Xəstə Qasım
Jump to navigation
Jump to search
Xəstə Qasım - Azərbaycan aşığı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Biqeyrət oğulun ata yerində,
Qaldığından qalmadığı yaxşıdır. - Bir igid ki, qatarından üzülə,
Ölüm yeydi, bu dünyada qalınca. - Bir oğul ki, böyük sözün tutmaya,
O kimsədən nmus, qeyrət, ar olmaz. - Bir yerə gedəndə özünü öymə,
Şeytana bac verib, kimsəyə söymə. - Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı. [1]
C[redaktə]
- Cəhənnəm odundan betər adamı,
Yoxsulluq yandırar, kül eylər, eylər.
Ə[redaktə]
- Əgər güclü isən fəqiri döymə,
Demə var qüvvətim, qolum yaxşıdır.
O[redaktə]
- Ot bitər kök üstə əsli nə isə,
Yovşan bəsləməklə çəmənzar olmaz...
S[redaktə]
- Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz - Sirr vermə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyə, ya küsə.
V[redaktə]
- Vəfalıya əmək çəksən itirməz,
Bədəsil nəsihət, öyüd götürməz.
Y[redaktə]
- Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı.
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.50