Hakim

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adil hakimin qohumu yoxdur, qohumu çox olan hakimin insafı. Qırğız atalar sözləri
  • Ağılsızlığın hakim olduğu yerdə, ağıl gizlənər. Yapon atalar sözləri
  • Ağlımız hakim, duyğularımız isə şahidlərimizdir. Ağıl həmin şahidlər vasitəsi ilə alınan şeyləri müqayisə edir. Ağıl həssasdır, o, müşahidəni mühakimə etməlidir. Deni Didro
  • Azadlığa çıxmanın indiyədək məhəl qoymadığımız ən adi, ən sadə açarı elə budur: yalana qoşulmamaq! Qoy yalan dünyanı bürüsün, qoy yalan hamıya hakim kəsilsin, ancaq kiçicik bir şeydə möhkəm duraq - yalanın hakim olmasında mənim əlim olmasın. Aleksandr Soljenitsın

B[redaktə]

  • Bir əmirin hədiyyə qəbul etməsi haramdır, hakimin rüşvət alması kafirlikdir. Məhəmməd peyğəmbər
  • Bir günlük hakim oldu, yüzünün canını aldı. Abxaz atalar sözləri
  • Bir hakim yaxşı niyyətlə dinləməli, ağıllıca cavab verməli, sağlam düşünməli, tərəfsiz olaraq qərar verməlidir. Sokrat
  • Bizi məhv, yaxud bizə pislik edə biləcək gələcək şərin təsəvvüründən yaranmış xoşagəlməz hisslərdən və pərtlikdən ibarət qorxu hissi bizə hakim olsun. Aristotel
  • Böyük səbrə malik insan cəsur birisindən xeyli üstündür, özünə hakim olan insan isə bir şəhəri fəth edən sərkərdədən daha böyük ixtiyar sahibidir. Süleyman

D[redaktə]

  • Din insanlıq tarixinə hakim olan və cəmiyyətləri yaşadan ən böyük qüvvədir. [1] Henri Bencamin Kostant
  • Dünyada üç yazıq var: taxtdan salınmış hakim, var-yoxdan çıxmış varlı və dəlilər içinə düşmüş ağıllı. Monqol atalar sözləri
  • Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır - müəllim, hakim və həkim. Sokrat
  • Düşmənlər arasında hakim olmaq, dostlar arasında hakim olmaqdan yaxşıdır. Birinci halda düşmənlərdən biri dostuna çevrilir, ikinci halda dostlardan biri düşmənə. Bəhmənyar əl-Azərbaycani
  • Düşüncələrimizə hakim olan və əqidələrimizi tabe etdirən ideyalar elə bir zəncirdir ki, ürəyimizi qırmadan onlardan azad ola bilmərik. Karl Marks

E[redaktə]

  • Ehtirasları icazəli və qadağan edilən ehtiraslara bölən haqlı deyil. Bir insan onlara hakim olduqda bütün ehtiraslar yaxşı, tabe olduqda isə pisdir. Jan Jak Russo
  • Emosiyalarıma baş əymək istəmirəm. Onlardan istifadə etmək, həzz almaq və onlara hakim olmaq istəyirəm. Oskar Uayld

Ə[redaktə]

  • Ən böyük müdriklik özünə hakim ola bilməkdir. Evripid
  • Ən böyük hakimiyyət özünə hakim olmaqdır. Seneka
  • Ən qüdrətli insan, özünə hakim olandır. Seneka
  • Əsl böyüklük, özünə hakim olmaqdır. Daniel Defo

G[redaktə]

  • Günahsızı məhkum edən hakim ilk növbədə özünü məhkum etmiş olur. Sir Publili

X[redaktə]

  • Xarakter insanın öz üzərində, istedad isə – başqaları üzərində hakim olmasıdır. V.O. Klüçevski

H[redaktə]

  • Hakim canidirsə, vay o qanunların halına. Çin atalar sözləri
  • Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Sokrat
  • Hakimlər gəldi-gedərdi, yalnız xalq ölməzdir. Henrix Heyne
  • Həqiqi böyüklük özünə hakim olmaqdır. Daniel Defo
  • Həmişə öz iradənə hakim, vicdanına isə qul ol. Eşenbax Xristian Erenfrid
  • Hər hansı şəhərin bəzəyi beş şeydir: müzəffər şah, ədalətli hakim, zəngin bazar, mahir təbib və bol suyu olan çay. Şapur xan

İ[redaktə]

  • İgidlik təkcə o deyil ki, düşmənlərə qalib gələsən, öz ehtiraslarına hakim olmaq da adamdan igidlik tələb edir, yoxsa bəziləri şəhərlər üzərində hakimlik etsələr də, özləri qadınların kölələridir. Demokrit
  • İlk iki dövr geridə qalmışdır; müsbət elmin və düşüncənin hakim olduğu dövrə girdik. Ogüst Kont
  • İnsan şah və ya hakim kimi yaşaya bilər, lakin o, insan kimi ölməlidir. Con Uebster
  • İradənə hakim, lakin vicdanına əsir ol. Aristotel

Q[redaktə]

  • Qalib hər zaman hakim, şübhəli məğlub olacaq. German Görinq
  • Qarşınızda seçim var: ya siz ağlınıza sahib çıxırsınız, yaxud da o, sizə hakim olur. İkinci variantla artıq yaşamısınız: siz qorxuların, nevrozların, qətiyyətsizliyin sizi ələ keçirməsinə icazə verirsiniz, çünki insanlar özlərini məhv etməyə meyllidirlər. Paulo Koelyo
  • Qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan. Konfutsi
  • Qoçaqlıq ona deyilir ki, nəfs öz möhkəmliyi üzərində hakim olsun, qorxu vaxtı səbir və təmkinini mühafizə etsin, nizam-intizamsız hərəkətlərə yol verməsin. Nəsirəddin Tusi

M[redaktə]

  • Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki o eyni zamanda başa, ürəyə və bədənə hakim olur. Volter
  • Müvəffəqiyyətin sirri, məşğul olduğun mövzuya hakim olmaqdır. Bencamin Dizraeli

O[redaktə]

Ö[redaktə]

  • Öz dişlərimin arasında olmasına baxmayaraq öz dilimə hakim ola bilmirsəm, başqalarının dilinə necə hakim ola bilərəm... Bencamin Franklin
  • Öz nəfsinə hakim olan, dünyaya hökm edə bilər. Volter
  • Özünə hakim olmaq ən böyük hakimiyyətdir. Siseron

S[redaktə]

  • Saxtakarlığın universal səviyyədə hakim olduğu dövrlərdə, gerçəyi söyləmək inqilabçı bir hərəkətdir. Corc Oruell
  • Sirrini saxlasan ona hakim olarsan. Saxlaya bilməsən, o sənə hakim olar. Həzrəti Ömər
  • Son Çeçen canını vermədən ruslar ölkəmizə hakim ola bilməzlər. Cövhər Dudayev

T[redaktə]

Z[redaktə]

  • Zalım şəxsin üç əlaməti vardır; günaha batıb özündən üstünə zülm edər; özü hakim olduqda özündən aşağıya zülm edər; zülmkara kömək göstərərək zülm edər. Həzrəti Əli
  • Zövqə əsir olan deyil, hakim olan xoşbəxtdir. Aristofan

Mənbə[redaktə]

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.84
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.60