Məzmuna keç

Abxaz atalar sözləri

Wikipedia logo
Wikipedia logo
Abxazlar haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acizin dili uzun olar.
  • Adamın harası ağrısa, orasından yapışar.
  • Ağac yıxılanda hamı üstünə axışar: baltalı da, baltasız da.
  • Alınmamış qız deyingən olar.
  • Arabanın ağırlıq düşən yeri cırıldayar.
  • Arvadı arvaddan soruş.
  • Ata-ana övlad üçün, övlad - özü üçün.
  • Ayı onu böyüdəni dişləyər.
  • Bal da şirindir, amma hamı yemir.
  • Balta tikdi qurtardı, sonra atdılar həyətə.
  • Bir əldə beş barmaq var, onlar da bir boyda deyil.
  • Bir günlük hakim oldu, yüzünün canını aldı.
  • Bir yaxşı qız iki oğula dəyər.
  • Borc köhnəlmir.
  • Boş oturmaqdansa, boş gəzmək yaxşıdır.
  • Buğaya buynuz yük deyil.
  • Buynuzsuz keçi elə bildi ki, çəpişdir.
  • Çaqqaldan soruşanda ki yeyəcəksənmi? - gülməyindən niyyətini bildirdi.
  • Çatışmayan şeyləri qonaq tez görər.
  • Çörək bişməzdən əvvəl yoğrulmalıdır.
  • Deməyə utanmayan, eləməyə də utanmaz.
  • Dəymiş hələ ağacdadır, kal düşdü.
  • Dirini ölüyə dəyişməzlər.
  • El söyən ağac quruyar.
  • Əgər səhəngə ağız tutub çığırsan, səhəng də sənə çığırar.
  • Əgər su özü yansa, onu nə ilə keçirək?
  • Əl bilir, ağız haradadır.
  • Ərə getməmiş qız deyingən olar.
  • Əyləşdi görünmədi, ayağa durdu ki, görsünlər.
  • Gəlinin eybini ögey anasından soruş.
  • Heyvanı buynuzundan, insanı sözündən tutarlar.
  • İlanı başından tutarlar.
  • İnsanı torpaq doyurar.
  • İşini bilməyənin işi qurtarmaz.
  • Kar üçün iki dəfə təbil çalmazlar.
  • Karsız adam xudbin olar.
  • Keçi quyruğu kimidir - nə artar, nə azalar.
  • Keçisi itənin günü də itər.
  • Kim döydü? - Qardaş. Kim nəsihət verdi? - Qardaş.
  • Kimə "ağa" deyirsən, səni özünə "qul" bilir.
  • Qarğa əli silahlı adamı görüb öz-özünə dedi: "Əgər onun ağlı varsa, məni vurmaz, yox əgər dəli isə - gülləsi mənə dəyməz.
  • Qırğı çox olan yerdə göyərçinlər dolanmaz.
  • Qısanın əli çatmadı, uca da əyilmədi.
  • Qocalan ağaca qurd düşər.
  • Qonaqdan gizlədilən şeytana çatır.
  • Qonağı gələnin qazanı boşalmaz.
  • Qonşun yoxdursa, gərək özün kiməsə qonşu olasan.
  • Qoz ağacının altında donuz oynaşar.
  • Lilli çayın dibini görmədilər, dedilər, dibi yoxdur.
  • Miyoldayan pişik siçan tutmaz.
  • Odu pambıqla gizləmək olmaz.
  • Odun gətirə bilməyən arabanın özü odunluq olar.
  • Öz gücünə güvənən hədələməz.
  • Özgə ölüsü adama yatmış görünər.
  • Özü qonaq olmayan, qonaq eləməyi də bacarmaz.
  • Özünü yalandan dəli göstərməkdənsə, yalandan ağıllı göstərmək yaxşıdır.
  • Pis ağızdan pis söz çıxar.
  • Pis dülgər meşəyə girdi - bütün ağaclar əsdi.
  • Pis gələn, pis də gedər.
  • Savad qonaqdır, ağıl - ev yiyəsi.
  • Səndən qabaq yıxılana gülmə.
  • Səni istəyəni itin qapmaz.
  • Südə də diqqətlə baxsan ləkə taparsan.
  • Tabutçu öldü, tabut tapılmadı.
  • Tanımadığın düz yoldan, tanıdığın dolama yol kəsə olar.
  • Tək adam çörək yiyəndə də təklik çəkir.
  • Tüfəngin dolusundan biri qorxar, boşundan - yüzü.
  • Tülkü öz quyruğunu şahid çəkdi.
  • Ulağın qulağını kəsdilər, soruşdu ki, "Nə olub?"
  • Ürəkdə saxlanılan üzə əks olunacaq.
  • Vaxtında əkilən vaxtında bitər.
  • Yaxşı çobanın dörd gözü olar.
  • Yaxşılıq eləyən özünə eləyir, yamanlıq eləyən də.
  • Yağışı saxlamaq asandır, nəinki ərə getmək istəyən qızı.
  • Yaşayışı pis olanın ölümü də pis olar.
  • Zarafat həqiqətin yarısıdır.