Türk atalar sözləri

Vikisitat saytından
Wikipedia logo
Wikipedia logo
Anadolu türkləri haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Abdaldan paşa olmaz, taxtadan maşa olmaz.
  • Ac gəzməkdən tox ölmək yaxşıdır.
  • Ac nə yeməz? Tox nə deməz?
  • Acı acını basırır, su sancını basırır.
  • Acı - söylətmə, toxu - tərpətmə.
  • Acıxmış qudurmuşdan betərdir.
  • Acın üstünə doqquz yorğan atmışlar, yenə uyumamışdır.
  • Adam iş başında bəlli olur.
  • Adam yanıla-yanıla alim olur.
  • Adamı "igid" deyib candan elərlər, "comərd" deyib - maldan.
  • Adət qanun deyildir, amma qanun kimi hökmü var.
  • Adı yalandan qəssab olanın evi it görməz.
  • Axacaq qan damarda durmaz.
  • Axan qan damarda dayanmaz.
  • Axar su murdar olmaz.
  • Ağac kökündən çürüyər.
  • Ağaca baltanı vurublar, "sapı bədənimdədi" - deyib.
  • Ağaca çıxan keçinin budağa baxan oğlağı olar.
  • Ağacın qurdu özündə olur, igidin kəmi sözündə olur.
  • Ağacın yumşağını qurd yeyər.
  • Ağıl kişiyə sərmayədir.
  • Ağıl olmayınca başda, nə quruda bitər, nə yaşda.
  • Ağıllı - dostunu hər zaman xatırlar, axmaq isə işi düşəndə.
  • Ağıllı - gördüyünü, ağılsız eşitdiyini söylər.
  • Ağılsız baş əlindən səfil ayaq nələr çəkər.
  • Ağılsız baş sahibinə qaz güddürər.
  • Ağır qazan gec qaynar.
  • Ağızdan burun yaxın, qardaşdan qarın yaxın.
  • Ağladan gülməz, yalan ağlar.
  • Ağlına gələni işləmə, hər ağacı daşlama.
  • Al geyən alınır.
  • Ala qarğada haqqım olsun, alammasam gözümü ousun.
  • Alçaqda yatma - sel aparar, ucada yatma - yel aparar.
  • Alçaqdan uçan ucaya qonar, ucadan uçan - alçağa.
  • Alim olmaq istəyirsən - durma, yaz, cahil olmaq istəyirsən - durma, qaz.
  • Alması olan ağacı daşlarlar.
  • Altun - atəşdə, insan möhnətdə bəlli olur.
  • Ana qızına taxt vermiş, ata qızına baxt vermiş.
  • Ar getdi Misirə, namus da ardı sürə.
  • Araba yoldan çıxanda devrilməsi asan olur.
  • Araya girən, bəlaya girər.
  • Arxa gərəkdir, arxa: ya utana, ya qorxa.
  • Arif tərif istəməz.
  • Artıq aş ya qarın ağrıdar, ya baş.
  • Aslan - yatağında, igid - çağında.
  • Asudə olum - deyirsən, gəlmə cahana.
  • Aşiq sazla, məşuq nazla təsəlli verir.
  • Aşiqə Bağdad iraq deyil.
  • Aşiqlə dəlinin fərqi; biri gülməz, digəri ağlamaz.
  • Aşını bişir, söylə; sözünü düşün, söylə.
  • Aşını, eşini, işini bil.
  • At - dırnaqdan, insan - qulaqdan.
  • At minəndə vərəm olmaz.
  • At minib ad ara.
  • Ata dost kimi baxmalı, düşmən kimi minməli.
  • Ata dostu oğula mirasdır.
  • Atadan iznin, ağıldan cehizin olsun.
  • Atalar sözü - sözlərin düzü.
  • Atına baxan ardına baxmaz.
  • Atəş alovla söndürülməz.
  • Atın ürkəyi, oğlun qorxağı.
  • Ayaqla gedən gələr, başla gedən gəlməz.
  • Ayıb söyləyənin ayıbını söylərlər.

B[redaktə]

  • Bağa bax üzüm olsun, yeməyə üzün olsun.
  • Balı barmağı uzun yeməz, qismətlisi yeyər.
  • Baş ağır, qulaq sağır gərək.
  • Belimi sındır, ürəyimi sındırma.
  • Bez alırsan - Mosuldan, qız alırsan - əsildən. (Mosul - şəhər adıdır.)
  • Bəkməzi küpdən al, qadını kökdən al.
  • Bəlli düşmən, gizli dostdan yaxşıdır.
  • Bəslə quzğunu, oysun gözünü.
  • Bilən söyləməz, söyləyən bilməz.
  • Bir dost qırx ilə qazanılır.
  • Bir əlin nəsi var?, iki əlin səsi var. (Nəsi - nəyi).
  • Bir səndən böyüyü, bir də səndən kişiyi dinlə.
  • Bir şeyin önünə baxma, sonuna bax, ikincidə - aldananındır.
  • Birinci aldanışda günah aldadanın,
  • Birinə qırx gün dəli desə, dəli olar.
  • Biz ondan, yoğurt umarız, o bizdən ayran.
  • Boranı başdan partlayar.
  • Borclu ölməz, bənizi saralar.
  • Böylə qəm, böylə kədər; Böylə gəlmiş, böylə gedər.
  • Bülbülü qızıl qəfəsə salmışlar, "ah, vətən" demiş.

C[redaktə]

  • Cahil özünün düşmənidir, başqasının necə dostu ola bilər?!.
  • Cəsarət qəhrəmanlığın anasıdır.
  • Cəsurun baxışı qorxaqın baxışından itidir.

Ç[redaktə]

  • Çağır, Qaraca oğlan, çağır; Daş düşdüyü yerdə ağır. (Qaraca oğlan - XVII əsr məşhur Anadolu türk aşığı.)
  • Çirkin bürünər, gözəl görünər.
  • Çiy ət ət gətirər; Çiy çörək dərd gətirər.

D[redaktə]

  • Dağ başı dumanlı, insan başı yamanlı.
  • Darıxma darlığa, yetərsən varlığa.
  • Dədə - Yediklərini ödə.
  • Dəli dəlidən xoşlanar, molla ölüdən xoşlanar.
  • Dəli dövran sürər, ağıllı fürsət gözlər.
  • Dəmiri nəm çürüdər, insanı qəm çürüdər.
  • Dərd var gələr keçər, dərd var dələr keçər.
  • Dərvişin fikri nə isə, zikri də odur.
  • Dəvəquşu yük daşımağa gəlincə "quşam", uçmağa gəlincə isə "dəvəyəm" deyər.
  • Dəvəni toya çağırıblar: "Dabanım böyük oynamıram, dodağım böyük söyləmirəm, ya suları əskikdir, ya odunlar" - deyib.
  • Dəvətsiz qonağı köpəklər qarşılar.
  • Dəvəyə "Enişimi sevirsən, yoxuşumu? -deyiblər; "Düz yolu göyəmi çəkdilər?" - deyib.
  • Dəvəyə ot lazım olanda boynunu uzadar.
  • Dəyirman iki daşdan, məhəbbət iki başdan.
  • Dilənçi küsmüş, qismətini kəsmiş.
  • Dişi quşdur yuvanı quran.
  • Doğru danışanı doqquz kənddən qovarlar.
  • Doğru sarsılar, amma yıxılmaz.
  • Dost üzdən, düşmən gözdən bəlli olar.
  • Dostluq şüşə kimidir, sındırsan düzəldə bilməzsən.
  • Dostun atdığı daş baş yarmaz.
  • Dovşan dağdan küsüb, dağın xəbəri olmayıb.
  • Duzdan ləzizi yox, sudan əzizi yox.
  • Düşünə-düşünə görər işi, sonra peşman olmaz kişi.
  • Düyün bizim, oyna qızım.

E[redaktə]

  • El ağzına baxan arvadını tez boşar.
  • El qapısı həm gec, həm güc açılar.
  • Elm rütbəsi rütbələrin ən əlasıdır.
  • Elm cəhli yox edir, əxlaqsızlığı yox.
  • Elm - sahibinə dost, mal isə düşməndir.
  • Elmi ilə alim olmyanın söylədiyi təsirsiz qalar.
  • Eşq söylədər, dərd ağladar.
  • Ev bizə qaldı desənə, halva bişirib yesənə.
  • Ev yanmış, borc bacadan çıxmış.
  • Ev yeni, divar yeni - Ələyim hardan asım səni?
  • Ev yıxanın evi olmaz.
  • Evciyəzim, evciyəzim - saxlar məni sirciyəzim.
  • Ey abdal dərviş, pulla bitər hər iş.

Ə[redaktə]

  • Əba vaxtı əba alan, yaba vaxtı yaba alan aldanmaz.
  • Əcəl gəldi cəhanə - Baş ağrısı bəhanə.
  • Əkən - biçər, qonan - köçər.
  • Əlini vicdanına qoyub danış.
  • Əmək olmaz - yemək olmaz.
  • Ən böyük dövlət - canın saflığıdır.
  • Ən düz şey minarədir, onun da içi əyri.
  • Əsli nəysə, nəsli də odur.
  • Əvvəl kar, sonra yar. (kar - iş).
  • Əyri ağaca "yayım" demə, hər gördüyünə "dayım" demə.
  • Əyri ox mənzil almaz.

F[redaktə]

  • Fəqirin ahı, endirər şahı.
  • Fəqirlərin düşkünü, ağ geyinər qış günü; Zənginlərin azğını, kürk geyinər yaz günü.

G[redaktə]

  • Gedib də gəlməmək var, gəlib də görməmək var.
  • Gəlin atasına: "Həm ağlaram, həm gedərəm" deyər.
  • Gəlin - çiçək; dediyi göyçək.
  • Gəncliyin qiyməti bilinsə, qocalığın şikayəti azalar.
  • Gənclikdə ölüm, qocalıqda yoxsulluq zülümdür.
  • Gənclikdən qocalığa ömür saxlamalı.
  • Gəzən tülkü yatan aslandan nəsiblidir.
  • Gördün dəli, çəkil geri.
  • Gördün yarın yar deyil, tərkin qılmaq ar deyil.
  • Görən gözün haqqı vardır.
  • Göy ağlamayınca, yer gülməz.
  • Göz bir pəncərədir könülə baxar.
  • Gözəl quş əldə gəzər, gözəl qadın dildə gəzər.
  • Gözəldən qırx gündə doymaq olar, gözəl xasiyyətdən qırx ildə də doymaq olmaz.
  • Gözəllər çox iş edərlər; Soyarlar dərviş edərlər.
  • Gözlüyə gizli yoxdur.
  • Gözü dələdə olan quşun ayağı cələdən çıxmaz.
  • Gül bülbüldən ziyadə insan əlindən çəkər.
  • Gün keçər, kin keçər.
  • Gün qarası gedər, gön qarası getməz.
  • Günəş girən yerə həkim girməz.

H[redaktə]

  • Heyvanın dişinə baxarlar, insanın işinə.
  • Həm suçlu, həm güclü.
  • Hər adamın çörəyi yeyilməz.
  • Hər ağacdan qaşıq olmaz.
  • Hər işarəyə qaçan tazı tez yorular.
  • Hər kəsə yar ol, bar olma. (yar - dost, bar - yük).
  • Hər kəsin dəlisi evdə, dərdi - qarnında.
  • Hər quşun əti yeyilməz.
  • Hər şeyə bənzəyən bir şeyə bənzəməz.
  • Hər şeyə nəzər dəyər, müflisliyə dəyməz.
  • Hər zəmidən bir taxıl, hər başdan da bir ağıl.
  • Hirs ilə qalxan, ziyan ilə oturar.

X[redaktə]

  • Xain olan qorxaq olar.
  • Xalqın səsi - haqqın səsi.
  • Xeyirsiz duaya "amin!" deməz.
  • Xəstə ol mənim üçün, ölüm sənin üçün.
  • Xəstəni buza yollamayın, aşiqi sözə yollamayın.
  • Xırman yel ilə, düyün el ilə.
  • Xoruz öldü, gözü çöplükdə qaldı.

İ[redaktə]

  • İçdiyin üzüm suyumu; tökdüyün üzün suyumu?
  • İçmə namərd əlindən su, abi-həyat olsa da.
  • İftira dağdan ağırdır.
  • İki adam başında papağın yoxdur - deyirsə, əlini başına apar.
  • İki dilənçı bir qapıda yaxınlıq etməz.
  • İki qapıda gəzən köpək ac qalar.
  • İki qibləyə tapınanda din olmaz.
  • İnsan elə gün olur dağ qaldırır, elə gün də olur darı qaldıra bilmir.
  • İnsanın zilləti də öz əlindədir, illəti də.
  • İslandıq quruduq - sel bizə neylər, qarlı dağdan əsən yel bizə neylər.
  • İş başlamaqda deyil, başa yetirməkdədir.
  • İş buyur tənbələ, sənə ağıl öyrətsin.
  • İş insanın aynasıdır.
  • İş yuxunu görəndə deyil, yozandadır.
  • İşi ad işlər, sən işləməzsən.
  • İşi çoxaltmaq iş bilməzlikdən irəli gəlir.
  • İşləyən inci taxar, işləməyən iki yanına baxar.
  • İt iti yeyib, quyruğuna çatanda "mənimdir" deyib.
  • İynəsini salan yerə baxar.

K[redaktə]

  • Keçdi bülbül, keçdi gül; istər ağla, istər gül.
  • Keçidə də saqqal var, amma dədə deyil.
  • Kişi gətirməyi bilməli, qadın - yetirməyi.
  • Kor odur ki, düşdüyü quyuya bir də düşə.
  • Köhnəsi olmayanın təzəsi olmaz.
  • Kömürçünün evinə girən üzü qara çıxar.
  • Könlün sığdığı yerə hər şey sığar.
  • Köpək belə çörək verəni tanıyır.
  • Küləyin qabağına düşməyən yoxdur.

Q[redaktə]

  • Qadın var arpa unundan aş elər; Qadın var buğda ununu daş elər.
  • Qadındır evi tikən, qadındır evi yıxan.
  • Qadının biri əla, ikisi - bəla.
  • Qar ili - var ili.
  • Qaranquşa: "Nə üçün gah aşağıdan, gah yuxarıdan uçursan?" - deyiblər; o da "Bəlanın bəzən altından, bəzən üstündən keçmək üçün" - deyib.
  • Qardaş qardaşı bıçaqlamış, sonra durub qucaqlamış.
  • Qəbahət samur kürkü olsa da, kimsə çiyninə atmaz.
  • Qəbul olmayacaq duaya amin demə.
  • Qələm qılıncdan kəskindir.
  • Qərib quşun yuvası çox olar.
  • Qıldan incə, qılıncdan kəskin.
  • Qırx bacanağı bir it parçalamış.
  • Qırx hərami bir olmuş, bir çılpağı soya bilməmiş.
  • Qırx il qıran olmuş, əcəli gələn ölmüş.
  • Qız evi - naz evi.
  • Qonağın umduğu ev sahibinin üç öynəsi olur.
  • Qonşuda bişər, bizə də düşər.
  • Qorx aprelin beşindən - Öküzü ayırır işindən.
  • Qorxulu yuxu görməkdənsə, oyanıq yatmaq xeyirlidir.
  • Qurd belə qonşusuna zərər vurmaz.
  • Qurdla qoyun olmaz, qılıncla oyun olmaz.
  • Qurdu meşədən açlıq çıxarır.
  • Quyunu boyunca qaz, düşəndə boğulmayasan.
  • Qürbət - adı bəd.
  • Qürbətdə keçən ömür, nə dəmirdir, nə kömür.
  • Qüvvət haqqındır.

L[redaktə]

  • Leyləyi quşmu sayırsan? - yazda gələr, qışda gedər.
  • Lətifə lətif gərək.

M[redaktə]

  • Mal adama həm dost, həm düşməndir.
  • Mart havası kimi qərarsız.
  • Meyxanəçidən şahid istədilər, sərxoşu göstərdi.
  • Mədə - dərdin, pəhriz - dərmanın başıdır.
  • Məqsədin ən kəsə yolu səbrdir.
  • Mənə faydası olmayan göz çıxsın.
  • Mərhəmət hər zaman intiqamdan daha yaxşıdır.[1]
  • Mərmər - yaxşı daşdan; Yaxşılıq iki başdan.
  • Min bilsən də bir bilənə danış.
  • Minnət qədər ağır yük olmaz.
  • Müəllimin vurduğu yerdə gül bitər.

N[redaktə]

  • Namus gedər, dönməz geri; Yoxdur onun bəlli yeri.
  • Nə ilə ölçərsən, onunla da ölçülərsən.
  • Nə tapdınsa özünə, o görünər gözünə.
  • Nə yavuz ol - asıl, nə yavaş ol - basıl.

O[redaktə]

  • Od içindən tutuşar.
  • Oğlan doğdum - oydu məni, qız doğdum - soydu məni.
  • Oğlan yetir, qız yetir; Yenə şələni sən götür.
  • Olan - dörd bağlar, olmayan - dərd bağlar.
  • Otuz iki dişdən çıxan otuz iki məhəlləyə yayılar.
  • Ovçu nə qədər hiylə bilirsə, ayı da o qədər yol bilir.
  • Olanla ölənə çarə yoxdur.

Ö[redaktə]

  • Öküzü buynuzundan, insanı sözündən tutarlar.
  • Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün ağlar.
  • Öpürsən, öz əlini öp.
  • Özünü saxla ağlar gözdən, saxta sözdən.

P[redaktə]

  • Plovdan dönənin qaşığı qırılsın.

R[redaktə]

S[redaktə]

  • Saqqal başa qurban olsun.
  • Saqqalı sarı, gözü mavi - döl azğını; Gecə ayaz, gündüz bulud - il azğını.
  • Sağlıq ən böyük varlıqdır.
  • Sevginən səni sevəni - xak ilə yeksan isə də; Sevmə səni sevməyəni - Misirdə sultan isə də.
  • Səadət qapıdan girəndə səfalət bacadan qaçar.
  • Sən bilirsən bir iki, ellər bilir min iki.
  • Sənə bir öyüd; ununu əlinlə üyüd.
  • Sənə daş atana sən çörək at.
  • Səni səndən soruşmazlar - eldən soruşarlar.
  • Sənət qanaddır.
  • Sənətinə kim xor baxar; Boynuna torba taxar.
  • Sər ver, sirr vermə.
  • Sərçənin adı nə, budu nə?!
  • Sərxoş olub kişilikdən dəm vuranın qeyrəti araq şüşəsində olar.
  • Sərt olma, mərd ol.
  • Soydum əkdim, soyundum əkdim, yenə soyuna çəkdi.
  • Söyləyənə baxma, söylədənə bax.
  • Söz bir quş kimidir, buraxsan tuta bilməzsən.
  • Sözə usta, işə xəstə.
  • Sözlə plov bişsə, dəniz qədər yağ məndən.
  • Su bulandırmaqla balıq tutulmaz.
  • Sudan ayrılan bulağın oddan qorxusu olmaz.
  • Sümüklə dəri - yeməklə diri.

Ş[redaktə]

  • Şəriətin kəsdiyi barmaq qanamaz.
  • Şübhə insanı rahat qoymaz, amma çox bəlalardan qurtarar.

T[redaktə]

  • Tapançanın dolusu bir adamı, boşu qırx adamı qorxudar.
  • Tar ilə kamanı fərqləndirməyən adamdan məclis ağsaqqalı olmaz
  • Tarlada izi olmayanın süfrədə üzü olmaz.
  • Tələsik gedən əcələ gedər.
  • Tələsik gedən yolda qalar.
  • Tələsik işə şeytan qarışar.
  • Topalla gəzən axsamağı öyrənər.
  • Tülkü: " Özümə görə demirəm, amma üzümsüz bağın kökü qurusun" - deyib.
  • Türkün sonradan gələn ağlı mənim olaydı.

U[redaktə]

  • Ucuzdur - illəti var, bahadır - hikməti var.
  • Ulağı yoldan çıxaran bir çəngə otdur.
  • Ulunu dinləməyən ulaya-ulaya qalar.
  • Uma-uma, döndüm muma.

Ü[redaktə]

  • Ünü var, unu yox.
  • Üzü nəsə, ürəyi də odur.
  • Üzü öpülənin əli öpülməz.
  • Üzümün yaxşısı dənədir, qadının yaxşısı nənədir.

V[redaktə]

  • Vaxt atlı, biz piyada.
  • Vaxt nəqddir.
  • Var evi - kərəm evi, yox evi - ələm evi.
  • Verdin qırxı, getdi qorxu.
  • Vəsiyyət ölüm gətirər.
  • "Vur" demə, öldürər.

Y[redaktə]

  • Ya alaram - ya ölərəm.
  • Ya taxt, ya bəxt.
  • Yaxşı kitab sadiq dostdur. Ondan bezəndə hirslənmir, məsləhət istəyəndə aldatmır.
  • Yaxşı nəsihət verilir, yaxşı ad verilmir.
  • Yaxşı övlad atanı vəzir edər, pis övlad - rəzil.
  • Yaxşılıq qəribdir, tanınmaz.
  • Yağmur yağsa - qış olmazmı, adam özünü bilsə - xoş olmazmı?
  • Yalan dinləmək yalan söyləməkdən çətindir.
  • Yalançı kimdir? - Eşitdiyini söyləyən.
  • Yalançının şamı gün batana qədər yanır.
  • Yaş yetmiş - iş bitmiş.
  • Yay kimi əyri olsam, əldə tutarlar məni, ox kimi dümdüz olsam, çölə atarlar məni.
  • Yeriyən yol alar, yeriməyən yolda qalar.
  • Yerli dovşanı yerli tazı tutar.
  • Yetimin bağrı yağ bağlamaz.
  • Yetimin qarnına vurmuşlar, "Vay, arxam!" - demiş.
  • Yıxıldınsa, torpağa sarıl.
  • Yırtıcı quşun ömrü az olar.
  • "Yox" şeytandır.
  • Yolçuya yol gərək, qurbağaya göl gərək.
  • Yolu azana köpək səsi bülbül səsindən xoşdur.
  • Yorğan getdi, qovğa bitdi.

Z[redaktə]

  • Zəlil adam tamahkar olar.

Mənbə[redaktə]

  • Dünya xalqlarının atalar sözləri. Bakı.2015

İstinadlar[redaktə]

  1. * Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014