Öyüd
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axund özü elər, özgəyə öyüd verər. Azərbaycan atalar sözləri/A
- Azğınla-pozğuna öyüd-nəsihət kar eləməz. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Bir iş haqqında qərar verməzdən öncə başqalarının da öyüd-nəsihətlərinə qulaq asmaq lazımdır. Deyl Karnegi
D
[redaktə]- Daima işlə. Daima sev. Yoldaşını və uşaqlarını özündən çox istə. Heç kimdən minnətdarlıq gözləmə və əgər sənə minnətdarlıq etməsələr üzülmə. Nifrət əvəzinə öyüd, zəhlə əvəzinə gülüş. Hər zaman kitabxanada yeni kitabın, anbarda şərabla dolu şüşən, bağında tər çiçəyin olsun. Epikür
- Doğru öyüd ağzında idi. Dodaqlarında hiylə yox idi. Mənimlə xoşbəxtlik və düzgünlük içində getdi. Bir çoxlarını da günah yolundan çevirdi. Tövrat
İ
[redaktə]- İnsanlar iki bölükdür: bir bölüyü şəriətə uyar, o biri bölüyü bidətə sapar. Bu ikinci bölüyün, nöqsan sifətlərdən münəzzəh olan Allahdan nə bir dəlili var, nə bir işığı. Nöqsan sifətlərdən münəzzəh olan Allah heç kimə Qurana bənzər başqa bir şeylə öyüd verməz; çünki Quran Allahın möhkəm ipidir, əmin səbəbidir; ürəklərin baharı ondadır; biliklərin qaynaqları ondadır; könülə ondan başqa bir şey cila verməz; ondan başqa bir şey könlü parlada bilməz. Bununla bərabər, yenə də ondan öyüd alanlar ona uyub yol tutanlardır; unudanlar, qəflətə qapılanlar yollarda qalanlardır. Həzrəti Əli
K
[redaktə]- Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir. Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir. Həzrəti Əli
- Kifirə sabun, dəliyə öyüd neyləyər. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
Q
[redaktə]- Qız anadan görməyincə öyüd almaz. Azərbaycan atalar sözləri/Q
- Qız anadan qorxmasa, öyüd almaz. Azərbaycan atalar sözləri/Q
- Qız anadan öyüd alar. Azərbaycan atalar sözləri/Q
M
[redaktə]- Mənim üçün nikah zəncir yox, əməkdaşlıqdır. Mən izlənməyimə, qısqanclığa, öyüd-nəsihətə dözə bilmirəm. Təbii ki, mən familiyasını daşıyacağım adamı nüfuzdan salmamağı, onu yalan və ya gülünc vəziyyətə salmamağı öhdəmə götürürəm. Amma qoy o da məni xidmətçi və itaətkar arvad gözündə yox, hər şeydə ona bərabər olan müttəfiq kimi görsün. Gi de Mopasson
- Məsxərənin digər dəyərli məqsədi, çox vaxt ciddi öyüd-nəsihətdənsə, istehza ilə daha təsirli şəkildə düzəldilmiş kiçik rəzilliklərə münasibətdir. Bir xütbənin islah edə bilmədiyi eyblərə görə insanlar güldülər; Xeyr, belə təntənəli söhbətlərdə çoxlu kiçik ədəbsizliklər var. İndi nifrət və ya pis təbiətlə lağ etmək həqiqətən həmişə qıcıqlandırıcı və təhqiredicidir; lakin ələ salınan şəxsin yaxşı xüsusiyyətlərinə ədalətli qiymət verdiyimizə və onun mənafeyinə qayğı göstərdiyimizə şəhadət verməklə, onun zəifliyi ilə bağlı məsxərəmizin ona məhəbbətdən qaynaqlandığını görsün və sonra yaxşı bir təsirə ümid edə bilərik. Bu, başqa bir zəruri qaydadır: "Kiçik qüsurlara lağ etməklə yanaşı, həmişə yaxşı təbiət və hörmət sübutlarına qoşulmalıyıq." Qeyri-kamillik üzərində olan zarafatlara gəlincə, onları düzəldə bilmərəm, mən onların nə fayda verə biləcəyini qiymətləndirə bilmərəm: ağıl sahibləri belə zarafatlardan zövq ala bilməzlər; axmaq xırda zehinlər onların sayəsində fani dövlətimizin təsadüfi bədbəxtliklərindən azad olmayan ən həqiqi ləyaqətlərə xor baxmağa vadar ola bilər. Frensis Hutçeson
N
[redaktə]- Nəsihətdən dəm vuran adamın özü başqalarının öyüdünə möhtacdır. Sədi
Ö
[redaktə]- Önəmli olan səni tamamlayacaq ruhu tapmaqdır. Hər peyğəmbərin verdiyi öyüd eynidir: "Sənə ayna olacaq insanı tap". Mövlana Cəlaləddin Rumi
S
[redaktə]- Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir. Əli
- Sənə bir öyüd; ununu əlinlə üyüd. Türk atalar sözləri
T
[redaktə]- Tərbiyə və öyüd-nəsihət həyatın ilk anından ömrün axırına kimi davam edir. Platon
V
[redaktə]- Vəfalıya əmək çəksən itirməz,
Bədəsil nəsihət, öyüd götürməz. Xəstə Qasım
Y
[redaktə]- Yaxşı adamların öyüd-nəsihəti nifrətə, pis adamların öyüd-nəsihəti isə qorxuya səbəb olur. Fridrix Nitsşe
- Yaxşı nümunə uzun-uzadı öyüd-nəsihətdən yaxşıdır. Slovak atalar sözləri
- Yaşlısansa öyüd ver: gəncsənsə, yaşlıların öyüdlərini eşit. Çin atalar sözləri