Deni Didro
Jump to navigation
Jump to search


Deni Didro (1713-1784) - fransız filosofu və yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adamlar mütaliədən əl çəkəndə fikirləşməkdən də qalırlar.
- Ağıllı adam kimi tanınmaq arzusu pis adam kimi tanınmaq qorxusundan güclüdür.
- Ağlımız hakim, duyğularımız isə şahidlərimizdir. Ağıl həmin şahidlər vasitəsi ilə alınan şeyləri müqayisə edir. Ağıl həssasdır, o, müşahidəni mühakimə etməlidir.
- Ağlımız tanrının bir hədiyyəsi isə və inancımız haqqında eynisini fərz etsək, tanrı bizə uzlaşmayan, zidd iki hədiyyə vermişdir demək.
- Ataların pis vərdişləri övladların qüsurlarına çevrilir.
B[redaktə]
- Bədəni öldürəndən qorxmayın; ruhu öldürəndən qorxun.
- Biliksizliklə heç vaxt öyünmək olmaz, biliksizlik gücsüzlük deməkdir.
- Bir millətin yüksəlməsi o millətin içərisindəki pislərin məhv edilməsi ilə yox, insanların , xüsusilə də uşaqların gözəl təhsili ilə mümkündür.
- Bir uşağı tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır.
- Biz yaxşıları mükafatlandırmaqla pisləri cəzalandırmış oluruq.
- Böyük bir meşədə itdim və önümü görmək üçün kiçik bir işığım var. Orada yanıma biri gəlir və deyir ki: "Qardaşım, yolunu daha yaxşı tapmaq üçün şamını söndür." O biri bir ilahiyyatçıdır.
C[redaktə]
- Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmədiyindən məhv olurlar.
D[redaktə]
- Dərin fikirlər dəmir mismar kimidir. Ağla elə möhkəm batır ki. sonra onu dartıb çıxarmaq da olmur.
- Dostumun qüsurları haqqında yalnız özüylə danışıram.
E[redaktə]
- Elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir.
- Elmi fikirlər beyinə dəmir mismarlar kimi yeridilməlidir ki, onları oradan heç bir qüvvə çıxara bilməsin.
Ə[redaktə]
- Ədalətin ağlını itirdiyi yerdə fəlsəfə susar.
- Ən böyük anlaşılmazlıq tarixi faktlara gəldikdə əxlaqa girməkdir.
- Əzmlə işləyən insanın günləri qısa, ömrü uzun olur.
F[redaktə]
- Fəlsəfəyə ilk addım inancsızlıqdır.
- Filosoflar heç din xadimi öldürməmişdir, halbuki din xadimləri çoxlu filosof öldürmüşdür.
G[redaktə]
- Gözəl üslub ürəkdən doğar.
- Gülər üzlə deyilən bir yalanı bir anda udduğumuz halda, ağrılı gerçəyi ancaq damla damla uduruq.
H[redaktə]
- Həqiqətləri yazmaq üçün savaş meydanına girmiş əsgərin cəsarəti gərəkdir.
- Hər bir işdə məqsəd olmalıdır, məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görü bilmirsən.
- Hər kim kitab oxumursa, o, düzgün fikirləşə bilməz. Adamlar mütaliədən əl çəkəndə fikirləşməkdən də qalırlar.[1]
X[redaktə]
- Xalqa tənqid və şikayət etmək ixtiyar verilməlidir, gizli nifrət açıq nifrətdən təhlükəlidir.
- Xoşumuza gələn yalanları ovuc dolusu uduruq, lakin acı həqiqətləri qurtum-qurtum içirik.
İ[redaktə]
- İfrat bəzək-düzək hər şeyi məhv edir. Parıltılı paltarda mən ancaq zəngin adam görürəm. Mənim axtardığım adam isə sadə insandır. Mən insan axtarıram.[2]
- İnsan bir şeyi mənfəətinə, xarakterinə, zövqünə, ehtiraslarına görə ya şişirər, ya kiçildər.
- İnsanı daş ya da ürəyi qırıq edən bu dünyadan gedirəm. Məni hara basdırsalar basdırsınlar.
- İnsan, həyatının dörddə üçünü edə bilməyəcəyi şeylərlə keçirir.
- İnsanlar həmişə birinin arxasından qaçarlar, amma dönüb öz arxasınca qaçanlara heç baxmazlar.
- İnsanlar iki yerə ayrılır: tanıdıqca böyüyənlər, tanıdıqca kiçilənlər.
- İstənilən xalqın tarixində çoxlu səhifələr var ki, onlar həqiqət olsaydı, möhtəşəm olardı.
K[redaktə]
- Kinli adamların həyatı dəhşətli olur.
- Kitab oxumayan düzgün fikirləşə bilməz.
Q[redaktə]
- Qadın təbiətə bənzər- bir gün bir üzünü o biri gün digər üzünü göstərər, ətrafındakı insanlara isə bir gün bütünlüklə onun haqqında hərşeyi biləcəyi barədə ümid verər.
- Qadın üzərinə yazı yazarkən qələmi göy qurşagına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsınız.
- Qüsur tapmaq üçün baxma birinə, tapmaq üçün baxsan taparsan, qüsuru örtməyi vərdiş etdir özünə, o zaman qüsursuz olarsan. Oxumasını bilirsənsə hər insanın bir kitab olduğunu görə bilərsən.
M[redaktə]
- Mənə bəzi şeylərin ağlımızı aşdığını söyləsələr də, bu, axmaqlıqlara inanmağa gətirib çıxarmaz. Şübhəsiz ki ağlımızı aşan şeylər var, amma ağılımıza zidd olan hər şeyi və ona zidd olan nə varsa, cəsurca rədd edirəm.
S[redaktə]
- Sadəlövh Məşhurlar həmişə ölərkən anılırlar. Arsız Məşhurlar isə həyatda.
- Sevgi çox vaxt ağlı olanların ağlını alır və ağlı olmayanlara ağıl verir.[3]
- Səhv yola girdiyində, sürətləndikcə daha da itərsən.
- Sənətkar pul haqqında düşündüyü andan gözəllik hissini itirməyə başlayır.
- Son hökmdar, son din xadiminin bağırsaqlarıyla boğulana qədər insanlar əsla azad olmayacaq.
T[redaktə]
- Təbiət bəzənməyi sevən və öz paltarının altından bədəninin bir hissəsini, sonra digər hissəsini göstərəcək öz pərəstişkarlarına onu nə vaxtsa bilmək ümidi verən qadın kimidir.
Y[redaktə]
- Yalanın faydası bir dəfə üçündür, həqiqətin faydası isə sonsuz və ölümsüzdür.
- Yalnız yaxşılıq etmək yetməz, yaxşılığı incəliklə də etmək lazımdır ...
Z[redaktə]
- Zamanın yeganə meyarı yaddaşdır.
- Zorakılıqla əldə edilən hakimiyyət ancaq qəsbdir və əmr edənin gücü itaət edənlərin gücünə qalib gəldiyi müddətcə davam edir.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
İstinadlar[redaktə]
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.136
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.363