Şəms Təbrizi

Vikisitat saytından
Jump to navigation Jump to search
Şəms Təbrizi
Tam adı Şəmsəddin Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi
Doğum tarixi 1185
Doğum yeri Təbriz
Vəfatı 1248
Vəfat yeri Xoy
Vikipediya məqaləsi

Vikianbarda Şəms Təbrizi ilə əlaqəli mediafayllar var.

Şeyx Şəms Təbrizi (1185 – 1248) — mənşəcə Azərbaycan türklərindən olan dünyaca məşhur sufi alim və şair. Ustad Şəms Təbrizi həm də Mövlana Cəlaləddin Ruminin mürşidi (təsəvvüf yolunda rəhbəri) hesab olunur.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Alim olanda müdrik idin, amma aşiq olmağa hazırsanmı?
  • Alimlə cahilin arasındakı fərq bircə burasındadır ki, alim nəfsinin cilovunu çəkə bilər, cahil yox.
  • Allah bir insanı sənin əlinlə ayağa qaldıracaqsa, sən necə əlini uzatmazsan? Allah səni insanlara sevdirmək istəyir, Allah sənin dağılmış parçalarını yığır. Eşqə nankorluq etmə!!
  • Allah sənin qapından eşq sarayına bir insan gətirirsə , o insana sən necə mən səni sevmirəm deyə bilərsən?
  • Aşiq odur ki, Allahdan aldığı eşqi əmanətini Allaha verər. Eşq məzhəbində hər şey uca Eşqə qurbandır.
  • Aşiq olmaqla sevmək arasındakı fərqi soruşmuşlar? Cavablandırmış Şəms: Sənin baxdığına hər kəs baxar, amma sənin onda görə bildiyini hər kəs görə bilməz. Hər kəs aşiq ola bilər, amma heç kəs sənin kimi sevə bilməz. Tək fərq sənsən.
  • "Ayrılıq dəmi gəldi"ni həqiqət kimi yox, bir söz olaraq söylədim. [1]
  • Az yeməyin hüdudsuz mənfəəti var. O, sağlamlığı qoruyan əsas vasitədir.

B[redaktə]

  • Bağışla Allahım .. Ruhumda Sən varkən, mən bu bədəndə qalmışam ..
  • Bəzən arxaya dönüb baxmalıdır insan; haradan gəldiyini unutmaması üçün.
  • Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün; bəzən ağlamaq lazım gəlir, açılmaq üçün; bəzən anmaq lazım gəlir, anılmaq üçün; bəzən də susmaq lazım gəlir, duymaq üçün.
  • Bir an gözlə, arxana dön və unutduqlarını xatırla.. İtirdinsə axtar,qırdınsa üzr istə, qırıldınsa bağışla...Çünki həyat çox qısa.
  • Bir insan Allahdan başqa kimsəyə ehtiyacı olmadığına inanırsa, Allah da onu başqasına möhtac etməz.
  • Birinə elə bir söz söylə ki, ya yaşat, ya da öldür; amma əsla yaralı buraxma.

C[redaktə]

  • Cəhənnəm kimi olmalı, cəhənnəmi belə yandırıb yandıracaq bir könül istəməli. Ki o könülün önünə iki yüz dəniz çıxsa, hamısını da yandırsın. Onun tək bir dalğası bilindik dənizlərə daş çıxartsın.

Ç[redaktə]

  • Çox şey var ki, çoxaldıqda ucuzlaşar, ədəb bunun əksinədir, çoxaldıqca dəyərini artırar.

D[redaktə]

  • Dostluq gül olmaqdır; yarpağı ilə də, tikanı ilə də.
  • Düzənim pozular, həyatımın altı üstünə gələr deyə əndişə etmə. Haradan bilə bilərsən, həyatın altının üstündən daha yaxşı olmayacağını?

E[redaktə]

  • El-aləm şərab içər sərxoş olar, biz eşq əhliyiz içmədən sərxoş olmuşuq..
  • Elmi olmayan bir bədən suyu olmayan bir şəhərə bənzər.
  • Ey eşq! Sən elə bir hissən ki, dünya toxları, sənin aclarındır.
  • Ey Könül! İndi soruşuram səndən, hansı eşq daha böyükdür? Anlatılaraq dilə düşənmi, anlatmayıb ürək dələnmi?
  • Ey mənim yetim könlüm, burax qəmli düşünməyi .. Sus və səbr et.. Gözyaşının hesabını Rəbbim soruşsun; Sən haqqını halal et ...

Ə[redaktə]

  • Əgər Allah səni mənə yazmışsa, məndən qaçışın yoxdur! Lakin taleh səni məndən almışsa, ağlamağa gərək yoxdur..
  • Əgər çox danışmaq faydalı olsaydı Allah iki ağız, bir qulaq verərdi. Onun üçün, çox dinləyib az danışmaq lazımdır..
  • Əgər sussan danışmağın daha işıqlıq olar.Çünkü sükutda həm səssizliyin işığı, həm də danışmağın faydası gizlidir.
  • Əvvəlcə sevgini anlayaq.

G[redaktə]

  • Gəncliyimdə axtardığımı yaşlılığımda tapdım , neyləyərsən. Ya mən erkən gəldim ya sən gecikdin, neyləyərsən. Qədər!
  • Gəl baxaq odla necə oynanar göstərim.Gör baxaq atəşmi səni yandırar, sənmi atəşi?
  • Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.

H[redaktə]

  • Haqqın qarşına çıxardığı dəyişikliklərə müqavimət göstərmək yerinə, təslim ol. Burax həyat sənə baxmayaraq deyil, səninlə birlikdə axsın..
  • Hər insan üçün bir aşiq olma zamanı vardır , bir də ölmək zamanı.
  • Hər şey insanoğluna fəda ikən insanoğlu isə özünə cəfa olmuşdur.
  • Hər şey çox olunca ucuzlaşar.. Ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar ..
  • Hər yolun bir ədəbi vardır. Allahı sevməyin də bir ədəbi vardır.Dərviş yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki.
  • Həyat bu, bir baxarsan hər şey bir anda sona çatar ..
    Həyat bu, son dediyin an hər şey yenidən can tapar ..
  • Həyata yuxarıdan baxsan insanların yalnız təpəsini görərsən. Həyata daim insanlarla eyni məsafədən bax, o zaman insanların həm üzünü, həm ürəyini görərsən..
  • Həyatım alt – üst olar, düzənim pozular deyə narahat olma. Haradan bilirsən həyatının altının üstündən daha yaxşı olmayacağını?

İ[redaktə]

  • İnsanda min xisləti gizlədən bir eyb, min eybi gizlədən bir fəzilət ola bilər. Kiçik çox şeyə işarə edir.
  • İnsanlar eşq axtarmır, eqoist duyğularına kölə axtarır. Kölə tapır amma eşqi tapa bilmir.
  • İnsanları sevə bilməyən həqiqi insan ola bilməz.[2]
  • İnsanlarla riyakarlıq içində yaşamalısan ki, səninlə xoşbəxt qalsınlar.
  • İntellekt sizi qapıya aparır, amma evə aparmır.
  • İşimiz Allaha qalıbsa, olmuş bil.

K[redaktə]

  • Kim istədiyi kimi yaşasa, istədiyi kimi ölməz.
  • Kim sənin yanında başqasından yaman deyib danışırsa, bil ki, başqasının da yanında səni pisləyir.

Q[redaktə]

  • Qadın bilməyənə nəfs, bilənə nəfəsdir.
  • Qapımıza deyil, qəlbimizə vuran buyursun![3]
  • Qızıl olsam, dəyərimi hər kəs bilər. Mən sadə bir dəmir olum ... Dəyərimi yalnız anlayan bilsin!

M[redaktə]

  • Mən eşqə kölə olanın deyil də, eşqi özünə kölə edənin qulu, köləsi olmuşam ..
  • Mənə görə aşiq elə olmalıdır ki, qalxınca hər tərəfdə atəşlər alovlansın hər tərəfdə qiyamətlər qopsun.
  • Musiqinin ritmində bir sirr gizlidir; əgər onu ifşa etsəydim dünya alt-üst olardı.

N[redaktə]

  • Namazın qəzası olar, lakin hüzur olmadan yalandan və zahiri ibadətdə qəza olmaz.
  • Nədir sevmək; bir şama od olmaqmı yoxsa yanan oda toxunmaqmı?

O[redaktə]

  • Olmadı deyə sızlandığın duaya, gün gələr olmadı deyə şükür edərsən.
  • Otunu, sununu bilmədiyin könüllərdə qoyun güdmə! Yoxsa qaçıracağın keçilərə çobanlıq edə bilməzsən!

S[redaktə]

  • Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir...
  • Sevməyə layiq olmayanı xatırlayaraq qiymətli etmə. Dönməkmi istəyir, bir şans daha vermə. Unutma; Sevgi ürəkli olana yaraşar.

Ş[redaktə]

  • Şeytanda insandakı xüsusiyyətlərin biri xaric hamısı vardır. Şeytanda əskik olan tək nemət eşqdir. Şeytanın insan dözə bilməməsi eşqsizliyindəndir.

T[redaktə]

  • Təbəssüm pulsuzdur: Verəni kədərləndirməz, alanı xoşbəxt edər.

Ü[redaktə]

  • Üç şey seçildi cənnətdən: sözlər, eşq, analıq duyğusu. Sözləri Adəm aldı, analıq duyğusu Havvaya qaldı; Amma eşq çox ağır idi ...
  • Ürəkmi insana sev deyən, yoxsa təklikmi?

Y[redaktə]

  • Yolun ucunun hara çatacağını düşünmək boş bir səydən ibarətdir. Sən yalnız atacağın ilk addımı düşünməklə hökümlüsən. Gerisi onsuz da özbaşına gələr ...

İstinadlar[redaktə]

  1. Aforizmlər. Bakı, 2013. səh.18
  2. "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.
  3. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,