Qadın

Vikisitat saytından
Jump to navigation Jump to search
Wikipedia logo
Qadın haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıllı qadın ərini xoşbəxt, ağılsızı isə bədbəxt edir. (Trinstan Bernard)
  • Ağıllı qadın heç vaxt öz üstünlüklərindən sui-istifadə etmir; kişiyə sahib olmaq üçün miskin və axmaq olmaq lazımdır. Onore de Balzak
  • Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır. Ərəb atalar sözləri
  • Ağlamaq qadının tələsidir. Mövlana Cəlaləddin Rumi
  • Ağlatdığın bir qadının göz yaşlarını ya o anda silərsən ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. Anton Çexov

B[redaktə]

  • Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var. Anton Çexov
  • Bir kişi bir qadınla ancaq onu sevmədiyi müddətcə xoşbəxt ola bilər. Oskar Uayld
  • Bir kişi qadına vurulsa, onun üçün hər şeyi edər, bircə sevgisinə sadiq qalmaz. Oskar Uayld
  • Bir kişinin bir qadına aşiq olması kifayətdir ki, dünya necə varsa, elə də olsun. Volter
  • Bir kişinin qadını sevməsi yetərli oldu ki, dünya olduğu kimi olsun. Volter
  • Bir qadın deyəcəyi çox şey olduğu halda susursa, kişi artıq bütün şansını itirmişdir. Pablo Neruda
  • Bir qadın dünyada istənilən kişi ilə mazaqlaşa bilər, başqa insanlar onu görmədiyi təqdirdə. Oskar Uayld
  • Bir qadın kişinin yanında gözlərini bağlayırsa aşiq Olur, kişi gözlərini bağlayırsa, qadın alver edir. Bob Dilan
  • Bir qadın otuz yaşına çatanda arxasıyla üzü arasında seçim etməlidir. Koko Şanel
  • Bir qadın sevdiyi kişinin başqa qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can verərkən görməyi seçər. Onore de Balzak
  • Bir qadın sizi milyoner edə bilər, təbii ki siz triliyonersinizsə. Bob Dilan
  • Bir qadın söyləyəcək çox şeyi olduğu halda susursa, kişi artıq bütün şansını itirmişdir. Pablo Neruda
  • Bir qadın ya sevər, ya da nifrət edər, ortası yoxdur. (F.Bixter)
  • Bir qadına etməməli olduqlarını söyləmək ona nələr edə biləcəyini göstərməkdir. İspan atalar sözləri
  • Bir qadının içindəki mələyi bir kişi kəşf edər, amma o mələyin bütün məsumluğunu yox edəcək olan yenə kişidir. ( A.Huxley)
  • Bir qadının üzü güləndə bir kişinin cibi aglayır. Oskar Uayld
  • Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır. Viktor Hüqo
  • Bir yerə ki, on qadın yığışdı, ora dönəcək məhkəmə otağına. Benqal atalar sözləri
  • Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi. Cak Lemmon
  • Bütün ziddiyyətlər qadının ürəyində cəmləşir. Volter

Ç[redaktə]

  • Çılpaq qadın paltar geyinmiş qadından daha az təhlükəlidir. Çünki, paltar geyinmiş qadın hər şeyi məharətlə gizlədərək, eyni zamanda hər şeyi də nümayiş etdirir. Onore de Balzak

D[redaktə]

  • Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmiş ölkə kimidir. Corc Eliot
  • Dünyada bir qadın üçün, hər hansı bir kişini təsiri altına aldığını bilməsi qədər zövqlü bir şey yoxdur. Onore de Balzak

E[redaktə]

  • Evli qadın kənizdir və onu taxtda əyləşdirməyi bacarmaq lazımdır. Onore de Balzak

Ə[redaktə]

  • Ədəbli qadın o qadındır ki, məşuqu ona gözdən salmağa qorxur. Onore de Balzak
  • Əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı bütün kişilər tam olaraq anlamını itirər. Oskar Uayld
  • Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir. Remark
  • Əgər qadın xəyanət edirsə, məntiqli səbəb axtarmaq lazım deyil. İş məntiqdə deyil, demək ki, hisslərdədir. Koko Şanel
  • Əgər qadın sizi sevirsə, hər şeyi, hətta cinayəti bağışlayar. Yox, əgər sevmirsə, o zaman yaxşılığınızı belə görməyəcək. Onore de Balzak
  • Əgər qadın tənbəldirsə, onun bu mərəzini yalnız sevgi sağalda bilər. Jan de Labrüyer
  • Əgər qadının məşuqu olmaq mümkünsə, heç kim onun dostu olmayacaq. Onore de Balzak
  • Əllər qadının vizit vərəqəsi, boyun şəxsiyyət vəsiqəsi, sinə isə xarici pasportudur. Koko Şanel
  • Ərinə gülən qadın, artıq onu sevmir. Onore de Balzak
  • Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksessuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır. Koko Şanel
  • Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza. Koko Şanel
  • Ətir vurmayan qadının gələcəyi yoxdur. Koko Şanel

G[redaktə]

  • Gecə saatlarında kişi ilə qadının dostluğu çox zəifləyir. Onore de Balzak
  • Gözəl, amma abırsız qadın çürümüş balıqçı toru kimidir. Ralf Uold Emerson
  • Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür. Birincisi bərbəzək, ikincisi isə xəzinədir. Napoleon Bonapart
  • Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir. Volter
  • Gözəl qadının taleyidir ki, hara gedir getsin söhbət mövzusu olur. Oskar Uayld
  • Güləyən qadınla ağlağan uşağa etibar eləmə. Teluqu atalar sözləri

H[redaktə]

  • Haqq-hesabla evlənmək-qadının qarşısında sürünmək, anasının dabanlarını yalamaq, hətta donuza murdar görünən eybəcərlikləri yerinə yetirmək deməkdir. Belə nikahda siz özünüzü çirkabların axıdılmasında istifadə edilən boru kimi hiss edəcəksiniz. Onore de Balzak
  • Hansısa qadın sizi gözəlliyi ilə valeh edibsə, amma heç cür onun nə geyindiyini xatırlaya bilmirsinizsə – deməli o, qüsursuz geyinibmiş. Koko Şanel
  • Heç bir kişi, heç olmasa bir qadın anatomiyasını öyrənməyincə evlənməməlidir. Onore de Balzak
  • Həddindən artıq qocalan qadın kişilərin xoşuna gəlmək üçün Allaha müraciət edir. Onore de Balzak
  • Hələ təsdiq olunmamış və qadın ruhuyla bağlı 30 il davam edən araşdırmalarıma qarşı, mənim də təsdiq etməyi bacarmadığım çox vacib bir sual var: Qadın nə istər? [1] Ziqmund Freyd
  • Həmişə eyni qadını sevməyin mümkün olmadığını söyləmək, məşhur bir musiqiçinin fərqli melodiyalar çalması üçün fərqli skripkaya ehtiyacı olacağına inanmaq qədər mənasızdır. Onore de Balzak
  • Hər bir aşpaz qadın dövləti idarə etməyə qabildir. Vladimir İliç Lenin
  • Hər hansı bir hiylə qadın hiyləsi ilə müqayisədə heç nədir. İncil
  • Hər kişi həyatında mütləq bir qadını ömürlük sevər və hər qadın mütləq bir kişiyə ömür boyu əzab çəkdirər… (Paulo Coelho)
  • Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar, bir qadına sahib olan adam hər qadını özünə heyran buraxar. (Goldinq )
  • Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyətiylə uzun müddət kifayətlənə bilsin. Jorj Sand
  • Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır. Anatol Frans
  • Hıçqıraraq ağlayan bir qadının göz yaşları, ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır. Çarlz Bukovski

İ[redaktə]

  • İki cür qadın vardır: Çirkin və boyalanmış. Oskar Uayld
  • İki mömin qadının dostluğu, açıq şəkildə düşmənçilk edən on yaramazın pisliyindən daha pisdir. Onore de Balzak
  • İlk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər. Yapon atalar sözləri
  • İnsanları yüksəldən iki böyük xüsusiyyət vardır; kişinin mərd, qadının namuslu olması. Napoleon Bonapart
  • 20 illik məhəbbət macərası yaşayan qadın xarabalığa bənzəyər, 20 illik evlilik həyatı isə onu ictimai binaya çevirər. Oskar Uayld

K[redaktə]

  • Kar bir kişiylə kor bir qadın ən xoşbəxt cütlükdür. Danimarka atalar sözü
  • Kişi evin beyni, qadın isə ürəyidir. Volter
  • Kişi istənilən qadınla xoşbəxt ola bilər, onu sevmədiyi təqdirdə. Oskar Uayld
  • Kişi qadına şillə vurarsa kişi günahkardır, qadın kişiyə şillə vurarsa yenə kişi günahkardır. Çarlz Bukovski
  • Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz. Onların arasında yalnız sevgi, düşmənçilik, ehtiras və məftunluq ola bilər. Oskar Uayld
  • Kişi və qadının yalnız bir ortaq nöqtəsi var: hər ikisi kişi məclisini üstün tutur. Oskar Uayld
  • Kişilərin bütün dəlilləri bir qadının fikrinə dəyməz. Volter
  • Kişini analiz və müzakirə etmək olar, qadına isə məftun olmaq lazımdır. Oskar Uayld

Q[redaktə]

  • Qadın ana olandan sonra kamilləşir. Onore de Balzak
  • Qadın bənnadır, kişi fəhlə. Azərbaycan atalar sözləri
  • Qadın bilməyənə nəfs, bilənə nəfəs kimidir. Şəms Təbrizi
  • Qadın böyük qüvvədir. Ay xala yavaşdaaa... Əhməd haradadır? (film, 1963)
  • Qadın dünyanın ən gözəl və ən qiymətli varlığıdır. Konfutsi
  • Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. Avreli Avqustin
  • Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yenidir. Lev Tolstoy
  • Qadın evi şam kimi işıqlandırır. Alfred Hausman
  • Qadın evin açarı kimidir, gərək onu itirməyəsən. Yapon atalar sözləri
  • Qadın ərini daha az sevməli, lakin daha çox anlamalı, kişi, arvadını daha çox sevməli, lakin anlamağa çalışmamalıdır. Oskar Uayld
  • Qadın geyinən, çərənləyən və soyunan insan məxluğudur. Volter
  • Qadın heç getməyəcəkmiş kimi sevər, amma yeri gələr heç sevməmiş kimi gedər. ( J.Crange)
  • Qadın hər ehtiyacını qarşılayacaq tək kişi istər, kişi tək ehtiyacını qarşılayacaq hər qadını. Fyodor Dostoyevski
  • Qadın hər şeyi fitrədən bilir, kişi kitablardan öyrənir. Qautama Budda
  • Qadın, hər şeyi görən gözü belə aldadar. Fyodor Dostoyevski
  • Qadın həyat yoldaşını daha az sevməli, daha çox anlamalıdır. Kişi isə həyat yoldaşını daha çox sevməli, daha az anlamalıdır. Oskar Uayld
  • Qadın həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub. Onore de Balzak
  • Qadın-həyatın bütün mərhələlərində kişinin xilaskarıdır. Vissarion Belinski
  • Qadın hökmdarlıq edir, amma idarə etmir. Delfina Jirarden
  • Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir. Fransua de Laroşfuko
  • Qadın ilk öpüşdə nələr qazanacağını bilə bilməz, amma son öpüşdə nələr itirdiyini bilər. Onore de Balzak
  • Qadın, insanın kölgəsi kimidir; qovsanız qaçar, qaçsanız qovar. (Chamfort)
  • Qadın istənilən milyarder kişini milyonçu edə bilər. Çarlz Çaplin
  • Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir. Onore de Balzak
  • Qadın kobudluğu, nifrəti, ikrahı bağışlayır, lakin iztehzanı heç vaxt unutmur.[2]Etyen Rey
  • Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər. Ərəb atalar sözləri
  • Qadın qoxusunu yalnız tənhalıqda ətrafa yayan bir çiçəkdir. Ərəb atalar sözləri
  • Qadın ləyaqəti haqqında mühakimə etmək lazım gəldikdə onu gözəlliyini itirənə qədər gözləmək lazımdır. Miq Liber
  • Qadın ömürdən şirin və ölümdən acıdır. Süleyman
  • Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməsən tikan olar. Refik Halit Karay
  • Qadın öz ərini yalnız bir yolla islah edə bilər: onu tamamilə bezdirib həyata olan bütün həvəsini öldürməklə. Oskar Uayld
  • Qadın öz qızından on yaş gənc görünürsə o, mükəmməlcəsinə hər şeylə təmin olunur. Oskar Uayld
  • Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır. Con Lokk
  • Qadın saçı fili bağlayıb saxlayacaq qədər möhkəmdir. Yapon atalar sözləri
  • Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də, kişi isə sevişmək uğruna hər şeyi fəda etməyə hazırdır, hətta sevməyi də ! (P. Koelho)
  • Qadın sevgidə arfaya oxşayır. O, sirlərini yalnız onu yaxşı çalana verir. Onore de Balzak
  • Qadın sözləri ilə deyil, gözləri ilə danışır əslində buna görə onları başa düşmək üçün dinləmək yetməz, yalnız izləmək lazımdır. Fyodor Dostoyevski
  • Qadın ürəyi elə bir uçurumdur ki, onun dərinliyini ölçmək qeyri-mümkündür. Jan Lafonten
  • Qadın ürəyi - bahar havası Yapon atalar sözləri
  • Qadın yaxşı bəzənmiş masadır ki, ona kişi yeməkdən öncə və yeməkdən sonra müxtəlif baxır. Onore de Balzak
  • Qadın yalnız özünün yaş sirri kimi bir sirr saxlaya bilər. Volter
  • Qadın zəhərdir; onun iki xoş saatı var: birincisi sevgi, ikincisi ölüm yatağında. Pallad
  • Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər. Miqel de Servantes
  • Qadına hərdən itaət etmək lazımdır ki, onun üzərində hökmranlıq edəsən. Viktor Hüqo
  • Qadına inanan, özünü aldadar. İnanmayan da qadını aldadar. Çin atalar sözləri
  • Qadını Allah bəzəmişdir. Allahın bəzədiyindən necə qaçmaq olar? Mövlana Cəlaləddin Rumi
  • Qadını Allah gözəl yaradır, şeytan isə onu sevdirir. Viktor Hüqo
  • Qadını danışmağa məcbur etmək üçün min üsul var, ancaq onu susmağa məcbur edən üsul yoxdur. Giyom de Buşe
  • Qadını idarə etməyi bacaran dövləti də idarə edər. Onore de Balzak
  • Qadını tanımaq istəsən qadından soruş. Abxazlar
  • Qadını dirçəldən, onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir. Fyodor Dostoyevski
  • Qadının ağlı cibində deyil, başında olmalıdır. Onore de Balzak
  • Qadının bişirdiyi yeməyi tərifləsən, onu xoşbəxt etmiş olarsan. Deyl Karnegi
  • Qadının çöhrəsi ərinin necə olduğunu, kişinin köynəyi isə arvadının necə olduğunu göstərir. Yuqoslav atalar sözləri
  • Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə. Bencamin Franklin
  • Qadının ən böyük cavahiratı onun namusudur. Anatol Frans
  • Qadının həmişə üç cür yaşı olur: biri görünən yaş, digəri həqiqi yaş, üçüncüsü də onun özünə verdiyi yaş. Alfons Karr
  • Qadının həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub. Onore de Balzak
  • Qadının hökm etdiyi yerlərdə iŞdən çox, istəklər vacibdir. Esxil
  • Qadının xasiyyəti pul yoxkən, kişinin xasiyyəti isə pul çoxkən aydınlaşır. Corc Bernard Şou
  • Qadının intusiyası kişinin əminliyindən daha dəqiqdir. Kiplinq
  • Qadının qırx çırağı var, biri sönsə, o birini yandırar. Azərbaycan atalar sözləri
  • Qadının sevmədiyi kişiyə heç vaxt yazığı gəlməz. Aleksandr Duma
  • Qadının sizdən məsləhət istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır. Onore de Balzak
  • Qadının təxmin etdiyi şey, kişinin əmin olduğu şeydən daha doğrudur. (R.Kiplinq)
  • Qadının yalnız son sevgisi kişinin ilk sevgisi ilə müqayisə edilə bilər. Onore de Balzak
  • Qadının zahiri gözəlliyi müvəqqəti, daxili gözəlliyi isə daimidir. Emil Zolya
  • Qadınla bağlı faciəli olan şey nə onlarla, nə də onlarsız yaşana bilinməməsidir. Corc Bayron
  • Qadınla keçirilmiş vaxtı itirilmiş vaxt saymaq olmaz. Andre Morua
  • Qadınla kişinin arasında dostluq ola bilməz! Ehtiras, sevgi, düşmənçilik, səcdə ola bilər, ancaq heç bir dostluq ola bilməz. Oskar Uayld
  • Qadınsız ev məzar kimidir. Onore de Balzak
  • Qadınsız evdə hörümçəklər tor qurar. Azərbaycan atalar sözləri
  • Qısqanclıq kişidə zəiflik, qadında isə güc mənbəyidir. Anatol Frans

M[redaktə]

  • Mən xoşbəxtəm ki, mən kişi deyiləm, yoxsa qadınla evlənməli olardım. Anna De Stal
  • Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu. Remark

S[redaktə]

  • Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür. Onore de Balzak
  • Sevən qadının fədakarlığı ölçüyə gəlmir. Alfons Dode
  • Səni tam anlayan qadınla qarşılaşmaq çox təhlükəlidir. Bu adətən evliliklə bitir. Oskar Uayld
  • Siz bilirsinizmi, qadın marağı nə qədər böyükdür? O, demək olar ki, kişi marağına uduzmur. Oskar Uayld

T[redaktə]

  • Tutqunun müddəti, qadının başlanğıcdakı müqaviməti ilə mütənasibdir. Onore de Balzak

Ü[redaktə]

  • Ürəyinin səsini yox, ağlını rəhbər tutan qadın əsl ictimai infeksiyadır: o, ehtiraslı və sevən qadının üstünlüklərinə yox, çatışmamazlıqlarına malikdir. Belə qadın rəhmsiz, sevgisiz, fəzilətsiz, cinssiz olur. Onore de Balzak

Y[redaktə]

  • Yaxşı bir qadın bir kişini təsirləndirər, ağıllı bir qadın onda maraq yaradar, gözəl bir qadın ovsunlayar, anlayışlı bir qadın isə ona sahib olar. (Helen Rovland)

İstinadlar[redaktə]

Wikipedia logo
Qadın haqqında Vikipediyada məqalə var.
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.262