Dost

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli

B[redaktə]

  • Bir-birinin zəif cəhətini bağışlaya bilməyən iki şəxs heç vaxt dost ola bilməz. Jan de Labrüyer
  • Bir "dost" kimdir? Iki bədəndə var olan tək bir ruhdur. Aristotel
  • Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq Sokrat

C[redaktə]

  • Cahil insan özünün belə düşməni ikən başqasına dost olması necə gözlənilər. Sokrat
  • Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır. Teymurləng

D[redaktə]

E[redaktə]

Ə[redaktə]

  • Əgər dostun sənə qarşı çox mehriban olub, demək ki, dostluq artıq pozulur. Uilyam Şekspir
  • Əgər iki dost sizdən xahiş etsə ki, onların münaqişəsini həll edəsiniz, razılaşmayın, bu halda siz bir dost qazanmaq şansını əldən verəcəksiniz. Amma iki yad adam eyni xahişi sizdən etsə, razılaşın, bu halda yeni dost qazanacaqsınız. Müqəddəs Oqastin
  • Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
  • Ən pis təklik heç bir həqiqi dostun olmamasıdır. Frensis Bekon
  • Əsl dost misilsiz xəzinədir:xoşbəxtliyi artırar,dərd-qəmi azaldar. Uilyam Şekspir

H[redaktə]

  • Heç bir düşmən qazanmayan adam dost da qazana bilməz. Alfred Tennison
  • Həqiqi dost bizi bacardığımız işi etməyə yönəldir. Ralf Uold Emerson
  • Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz. Karl İmmerman
  • Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
  • Hörmət etmədiyiniz insanla heç vaxt dost olmağa çalışmayın. Çarlz Darvin

İ[redaktə]

  • İnsanlarla elə davran ki,dostların sənə düşmən olmasın, əksinə, düşmənlərin səninlə dost olsun. Pifaqor
  • İstəyirəm mən dostum üçün nə qədər darıxıramsa o da mənimçün o qədər darıxsın. Müqəddəs Oqastin.

K[redaktə]

Q[redaktə]

  • Qardaş dost olmaya bilər - amma dost həmişə qardaşdır. Bencamin Franklin
  • Qoy Allah məni dostlarımdan qorusun, düşmənlərlə özüm də bacararam. Volter
  • Qurdlarla dost ol, amma əlindən baltanı yerə qoyma. [1]

M[redaktə]

  • Mən dostlarımı tapmadım. Mərhəmətli allah verdi mənə onları. Ralf Uold Emerson
  • Məndən qabaqda getmə, mən sənin arxanca gedə bilmərəm. Məndən arxada gəlmə, mən səndən qabaqda gedə bilmərəm. Mənimlə yanaşı addımla və mənim dostum ol! Albert Ceyms
  • Mənə hər şeydə mənimlə razılaşan, mən başımı əyəndə başını əyən dost lazım deyil. Ona qalsa kölgəm də dostumdur. Plutarx
  • Mənim ən yaxşı dostum məndəki ən yaxşı cəhətləri görəndir. Henri Ford

N[redaktə]

O[redaktə]

  • Oğlanla qız heç vaxt dost ola bilməz. Əgər dost olmağa razılaşsanız sevgili olacaqsınız. Ayrılanda isə heç vaxt dost ola bilməzsiniz. Corc Bayron

S[redaktə]

  • Saxta dostlar bizim kölgəmizə bənzəyir. Biz gün işığında olanda bizə daha yaxın olur, ancaq biz biz az qaranlıq yerdə olan kimi bizi tərk edir. Kristian Nestell Bovio
  • Sən qalxan zaman, dostların bilir, sən kimsən. Sən yıxılan zaman, sən bilirsən, kimdir dostların. Mayk Tayson

Ü[redaktə]

Y[redaktə]

  • Yalnız ağıllı insanlarla dostluq edin,çünki bəzən axmaq dost, ağıllı düşməndən də təhlükəli ola bilər. Mövlana Cəlaləddin Rumi

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014