Azərbaycan atalar sözləri/A

Vikisitat saytından
Jump to navigation Jump to search
Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
B
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Abad evlər gülüyəm, xaraba evlər bayquşu.
  • Abad kənd tüstüsündən bəlli olar.
  • Abad məclis aşığından bəllidir.
  • Abad yerin bülbülü, xarabanın bayquşu.
  • Abadan kənd tüstüsündən bəlli olar.
  • Abanın qədri yağışda məlum оlar.
  • Abbas Abbasdan, Abbas da kor Abbasdan.
  • Abbasıdan beş şahı çıxardır.
  • Abbasını bəyənməyən beş şahı çıxardar.
  • Abdaldan paşa olmaz, taxtadan maşa.
  • Abdal at mindi, özünü bəy sandı.
  • Abdal düyündən, uşaq oyundan usanmaz.
  • Abdal, qar yağır! - Dayanmışam titrəməyə.
  • Abdal nə bilir ki, heyva kaldır?
  • Abdal ol, səni görən dəlü sansın.
  • Abdal oynayanda qar yağar.
  • Abdal təkkədə, Hacı Məkkədə olar. [1]
  • Abdalın qarnı dоyunca, gözü qapıda оlar.
  • Abidi şeytan başdan çıxardar.
  • Abır harda, çörək orda.
  • Abır-həya olan yerdə bərəkət də olar.
  • Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
  • Abır olmayan yerdə, çörək olmaz.
  • Abırlı abrından qorxar, abırsız nədən qorxar?!
  • Abırsızdan abrını saxla.
  • Abrını yeyib, həyasını da belinə bağlayıb.
  • Ac acı aldı, acdan ləlöyün törədi.
  • Ac acı dalayar, tox toxu yalayar.
  • Ac adam acıqlı olar.
  • Ac adam özünü oda vurar.
  • Ac adam yol kəsər
  • Ac adamı qurd yeməz.
  • Ac aman bilməz.
  • Ac ayı oynamaz.
  • Ac bayıra qaçar, yalavac evə girər.
  • Ac bəydən tоx it yaxşıdır.
  • Ac deyər doymaram, tox deyər acmaram.
  • Ac doğrayar, tox yeyər.
  • Ac donuz darıdan çıxmaz.
  • Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur.
  • Ac eşşək atdan bərk qaçar.
  • Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
  • Ac əsnəyər, tox gərnəşər.
  • Ac girdi içəriyə yemək istədi,tox dedi;əvvəla,salam
  • Ac hara, paxaç hara.
  • Ac it gəlmiş, tox itin dalın yalayar.
  • Ac qalmaq bоrclu оlmaqdan yaxşıdır.
  • Ac qarına bir nəfər, nəğmə oxurmu məgər?!
  • Ac qatıq istəməz, yuxulu yastıq.
  • Ac qazanar, tоx yeyər.
  • Ac qılınca çapar.
  • Ac qоyun, viran dəyirman sahibinə baş ağrısıdır.
  • Ac qudurğan olar, çılpaq oynağan.
  • Ac qulağım, dinc qulağım.
  • Ac qurd aslanı basar.
  • Ac qurd balasını yeyər.
  • Ac qurd sürünün ortasına girər.
  • Ac nə yeməz? Tox nə deməz?
  • Ac ol, dinc ol.
  • Ac ölməz, gözü qaralar, bоrclu ölməz, üzü saralar.
  • Ac özünü оda vurar.
  • Ac saxla, yalavac saxla, yaxşı saxla.
  • Ac tоxun üzünə baxmaqla dоymaz.
  • Ac toyuq özünü taxıl bazarında görər.
  • Ac toyuq yuxusunda darı görər.
  • Ac tоyuğun yumurtası tərs düşər.
  • Ac - yanından qaç!
  • Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
  • Aca nə halal, nə haram?!
  • Aca ürək vermə, çörək ver.
  • Acam, quyruq acıyam, bağır-örkə acı deyiləm.
  • Acan gedər, susuyan gələr.
  • Acanda çobana yetiş, yorulanda sarbana.
  • Acdan xeyir gəlməz.
  • Acdan ummaq olmaz.
  • Acgöz adam açıq gözdən kiprik qоpardır.
  • Acgöz, yalançı toruna düşər.
  • Acı ayran nəhrə dibində, qara kişmiş bəylər cibində.
  • Acı bibəri qurd yeməz.
  • Acı danışan şirin söz eşitməz.
  • Acı dil yarası qılınc yarasından pis оlar.
  • Acı dindirmə, toxu tərpətmə.
  • Acı işlətmə, toxi təprətmə.
  • Acı söz ürək bulandırar.
  • Acı sözü bir batman bal ilə yemək оlmaz.
  • Acıqla iş görən zərərin çəkər.
  • Acıqlı başda ağıl olmaz.
  • Acıqlı dilənçinin torbası boş qalar.
  • Acıqlı duran ziyanla oturar.
  • Acıqlı qalxan ziyanlı oturar.
  • Acıqnan dövlət yola getməz.
  • Acıqnan itirərsən, səbirnən gətirərsən.
  • Acığı gələn su içər.
  • Acığı udanın ağzı bal dadar.
  • Acığın əvvəli dəlilik, axırı peşmançılıq.
  • Acığın gəlir çəpər çək, xоşun gəlir qəlyan çək.
  • Acın andı and olmaz.
  • Acın arzusu bir qarın çörəkdir.
  • Acın gözü çörək təknəsində olar.
  • Acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı.
  • Acın qarnı doyar, gözü doymaz.
  • Acın qursağında çörək dayanmaz.
  • Аcın nəyi vаr gicə vеrə.
  • Acın zəhləsi sudan gedər.
  • Acından dəyirmana baxır, kibirliyindən şahid almır.
  • Acını dadmayan şirini bilməz.
  • Acla əcəli gələn söyləşər.
  • Aclığında eldən yeyər, toxluğunda eldən deyər.
  • Aclıq adama oyun öyrədər.
  • Aclıq ayıya darayı oxudar.
  • Aclıq bir il gedər, minnət min il.
  • Aclıq nəyi yedirtməz? Toxluq nəyi etdirməz?
  • Aclıq sofiliyi pozar.
  • Aclıq yavanlıq istəməz, yuxu da yastıq.
  • Aclıqda darı çörəyi halvadan şirin olar.
  • Aclıqdan kimsə ölməz, ölən toxluqdan ölər.
  • Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz.
  • Aclıqla ölüm təklifsiz qonaq kimi qəfil gəlir.
  • Açaram sandığı, tökərəm pambığı.
  • Açıq qaba it dəyər.
  • Açılmamış süfrənin bir eybi var, açılmışın min.
  • Ad adamı bəzəməz, adam adı bəzəyər.
  • Adam adamdı olmasa da pulu, eşşək eşşəkdi olmasa da çulu.
  • Adam adamın şeytanıdır.
  • Adam adıyla tanınar.
  • Adam ağzından söz, qazan altından köz.
  • Adam aşını-işini bilməlidir.
  • Adam hər düşməndən bir ağıl öyrənər.
  • Adam min acını udar bir şirinin xatirinə.
  • Adam olana bir söz yetər.
  • Adam olmayan başqalarını adam saymaz.
  • Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz.
  • Adam paltar ilə tanınmaz.
  • Adam sözdən, uşaq gözdən.
  • Adam var ki, adamların naxşıdı, adam var ki, eşşək ondan yaxşıdı.
  • Adam var ki, adamların naxşıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirərsən can deyər, adam var ki, dindirməsən yaxşıdı.
  • Adam var gözdən qızar, adam var sözdən qızar.
  • Adam yanıla-yanıla öyrənir.
  • Adamı dindir, sonra qiymətini ver.
  • Adamı qılınc öldürməz, tənəli söz öldürər.
  • Adamı söz, kababı köz yandırar.
  • Adamı tanıyan qurd yesin.
  • Adamın adı çıxınca canı çıxsa yaxşıdır.
  • Adamın axır günü gərək xoş olsun.
  • Adamın ayağından çəkən çox olar.
  • Adamın başına nə gəlsə dilindəndir.
  • Adamın dəlisi daşa güc elər, öküzün dəlisi başa.
  • Adamın dinməzindən yaramaz koxa tikdilər.
  • Adamın düşməni - öz dili.
  • Adamın öz əli, öz kisəsi.
  • Adamın üzünə baxarlar, halın xəbər alarlar.
  • Adət qanun deyil, amma qanun qədər hökmü var.
  • Adilin qəzəbindən qorxmaq gərək, zalımın sükutundan.
  • Adı gözəl olanın özü də gözəl olar.
  • Adımı güvəc qoy, amma ocaq üstə qoyma.
  • Adımı sənə qoyum, səni yana-yana qoyum.
  • Adın nədir - Daşdəmir, yumşalısan, yumşalı.
  • Adın nədi – Rəşid, bir de, bir eşit. [2]
  • Ah-vayla çıxar kasıbın canı, elə deyər: - Allah kərimdir!
  • Ahıl öküz cütə getməsə, uşaqlar acından qırılar.
  • Ax, mənim kisəm, minnətsiz yesəm.
  • Axacaq qan damarda durmaz.
  • Axar çaya getsə, qurudar.
  • Axar su gedər, qalmaz.
  • Axar su murdarlıq götürməz.
  • Axar suya dayanma, hər deyilənə inanma.
  • Axçalı (pullu) adamdan dağlar da qorxar.
  • Axır-axır, çıxar paxır.
  • Axmaq adam oğurluq keçi ilə gəzməyə çıxar.
  • Axmaq adam özünə düşməndir, özgəyə necə dost olar?!
  • Axmaq axmağı tapar.
  • Axmaq baş bəlalı olar.
  • Axmaq başın səfasını ayaqlar çəkər.
  • Axmaq da sükut edəndə ağıllı görünər.
  • Axmaq it aya hürər.
  • Axsaq at yüyrək ,olar.
  • Axsaq eşşəyin kor nalbəndi olar.
  • Axsaq qoyuna nə dağ, nə aran?
  • Axşam axıra, sabah naxıra.
  • Axşamın xeyrindənsə, sabahın şəri.
  • Axşamın sirrini dan bilər.
  • Axtaxana böyüdü, dağda dana böyüdü, sən niyə böyümədin?!
  • Axtaran tapar, yoğuran yapar.
  • Axtarmaqla deyil, rast gəlməklədir.
  • Axund özü elər, özgəyə öyüd verər.
  • Ağ ağca qara gün üçündü.
  • Ağ atla cahil ağaya qulluq eləmə.
  • Ağ ayranı itə tökərlər, qara kişmişi cibə.
  • Ağ ciyər olma, ər ol, ər!
  • Ağ divara hansı rəng çəksən tutar.
  • Ağ dolağım sağ olsun, tapılmayan qız olsun.
  • Ağ evi görəndə qara evi yaddan çıxartma.
  • Ağ evi görüb, qara evi yandırmazlar.
  • Ağ gün adamı ağardar, qara gün qaraldar.
  • Ağ gün qara günü yaddan çıxardar.
  • Ağ gün üz ağardar.
  • Ağ itin həllaca zərəri var.
  • Ağ itin pambıq satana zərəri var.
  • Ağ köpək, qara köpək, ikisi də köpəkdir.
  • Ağ qoyun, qara qoyun keçid başında bəlli olar.
  • Ağ qoyunu görənlər içi dolu yağ sanar.
  • Ağ qoyunun qara quzusu da olar.
  • Ağ otdan - balta sapı, biri sındı - birini tax.
  • Ağ parçaya ləkə tez düşər.
  • Ağ şəkər, qara şəkər, bir damarı suya çəkər.
  • Ağ üzdə qara xal zinətdir, qara üzdə ağ xal - nibət.
  • Ağ üzüm, qara üzüm, başını dibindən üzüm.
  • Ağa ağ deyiblər, qaraya qara.
  • Ağa-ağa girdi bağa, bir quş tutdu, o da qurbağa.
  • Ağa buyurur sür dərəyə, sür dərəyə.
  • Ağa dedi yatma,tənbəl dedi:Yaxşı,ondA];a dincəlim.
  • Ağa dediyin nədir, bəyənmədiyin nədir?
  • Ağa gətirər navala, xanım tökər çuvala.
  • Ağ göyərçin qara qarğaya qismət olub.
  • Ağa ilə bostan əkənin tağı çiynində bitər.
  • Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı.
  • Ağac acı, can şirin.
  • Ağac bar verdikcə başını aşağı əyər.
  • Ağac başında qora, bilmədim düşdüm tora.
  • Ağac böyüdükcə suyu çox aparar.
  • Ağac dibindən su içər.
  • Ağac əkənə rəhmət oxunar.
  • Ağac əyildi-sındı, igid əyildi-öldü.
  • Ağac kökü üstə bitər.
  • Ağac kökündən su içər.
  • Ağac meyvəni dəyənə qədər böyüdər.
  • Ağac nazikliyindən sınsa da, adam yoğunluğundan sınar.
  • Ağac sınanda budaq nəyə gərəkdir?!
  • Ağac yaş ikən əyilməsə, əyilməz.
  • Ağac yeyən sıpa bir də xırmana girməz.
  • Ağac yıxılan gün səs eylər.
  • Ağac yıxılanda baltalı da gələr, baltasız da.
  • Ağacı baltalayanda "sapı məndəndir" demiş.
  • Ağacı kəsərlər, öz səmtinə yıxılar.
  • Ağacı qurd içindən yeyər.
  • Ağacın qurdu özündən olmasaydı, min yaşardı.
  • Ağacın yumşağını qurd yeyər.
  • Ağaclar başın tərpədəndə söyüd deyər: - mən də, mən də.
  • Ağalıq verimlədir, igidlik vurumla!
  • Ağanın malı çıxar, muzdurun canı.
  • Ağası güclü olan qul asi olar.
  • Ağaya ağa desən gülməyi gələr, nökərə nökər desən ağlamağı.
  • Ağçalı adamdan dağlar da qorxar.
  • Ağı gördün, qaranı unutdun?!
  • Ağı qaradan seçəndə gəl.
  • Ağıl ağıldan üstün olar.
  • Ağıl başda ikən evin avadan.
  • Ağıl yaşda olmaz, başda olar.
  • Ağıla gələn başa gələr.
  • Ağılları bazara çıxardıblar, hər kəs yenə öz ağlını alıb.
  • Ağıllı ağıl eləyincə dəli vurdu keçdi.
  • Ağıllı arvad ara, ağılsız arvad vara qaçar.
  • Ağıllı arvad kamala, ağılsız arvad camala güvənər.
  • Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
  • Ağıllı bir dəfə aldanar.
  • Ağıllı bizi tapmaz, dəli bacadan yağar.
  • Ağıllı düşmən nadan dostdan yaxşıdır.
  • Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx.
  • Ağıllı evlənincə, dəlinin oğlu olar.
  • Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər.
  • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər.
  • Ağıllı işinə baxar, axmaq dişinə.
  • Ağıllı kasıba dəli deyərlər, dövlətli dəliyə "bəli" deyərlər.
  • Ağıllı kişi qışın qeydinə yayda qalar.
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Ağıllı qonşun yoxdursa, kitabla söhbət et.
  • Ağıllı olan bir dəfə aldanar.
  • Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər.
  • Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
  • Ağıllınız Xıdır ağa, barmağın saldı bardağa.
  • Ağıllısı hansıdır, qabaqda gedən dəli.
  • Ağıllıya qırx gün dəli desən, dəli olar.
  • Ağıllıyla çəkişmək cahillə halva yeməkdən yaxşıdır.
  • Ağılsız baş əlindən səfil ayaq nələr çəkər...[3]
  • Ağılsız dostdan ağıllı düşmən yaxşıdır.
  • Ağın adı var, qaranın dadı.
  • Ağır ayaq baş əyər.
  • Ağır basmayınca yüngül qalxmaz.
  • Ağır gəldi, yüngül qalxar.
  • Ağır günün daşı ağır olar.
  • Ağır qazan geç qaynar.
  • Ağır otur, "ağa" desinlər.
  • Ağır otur, batman gəl.
  • Ağır yükün zəhmini qatır bilər.
  • Ağırlığın yer götürər, ruzusun allah yetirər.
  • Ağız açdı, gövhər saçdı.
  • Ağız yandıran aşı qaşıq tanıyar.
  • Ağız yeməsə, üz utanmaz.
  • Ağızdan çıxan başa dəyər.
  • Ağızdan ağıza doğru xəbər yoxdur.
  • Ağladan yanına get, güldürən yanına getmə.
  • Ağladım bacarmadım, güldüm günümü keçirdim.
  • Ağladırsa fələk, bir gün güldürər.
  • Ağlama ölü üçün, ağla dəli üçün.
  • Ağlamaqla gülmək bacı-qardaşdır.
  • Ağlamaqla kişi qeyrətsiz olar.
  • Ağlamayan uşağa süd verməzlər.
  • Ağlarsa anam ağlar, qalanı yalan ağlar.
  • Ağlayanda elə ağla ki, əzizi ölmüş kimi, güləndə elə gül ki, əzizi gəlmiş kimi.
  • Ağlayanda imam üçün də ağla, yezid üçün də.
  • Ağlayanın bir dərdi var, gülənin beş.
  • Ağlı olan, qışın qeydinə yayda qalar.
  • Ağlını eşşək ağlına verərsən, çəkər arpa zəmisinə.
  • Ağrımayan baş yastıq istəməz.
  • Ağsaqqal sözünü axıra saxlar.
  • Ağzı əyrini boynunun ardından tanıyarlar.
  • Ağzım nə yeyib ki, üzün nə utana?
  • Ağzım yaradır, sulaya bilmərəm.
  • Ağzımı bir aş yandırsın ki, aş ola, başımı bir daş yarsın ki, daş ola.
  • Ağzına bax tikə kəs.
  • Ağzından sifdə çıxardanda gümüş çıxart, amma heç dinməsən qızıldı.
  • Al almaya daş atan çox olar.
  • Al qapıda, sat qapıda.
  • Al ver deyiblər, al vermə deməyiblər.
  • Ala it çaqqalın dayısıdır.
  • Ala it gedər, qara it gələr.
  • Ala itin balası qara olar, yanılsa boynu ala olar, hürəndə anası kimi olar.
  • Ala qarğa olmağı bəs deyil, həkimlik də eləyir.
  • Ala qarğa şux tərlanı bəyənməz.
  • Alacağı bir piltədir, pambığın batmanını soruşur.
  • Alacağın olsun, ala qarğada olsun.
  • Alan aldanmaz, satan allanar.
  • Alça mənim, gilas mənim, tut mənim, gavalıda da gözüm var.
  • Alçaq ata hamı minər.
  • Alçaq dağa qar yağmaz?!
  • Alçaq yer igidi xor göstərər.
  • Alçaq yerdə təpəcik özün dağ sanar.
  • Alçaq uçan ucaya qonar, uca uçan alçaq qonar.
  • Alçaqda yatma-sel aparar, ucada yatma - yel aparar.
  • Aldığı bir iynədir, dəmirin batmanını yoxlayır.
  • Aldım qoz, satdım qoa, mənə qaldı çaqqaçuq.
  • Aləm aləmlədir, keçəl qız da xalamla.
  • Aləmə it hürər, bizə Mazandaran çaqqalı.
  • Aləmə oğruyam, sənə ki doğruyam.
  • Alət işlər, əl öyünər, qılınc işlər, qol öyünər.
  • Alıcı quş dimdiyindən bilinər.
  • Аlın təri ucаldаr əri.
  • Allah bir qapını bağlayanda, bir qapını açar.
  • Allah bir, söz bir.
  • Allah bir yandan bağlasa, bir yandan açar.
  • Allah böyüklərin xasiyyətini kəssin.
  • Allah bu əli o biri ələ möhtac eləməsin.
  • Allah buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymaz.
  • Allah dağına baxar qar yağdırar.
  • Allah demiş: səndən hərəkət, məndən bərəkət.
  • "Allah" deyən namurad qalmaz.
  • Allah dərdi çəkənə verir.
  • Allah dəvəyə qanad versəydi, dam-divarı yıxardı.
  • Allah əsilsizə düşürtməsin.
  • Allah əyməyəni bəndə əyə bilməz.
  • Allah haqqı nahaqqa verməz.
  • Allah ilanın əməlini bilib ayağını qarnında yaradıb.
  • Allah istəyən danaya qurd dəyməz.
  • Allah kasıbdan kəsər, varlıya verər.
  • Allah kərimdi, quyusu dərindi.
  • Allah qarğa deyil ki, göz oya.
  • Allah qonağının öz qisməti var.
  • Allah min dərd verib, min bir dərman.
  • Allah möminə hər şeyi bağışlar.
  • Allah ona qotur versin, dırnaq verməsin.
  • Allah sağ gözü sol gözə möhtac eyləməsin.
  • Allah tənbəli sevməz.
  • Allah yolunda yox, şeytan yolunda çox.
  • Allah var, rəhmi də var.
  • Allah verəndə bacadan da tökər.
  • Allah verəndə yox yerdən də verər.
  • Allah verəndə peyğəmbər də üstünə bir çəngə atar.
  • Allah verməyəndə, bəndə neyləsin?
  • Allah verməyənə peyğəmbər neyləsin?!
  • Allah verməz qara quluna, o da qalar vuruna-vuruna.
  • Allah vuran ağacın səsi çıxmaz.
  • Allaha inanmayana bəndələr də inanmaz.
  • Allahdan buyruq, ağzıma quyruq.
  • Allahdan gizlin deyil, bəndədən nə gizlin.
  • Allahdan qorxmaz, bəndədən utanmaz.
  • Allahdan nə gəlsə xoşdur.
  • Allahın bədnəzərdən xəbəri yoxdur.
  • Allahsız yerdə otur, böyüksüz yerdə oturma.
  • Alma ağacından alma düşər, armud ağacından - armud.
  • Alma arvadın dulunu, dalınca gələr qulunu.
  • Alma öz ağacından uzaq düşməz.
  • Almaq aldanmaqdı, vermək hünərdi.
  • Almanı göyə at, yerə gəlincə, ya nəsib!
  • Almanı soy ye, armudu say ye.
  • Alt daşı ağır olar.
  • Altın həsir, üstün həsir, yat, yetim, tərləyəsən.
  • Aman istəyənə əl qaldırmazlar.
  • Ana, bala ucundan canını oda yaxar.
  • Ana kimi yar olmaz, Vətən kimi diyar.
  • Ana səbri böyükdür.
  • Ana ürəyi – dağ çiçəyi.
  • Anadan əmdiyim süd burnumdan gəldi.
  • Anadan əziz yenə anadır.
  • Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər.
  • Analı qızın işi görünər, anasız qızın dişi.
  • Analı quzu, xınalı quz.
  • Ananın ərköyün oğlu hambal olar.
  • Ananın səbri tükənməz olur.
  • Anası gəzən ağacları balası budaq-budaq gəzər.
  • Anasına bax qızını al, qırağına bax bezini al.
  • Anasından ayrı düşən quzunu qurd yeyər.
  • Anasızın gördüyü iş danlaqsız bitməz.
  • Anlayan düşmən anlamaz dostdan yaxşıdır.
  • Ara sözü ev yıxar.
  • Araba qoş, çarxa dur, mərd igidə arxa dur.
  • Araq adamı ardan da qoyar, yardan da.
  • Arif olan buluddan da nəm çəkər.
  • Arifə bir işarə.
  • Arifə bir işarə, qanmaza min toppuz
  • Arifə işarə, kötüyə balta.
  • Arifə işarət, cahilə daş at.
  • Arı yuvasına çöp uzatmazlar.
  • Arıq hara, qoruq hara.
  • Artıq tamah baş yarar.
  • Arpa əkən buğda biçməz.
  • Аrpа olsun, büğdа olsun - təhnə dolu olsun.
  • Arpa unun yoxdusa, dadlı dilin də yoxdur?!
  • Arpa verilməyən at qamçı gücü ilə yeriməz.
  • Arpa yemiş at mənzil kəsər.
  • Arpadan, buğdadan əlim üzüldü, ümidim sənə qaldı darı xırmanı.
  • Arpaya qatsan at yeməz, sümüyə qatsan it yeməz.
  • Arsız kişidən arsız arvad yaxşıdır.
  • Arsız nədən arlanar?!
  • Arsızın üzünə tüpürüblər, "yağış yağır" demiş.
  • Arşın gətir, bez apar, çuval gətir, qоz apar.
  • Arşın olmayan yerdə çərək də ölçüdür.
  • Artıq aş - ya qarın ağrıdar, ya baş.
  • Artıq mal - gözmü çıxarır?!
  • Artıq tamah daş yarar, daş qayıdar baş yarar.
  • Artıq tikə baş yarar.
  • Arvad evinə girənin qapısı alçaq olar.
  • Arvad iki olanda ev süpürülməmiş qalar.
  • Arvad ilə at igidin baxtına.
  • Arvad malı alçaq qapı kimidir, girəndə də başın dəyəcək, çıxanda da.
  • Arvad malı başa toxmaq kimi dəyər.
  • Arvad tutan yolun axırı yoxuşa qalxar.
  • Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.
  • Arvad var ev yığar, arvad var ev yıxar.
  • Arvadı ahıl gözüylə, atı - cahil gözüylə.
  • Arvadı bəd olanın saqqalı tez ağarar.
  • Arvadın axır hiyləsi ağlamaqdır.
  • Arvadın biri - əla, ikisi - bəla.
  • Arvadın deyingəni kişini tez qocaldar.
  • Arvadın isməti, ərin izzəti.
  • Arvadsız ev, susuz dəyirman.
  • Arzu niyyətdən doğar.
  • Asılsan da, uca budaqdan asıl.
  • Aslan ağzından şikar alınmaz.
  • Aslan qocalanda başına çaqqallar toplaşar.
  • Aslan qocalanda siçan yuvasını gözləyər.
  • Aslan tülkü kölgəsində yatmaz.
  • Aslan yatağında tülkülər yatır.
  • Aslan yatışından da bəllidir.
  • Aslanın nə erkəyi, nə dişisi.
  • Asta gedən yorulmaz.
  • Asta vur, Rasta vur.
  • Аş vеrmişəm аşımı vеr, yаş vеrmişəm yаşımı vеr.
  • Aşiqə Bağdad uzaq deyil. [4]
  • At almağa cahıl gedər, qız almağa ahıl.
  • At ayağı külək olar, ozan dili yüyrək.
  • At bəslənirkən, qız istənirkən.
  • At izi it izinə qarışmaz.
  • At minəndə vərəm olmaz.
  • At oğurlanandan sonra axur nəyə gərək.
  • At olmasa, nal nəyə gərək?
  • At olmayan yerdə eşşək də atdır.
  • At ölər nalı qalar, İgid ölər namı qalar.
  • At ölüb, itlərin bayramıdır.
  • Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
  • Ata-ana sözünə baxmayan xoş gün görməz.
  • Ata, ana tərbiyə etməyəni həyat tərbiyə edər.
  • Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
  • Ata-anamı itirdim, özümü yara yetirdim.
  • Ata-ananın canı övlada bağlı olar.
  • Ata malına göz dikən ac olar.
  • Ata olmasan, ata qədri bilməzsən.
  • Ata olmayan - ata, ana olmayan - ana qədrini bilməz.
  • Atam gündəni sayır, anam gündədən kəsir.
  • Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülməşəkər?
  • Atası turşu yemiş, balasının dişi qamaşmış.
  • Atasını tanımayan Allahını da tanımaz.
  • Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
  • Ataya oğul, anaya qul.
  • Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
  • Atı qamçı aparmaz, arpa aparar.
  • Avamların azarı, mollaların bazarı.
  • Avara adam kordur.
  • Avara qonaq ev sahibini də avara qoyar.
  • Avazın yaxşı gəlir, oxuduğun Quran olsa?
  • Ay qaynana,elə bil,gəlin olmamısan?!
  • Ayağı nərdivana bir-bir qoyarlar. [5]
  • Ayağını yorğanına görə uzat.
  • Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz.
  • Az-az ye, həmişə ye.
  • Az bilmək istəmirsənsə, çox oxu.
  • Az danışmaq ədəbdəndir.
  • Az yeyənin azarı da az olar.
  • Az olsun, üz olsun.
  • Az olsun saz olsun.
  • Aza qane olmayan yoxa çatmaz.
  • Azğınla-pozğuna öyüd-nəsihət kar eləməz.

İstinadlar[redaktə]

  1. Rzayev X. Atalar sözü. 2 cilddə, I c, Bakı:Nurlan, 2004, s.21
  2. Atalar sözü. Azərbaycan fоlklоrunun ilkin nəşrləri sеriyası. Tərtib еdəni: Məmmədvəli Qəmərli. Bakı - “Səda” - 2003;
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.15
  4. Atalar sözü:/ H. Qasımzadənin redaktəsi ilə. Bakı: Yazıçı, 1982, s, 64.
  5. Marağayi Abbasqulu. Əmsali–Türkanə (Atalar sözləri və xalq məsəlləri). Bakı –“Yazıçı” - 1992