Qırğız atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aciz tülkü acından ölər.
- Adama zahirinə görə yox, işinə görə qiymət ver.
- Adil hakimin qohumu yoxdur, qohumu çox olan hakimin insafı.
- Axmaq adam istəyəndə ki, işini danışsın - sirrini açar.
- Axmaqdan ağıllı, ağıllıdan isə axmaq doğular.
- Axmağın min sözü, ağıllının bir sözünə dəyməz.
- Ağıl geyimdir - köhnəlməyən, bilik mədəndir - tükənməyən.
- Ağıl qızıldır, fikir - gümüş.
- Ağıllı oda köz olar, axmaq qazana baxar.
- Alçaqlıq qırx ildən sonra da aşkar olar.
- Allaha arxayın olan piyada qalar.
- Anasına bax - qızını al, qapısına bax - keç yuxarı başa.
- Araq içən toydan toya sərxoş olar, ağılsız - hər gün.
- Arqamakı ox öldürər, cavanı kasıblıq. (Arqamak - Türkmənistanda at cinsi.)
- Arvad qohumu yuxarı başda, kişi qohumu - qapı yanında.
- Arvadın yaxşısı - səadətin yarısıdır.
- Aslan qənimətə sevinməz, qələbəyə sevinər.
- Aslan qeyzlə cumar, yavaş yapışar.
- At alana qədər eşşəyin üstündə otur.
- At yorulandan sonra fikrini de, igid qocalandan sonra.
- Atanın işini adətən bəyənmədiyi oğlu davam etdirir.
- Atını vermək istəməyən - yəhərə baxar, tərlanını vermək istəməyən - yerə.
- Aulun itləri tez-tez didişər, amma qurd görəndə birləşər.
- Avara it gündüz hürər.
- Ayrana gələn qabını gizləməz.
B
[redaktə]- Bahadırı ötmək olar, xalqı - yox.
- Bahadırlar döyüşməmiş dostlaşmazlar.
- Bay vergini artıranda kasıb çarığını çıxarar.
- Bayın dostu çox olar, biyin qulağı. ( Bay - varlı, biy - adi hüquq məsələləri ezrə hakim).
- Berkut qocalanda başlayır siçan ovlamağa. (Berkut - yırtıcı quş).
- Biabırçılıq - ölümdən betərdi.
- Bay mal-qara ilə öyünər, kasıb adam xəyal edər.
- Bilən min bəladan qurtarar, bilməyən min bəlaya düşər.
- Bilən minini özünə qoşar, bilməyən mininə qoşular.
- Biləyin edə bilmədiyini bilik eləyər.
- Bir dəfə yalan desən - sözünə inanan olmayacaq.
- Bir gün duz yediyin yerə min gün salam göndər.
- Bir inəyin buynuzu sınanda, min inəyin buynuzu əsər.
- Bir ölüyə altı arvad ağlayırsa, hərəsi öz dərdini ağlayır.
- Biri gülür, biri ölür.
- Birinin özü pəhləvan, birinin də - sözü.
- Bolluqla öyünməyin, ehtiyac içində itməyin.
- Buğa sifətdən qocalmaz, igid - ürəkdən.
C
[redaktə]- Cavanlıq ötür aşılmaz aşırım kimi; qocalıq gəlir - qazılmamış qəbir kimi.
Ç
[redaktə]- Çıxdığın dağ hündürdürsə, atdığın daş uzağa gedər.
- Çomaq - əti əzər, söz - sümüyü də dələr.
- Çox qırmızı tez solar, çox isti tez soyuyar.
- Çox verən əl çox alır.
D
[redaktə]- Dağ döşünü keçəndən sonra dəvəyə çımxırma.
- Dağın ucalığını görmək istəyirsənsə, zirvəsinə çıxma.
- Danışa bilməyən yumruqla hədələr.
- Dəmirin hər iki başı isti olar.
- Dəvəni öz başında görməyən, başqasının başında zibil görər.
- Dil qılıncdan itidir.
- Dildən bal da damar, zəhər də.
- Diş çıxarmış uşağa çeynənmiş yemək gərək deyil.
- Doğma ev-eşik - qızıl beşik.
- Dost arxada təriflər, düşmən - üzdə.
- Dostu düşünməyən düşmənə dönər.
- Dovşan dərisindən tikilən çarıq bir il bəs elər.
- Döyüş atı döyüşdə gərəkdir, qaçağan - hər gün.
- Düşünməmiş danışmaq - naxoşlamamış ölmək kimidir.
E
[redaktə]- Eldən ayrı düşəni qurd yeyər.
- Eşitməzlər deyib böhtan demə; bilməzlər deyib əyrilik eləmə.
- Evinin sərvətini köç edəndə bilirsən.
Ə
[redaktə]- Əcəli çatan buğa baltadan qorxmaz.
- Əgər böyüksənsə, təvazökar ol.
- Əlinlə götürürsən, başınla cavab verirsən.
F
[redaktə]- Fəthin, zəfərin, qələbənin, xoşbəxtliyin, səadətin açarı ehtiyatlı olmaqdır. Ehtiyatlılığın birinci şərti isə məşvərətdir.
- Fikir sözün mənbəyidir.
- Fikrin dibi yoxdur, sözün - həddi.
G
[redaktə]- Gənclikdə - iş, qocalıqda - firavanlıq.
- Girərkən, çıxmağı düşünün.
- Gün batar, amma yenə də çıxar.
H
[redaktə]- Hamı qılınc bağlayır, amma döyüşə əsl igid atılır.
- Hara ağrıyırsa, ürək də oradır.
- Heç bir sübut olmadan, yalnız ehtimala əsasən yaxşı adamları məhv etmək, öz kökünə vurmaq kimi bir şeydir.
- Heyvanı qulağından tanıyarlar, insanı sözündən.
- Hər günün öz sabahı var.
- Hərə özünü bir igid bilir: qamış deyir - çiyəm mən, qurbağa deyir - biyəm mən. (Çiy - qaba otdur, ondan həsir toxuyurlar).
X
[redaktə]- Xəsisin özü tox olur, gözü - ac.
- Xəsisin yarasından qan da axmaz.
- Xəstəlik gedir, vərdiş qalır.
İ
[redaktə]- İgidin kunu yüz ata bərabərdir, ad-sanı - yüz min ata. (Kun - köhnə adətə görə qan bahasıdır).
- İgidin yaraşığı saqqaldır, sözün yaraşığı - atalar sözü.
- İki dəvə döyüşəndə arada qara milçək ölər.
- İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz.
- İlanın axçası gözəldir, amma dişləri zəhərli.
- İnsan acından ölməz, abrından ölər.
- İnsan dəmirdən sərt, qızılgüldən yumşaqdır.
- İnsan istəsə daşdan su, palçıqdan qızılgül düzəldə bilər.
- İnsan zəhərli ağac əkdiyini o zaman bilir ki, onun meyvəsini özünə yedirirlər.
- İnsana kumıs qandır, süd - candır.
- İnsanı qayğı qurudar, dərd qocaldar.
- İşləyənin iti ot yeyir, işləməyənin gəlini oğurluq edir.
- İt yorular - hürməyə başlayar, kişi yorular - gülməyə başlayar.
- İti yedirirsən - hürür, adamı yedizdirirsən - gülür.
- İtlər bir yerdə olanda pələngə də hürər.
- İtin acığı quyruğundan bilinər, atın acığı - qulağından.
- İynə ulduzundan sınar, insan sözdən ölər.
K
[redaktə]- Kasıbın bircə atı var , o da madyandır.
- Keçən gün uçan quş, çağırarsan dönməz geri.
- Keçmişi qaytarmaq, mərhumu diriltmək olmaz.
- Kimin altı övladı var - altı yerdə sərvəti var.
- Kimin bacı-qardaşı yoxdursa, qəribdir.
- Kişi qocalar, fikri - yox.
- Kor adam karı başa sala bilməz.
- Külək otu qurudar, qayğı - insanı.
Q
[redaktə]- Qabaqdakının səhvini arxadakı görər.
- Qaçağan atın təri qurumaz, ərköyünün - göz yaşı.
- Qadının yüngülbeyinliyini gözlərindən, ağıllısını sözlərindən bilmək olar.
- Qarışqa balaca da olsa, gücüylə dağ çevirir.
- Qarşılıqı mehribançılıq nə qədər çox olsa, o qədər məhəbbət artar.
- Qəhrəman orduya başçılıq edir, müdrik yol açır.
- Qəzəb düşməndir, ağıl dostdur.
- Qismətə yox, zəhmətə ümid ol.
- Qızıl pas atmaz, ağıl çürüməz.
- Qızılı görüb peyğəmbər də yoldan çıxıb.
- Qonaq - deməmiş gələr, ölüm - soruşmamış.
- Qonağa "gəl" deyərlər, "get" deməzlər.
- Qonağı yedirirsən, atını da yedirt.
- Qorxağın ayağının altında yer də əsər.
- Qonşu yaxşı olsa, kor qız özünə ər tapacaq.
- Quldurun başı yolda qalar.
- Qulun bərk kişnəyəndə - ilxısına bax, igid çox özündən deyəndə - alaçığına.
- Qurbağasız göl olmaz, nöqsansız adam.
- Qurd qocalıb əldən düşsə də, bir qoyuna gücü çatar.
- Qurdun qarğışı qoyunu tutmaz.
M
[redaktə]- Məhəbbət ölümdən güclüdür.
N
[redaktə]- Nadinc molla şəhvətli öküzdür.
- Nə qədər dostun varsa, o qədər də düşmənin var.
- Nər yükdən qaçmaz.
O
[redaktə]- O qapını ki, yenə açacaqsan, bərk çırpma.
Ö
[redaktə]- Ölsən də düşmənə sirrini açma.
- Ölü pələngdən diri siçan yaxşıdır.
- Ördək olmayanda cüllüt biy olar. (Biy - burada tayfa başçısı)
- Öz gücünü bilməyən bəlaya düşər.
- Öz vətənində qul olmaq, yad ölkədə xan olmaqdan yaxşıdır.
- Özgəyə də işləsən, biliyin özünə qalır.
- Özü yıxılıb, özgə büdrəyəndə gülür.
- Özünü qəhrəman bilsən, özgəni aslan bil.
P
[redaktə]- Pis at çapar, pis adam molladır.
S
[redaktə]- Sağlamlıq birinci zənginlik, ikincisi isə xoşbəxt evlilikdir.
- Sağsağanı ehtiyac öldürmür, tamah öldürür.
- Söz sap kimidir, hara istəsən dartarsan.
- Söz yanığı köz yanığından bərk olur.
- Su itin üzünə qalxanda, o da başlayır üzməyə.
- Suyu ver o torpağa ki, içir, sözü de o adama ki, seçir.
- Suyun atası bulaq, sözün atası qulaqdır.
T
[redaktə]- Tələsən paysız qalar.
- Tiyan geç qızar, amma tez qaynadar.
- Töhmət öldürər, qiymət qaldırar.
- Tutuquşu lələyi ilə, bülbül isə nəğməsi ilə gözəldir.
- Tülkünü tutan iti sınamaq lazım deyil.
U
[redaktə]- Uşaq oynamaqdan yorulmaz, tənbəl - yatmaqdan.
- Uşaqlı ev bağdır, uşaqsız - cəhənnəm.
- Uşaqlı ev bazara, uşaqsız ev məzara bənzər.
V
[redaktə]- Var - nə dedirtməz, yox - nə yedirtməz.
- Var vaxtı coşma, yox vaxtı çaşma.
Y
[redaktə]- Yağışla yer yaşıllaşır, zəhmətlə millət inkişaf edir.
- Yaxşı arvad möcüzədir, pis arvad cadugərdir.
- Yaxşı arvad səfeh kişini ər eylər, səfeh arvad yaxşı kişini zəlil.
- Yaxşı məsləhət döyüşün yarısıdır.
- Yaxşını söz öldürər, yamanı - çomaq.
- Yaxşıya özgə demə, yavaya - özümünkü.
- Yalan söz ürəyin düşmənidir.
- Yarası olmayan qəhrəman yoxdur.
- Yatdığın yerdə ölməkdənsə, atdığın yerdə öl.
- Yazda çay yatağında qalma, qışda - düzdə.
- Yersiz söz dostu düşmən elər.
- Yıxılırsan - dəvənin böyüyündən yıxıl.
- Yoxsulluğunu gizlədən varlanmaz, tənhalığını gizlədən evlənməz.
- Yorğan-döşəkdə ölmək - töhmət; döyüşdə ölmək - şöhrət.
- Yumşaq ağacı qurd yeyər.
- Yüz dost azdır, bir düşmən çoxdur.
Z
[redaktə]- Zorla boyuna qoyulan vəzifə layiqincə yerinə yetirilə bilməz.
- Zülm örtüyü xeyirli işi dərk etməyə mane olduğu kimi, cəhalət pərdəsi də xoşbəxtliyi görməyə əngəl törədir.
Mənbə
[redaktə]- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015.