Əbdürrəhman Cami
Görünüş
Cami Əbdürrəhman Nurəddin ibn Əhməd (1414-1492) - tacik şairi, filosof.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamı vəzifə böyüdüb şərəfli edə bilməz, bəlkə admına görə vəzifə böyük və şərəfli hesab edilir.
- Ağıllı, səxavətli adamlar mallarını dostlarla yeyərlər, ağılsız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar.
B
[redaktə]- Bağışlamağın hüsnü orasındadır ki, əvəzsiz olsun.
- Bir sürü üçün o sürünün itinin qurdla dostluq etməsindən daha böyük bir bəla yoxdur.
D
[redaktə]- Demədiyim sözdən heç vaxt peşman olmamışam, lakin çox olub ki, dediyimdən qan və torpaq içində yatmışam.
- Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm.
- Dost deyildir, nakişidir o kəs ki,
Öz dostunu məqsəd üçün edir yad.[1]
E
[redaktə]- Eşq elə bir sirdir ki, gətirmək olmur dilə,
Lakin örtmək də olmur onu min pərdə ilə.
G
[redaktə]- Günahkarlardan intiqam almaq ədalət, onu baöışlamaq isə fəzilətdir.[2]
H
[redaktə]- Heç kəsin qəlbi aşiqlərin qəlbi qədər təmiz, heç kəsin ürəyi sevməyi bacarmayanların ürəyi qədər kəsif ola bilməz.
X
[redaktə]- Xəstəlik törədən amilləri sən,
Çalış ki, özündən kənar edəsən.
Uzaq ol dərmandan, acmamış yemə,
Doymamış əlini götür süfrədən.
İ
[redaktə]- İnsanların ən yaxşısı xalqa daha çox fayda verən adamdır.
- İtmiş bir şeyi tapmağın zövqü tapılan şeydən daha üstündür.
K
[redaktə]- Kiçiklərlə şitlik edib zarafatlaşmaq böyüklüyü hörmətdən salmaq, rüsvayçılıq tozu qaldırmaqdır.
- Kitab işıq saçar bir günəş kimi,
Kitabdır arifin könül həmdəmi.
L
[redaktə]- Lazım olan bir sənət axtar sən,
Veyil-veyil dolanmaq çox yamandır. - Lazım olan bir sənəti tapdınmı,
Möhkəm yapış, əldən vermə, amandır.
M
[redaktə]- Mən anamı necə sevməyim ki, o məni bir müddət qarnında, uzun bir müddət qucağında, ölənə qədər də qəlbinin şəfqət küncündə daşımışdır.
Ö
[redaktə]- Özü ləyaqətsiz olan adam heç kəsə ləyaqət öyrədə bilməz.
- Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın.
S
[redaktə]- Səhər ağzına bir şey qoymamış evdən çıxma, çünki toxluq səbir və təmkinlik nişanəsi, aclıq əsəbilik və qanıqaraçılıq əlamətidir.
- Sənə böyük mənsəb, məqam gərəksə,
Çalış elmə, fəzilətə çatasan.
Y
[redaktə]- Yarat bir əsər ki, adın ucalsın,
Sən ölüb gedərkən, yerində qalsın. - Yumruq vurmağa adət etmiş adamlar zəiflərin təpiyi altında məhv olarlar.