Ədəb
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
- Ağıllı ədəbi ədəbsizdən öyrənər. Azərbaycan atalar sözləri/A
- Arzu edənin bilik əldə etmək üçün zəkaya, ədəb və mərifət əldə etmək üçün gözəl əxlaqa ehtiyacı var. Çünki ağıl cəhalətin qarşısını alır, gözəl əxlaq isə qəflətin qarşısını alır. Ducanə Cündioğlu
- Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir. [1]Əli
E
[redaktə]- Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və ədəbdir. Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər artsa qədir-qiymətin də bir o qədər artar. [2]Əli
Ə
[redaktə]- Ədəb bazarda satılmaz. Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
- Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır. Əlif Şəfəq
- Ədəb insanın kamalıdır.» [3] Əli
- Ədəb qanunların ən kiçiyi olsa da, ən ciddi əməl olunanı, riayət edilənidir. Fransua de Laroşfuko
- Ədəb olmadıqca zadəganlığın faydası olmaz. Həzrəti Ömər
- Ədəb sərhədləri və hədləri bilmək deməkdir. Hüseyn Hilmi İşıq
- Ədəbsiz, yalnız özünə pislik etməz; bütün ətrafa od salar. Su, göy, ədəb üzündən işıqlarla dop-dolu bir hala gəlmişdir; Mələk ədəb üzündən günahdan islah olunub, təmiz olmuşdur. Mövlana Cəlaləddin Rumi
- Ən yaxşı miras ədəbdir, ən yaxşı yoldaş əxlaqdır. Ərəb atalar sözləri
- Ər evi - ədəb evi. Azərbaycan atalar sözləri/Ə
H
[redaktə]- Hər kəsə ki, uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur... Əli bəy Hüseynzadə
- Hər şey çox olunca ucuzlaşar.. Ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar .. Şəms Təbrizi
K
[redaktə]- Könül insanı ömrünü hədər verməz, ürəyini ucuz satmaz, ədəb tacını başından salmaz. Könül insanının həmişə üzü yerdə, qəlbi göydədir. Haqlı olanda da döyüşməyi bacarar. Döyüşə təkcə biləyi ilə yox, elmi ilə, ürəyi ilə çıxar... Şeyx Ədabali
S
[redaktə]- Sual verən şəxsə ədəb-ərkanla cavab vermək sədəqədir. Məhəmməd
Ş
[redaktə]- Şərafət elm və ədəbdədir, əsl-nəcabətlə deyil. Əli
Mənbə
[redaktə]- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014