Ralf Uold Emerson
Jump to navigation
Jump to search
Ralf Uold Emerson | |||
Doğum tarixi | 1803 | ||
Vəfatı | 1882 | ||
|
Ralf Valdo Emerson, ABŞ filosofu, esseisti və şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı bir insan üzr istəmək məcburiyyətində qalmaz.
- Ailə, kralların belə girə bilmədiyi bir qaladır.
- Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini məhəbbət bircə gündə öyrədir.
- Alqışı ən səssiz qarşılayan, alqışı layiq olmuş deməkdir.
- Analar təpədən dırnağadək sevgi ilə doludur.
- Ancaq öz mənliyini qoruya bilənlər həyat mübarizəsində qalib gəlirlər.
B[redaktə]
- Başqalarının səhv və pislikləri ilə özünü məşğul edib ruhunu qaraltma. Ən əvvəl pisliklərdən təmizlənəcək bir insan varsa, o da sən özünsən.
- Bəzi adamlarda pul toplamaq hərisliyi yaranır və bu hərislik insanı pulun sahibinə deyil, əsirinə çevirir.
- Bir ana üçün uşağının ən sevimli olduğu zaman yatdığı zamandır.
- Bir neməti əldə etmək üçün çəkdiyimiz əzab həmin nemətdən aldığımız həzzə bərabərdir.
- Bir tək düşməni olan, hər yerdə onunla qarşılaşar.
- Birinə görə ədalətli olan şey, digərinə görə haqsızlıqdır; birinə görə gözəl olan, digərinə görə çirkindir; birinə görə müdriklik olan, digərinə görə dəlilikdir.
- Böyük insanlar dünyanı düşüncələrin idarə etdiyini görənlərdir.
- Bütün insanlar ürəklərində şairdirlər.
- Bütün işlərimizdə vicdanımız yol bələdçisi olmalıdır.
C[redaktə]
- Cinayət və cəza bir budaqda boy atır.
D[redaktə]
- Davranışlarından utanıb, sıxılma; həyatın bütünü bir sınaqdır.
- Diqqətsizlik, peşmanlığın başlanğıcıdır. Alqışı səssizcə qarşılayan alqışa layiq olmuş deməkdir.
- Dost o adamdır ki mən onunla tam səmimiyəm., onun yanında hündürdən danışa bilərəm.
- Dostunuzun evinə tez-tez gedin, çünki istifadə edilməyən yollarda kollar bitər.
- Dünya kitabların sayəsində işıqlıdır.
- Düzgünlüyünüzü müqəddəs bir varlıq kimi qoruyun, son məqamda müqəddəs və sizə sadiq qalan yalnız daxili düzgünlüyünüz olacaq.[1]
E[redaktə]
- Edilərkən həyəcanlı olmayan işlər bacarılmaz.
- Elm bütün nailiyyətlərinə görə xəyala borcludur.
- Evin qiyməti ora gələn dostlardan bilinər.
Ə[redaktə]
- Əgər sən özünü qəzəbə öyrətmək istəmirsənsə, hər vasitə ilə öz qəzəbini boğ və hirslənmək vərdişinin yaranmasına imkan vermə. Qəzəbə yalnız başlanğıcda qalib gəlmək olar.
- Ən üstün insanlar öz içlərində hər iki cinsi də evləndirənlərdir.
G[redaktə]
- Gördüklərim, görmədiyimin varlığına inanmağa məcbur edir.
- Gözəl, amma abırsız qadın çürümüş balıqçı toru kimidir.
- Gözəllik – Allahın fəzilət ayəsidir. Hər bir təbii addım gözəldir.
- Gözəlliyin meyarı bütöv təbiətdir.
H[redaktə]
- Hamımız, müxtəlif dərəcələrdə qaynayırıq.
- Hamımız başqalarını öz ürəyimizdə daşıdığımız şəkildə görərik.
- Heç bir şey böyüklük qədər sadə deyil. Çünki sadə olmaq bir az da böyük olmaqdır.
- Hər işin atası düşüncədir.
- Hərəkətləriniz o qədər ucadan danışır ki, sizin özünüzün nə dediyinizi eşidə bilmirəm. [2]
- Həyat təcrübələr bütünüdür. Nə qədər çox təcrübə etsəniz, sizin üçün o qədər yaxşıdır.
- Həyatda tək bir adam belə, siz yaşadığınız üçün rahat nəfəs alırsa, siz müvəffəqiyyətli və məqsədinizə çatmış bir insansınız.
X[redaktə]
- Xarakter zəkadan daha üstündür... Dahi qəlb yaşamağa güclü olacaqdır, həmçinin düşünməyə də.
- Xoşbəxt olmaq üçün çox şeyə gərək yoxdur. Gözün görsün, qəlbin anlasın... Ruhun yaşasın...
İ[redaktə]
- İnsanlar təəccüblənməyi sevirlər və bu, elmin toxumu rolunu oynayır. Elm təəccübdən qidalanıb cücərir. [3]
K[redaktə]
- Kitablar sadəcə ilham vermək üçündür…
Q[redaktə]
- Qəhrəmanlıqlarından davamlı olaraq danışan qəhrəmanlar, nəhayət, qorxaqları belə bezdirir.
- Qonaqlar saatı görməsələr də, vaxtın hecə keçdiyini mənim üzümdən oxuyurlar.
M[redaktə]
- Musiqi insana onun varlığında yatan dahiyanə imkan və duyğuları açıb göstərir
- mümkün olmayanı yalnız insan mümkün edə bilər. Həm də mümkün edə bilməyi düşünənlər edə bilərlər.
N[redaktə]
- Nə dilədiyinizə diqqət edin. Gerçəkləşə bilərlər!
- Nə düşünsək bütün günü onu yaşayırıq.
S[redaktə]
- Sevinc və sağlamlığın yanında güc də olmalıdır.
- Sivilizasiyanın inkişafında ən böyük vəzifə, qadınların üstündədir.
T[redaktə]
- Tamahkar isə ona yardım edən hər bir kəsin köləsidir.
- Təcrübə düşüncənin, düşüncə isə hərəkətlərimizin övladıdır.
Y[redaktə]
- Yaxşı işin mükafatı, onun nəticəsindədir. [4]
- Evlilikdə özünü xoşbəxt hiss edən adi insan tək-tənha yaşayan dahidən qat-qat xoşbəxtdir.
- Yaxşı davranışlar kiçik fədakarlıqlardan meydana gələr.
- Yaxşı dost, yanında uca səslə danışıb düşünə biləcəyin insandır.
- Yaxşı kitablar çox yaxşı, pis kitablar da çox pisdir.
- Yolunu itirmiş birindən yol soruşmazlar.
- Yuxuları gerçəkləşdirməyin ən qısa yolu oyanmaqdır.
Z[redaktə]
- Zəngin bir ürək yoxsa sərvət çirkin bir dilənçidir.
Xarici keçidlər[redaktə]
|