Könül

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

B[redaktə]

  • Bədənini bəsləyib inkişaf etdirməyə baxma, çünki o sonunda torpağa veriləcək bir qurbandır. Sən könlünü bəsləməyə bax. Ucalara gedəcək, şərəflənəcək olan odur. Mövlana Cəlaləddin Rumi
  • Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Əli
  • Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun. Cübran Xəlil Cübran
  • Bir könül qurmaq gəlmirsə əlindən, barı bir könül yıxılmasın dilindən. Mövlana Cəlaləddin Rumi
  • Bizə gözün deyil, könlün gördüyü "ürək" gərək. Mövlana Cəlaləddin Rumi
  • Bu günlərdə ağılıma gələn başıma gəlir nədənsə, kaş könlümdən də keçən yanıma gəlsə. Can Dündar

C[redaktə]

  • Cəhənnəm kimi olmalı, cəhənnəmi belə yandırıb yandıracaq bir könül istəməli. Ki o könülün önünə iki yüz dəniz çıxsa, hamısını da yandırsın. Onun tək bir dalğası bilindik dənizlərə daş çıxartsın. Şəms Təbrizi

D[redaktə]

  • Dedilər ki: Gözdən iraq olan könüldən də iraq olar. Dedim ki: Könülə girən gözdən iraq olsa nə olar... Mövlana Cəlaləddin Rumi
  • Dərdli adamın qərarsızlıqlarla - tüstülərlə dolu bir könül evi vardır; dərdini dinlərsənsə o evə bir pəncərə açmış olarsan. Mövlana Cəlaləddin Rumi

E[redaktə]

  • Eşq bir günəşə, aşiq olmayan isə bir könül də sərt daşa bənzər. Yunus Əmrə
  • Ey Könül! İndi soruşuram səndən, hansı eşq daha böyükdür? Anlatılaraq dilə düşənmi, anlatmayıb ürək dələnmi? Şəms Təbrizi

Ə[redaktə]

  • Ən yaxşı mükafat insanın könül rahatlığıdır. Aristotel

G[redaktə]

H[redaktə]

  • Hər yolun bir ədəbi vardır. Allahı sevməyin də bir ədəbi vardır.Dərviş yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki. Şəms Təbrizi

İ[redaktə]

  • İnsan sifətini güzgüdə gördüyü kimi, qəlbini də ancaq könül güzgüsündə görə bilə. Əbu Turxan
  • İnsanlar iki bölükdür: bir bölüyü şəriətə uyar, o biri bölüyü bidətə sapar. Bu ikinci bölüyün, nöqsan sifətlərdən münəzzəh olan Allahdan nə bir dəlili var, nə bir işığı. Nöqsan sifətlərdən münəzzəh olan Allah heç kimə Qurana bənzər başqa bir şeylə öyüd verməz; çünki Quran *Allahın möhkəm ipidir, əmin səbəbidir; ürəklərin baharı ondadır; biliklərin qaynaqları ondadır; könülə ondan başqa bir şey cila verməz; ondan başqa bir şey könlü parlada bilməz. Bununla bərabər, yenə də ondan öyüd alanlar ona uyub yol tutanlardır; unudanlar, qəflətə qapılanlar yollarda qalanlardır. Həzrəti Əli

K[redaktə]

  • Kaş ki belə etsəydim bəlkə sevərdi demə. O sənin üçün nə etdi də sevdin sanki? Ağıl işi deyil, könül sevdimi gerisi bəhanə. Camal Sürəya
  • *Kitab işıq saçar bir günəş kimi, Kitabdır arifin könül həmdəmi. Əbdürrəhman Cami
  • Könlü açığın - əli açıq. Özbək atalar sözləri
  • Könül əhlinin elmi onları daşıyar, bədən əhlinin elmi isə özünü onlara daşıtdırar. [[Mövlana Cəlaləddin Rumi]]
  • Könül insanı ömrünü hədər verməz, ürəyini ucuz satmaz, ədəb tacını başından salmaz. Könül insanının həmişə üzü yerdə, qəlbi göydədir. Haqlı olanda da döyüşməyi bacarar. Döyüşə təkcə biləyi ilə yox, elmi ilə, ürəyi ilə çıxar... Şeyx Ədabali
  • Könül könüldən su içər. Özbək atalar sözləri
  • Könülsüz işin axırı olmaz. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək

Q[redaktə]

M[redaktə]

O[redaktə]

  • Otunu, sununu bilmədiyin könüllərdə qoyun güdmə! Yoxsa qaçıracağın keçilərə çobanlıq edə bilməzsən! Şəms Təbrizi

Ö[redaktə]

P[redaktə]

  • Pulunu ver, könülünü ver, canını ver.. Amma sirrini vermə! Günlərini say, qazancını say, böyüklərini say, amma yerində sayma! Mövlana Cəlaləddin Rumi

T[redaktə]

  • "Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk;dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir". Torkvato Tasso

İstinadlar[redaktə]