Seneka

Vikisitat saytından
Wikipedia logo
Wikipedia logo
Seneka haqqında Vikipediyada məqalə var.
Seneka



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Seneka Lütsi Anney (e.ə.4-b.e.65) - Roma yazıçısı, filosofu və siyasi xadimi.

A[redaktə]

  • Açıqca göstərilən nifrət, qisas alma duyğusunu yox edər.
  • Ağrısız keçən gün yoxdur.

B[redaktə]

Bütün sənətlər təbiətin təqlididir.
  • Başqalarının sizin haqqınızda nə düşündüyünün elə bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan özünüz haqda özünüzün nə düşünməyinizdir.
  • Başqasının sənin sirrini faş etməməsini istəyirsənsə, sən öz sirrini faş etmə.
  • Başlayan hər şey bitər.
  • Bəzi dərmanlar xəstəliklərdən də təhlükəlidir.
  • Bir insan hansı limana çatmaq istədiyini bilirsə onun üçün hər külək uyğundur.
  • Bəzi insanlar həyatda heç bir məqsədi olmadan yaşayırlar. Belələri çay üzərində axıb gedən saman çöpünə bənzəyir; onlar getmir, suyun axını onları aparır.
  • Bir müdrik ən pisi belə gülərək qarşılamalı idi.
  • Bir tərəfi dinləmədən qərar verən doğru qərar vermiş olsa belə ədalətsizlik etmiş sayılar.
  • Bir şey fikirləşib başqa şey demək rüsvayçılıqdır, bir şey fikirləşib başqa şey yazmaq isə ondan da pis rüsvayçılıqdır.
  • Böyük bir sərvət, böyük bir köləlikdir.
  • Böyüklük təpələrinə gedən yollar enişli, çıxışlıdır.
  • Bu günün həzzlərindən elə bəhrələnməliyik ki, gələcəyə ziyanı dəyməsin.
  • Bütün sənətlər təbiətin təqlididir.

C[redaktə]

  • Cahillik bəladan qurtulmağın pis yoludur.
  • Cücə, dağa da çıxsa cücə, nəhəng, quyuya da girsə nəhəngdir.
  • Cürət edə bilməməyimizin səbəbi işlərin çətinliyi deyil, sadəcə, cürət edə bilmədiyimiz üçün işlər çətindir.

Ç[redaktə]

  • Çətin olduğundan cəsarət edə bilmir deyilik, tərsinə cəsarət edə bilmədiyimiz üçün çətindir.
  • Çox az şeyə sahib olan insan deyil, əsl çox şeyin həsrətini çəkən insan kasıbdır.
  • Çox vaxt nizamlı olan şey xüsusiyyətdir, hal deyil.
  • Çox vaxt yenilik böyüklükdən daha çox heyrət doğurur.
  • Çox şeyi qazanarkən, bəzi şeyləri itirərsən. Həyatda elə seçkilər etki qazandığın şeylər, itirdiklərinə dəysin.

D[redaktə]

  • Danışmaq ağlın mündəricatıdır.
  • Dəniz sakit olduğu zaman böyük dalğalar qayalara çarpmaz.
  • Dostluq sınanan yerdən dostlar qaçır.

E[redaktə]

  • Ey həyat səni bu qədər əhəmiyyətli tutulmağın ölüm sayəsindədir.

Ə[redaktə]

  • Əxlaqın pozulması mədəniyyətlərin dağılmasına zəmin yaradır.
  • Əgər insan hansı sahilə yan alacağını bilmirsə, onda küləyin hansı istiqmətdən əsməsinin onun üçün heç bir faydası olmur.
  • Əgər qorxmaq istəmirsənsə, yadına sal ki, qorxmağa qalsa, hər şeydən qorxmaq olar. [1]
  • Əlindəkinə qane olmayana dünyanı da versən qane olmayacaq.
  • Ən böyük hakimiyyət özünə hakim olmaqdır.
  • Ən güclü insan özünü idarə etməyi bacaran insandır.
  • Ən qüdrətli insan, özünə hakim olandır.
  • Əsl azadlığı qazanmaq üçün fəlsəfənin qulu olmalısan.
  • Əslində çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, Biz cəsarət edə bilmədiyimiz üçün çətindir.
  • Əvvəl gözəl xasiyyətə malik ol, yalnız bundan sonra təhsil almağa başla. Birinci şərt olmadan ikincisinə çatmaq çox çətindir.
  • Əyyaşlıq könüllü dəlilikdir.

F[redaktə]

  • Fəqir insan malı az olan deyil, arzusu çox olandır.
  • Fəlsəfə ... ruhu formalaşdırır və qurur; həyatımızı əmr edir, davranışımızı istiqamətləndirir , bizə nə etməli olduğumuzu və nəyi yarımçıq qoymalı olduğumuzu göstərir; o, sükan arxasında oturur və qeyri-müəyyənliklər arasında tərəddüd etdiyimiz zaman bizim kursumuzu istiqamətləndirir.

H[redaktə]

  • Hamımız həyatın qısalığından danışarıq da, boş keçən zamanlarımızı necə istifadə edəcəyimizi bilməyik!
  • Harada bir insan varsa, böhran üçün bir fürsət var.
  • Heç bir insan təsadüfən müdrik olmayıb.
  • Heç bir şey bilməməkdənsə, lazımsız şeyləri bilmək belə faydalıdır.
  • Həqiqət hamı üçün açıqdır, amma biz hələ bir çox həqiqətləri aça bilməmişik, onları aşkara çıxarmaq gələcək nəsillərin hünəridir.
  • Həqiqəti qəbul etmək ağıllılıq, yaşamaq və müdafiə etmək üstünlük, onu ucaltmaq üçün həyatını həsr etmək isə qəhrəmanlıqdır.
  • Hər bir həzzin ən sevincli məqamı qurtaranda üzə çıxır.
  • Hər kəs özünü bədbəxt hesab etdiyi qədər bədbəxtdir.
  • Həyat bir nağıla bənzər, uzunluğu yox, yaxşı olub-olmaması mühümdür.
  • Həyat bu, zaman gələr, hər şey bir anda son olar. Həyat bu, son dediyin an, hər şey yenidən can tapar.
  • Həyat elə lənət bir şeydir ki; Ya səhv zamanda doğru insanı qarşına çıxarar. Ya da səhv insanla, zamanını xərcləyər..
  • Həyat məzmununa görə qiymətləndirilir.
  • Həyatı itirməkdən daha ağrılı bir şey vardır, Həyatın mənasını itirmək.
  • Həyatı komediya sananlar, son zarafatı yaxşı düşünsünlər!

X[redaktə]

  • Xainə etibar etmək onun zərər vurması üçün imkian yaradır.
  • Xəstə olduğun üçün deyil, həyatda olduğun üçün öləcəksən.
  • Xoşbəxt həyat, ehtiras və qorxu üzərində məntiqin və düşüncənin əldə etdiyi bir zəfərdir.
  • Xoşbəxtlik heç vaxt insanı elə bir yüksəkliyə qaldırmır ki, onun dosta ehtiyacı olmasın.
  • Xoşbəxtlik xeyirxahlıqdadır.
  • Xoşbəxtliyin sədaqətə ehtiyacı var, bədbəxtlik isə onsuz ötüşə bilər.

G[redaktə]

  • Gəncliyində bilik ağacını tikməyən, yaşlılığında rahatlayacağı bir kölgə tapa bilməz.
  • Günəş pis insanların üzərinə də işıq saçar.

İ[redaktə]

  • İnamsızlıq başlayan yerdə dostluq qurtarır.
  • İnsan geridə buraxdıqlarını darıxar, sahib olduğundan sıxılar, çata bilmədiyinə tutular. Ümumiyyətlə çatılmaz olan həmişə eşq olar.
  • İnsan hansı estakadaya tərəf getdiyini bilməyəndə heç bir külək onun üçün əlverişli olmayacaq.
  • İnsan, məntiqli düşünən bir heyvandır.
  • İnsan yalnız xarici səbəblərdən bədbəxt olmur.
  • İnsan yan almaq üçün hansı limana getdiyini bilməyəndə heç bir külək onun üçün sərfəli olmayacaqdır.[2]
  • İnsanın günaha batmaq istəməməsi ilə istəyib-bacarmaması fərqli şeylərdir.
  • İnsanlar arasında Tanrın səni görürmüş kimi yaşa. Tanrıya dua edərkən də insanlar səni dinləyirmiş kimi dua et.
  • İnsanlar çox şeyə sahib olduqca, daha da artığını istəyirlər.
  • İnsanlar öyrənərək öyrədirlər.
  • İnsanları tanımaq üçün onları sınamaqdan qorxmayın; Çünki itirilməsi lazım olanlar, ən əvvəl itirilməlidirlər.
  • İstənilən adamı əfv etmək üçün səbəb həmişə tapılar.
  • İstəyirsənsə, nə haqdasa sussunlar, birinci sən sus.

K[redaktə]

  • Kasıb o kəs deyil ki, onun az şeyi var. Kasıb o kəsdir ki, malik olduğundan artıq şey istəyir.
  • Kasıblıq igidliyə səbəb olur.
  • Kiçik itlər yadlara necə hürsə, birliklər də böyük adamlara elə hürər.
  • Kiçik nöqsanlar böyük səhvlərə aparır.
  • Kim özünü bütünlüklə nəşənin və ya kədərin ixtiyarına tapşırarsa, o, kölə vəziyyətinə düşər.
  • Kimi insanlar həyatda heç bir məqsədə sahib olmadan yaşayarlar. Bu kimi insanlar, bir çay üzərində axıb gedən saman zibillərinə bənzərlər. Onlar getməz; ancaq suyun axışına qapılaraq axarlar.
  • Kitabxanalar çoxaldıqca, həbsxanalar azalar.
  • Kitabsız yaşamaq, kor, kar, dilsiz yaşamağa bənzəyər.

Q[redaktə]

  • Qadınların saxlaya bildikləri tək sirr, bilmədikləri sirrdir.
  • Qarşı tərəfi dinləmədən qərar qəbul etmək ədalətsizlikdir, hətta qərarın özü ədalətli olsa belə, ona xor baxacaqlar.
  • Qəhrəmanlığın böyük dərsləri yalnız bədbəxtlikdə olur.
  • Qəlbində var-dövlətini itirməyə hazır olmayan insana bu var-dövlət heç vaxt sevinc gətirməyəcəkdir.
  • Qəzəb hissi insan təbiətindən doğmadığı üçün onunla mübarizə etmək mümkündür.
  • Qismət yazdığını poza bilməz
  • Qızıl yüyən yabını köhlən etməz.
  • Qızılı od ilə, qadını qızıl ilə və kişini qadın ilə sınaqdan çıxarırlar.
  • Qocalmazdan əvvəl yaxşı yaşamaq, qocaldıqdan sonra isə yaxşı ölmək istədim.

M[redaktə]

  • Mən adamlara qiymət verəndə təkcə gözlərimə inanmıram.
  • Mərdlik qorxuya nifrət deməkdir. O, bizi qorxudan təhlükələrə etina etmir. Mərdlik mübarizəyə çağırır.[3]

N[redaktə]

  • Nəfəs alırsansa ümid var deməkdir; amma nöqtə qoyulduqdan sonra, 'bəlkə' demək ümid deyil, çarəsizlikdir.
  • Nəyimiz varsa, özgələrindir, bircə zaman bizimdir.
  • Nifrətdən qorxan adam idarə etməyi bacarmaz.

O[redaktə]

  • O kəs də xoşbəxtdir ki, hörmət etdiyi kəs haqqında xatirə belə onu özünü təkmilləşdirməyə sövq edir.
  • Onların zəngin ola-ola ehtiyacları var. Bu isə yoxsulluğun ən ağır növüdür.
  • Onsuz getməyə başlayana qədər bir çox şeyin nə qədər lazımsız olduğunu dərk edə bilmirik. Biz onlardan ehtiyacımız olduğu üçün deyil, onlara sahib olduğumuz üçün istifadə edirik.

Ö[redaktə]

  • Ölüm, bəzən bir cəza, bəzən bir hədiyyə, çox vaxt da bir lütfdür.
  • Ömürünü səyahətlə keçirənlər bir çox tanış tapar, amma dostluq qura bilməz.
  • Öz pərəstişkarlarının sayı ilə yox, sanbalı ilə maraqlan.
  • Özünü ələ almağı bacaran insan hamıdan güclüdür.

P[redaktə]

  • Pul həqiqi zənginlik deyildir. O, sadəcə ehtiyacları ödəməküçün bir vasitə olduğuna görə dəyərlidir. Biz səhranın ortasında istidən yanan bir insan üçün bir neçə damcı soyuq su bir torba qızıldan daha çox dəyərlidir.
  • Pul ilə satın alınan sədaqət, daha çox pul ilə də satılar.
  • Pulları idarə etmək lazımdır, pulun xidmətçisinə çevrilmək yox.

S[redaktə]

  • Sağalmağın şərtlərindən biri sağalmaq istəməkdir.
  • Sevib itirmək, sevməmiş olmaqdan daha yaxşıdır.
  • Sən, bir adam özü tərifləndiyi zaman, bunu necə qarşıladığına diqqət edə bilsən, hər adamın xarakterini kəşf edə bilərsən.
  • Sən mənə elə adam göstər ki, bu və ya digər dərəcədə kölə olmasın.
  • Sərxoşluq, könüllü dəlilikdir.
  • Sərxoşluq qüsur yaratmaz, qüsurları aşkar edər.
  • Sərvət sahibi ola-ola ehtiyac içində yaşamaq səfilliyin ən axmaq növüdür.
  • Səyahət etmək və yerləri dəyişdirmək ağıla yeni bir enerji verir.
  • Soysuz gözəllik qoxusuz bənövşə kimidir.
  • Söz verməzdən əvvəl yaxşıca düşün, söz verdinsə üstündə möhkəm dur.

T[redaktə]

  • Tale - o elə bir qüdrətli şeydir ki, tabe olanları aparır, tabe olmayanları sürüyür.
  • Tale, xoşbəxtlik heç kəsi o səviyyəyə qaldırmamışdır ki, o, dosta ehtiyac hiss etməsin.
  • Tədbirsiz cəsarət qorxaqlığın bir növüdür.

U[redaktə]

  • Unutma ki, birlikdə olduğun insanın keçmişini qurdalamaq, onunla qərargahı düşündüyün gələcəyi yox etməkdən başqa bir şeyə yaramaz.
  • Unutmazsansa sənin, bağışlamazsansa onun canı ağrıyacaq. Unutma, bağışlamaq və unutmaq yalnız yaxşı insanların intiqamıdır.
  • Uzun yaşamaq üçün deyil, doğru yaşamaq üçün çalışmalıyıq.

V[redaktə]

  • Vaxt gələcək ki, uzun müddət ərzində aparılan səylə araşdırmalar indi gizli qalan şeyləri üzə çıxaracaq. Bircə ömür, bütünlüklə səmaya həsr olunsa da, bu qədər geniş bir mövzunun tədqiqi üçün kifayət etməyəcək... Və beləliklə, bu biliklər yalnız bir-birinin ardınca gələn uzun əsrlər boyu açılacaq. Elə bir zaman gələcək ki, nəslimiz onlara belə aydın olan şeyləri bilmədiyimiz üçün heyrətlənəcək... Bir çox kəşflər bizim xatirəmizin silinəcəyi hələ gələcək əsrlər üçün qorunur.
  • Vicdanı təmiz olanlar adam arasına çıxmaqdan qorxmur, vicdanı ləkəlilər isə tənhalıq da qorxudur.

Y[redaktə]

  • Yaxşı işləyən bir beyin, bir imperatorluğa sahib deməkdir.
  • Yaxşı yaşamaq üçün tələs və onu bil ki, hər gün başlı-başına bir həyatdır.
  • Yalnız özünü düşünən və özünə mənfəət axtaran insan xoşbəxt ola bilməz.[4]
  • Yaşayırıqsa, hələ ümid var deməkdir.
  • Yer üzündə gün işığına layiq olmayan nə qədər insanlar vardır. Amma günəş hər gün yenidən doğular.
  • Yerdən ulduzlara asan yol yoxdur.
  • Yüngül ağrılar danışa bilər, amma, dərin ağrılar dilsizdir.

Mənbə[redaktə]

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

İstinadlar[redaktə]

  1. Xəzinə. Bakı, 1997. səh. 62.
  2. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  3. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.73
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.213