Platon

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
Platon

Platon (Yunanca:Πλάτων, e.ə. 428 və ya e.ə. 427, Afina — e.ə. 348 və ya e.ə.347, Afina). Qədim yunan filosofu, Sokratın tələbəsi, Aristotelin müəllimi.

Sitatlar[redaktə]

  • Ağlatsam alacağım pul üzümü güldürər, güldürsəm pul alacağim zaman gəldimi mən ağlaram.
  • Cəmiyyətin xoşbəxtliyi fərdin xoşbəxtliyindən daha əhəmiyyətlidir.
  • Şəfqətli ol. Qarşılaşdığın hər kəs çətin bir mübarizə verir.
  • Şair yüngül qanadlı müqəddəs bir şeydir; ilham eşitmədən özündən keçmədən ağılı başında ikən bir şey yarada bilməz.
  • Şairlər tanrının tərcüməçisidirlər.
  • Dülgərin sənətiylə bildiyimizi həkimin sənətiylə bilmərik.
  • Eyni sənət bizə eyni şeylərin məlumatını verməli başqa bir sənət ayrı bir sənət olduğuna görə eyni şeylərin deyil başqa şeylərin məlumatını verməlidir.
  • Yalançı deyil gerçək filosoflar şəhər şəhər gəzərək bu keçici dünya insanlarının yaşayışını yüksəklərdən seyr etdikləri zaman məlumatsız xalqın gözündə başqa qəliblərə girərlər. Bəzilərin tərəfindən bir dəyərləri yoxdur. Bəzilərinə görə də bir dünyaya əvəzdirlər. Onlara bəzən sofist bəzən də dövlət adamı deyərlər; kimi zamanlarda da bir çoxlarına bütün bütünə dəli görünərlər.
  • Öhdəsindən gəlinməli lazım olan iş nə qədər böyük olursa olsun bu vəziyyətdə hər vaxt və hər kəs tərəfindən qəbul olunan qayda budur; çox böyük mövzulara keçmədən əvvəl ilkin kiçik və daha asan nümunələr üzərində sınaqlarda iştirak olunmalidir.
  • Bütün sənətlər qazanma və meydana gətirmədən başqa bir şey deyil.
  • Pisliyin ruhda iki şəklə büründüyünü söyləmək gərək; biri bədəndə xəstəliyin o biri çirkinliyin qarşılığıdır.
  • Ağılsız ruh çirkin və ölçüsüzdür.
  • Bilmədiyi halda bilərəm sanmaq: düşüncələrimizin bütün yanılmalarının ardında yatan səbəb budur.
  • Mən muəlumatlıyam deyən kimsə əlimdən gəlir dediyi şeydə artıq məlumat əldə etmək istəməyəcək.
  • Xəbərdarlıq yolu ilə təhsil həm çox əmək istər həm də az işə yarayar.
  • Ruh məlumatsızlığı çürütməyə alışana qədər bu çürütmə ilə özündən utanaraq oyrənmə yolları bağlayan qənaətlərdən sıyrılıb tərtəmiz bir hala gələnə qədər ancaq bildiyini bildiyinə və bilmədiyini bilmədiyinə inanana qədər özünə verilən elmdən heç bir fayda görməz.
  • Yoxluğu sözlə bildirməyi sınayan əslində heç bir şey söyləmir deməliyik.
  • Varliqda ki anlaşılmazlıq davamlı bir ahəngdir.
  • Bütün bəzən birdir bəzən çoxdur anlaşılmazlıq altında da öz özün düşmənidir.
  • Həyatda görəcəyiniz iş nə olursa olsun ərdəm olmayınca əldə edəcəyiniz hər şeyin edəcəyiniz hər işin sonunda utanc və pislik vardır.
  • Nəfsinin müəllimi vicdanının şagirdi ol.
  • Bilinən bir şey haqqında araşdırma etmək gərəksiz bilinməyən bir şey haqqında araşdırma etmək qeyri-mümkündür.
  • Əhəmiyyətli olan; həyatda ən çox şeyə sahib olmaq deyil ən az şeyə ehtiyac duymaqdır.
  • Yalnız ölülər döyüşlərin sonunu görmüşdür.
  • Özünü idarə etsən dünyanı idarə edəcək gücü tapa bilərsən.
  • İqtidar iqtidara düşkün olmayan və iqtidardan gələcək faydalara ehtiyacı olmayanlara verilməlidir.
  • Ağıllı adamlar söyləyəcək sözləri olduğu üçün, axmaqlar mütləq danışmaq məcburiyyətində olduqları üçün danışarlar.
  • Hər bir müdrikliyin əsası səbrdir.
  • Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir.

Məqalə ilə əlaqəli digər Vikimediya səhifələri:

Vikpediya-da Platon haqqında məqalə var.