Demokrit
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Demokrit (e.ə. 460-370) - yunan materialist filosofu.
A[redaktə]
- Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.
- Ağıllı o adamdır ki, sahib olmadığına görə kədərlənmir və əksinə sahib olduğuna görə şaddır.
B[redaktə]
- Başqalarından yox, daha çox özündən utanmağı öyrən.
- Başqalarını pisləməyi xoşlayanlarla dostluq etməyə dəyməz.
- Bədbəxtlik anında da borcuna sədaqətli olmaq böyük hünərdir.
- Bir işi gördükdən sonra deyil, işi görməzdən əvvəl fikirləş.
- Biz heç bir şeyi bilə bilmərik. Doğru ancaq gerçəyin dərinliyində tapıla bilər.
- Biz insanıq. Bizə insanların ağrı-acılarına gülmək yaraşmaz. Bizə insanların ağrı-acılarına kədərlənmək yaraşar.
D[redaktə]
- Doğruçuluq - borcu yerinə yetirmək deməkdir.
- Dost bildiyin bir çoxları, əslində, heç dost deyil və əksinə, dost bilmədiyin bir sıra adamlar, əslində sənin dostundur.
- Dövlətlilərin çoxu öz sərvətlərinin sahibi deyil, qaravulçularıdır.
- Düşmən o kəs deyil ki, pislik edir, düşmən o kəsdir ki, pisliyi qəsdən edir.
E[redaktə]
- Ehtiyatsızlıq fəlakətin anasıdır.
Ə[redaktə]
- Ən böyük qələbə öz üzərində çaldığın qələbədir.
- Ən böyük məğlubiyyət özünü itirmək, özünü ələ ala bilməməkdir.
- Əsl xeyixah elədiyi yaxşılığa muzd almaz.
G[redaktə]
- Güclü iradə insan üçün qiymətli keyfiyyətdir.
- Gülərüz və ciddi qocanı hamı sevir.
H[redaktə]
- Heç kimi sevməyəni heç kəs sevməz.[1]
- Həddini kеçəndə ən xоşаgələn ən xоşаgəlməz оlur.
- Həqiqi dostu olmayanın yaşaması da mənasızdır.
- Hər bir hərəkət hərəkətsizlikdən yaxşıdır.
X[redaktə]
- Xarakteri yaxşı olan adamın həyatı da qaydasında olur.
- Xoşbəxt o adam deyil ki, böyük var-dövləti var, o adamdır ki, heç bir var-dövlətə ehtiyacı yoxdur.
- Xoşbəxt olmaq üçün insan düzlüyə riayət etməli, ağıllı və gözəl olmalıdır.
- Xoşbəxt var-dövləti olan deyil, sərvətə ehtiyacı olmayandır.
- Xoşbəxtlik qızıl toplamaqda deyil, sağlam bədəndə və ailə səadətindədir.
İ[redaktə]
- İgidlik taleyin zərbələrini heçə endirir.
- İgidlik təkcə o deyil ki, düşmənlərə qalib gələsən, öz ehtiraslarına hakim olmaq da adamdan igidlik tələb edir, yoxsa bəziləri şəhərlər üzərində hakimlik etsələr də, özləri qadınların kölələridir. [2]
- İnsan öz gözündə deyil, başqalarının gözündə yüksəlməlidir.
K[redaktə]
- Kim özü heç kimi sevmirsə, onu mənə elə gəlir ki, heç kim sevmir.
- Kimin rastına yaxşı kürəkən çıxıbsa, o, yaxşı oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib.
Q[redaktə]
- Qəbahətli iş görən ilk əvvəl öz vicdanından utanmalıdır.
- Qocalıram, ancaq öyrənirəm.
- Qohumlarla düşmənçilik, yadlarla düşmənçilikdən çox çətindir.
M[redaktə]
- Mərdlik taleyin zərbələrini heçə endirir.
N[redaktə]
- Nаmuslu və nаmussuz аdаm, yаlnız əməlləri ilə dеyil, аrzulаrı ilə də tаnınır.
Ö[redaktə]
- Özünü çoxbilmiş hesab edənlərin çoxunun ağlı yoxdur.
- Özünü idarə edə bilməyən adam başqasına ağıl verə bilməz.
P[redaktə]
- Pis, ağılsız ömür sürmək yaşamaq deyil, tədriclə ölməkdir.
S[redaktə]
- Sınanmış dostları itirən adam tündməcazdır.[3]
- Söz işin kölgəsidir.
Ş[redaktə]
- Şərait dəyişildikcə, bəzi hallarda qüdrətli şəxslər zəiflərdən dalda qalırlar.
T[redaktə]
- Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir.
- Tərbiyə xoşbəxt günlərdə insanın bəzəyi, bədbəxt günlərində siğinacaq yeridir.
Ü[redaktə]
- Ümid qızıl kimidir, heç bir mühitdə paslanmaz. Ümid almaz kimidir, onu heç nə kəsə bilməz.
- Ürəklə mübarizə aparmaq çətindir, lakin ağıllı adam ona qalib gələ bilər.
Y[redaktə]
- Yaxşı adam o şəxs deyildir ki, yalnız pislik etməsin, o. gərək heç pislik barədə düşünməsin də.
- Yalnız o sevgi dürüstdür ki, incitmədən gözəlliyə can atır.
- Yaramaz adam bir anda, təmiz adam isə illər ötdükdən sonra tanınar.
- Yataq sevgililərin mübahisəsinə son qoyur.
- Yoxsulluq və zənginlik – ehtiyac və bolluq anlayışlarını ifadə edən sözlər. Kimin ki ehtiyacı var – o zəngin deyil, kimin ki ehtiyacı yoxdur – o yoxsul deyil.
V[redaktə]
- Varlıların bir çoxu – öz zənginliklərinin sahibi deyil, sadəcə sərvət qoruyucularıdır.
- Vay o adamların halına ki, özləri öz gözlərinə müdrik, alim görünürlər.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı,2005
İstinadlar[redaktə]
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.61
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.78