Evripid

Evripid (bizim eradan əvvəl 480-406) - qədim yunan şair-dramaturqu
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı şəkildə idarə olunan on əsgər, başsız yüz əsgəri döyəcək.
D[redaktə]
- Dostlar arasında hər şey ümumi olmalıdır.
- Dövlət o zaman möhkəm olur ki, qanunlara əməl edilsin.
Ə[redaktə]
- Əbədi sevməyən sevmir.
- Ədalətli və namuslu bir insanın dostluğu var-dövlət və zəngin maldan yaxşıdır.
- Ən böyük müdriklik özünə hakim ola bilməkdir.
- Əsl cəsarət ehtiyatlılıqdır.

H[redaktə]
- Hər şey dəyişər. Hər şey yerini tapar və sonra yox olar.
- Hər şey dostlar arasında paylaşılmalıdır. [1]
- Hökmdarlar və həkimlər bəraət yaxud ittiham ilə əlaqədar hər cür kənar xahişləri qətiyyətlə rədd etməlidirlər. [2]
İ[redaktə]
- İnsanlar qanunları, ədalətin işləməsi və şiddətin onun köləsi olması üçün meydana gətirdi.
- İnsanların ən ağıllısı öz yolu ilə gedir.
Q[redaktə]
- Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı bir varlıq yoxdur.
- Qanunları zənginlərin mənfəəti üçün edirsiniz.
- Qəhrəmanlıq qəhrəmanla birgə ölmür, onun ömrü uzun olur.
M[redaktə]
- Məşq hər şeydə insanların ən yaxşı müəllimidir.
- Mühüm olan ruhdur. Gözəl bir çöhrədə gözəl bir ruh yoxdursa, nə fayda.
Ö[redaktə]
- Ölənlərə deyil, həyatın çətinlikləri ilə ağır mübarizə üçün doğulanlara yas tutmalısan.
P[redaktə]
- Padşah üç şeyi yadda saxlamalıdır: xalqı idarə edir, onları qanunlara uyğun idarə etməyə borcludur, əbədi olaraq idarə etməyəcək.
- Pis qadından pis heç nə yoxdur; və yaxşısından heç vaxt yaxşı heç nə yaradılmayıb.
- Pis adamın hədiyyələri heç vaxt xeyir gətirmir.
S[redaktə]
- Səhvimiz çox zaman – tam səadətimizdir. Hər bir insanın həyatı ağrılar, qüssələrlə doludur. Qüssə və ağrılarında sonu olmur.
Ş[redaktə]
- Şahlarla hakimlər bəraət və ya ittiham haqqında xahişlərə uymamalıdır.
- Şirindil cinayətkar daha ağır cəzaya layiqdir, çünki o, riya və yalanı təzələməkdə daha mahirdir.
T[redaktə]
- Təvazökarlıq, səma övladları qarşısında ehtiram hissi - fani insanın qazana biləcəyi bütün mükafatlar arasında, mən deyirəm, ən müdrikidir; ən yaxşısıdır.
U[redaktə]
- Uğur həmişə ağıllı insanların tərəfində döyüşür.
- Uğur sağlam düşüncəli insanları sevir.
Y[redaktə]
- Yaxşı insan əziyyət çəkəndə, özünü yaxşı hesab edən hər kəs onunla birlikdə əziyyət çəkməlidir.
- Yaxşı insan həmişə ən yaxşısını seçər.