Yapon atalar sözləri

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A[redaktə]

  • Ac it ağacdan qorxmaz.
  • Adam sevdiyi işi yaxşı görər.
  • Adamı brilyant edən çəkdiyi çətinliklərdir.
  • Axmağın sonrakı ağlı.
  • Ağacı çiçəkləyəndə tanıyarlar.
  • Ağacın düz qalxmasını istəyirsənsə, onu hələ cavan ikən düzəlt.
  • Ağcaqanadı vızıltısına görə yox, adamların qanını sorduqlarına görə öldürürlər.
  • Ağıllı qırğı caynaqlarını gizləyər.
  • Ağız - bütün bədbəxtliyimizə də, xəstəliyimizə də səbəbdir.
  • Ağızdan çıxan sözə dördatlı araba ilə də çata bilməzsən.
  • Almaq üçün verirlər.
  • Arvad ilə qazan, nə qədər köhnə olsalar bir o qədər yaxşıdır.
  • Arzu kisəsinin dibi görünməz.
  • Ata-ana sağdır - hörmət elə, ölüb - xatırla.
  • Ata-ananın şöhrətinin şöləsi uşaqların da üstünə düşür.
  • Atanın hissi dağlardan uca, ananın hissi ümmanlardan dərindir.
  • Ata sevgisi dağlardan uca, ana sevgisi dənizlərdən dərindir.
  • Atın biri götürüləndə - mini də ona baxıb götürülər.
  • Aşiqə min ri də bir görünər. (Ri - ölçü vahidi, 3,9 km-ə bərabərdir).
  • Ayağını isti tut, başını sərin.

B[redaktə]

  • Bacardığını gör, qalanını taleyə tapşır.
  • Bağışlanan şeyə heyfsilənməzlər.
  • Bayram axşamı bayram günündən yaxşıdır.
  • Bəzən qaçmaq qələbə sayılır.
  • Bir dostunuz yemiş baxçasında gəzirsə, dalğın görünməyiniz ən böyük nəzakətdir.
  • Bilən danışmır, danışan bilmir. (知る者言わず、言う者知らず shiru mono iwazu, iu mono shirazu)
  • Bir adama şübhə eləməmiş yeddi dəfə yoxla.
  • Bir cəhd - iki nailiyyət.
  • Bir çürük ərik yüz safını da korlar.
  • Bir durna qaqqıltısı min sərçə cikkiltisindən xoşdur.
  • Bir general ad qazanır, min əsgərin sümüyü çürüyür.
  • Bir hərəkətə görə bütün iş barədə mühakimə yürüdürlər.
  • Bir mona qızırğanan - yüzünü itirər. (Mon - xırda yapon sikkəsi)
  • Birinci düyü məhsulu axırıncıdan ləzzətli olar.
  • Birinci nəvə, adama doğma uşaqlarından əziz olar.
  • Bizə nə qədər borclu olduqları yadımızda qalır, ancaq bizim nə qədər borclu olduğumuz yadımızda qalmır.
  • Böhtan cəmi yetmiş beş gün bəs eləyər.
  • Böyük adam balaca işlərlə məşğul olmaz.
  • Böyük ağıl yiyəsi olan adam ağılsıza oxşayar.
  • Böyük balıq bataqlıqda olmaz.
  • Böyük bədbəxtliklər kiçik səbəblərdən doğur.
  • Böyük istedadlar tədricən yetişir.
  • Böyük işə başlarkən kiçik nöqsanlara baxma.
  • Böyük müvəffəqiyyət çoxlu kiçik narazılıqlar da doğurur.
  • Bülbülə - gavalı, qaranquşa - söyüd. (Yaponiyada bülbülü gül ilə yox, gavalı ağacı ilə assasiasiya edirlər - əlaqələndirirlər).

C[redaktə]

  • Canın qayğısına qalmaq ən yaxşı dərmandır.
  • Cinayəti mühakimə et, canini yox.

Ç[redaktə]

  • Çəkilmiş yay ya tez, ya gec boşalacaq.
  • Çox nəzakət gözləyən həmişə ac olar.
  • Çox hürən it qapmaz.

D[redaktə]

  • Daim gülən adamın ürəyində nə olduğunu demək çətindir.
  • Danışmağı da, dinləməyi də gərək bacarasan.
  • Daşın da üstündə əgər üç il otursan, qızar.
  • Dayaz çaylar səsli-küylü axar
  • Dəli qaçanda ardınca ağıllılar da qaçırlar.
  • Dəliyə də yol ver, səfehə də.
  • Dərdi bir olanlar, bir-birinin halına yanar.
  • Dostluq və sake nə qədər köhnə olsa, o qədər yaxşıdır.
  • Durmazdan qabaq hay ver.
  • Düşmən zəif də görünsə də saymazyanalıq etmə, güclü də görünsə - qorxma.
  • Düyünün içindəki qara daşlardan qorxma, ağ olanlardan qorx.
  • Düz yolla alımayan dövlət və şöhrət buludb kimi dağılar.

E[redaktə]

  • Edoda edilən yamanlığın intiqamını Naqasakidə alır. (Edo - Tokionun qədim adı).
  • Ehtiramlı göyərçin öz ata-anasından üç budaq aşağıda oturur.
  • Elə olur ki, kappa da batır. (Kappa - nağıllarda sularda yaşayan ruh).
  • Elə olur ki, yarpaq batır, daş uçur.
  • Elə təsadüf olmayıb ki, lüt bir şey itirə.
  • Elmdə qısa yol yoxdur.
  • Eşqdə susmaq danışmaqdan faydalıdır.
  • Evdən yaxşı yer yoxdur.

Ə[redaktə]

  • Ədalətli adam özünə sərt, özgəyə yumşaq yanaşar.
  • Ədavət evə kasıblıq səpər.
  • Ələ götürülən uşaq belə götürülən uşaqdan əzizdir. (Yaponiyada uşaqları, adətən, belə götürürlər, ələ o uşağı götürürlər ki, onu ərköyün böyüdürlər)
  • Ən yaxşı güzgü də şeylərin o biri tərəfini göstərmir.
  • Ən yaxşı çahin də uça bilməsə, heç nə ovlaya bilməz.
  • Ər - arvadın savaşı ilə qərb küləyi axşam düşəndə yatar.
  • Ərlə arvad əkiz kimidir.
  • Əsl döyüşçü odur ki, o, rəhmlidir.
  • Əsl səbirlilik çox az adamlarda olur.
  • Əvvəl - qulluq, sonra - dərman.
  • Əvvəli varsa, axırı da olacaq.
  • Əyri budağın, əyri də kölgəsi olacaq.
  • Əzab sevincin mənbəyidir.

F[redaktə]

  • Fərsiz köpək bərkdən hürər.
  • Fikirləş - qərara gəl, qərara gəldin - fikirləşmə.
  • Fuqu balığının şorbasından yeyən də səfehdir, yeməyən də. (Fuqu - xeyli dadlı, ancaq çox halda zəhər verən balıqdır.).

G[redaktə]

  • Gedən adam gündən-günə yad olur.
  • Gedəni saxlama, gələni qovma.
  • Gəlini evə gələn kimi öyrət.
  • Gizli edilən yaxşılığ açıq mükafatlanar.
  • "Görməyə gözüm yoxdur" demək - "sevirəm" deməkdir.
  • Görüş - ayrılığa başlanğıcdır.
  • Görüş ayrılmasının başlanğıcıdır. (会うは別かれの始まり au nowa wakare no hajimari)
  • Gözəl olmaq həmişə xoşbəxt olmaq deyil.
  • Gündüz doğulan uşaq atasına, gecə doğulan uşaq anasına oxşar.
  • Gündüzün gözləri, gecənin qulaqları var.

H[redaktə]

  • Hakim və bonza nə qədər yaşlı olsalar, bir o qədər yaxşı olar. (Bonza- Yaponiyada və Çində budda kahini).
  • Haqq həmişə qalib gələn ordunun tərəfində olar.
  • Heç kəs öz ağırlığını hiss eləmir.
  • Heç olmasa dizlərinlə məsləhətləş.
  • Həddindən artıq güclü olan məhəbbəti, ondan yüz dəfə artıq qəzəb doğurar.
  • Hər kişinin öz Yan-szısı var. (Yan-szı - nağıllarda qədim Çin şahzadəsi).
  • Hətta bədbəxtlik də üç ildən sonra kara gələ bilər.
  • Hətta min illik yol da bir addımdan başlayır.
  • Hətta pişik və it də üç il yedirəndə yaxşılığı itirmir.
  • Həyatda sevinc və kədər başqalarından asılı olur.

X[redaktə]

  • Xeyirxah tənha qalmaz, həmişə qonşusu olar.

İ[redaktə]

  • İki dəfə baş verən hadisə, üçüncü dəfə də baş verə bilər.
  • İki qardaş iki qol kimidir.
  • İlin planı, təzə ilin birinci günü utular, günün planı - səhər tezdən.
  • İlk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər.
  • İlan izini, ilan o saat bilər.
  • İlanı hətta bambukdan qayrılmış lüləyə də salsan yenə düz olmayacaq.
  • İlanın uzunluğu bir supdan artıq deyıl, amma elə bil adamı indicə udacaq. (Sup - 3,8 sm-ə bərabər ölçü vahidi).
  • İnsan ağlayan uşaqla torpaq sahibi qarşısında gücsüzdür.
  • İstedadlı adam az yaşayar.
  • İstər gül, istər ağla - bir ömürdən artıq yaşamayacaqsan.
  • İşıq sönməzdən əvvəl daha parlaq yanar.
  • İşləyən dəyirman donmaz.
  • İtin biri boş yerə hürür - qalanları doğrudan qapır.

K[redaktə]

  • Kabo üçün hər qələm yaxşıdır.(Kabo - IX əsrdə yaşamış məşhur yapon xəttahı)
  • Kasıbın dövləti uşaqlarıdır.
  • Kənardan baxanın səkkiz gözü olar.
  • Kirpik də yaxındadır, amma görə bilmirsən.
  • Kitab insan ruhuna məlhəmdir.
  • Kitablar ruhun qidasıdır.
  • Kişi onu başa düşən adam üçün həyatını verər; qadın onu sevən adam üçün bəzənər.
  • Kişi - şam ağacı, qadın - qlinisiyadır. (Qlisiniya - ətirli çiçəkləri olan, salxımşəkilli sarmaşan bitki. Şam ağacına sarmaşır).
  • Kişi ürəyi payız səması kimi dəyişkən olur.
  • Kişinin başı, qadının ürəyi.
  • Kor dilənçi də heç olmasa çiçəklərin ətrini duyur.
  • Kor ilan heç nədən qorxmaz.
  • Krab öz yuvasını qını boyda qazır.

Q[redaktə]

  • Qadın evin aşarı kimidir, gərək onu itirməyəsən.
  • Qadın kimonosunun qolu qurumaz. (Kimononun qolu ilə adətən göz yaşını silirlər).
  • Qadın saçı fili bağlayıb saxlayacaq qədər möhkəmdir.
  • Qadın ürəyi - bahar havası.
  • Qarabatdaq yolu gedən qarğa batar.
  • Qaradinməz adamdan özünü gözlə.
  • Qardaş qardaşla öz aralarında savaşar, düşmən qarşısında birləşər.
  • Qarlışqalar da bəndi dağıda bilər.
  • Qetanın bəzəyə bağıdır, kişinin bəzəyi - arvad. (Qeta - qədim yapon akademiyası)
  • Qələbə olsa - hökümət ordusu, məğlubiyyət olsa - qiyamçılar. (勝てば官軍、負けば賊軍 kateba kan-gun makeba zoku-gun)
  • Qələbə rəqibindən yarım saat daha çox səbr edənindir.
  • Qələm qılıncdan güclüdür.
  • Qiymətli daşlar da cilalanmasa parıldamaz.
  • Qırmancın çox uzunu atın qarnını tutmaz.
  • Qısqanclıq məhəbbətin anasıdır.
  • Qısqanclıq məhəbbbətin ürəyidir.
  • Qıza baxmamış, anasına bax.
  • Qızılın parıltısı buddanın şölələrindən işıqlıdır.
  • Qoca ağaclar əyilməz.
  • Qoca at yolu yaddan çıxarmaz.
  • Qurbağaların gurultusu yağış yağdırar.
  • Quş olmayan kənddə yarasa da quşdur.
  • Quyruq bulayana əl qaldırmazlar.

L[redaktə]

  • Lap qaçan ata da qırmanc gərəkdir.
  • Lazımsız dərman da zəhərdir.
  • Lüzumsuz nəzakət hiyləyə dönür.

M[redaktə]

  • Mayakın altı həmişə qaranlıq olar.
  • Məhəbbət aliqədrlə fəqir arasında sədd qoymur.
  • Məğlub ordunun generalı dava haqqında danışmasa yaxşıdır.
  • Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.
  • Musiqi dəyişəndə rəqs də dəyişər.
  • Mübahisədə bərk qışqıran qalib gələr.
  • Müdrik adamış da mindən bir səhvi olar.
  • Müharibəni bilməyən sülhü də bilməz.

N[redaktə]

  • Nə qədər ki, Pikkonu görməmisən, heç yerə "gözəl" demə. (Pikko - Yaponiyada gözəl ətraf yerləri və budda məbədləri ilə məşhur olan qədim şəhərdir).
  • Nəyi ki, diqqətlə ört-basdır edirsən, bir o qədər sürətlə aşkar olur.

O[redaktə]

  • Oxuduğun hər şeyə inanacaqsansa, heç nə oxuma.
  • Oğlunu istəyirsənsə, səyahətə göndər.
  • Oğru öz qapısını bağlayar.

Ö[redaktə]

  • Ölmək asandır, yaşamaq - çətin.
  • Öz evində hərə bir Berkeydir. (Berkey - əfsanəvi yapon pəhləvanı)
  • Öz itin də hərdən qapar.
  • Öz işini özün gör.
  • Özgənin dərdinə istəsən lap üç il də dözmək olar.
  • Özgənin xasiyyətinə fikir verə-verə öz xasiyyətini düzəlt.
  • Özü qabağa gedən başqalarına istiqamət verər.
  • Özü özünə tabe olmayan, özgəsinə də hökm edə bilməz.
  • Özün haqqında özgədən soruş.
  • Özün özünə əyəhörmət eləməsən, özgələri də sənəhörmət eləməyəcək.
  • Özünü sanc, onda bilərsən özgəsini necə incidər.

P[redaktə]

  • Pas içəridən çıxar.
  • Payız səması yeddi dəfə yarım dəyişər.
  • Pul adamları bir-birinə yad eləyər.
  • Pul cəhənnəmdə də güclüdür.
  • Pul qurtaranda məhəbbət də qurtarar.
  • Pulun var - pulun olmayacaq gün haqqında fikirləş.

R[redaktə]

  • Rəhmdillik önündə qılınc da gücsüzdür.

S[redaktə]

  • Sadəlik hamıya yaraşıqdır.
  • Sake qədəhinin birincisini insan içir, ikincisini sake içir, üçüncüsü insanı içir. (Sake düyü arağı)
  • Sake və ağır yuxu yoxsulluğa gedən ən qısa yoldur.
  • Savaşan sərçələr adamdan qorxmaz.
  • Savaşanda hər iki tərəfin günahı olar.
  • Sevincdə qəm toxumu var, qəmdə - sevinc.
  • Səbr - bir ömürlük xəzinədir.
  • Səbrini basa bilməyəndən müdrik olmaz.
  • Səhvini düzəltməyə utanma.
  • Səma susur, əvəzinə camaat danışır.
  • Səmimiyyət ən yaxşı siyasətdir.
  • Səmimiyyət fələyə də çatar.
  • Səni tərifləyən adama etibar eləmə.
  • Sərçələr yüz yaşına kimi atılırlar.
  • Sərkərdəni öldürmək istəsən, əvvəlcə atını öldür.
  • Siçovul da pələngə dönər, vaxtı gələndə.
  • Sifət - ürəyin güzgüsüdür.
  • Sifətin ağ olmağı yeddi ayıbı gizləyər.
  • Sınıqlığa düşəndə də çalış ki, udasan.
  • Soruşmaq bir anlıq xəcalətdir, soruşmamaq - bir ömürlük.
  • Stəkanda boğulan dənizdə boğulandan çoxdur.
  • Su, töküldüyü qabın şəklinə düşər.
  • Sudzumusini nəğmə oxuduğuna görə qəfəsdə saxlayırlar. (Sudzumusi - quş civiltisinə oxşar səslə oxuyan bir həşəratdır).
  • Suyu inək içir, süd əmələ gəlir, ilan içir - zəhər.
  • Sübut mülahizədən irəlidir.
  • Sürətli gedən maşın yana yuvarlanar.

Ş[redaktə]

  • Şahin uçuşuna, xeyirxah adam hərəkətinə görə tanınır.
  • Şam özü yanıb camaata işıq verir.
  • Şanagüllə palçıqlı yerdə bitər.
  • Şəffaf suda balıq yaşamaz.

T[redaktə]

  • Tanımadığın hər kəsə inanma.
  • Tazı əldən düşür, amma yemək qismət olur şahinə.
  • Tez qızar, tez soyuyar.
  • Tez yetişən tez də xarab olar.
  • Təbəssüm heç kəsə zərər verməz.
  • Tənbəl adam ağzıboş olar.
  • Tərbiyə əsildən daha vacibdir.
  • Tərəfin də öz tərs tərəfi var. (裏には裏がある ura niwa ura ga aru)
  • Təşnə də olsan, özgə bulağından gizli içmə.
  • Təvazökarlıq müdrikliyin yaraşığıdır.
  • Tündməcazlıq xeyir gətirməz.

U[redaktə]

  • Uşaqlar ata-anasız da böyüyər.
  • Uşağı böyüdən onu doğandan irəlidir.
  • Uşağı ərköyün böyütmək onu atmağa bərabərdir.

Ü[redaktə]

  • Üç arvad bir yerə yığılsa, bazar olar.
  • Üç baş bir yerdə olar Mondzu ağlı (Mondzu - müdriklik allahı).
  • Üç daşınma, bir yanğına əvəzdir.
  • Üç gün dilənən adətkar olar.
  • Ürək narahat olanda yol da narahat olur.

V[redaktə]

  • Varlı və əsilli olmaq yadları da yaxınlaşdırar, yoxsul və bədəsil olmaq qohumları da uzaqlaşdırar.

Y[redaktə]

  • Yaxşı adamın düşməni olmaq, pis adamın dostu olmaqdan yaxşıdır.
  • yaxşı iş qapıdan qırağa çıxmaz, yaman iş min illik yerə yayılar.
  • Yaxşı quş yuva qurmağa yaxşı ağac seçər.
  • Yaxşılığı sonraya qoyma.
  • Yağış damcısı daş dələr.
  • Yalan da dada çatır.
  • Yalan dörd nalla gedər. Həqiqət isə addım-addım yeriyər, lakin yenə də vaxtında çatar.
  • Yalan - oğurluğa atılan ilk addımdır.
  • Yalanda da bir həqiqət olur.
  • Yalvarma, çalış.
  • Yaman arvad altmış illik qıtlığa bənzər.
  • Yamanlıqda güclü olan, yaxşılıqda da güclü olar.
  • Yamanlığa yaxşılıq elə.
  • Yaraya duz tökür.
  • Yazmağı öyrənmək həştad yaşında da geç deyil.
  • Yeddi dəfə yıxılsan, səkkiz dəfə qalxacaqsan.
  • Yetişmiş düyü sünbülünü yerə əyər.
  • Yolda yoldaş gərəkdir, həyatda - həmdəm.
  • Yüz sənətə əl atan heç birini yaxşı bilməz.

Z[redaktə]

  • Zahiri - ilahə, ürəyi - əcinnə.
  • Zəhərdən də dərman olur.
  • Zəhərlənəni zəhərlə sağalt.