Deyl Karnegi
Jump to navigation
Jump to search
Deyl Karnegi - Amerika psixoloqu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- And içməyə gərək qalmayacaq qədər sözlərinə sadiq ol.
B[redaktə]
- Başqaları ilə maraqlansan iki ay içində bir çox dostlar qazana bilərsən; başqalarının səninlə maraqlanmasını gözləsən, iki ildə belə tək dost qazana bilməzsən.
- Biz səhvlərimizdən öyrənirik.
- Bütün boş vaxtınızı qəzetlə keçirməyin, ona ayıracağınız vaxtın yarısını sizə yeni şeylər öyrədəcək kitablara ayırın.
E[redaktə]
- Evlilikdə özünü xoşbəxt hiss edən adi insan tək-tənha yaşayan dahidən qat-qat xoşbəxtdir.
D[redaktə]
- Dünyаdа mübаhisədə qаlib gəlməyin bir yоlu vаr – оndаn imtinа еtmək.
Ə[redaktə]
- Əgər həyatda həqiqi xoşbəxtliyi tapmaq istəyirsinizsə, o zaman nankorluq hissi haqqında düşünməyin. Fədakarlığın bəxş etdiyi mənəvi sevincə təslim olun.
- Əgər siz hаqsızsınızsа, оnu tеz və cəsаrətlə еtirаf еdin.
- Əgər tale sizə limon bəxş edərsə, siz də ondan limonad hazırlamağı öyrənin.
G[redaktə]
- Gülümsəyin; elə səmimi və isti olun ki hər sıxdığınız ələ, ruhunuzu da qatın.
H[redaktə]
- Heç bir halda düşmənlərinizlə hesablaşmağa cəhd etməyin. Unutmayın ki, bu davranışla siz onlara yox, özünüzə daha çox zərər yetirə bilərsiniz.
- Hər kəsin sizi sevməsini istəyirsinizsə, gülümsəyin.
- Hər zaman nəsə bir fəaliyyətlə məşğul olmağa çalışın. Məşğuliyyət, kainatın ən ucuz və ən effektiv müalicə üsullarından biridir.
- Həyatda heç vaxt heç kimi tənqid və mühakimə etməyin. Heç nədən şikayətlənməyin.
X[redaktə]
- Xoşbəxt deyilsizsə belə, arzuladığınız xoşbəxtliyi artıq tapmış insan kimi davranın. Əmin olun ki, çox qısa zamanda həqiqətən də xoşbəxt birinə çevriləcəksiniz.
- Xoşunuza gəlməyən insanlar barədə heç vaxt düşünməyin.
İ[redaktə]
- İctimai həyatda ən faydalı dəyər tolerantlıqdır.
- İnsanlar üç cürdür: pulun köləsi olanlar, pulun dostu olanlar və pulun ağası olanlar.
- İnsanları ələ salmaq xatirinə gülməyin.
- İnsanları sevsən, sevilərsən.
K[redaktə]
- Kimsə öz məqsədləri naminə sizdən yararlanmağa çalışırsa, həmin insanı ümumiyyətlə öz tanışlarınız sırasından çıxarın.
Q[redaktə]
- Qadının bişirdiyi yeməyi tərifləsən onu xoşbəxt etmiş olarsan.
- Qadının üzünün ifadəsi onun geyimindən əhəmiyyətlidir.
Ö[redaktə]
- Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.
- Özünüzü qarşınızdakı insanın yerinə qoyun və bu yolla ona nəyin lazım olduğunu müəyyənləşdirməyə çalışın.
P[redaktə]
- Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar.
S[redaktə]
- Səhvi bağışlamaq mədəni şəkildə intiqam almaqdır.
- Sizin həmsöhbətiniz bəlkə də haqlı deyil. Amma əgər o özünü haqlı sayırsa, onu buna görə qınamayın.
Ş[redaktə]
- Şəxsən mən çiyələyi kremlə yeməyi sevirəm. Amma balıqlar qurd yeməyi xoşlayır. Ona görə də mən balıq ovuna çıxanda özümün nə sevdiyi yox, balığın nəyi xoşladığını düşünürəm.
T[redaktə]
- Təbiətin əzəl qanunu intizamdır.
Ü[redaktə]
- Üzə deyilən tərif həm danışanı, həm də dinləyəni rüsvay edir.
Y[redaktə]
- Yaxşı arvad ərinin xoşladığı şeyləri xoşlayar.
Z[redaktə]
- Zəlzələdən və yа zınqırоvlu ilаndаn qаçdığınız kimi, mübаhisədən də qаçın.