Çin atalar sözləri
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağac əkmək üçün ən uyğun zaman 20 il əvvəl idi. Növbəti uyğun zaman bugündür.
- Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər.
- Ağıllı adam dəlini danlamaz.
- Ağıllı adama elm xoşbəxtlik verər, axmağa isə bədbəxtlik.
- Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar.
- Ağılsız o adamdır ki, ayın özünə yox, onu göstərən barmağa baxır.
- Ağız yeyəndə mədənin də fikrini soruşmalıdır.
- Axmaq adamın xöşbəxtliyi də axmaq olur.
- Allahın var olduğunu isbat etməyin lazım olduğunu düşünürsünüz? Günəşi görmək üçün əvvəlcə bir məşəl yandırmaq lazımdır?
- Arxanca danışırlarsa deməli sən qabaqdasan.
- Arvad seçərkən özündən biliksizini, dost seçərkən özündən biliklisini seç.
- Ata yəhərinə görə qiymət biçmə.
- Ayağın büdrəyib yıxıldınsa, yolunu dəyişmə.
- Az toyuq az yumurta, çox toyuq çox yumurta.
- Azlığa dözümsüz olsan, bolluqdan olarsan.
B[redaktə]
- Batan günəş kimi qaranlıq deyil, doğan günəş kimi işıqlı ol!
- Başqalarını danlayar kimi özünü danla, özünü bağışlayar kimi başqalarını bağışla.
- Bəla sürüsüylə gəlir
- Bir dəfə aslanın belinə mindinsə enmək çətindir.
- Bir nəfərdən şübhələnirsənsə onu işə götürmə, işə götürürsənsə ondan şübhələnmə.
- Birinin ağlından keçəni bilmək istəsən, söylədiklərini dinlə.
- Böyük insanların iradələri, zəiflərin isə ümidləri vardır.
- Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.
- Bütü düzəldənlər ona səcdə etməzlər, çünki onu necə düzəltdiklərini yaxşı bilirlər.
C[redaktə]
- Cəzadan qaçmağın ən asan yolu xəta törətməməkdir.
Ç[redaktə]
- Çox danışan çox səhv buraxar.
- Çox kefli anınızda kimsəyə bir şey vəd etməyin. Çox hirsli anınızda kimsəyə cavab verməyin.
- Çox mal göz çıxarmaz amma çox mal cəhənnəmə kötükdür.
- Çox yesən ləzzət azalar, az yesən ləzzət çoxalar.
- Çöhrəsində təbəssüm olmayan adam dükan açmamalıdır.
D[redaktə]
- Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir. Ancaq çıxarkən gördüyün mənzərə fərqlidir.
- Dərdli olmanın sirri, dərdli olub olmadığımızı düşünəcək qədər boş vaxta sahib olmağımızdır.
- Dərin olan quyu deyil, qısa olan ipdir.
- Divar inşa edildikdən sonra divarçı unudular.
- Dostların alnındakı milçəyi balta ilə qovma!
- Dünyada üç şey saxlana bilməz: eşq, tüstü və pulsuzluq!
- Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır.
- Düz dayanmısansa, kölgənin əyri düşməsindən qorxma.
E[redaktə]
- Elm həm bildiyinizi, həm də bilmədiyinizi bildirmək üçündür.[1]
- Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahbuzla getməyən at qapında varsa qaldır at.
- Evlilik qala kimidir, xaricindəkilər girməyə, içindəkilər çıxmağa çalışırlar.
- Eyni yastığa baş qoymaq, eyni yuxunu görmək demək deyil.
Ə[redaktə]
- Əgər istedadın varsa, bəxtinin gətirməyəcəyinə inanma.
- Əgər sən düz dayanmısansa, kölgənin əyri düşməsindən qorxma.
- Əgər Tanrı yağış yağdırmaq və anan ikinci dəfə evlənmək istəsə, buna kimsə mane ola bilməz.
- Əsəbi ikən heç vaxt məktub yazma.
- Əsəbi vaxtı bir an səbrli olsan, yüz günlük peşmanlıqdan qurtararsan.
- Ən yaxşı döyüş baş tutmayan döyüşdür.
- Ən iti qılıncı cəsur əsgərə verirlər.
F[redaktə]
- Fəzilətə gedən qapını açmaq çətindir.
G[redaktə]
- Güclülər maneələri, müdriklər bütün yolu keçər.
- Gülümsəməyi bacarmayandan tacir çıxmaz.
- Gülümsəməyi bilməyən dükan açmamalıdır.
- Gülüş dolu koma darıxdırıcı saraylardan daha zəngindir.
- Günəşin doğuşundan batışına qədər tələsik iş edənlər uzun yaşamazlar.
H[redaktə]
- Hakim canidirsə, vay o qanunların halına.
- Heç bir gəmi bizi kitab qədər uzağa apara bilməz.
- Heç kim boğulma ehtimalı üzündən yeməyi rədd etməz.
- Heç kim səyahətdən getdiyi kimi qayıtmır.
X[redaktə]
- Xəncər kimi bir dilə, lakin pambıq kimi bir ürəyə sahib ol.
İ[redaktə]
- İçkini tərk etmək istəyirsənsə, sərxoşa bax.
- İki dəfə köçmək bir yanğına bərabərdir.
- İndi kim olduğunu bilmək istəyirsənsə, keçmişdə kim olduğunu öyrən: nə olacağını bilmək istəyirsənsə, nə etdiyini öyrən.
- İnsan hər kitabdan yeni bir şey öyrənir.
- İnsanın yaxşı ad çıxarması üçün yüz il də azdır, pis ad çıxarması üçün isə bir gün də bəsdir.
- İstiqamətsiz üzənlərə əsən külək kömək etməz.
- İtin ağzından fil dişi tapa bilməzsən.
- İzah etsəniz unudaram, göstərsəniz xatırlayaram, etdirsəniz anlayaram.
J[redaktə]
K[redaktə]
- Kiçik yaxşılıqları unutma, kiçik səhvləri unut.
- Kitablar insanların yolunu işıqlandırır.
- Kitabsız böyüyən uşaq, susuz böyüyən ağaca bənzər.
- Küncə qısılanda dovşan da sizi dişləyər.
Q[redaktə]
- Qadına inanan, özünü aldadar. İnanmayan da qadını aldadar.
- Qardaşlar ortaq işləsə dağlar qızıldan olar.
- Qayğılar həll olunana qədər onlar barəsində nikbin düşün.
- Qisas almağa başlamazdan əvvəl iki qəbir qaz.
- Qızarmış ördəyin ağzına gələcəyini gözləyən çox gözləyər.
- Qopan bir ipə sıx bir düyün təyin etsəniz, ipin ən möhkəm yeri artıq bu düyündür. Amma ipə hər toxunuşunuzda canınızı ağrıdan tək nöqtə yenə o düyündür…
- Qurduğumuz ən böyük həbsxana içimizdədir.
L[redaktə]
- Ləyaqətli insanın ürəyi xoşbəxtlik anlarında yumşaq, fəlakət anlarında sərtdir. [2]
M[redaktə]
- Meşədə də yaşasan ağacın qədrini bil.
- Məğlubiyyətsiz qələbə olmur. [3]
- Məşhurlaşmaq üçün vicdanı hərraca qoymaq gözəl bir rəsm əsərini yandırıb külündən bəhrələnməyə oxşayır.
- Min kilometrlik bir səyahət ilk addımla başlar.
- Möhkəm iradə olan yerdə dağ zəmiyə çevrilər.[4]
N[redaktə]
- Namuslu adamın verdiyi söz onun üçün müqəddəs borc olmalıdır.
- Nə qədər dönsən dön, qıç yenə arxandadır.
O[redaktə]
- Oturaraq edə biləcəyin heç bir şeyi ayaqüstə, ayaqüstə edə biləcəyin heç bir şeyi oturaraq etmə.
- Oyun oynamaq fikrindəsənsə oyunun qaydalarını, hissələri, bitmə vaxtını öncədən müəyyən et.
Ö[redaktə]
- Önündən atılan nizədən qorunmaq asandır, nəinki arxandan atılan oxdan qorunmaq.
- Öz düşüncələrinlə qonaq kimi rəftar et, öz istəklərinlə isə uşaqla rəftar edən kimi.
P[redaktə]
- Pislik etməmisənsə, şeytanların qapını döyməyindən qorxma.
- Planınız 1 illikdirsə - düyü əkin, 10 illikdirsə - ağac əkin, 100 illikdirsə - insanlara təhsil verin.
R[redaktə]
S[redaktə]
- Sevgisiz insan cilalanmamış almaz kimidir.
- Soruşan insan 5 dəqiqə; soruşmayan ömür boyu axmaqdır.
- Sevilən insan sevgisini insanlara verən insandır.[5]
Ş[redaktə]
T[redaktə]
- Təmənnalı dostluq möhkəm olmaz.
U[redaktə]
- Uğursuzluq uğurdan daha çox şey öyrədir.
- Uğurun yol-yoldaşı nizam-intizamdır.
- Uşağı həddən artıq əzizləmək onu fəlakətə hazırlamaq deməkdir.
Ü[redaktə]
- Üç növ insan qəzəbdən uzaq olmalıdır: dövlət məmurları, müştərilər və dul qadınlar.
V[redaktə]
- Vaxt bütün qapıları səbirli insanların üzünə açır.
Y[redaktə]
- Yaxındakıları xoşbəxt et, uzaqdakılar gələcək.
- Yaramaz adamın ürəyi xoşbəxtlik anlarında bərk, bədbəxtlik anlarında yumşaqdır:ləyaqətli insanın ürəyi xoşbəxtlik anlarında yumşaq, fəlakət anlarında bərkdir.
- Yaşlısansa öyüd ver: gəncsənsə, yaşlıların öyüdlərini eşit.
Z[redaktə]
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.120
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
- ↑ Xəzinə. Bakı, 1997, səh.66
- ↑ Aforizmlər və hikmətli sözlər.Bakı, 2005.səh.164
- ↑ "Gül verən əldə gül qoxusu qalar". bizimyol.info, 07.04.2015 (azərb.)