahatlıqla geridə buraxa biləcəyindən daha çoxunu istəməz.
- Müharibənin yaxşısı, sülhün də pisi yoxdur.
- Müvəqqəti rahatlığı üçün azadlığın fəda edənlər, nə azadlığı nə də rahatlığı qazanar.
N[redaktə]
- Nə yaxşı bir müharibə var, nə də pis bir sülh.
Ö[redaktə]
- Öldükdən sonra unudulmaq istəmirsinizsə, ya oxunmağa layiq kitab yazın, ya da yazılmağa layiq bir iş görün.
- Öz dişlərimin arasında olmasına baxmayaraq öz dilimə hakim ola bilmirsəm , başqalarının dilinə necə hakim ola bilərəm...
- Öz vəzifələrini bilməyən qız idarə olunmayan həyat yoldaşı olur.
- Öz vəziyyətindən razı qalmaq üçün onu daha pis vəziyyətlə müqayisə etmək lazımdır.
- Özünü sevənin rəqibi olmaz.
P[redaktə]
- Pis poladdan yaxşı qılınc olmaz.
- "Pul hər şeydir" deyən adam pul üçün hər şeyə gedər.
- Pul insanı heç vaxt xoşbəxt etməyib və etməyəcək də. İnsan nə qədər çox qazanırsa, bir o qədər acgöz olur.
- Pul və insan arasındakı qarşılıqlı əlaqəsi belədir: İnsan pulun saxtasını edər, pul da insanın.
- Pulun alacağından deyil, pulun alacağı insanlardan qorxun!
- Pulun dəyərini öyrənmək istəsəniz, borc almağa çalışın.
S[redaktə]
- Savadsız xalq savadsıza alqış deyir, azca savadı olana heyrət edir, savadlını isə tanımaq belə istəmir.
- Səfehin ürəyi dilindədir, müdrikin dili ürəyində.
- Səhvləri gizlətmək, onları düzəltməkdəm daha çox əzab verir.
- Siz beyninizi böyük xəyallarla doldurun. Beyniniz sonra cibinizi pul ilə dolduracaqdır.
- Subay kəbin ittifaqında malik olacağı dəyərləri təsəvvür etmir. O, qayçının yarısına oxşar olaraq mükəmməl olmayan varlıqdır.
- Sülh belə, böyük pulla alınır.
Ş[redaktə]
- Şərabda müdriklik, pivədə azadlıq, suda isə bakteriya var...
- Şüşə, farfor və reputasiya - bunları sındırmaq çox asan, yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir!
T[redaktə]
- Tamahkarlıqla xoşbəxtliyin bir-birini tanımadığına təəccüblənməyin, çünki onlar heç vaxt rastlaşmayıblar.[3]
- Tanrı, özlərinə kömək edənlərə kömək edər.
- Tez-tez istifadə olunan açar parıldayar.
- Tez yatıb taz qalxmaq, insanı sağlam, varlıqlı və ağıllı edər.
- Təcrübə, məktəblərin ən inkişaf etmişidir, o məktəbdə axmaqlar belə bir şeylər öyrənər.
- Tənbəllik o qədər yavaş hərəkət edir ki, yoxsulluq çox keçmədən gəlib ona çatır.
- Tənbəllik hər şeyi çətinləşdirir.
- Tənbəlliyi bəzən səbrlə dəyişik salırlar.
U[redaktə]
- Uşaqlarına susmağı öyrət, danışmağı onlar özü də öyrənə bilər.
Ü[redaktə]
- Üç adam bir sirri saxlaya bilər əgər ikisi ölübsə.
- Ümidini itirmə. Cibindəki son açar, bəlkə də kilidi açacaqdır.
Y[redaktə]
- Yaxşı bəhanələr tapmağı bacaranların, başqa şeylər bacara bildiyi çox nadir olaraq görülür.
V[redaktə]
- Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək.
- Varlı olmaq deyil, qənaətcil olmaq əhəmiyyətlidir.
Z[redaktə]
- Zaman böyük bir müəllimdir, amma çox təəssüf ki, bütün şagirdlərini öldürür.
- Zamanı gəldiyini düşündüyündə oğlunu evləndir, qızını isə ilk fürsətdə.
- Zəngin olmaq istəyirsənsə, qazanmağı düşündüyün qədər, yığmağı da düşün.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər, Bakı, 2005.
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
Həmçinin bax[redaktə]
İstinadlar[redaktə]
- ↑ Aforizmlər. Bakı, 2013. səh.16.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.105
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,