Vissarion Belinski
Görünüş
Vissarion Belinski | |||
Doğum tarixi | 30 may 1811, 11 iyun 1811 | ||
Doğum yeri | Suomenlinna | ||
Vəfat tarixi | 26 may 1848, 7 iyun 1848 | ||
Vəfat yeri | Sankt-Peterburq | ||
Dəfn yeri | Literatorski mostki | ||
|
Vissarion Belinski (11.06. 1811– 07.06.1848) — Görkəmli rus yazıçısı, tənqidçisi və publisisti.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən, gülüş, həqiqəti yalandan ayırmaqda vasitəçi rolunu oynayır.
- Adətən, insanlar onlara verilənlərdən həzz almaqdan çox, onlara verilməyənlərdən daha çox kədərlənirlər.
- Axmaq insanların arasında ağıllı insanlar həmişə qəribə görünürlər.
- Ağıl insana ağılsız yaşamağını görmək üçün yox, ağıllı yaşamaq üçün verilir.
- Ağıl, insanın mənəvi silahıdır.
- Ağıl və hiss bir-birinə ehtiyacı olan, ölü və əhəmiyyətsiz iki gücdür.
- Alim, şair, döyüşçü, qanunverici və s. olmaq yaxşıdır, lakin bununla yanaşı, insan olmaq da lazımdır.
- Anlamadığın, mənasını başa düşmədiyin şeyləri söy. Bu, bacarıqsızlığın ümumi bir qaydasıdır.
- Alçaq insanlar öz işlərində ona görə uğur qazanırlar ki, onlar namuslu insanlarla alçaq insanlarla davrandıqları kimi, namuslu insanlar isə alçaq insanlarla namuslu insanların davrandıqları kimi davranırlar.
- Arvad- məşuqə yox, ömür yoldaşımız və dostumuzdur. Biz özümüzü qabaqcadan elə öyrətməliyik ki, onu qocalanda da sevək.
- Arvadaoxşar xarakterli kişi insana edilən ən böyük təhqirdir.
B
[redaktə]- Başda yox, ürəkdə olan hər cür sevgi özünəməxsus tərzdə həqiqi və gözəldir.
- Başqalarını mühakimə etməyi öhdəsinə götürən özünü ciddi mühakiməyə məruz qoyur.
- Başqasının hərəkətləri barədə kəskin fikirlər söyləyən bununla da başqalarından daha yaxşı hərəkət etməyi öz öhdəliyinə götürür.
- Bədbəxtlik məktəbi ən yaxşı məktəbdir.
- Bilikdən qorxan məhv olur.
- Bir çoxları yaşamadan, ancaq yaşamağa hazırlaşaraq yaşayırlar.
- Bizim zamanımızda əbədilik çələngləri çox bahalaşdı.
- Böyük işlər yalnız mübarizədə və döyüşdə yaranır.
- Bütün canılar mübarizə nəticəsində yaranmışlar.
- Bütün insanlar yeyir və içirlər, ancaq dəlilər sərxoşluq və qarınqululuq edirlər.
- Bütün tənqidçilərin ən böyüyü, ən dahisi, ən qüsursuzu zamandır.
C
[redaktə]- Cəmiyyət fərdi insan deyil. İnsanı təhqir etmək olar, ona böhtan atmaq olar, amma cəmiyyət təhqirdən və böhtandan uzaqdır.
- Cəmiyyət kimi ədəbiyyatın da öz pleybeyləri, qaragüruhları var. Qaragüruhlar isə hər yerdə həm cahil, həm həyasız, həm də utanmaz olurlar.
- Cəmiyyət üzərində sözlər yox, yalnız ideyalar hökmranlığa malikdir.
- Cəmiyyətin ən yüksək və müqəddəs marağı onun hər bir üzvünün, eyni zamanda öz rifahıdır.
Ç
[redaktə]- Çatışmazlıqlara hücumlar və xəlqiliyin qüsuru cinayət yox, məziyyət, həqiqi vətənpərvərlikdir. Vissarion Belinski
D
[redaktə]- Dostluq da sevgi kimidir. Gözəl və ətirli, tikansız, bir də tikanı olan qızılgül var.
- Dünyada heç kim mükəmməl, yəni tam formalaşmış doğulmur, amma hər cür həyat fasiləsiz hərəkət edən inkişafdan, aramsız formalaşmadan ibarətdir.
E
[redaktə]- Ehtiras, hər cür məhsuldar fəaliyyətin mənbəyidir.
- Ehtiras, həyatın poeziyası və rəngidir. Amma ürəkdə iradə yoxdursa, ehtiras nədir ki?
- Ehtiraslarsız, ziddiyyətlərsiz həyat, poeziya yoxdur. Əgər bu ehtiraslarda və ziddiyyətlərdə şüurluluq və insanilik olsaydı, onun nəticələri insanı məqsədinə çatdırardı.
- Ekvivalent olduqda bir xarici söz istifadə edin, rus sözü- həm ümumi mənada, həm də ümumi zövqü təhqir etmək deməkdir.
- Eqoizm kərtənkələ kimi zirəkdir.
- Elə insanlar var ki, onların əlindəki sadə dəyənək başqalarının əlindəki qılıncdan təhlükəlidir.
- Etməmək, deməli yaşamamaq. Kim ki, özündə həyat mənbəyini, yəni canlı fəaliyyət mənbəyini daşımır, o daima hər şeyi kənardan və təsadüfdən gözləyir.
Ə
[redaktə]- Ədəbiyyat-xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir.
- Əxlaqsızlıq heyvani hissiyyatdır və burada heç bir poeziya ola bilməz. Çünki, poeziyaya düşüncənin insanı heyvana qədər alçaldan elementləri yox, yalnız ağıllı elementləri daxildir.
- Əgər həyatımızın bütün məqsədi şəxsi xoşbəxtliyimizdən, şəxsi xoşbəxtliyimiz isə yalnız bir sevgidən ibarət olsaydı, o zaman həyat həqiqətən boz səhraya bənzəyərdi… Amma, eşq olsun əbədi idraka, qayğıçəkən ilahi qüvvəyə! İnsanın daxili aləmindən başqa tarixi düşüncə və ictimai fəaliyyət kimi böyük aləmi də var.
- Əgər istedad öz cəhdləri və səyləri səviyyəsində olmaq üçün özündə kifayət qədər güc hiss etmirsə, o zaman siz ondan meyvə gözləsəniz də, o yalnız barsız çiçək açacaq.
- Əgər sevgidə seçim iradədən və düşüncədən asılı olsaydı, o zaman sevgi hissdən, ehtirasdan məhrum olardı. Vasitəsizlik elementinin iştirakı düşüncəli sevgidə də görünür. Çünki, bir neçə layiqli insandan yalnız biri seçilir və bu seçim ürəyin qeyri-iradi meylinə əsaslanır.
- Əgər tələbə müəlliminin simasında elmi rəqibini deyil, nümunəni görürsə, o heç vaxt müəllimindən uzağa gedə bilməyəcək.
- Əqidə yalnız həqiqi olduğuna görə qiymətli hesab edilməlidir.
- Əqlin ən böyük zəifliyi onun gücünə inamsızlıqdır.
- Əmək inası nəcibləşdirir, onu xeyirxah edir.
- Əsl xəzinə yaxşı kitabxanadır.
F
[redaktə]- Faktları bilmək ona görə qiymətlidir ki, faktlarda ideyalar gizlənir. İdeyalarsız faktlar baş və yaddaş üçün zibildir.
- Fanatizm və mistisizm elmin düşmənləridir. Çünki, onlar qaranlıqdır, elm isə işıqdır.
- Fəaliyyətsizlik və tənbəllik ruh və bədənin gerçək donmasıdır.
- Fikirsiz incəsənət, ruhsuz insan kimi meyitdir.
G
[redaktə]- Gənclik gözəl bir yaz fəsli, fəaliyyət göstərmək zamanı, gücün qaynadığı zaman. O, həyatda bir dəfə olur və heç vaxt geri qayıtmır.
- Gənclik özü-özündə həyat poeziyasıdır və həyatın başqa zamanından fərli olaraq gənclikdə hər kəs yaxşı olur.
- Güclü, vəcdlə və alovlu hiss etmək olar və bununla belə öz hisslərini ifadə edə bilməmək olar.
- Güldürmək məharəti toxunmaq məharətindən çətindir.
- Gülünc olmaq, deməli işini uduzmaq.
H
[redaktə]- Heç kimi qıcıqlandırmamaq, düşmənlərə və rəqiblərə malik olmamaq kimi qibtə edilən imtiyazlardan yalnız qızıl orta istifadə edir.
- Həqiqət insanlardan yüksəkdir və onlardan qorxmamalıdır.
- Həqiqəti yalandan ayırmaqda gülüş tez-tez böyük vasitəçi olur.
- Həqiqi, bəşəri məhəbbət hissi şıltaqlığ və ya ürəyin nazı üzərində deyil, ancaq bir-birini insanlıq ləyaqətinə hörmət üzərində qurula bilər.
- Həqiqi əxlaqın yüksək prinsiplərindən biri şəxsiyyətinə fərq qoymadan hər bir insana hər şeydən əvvəl onun insan olmasına, sonra isə şəxsi ləyaqətinə görə hörmət etməkdir.
- Həqiqi insan sevgisi yalnız hisslərin, ürəyin şıltaqlığına yox, eyni zamanda bir-birinin ləyaqətinə qarşılıqlı hörtmət etməyə əsaslana bilər.
- Hər bir alicənab şəxs özünün qan qohumluğunu, vətənlə qan əlaqələrini dərindən dərk etməlidir.
- Hər cür adamlar, hər cür ehtiraslar olur. Məsələn birinin naturasının bütün ehtirası, bütün pafosu soyuq bir qəzəbdən ibarət olur. O yalnız dişləyən zaman ağıllı, istedadlı və hətta sağlam olur.
- Hər cür ifratçılıq məhdudiyyətin doğma bacısıdır.
- Hər cür ləyaqət, hər cür güc sakitdir. Məhz buna görə onlar özlərinə güvənirlər.
- Hər cür sevgi həqiqi və özünəxas olduğu üçün gözəldir, yetər ki, o ürəkdə ola, başda yox.
- Hər yeni şeyin mənbəyi köhnə şeydir. Ən azından, yeni şeylər köhnələrdən hazırlanır.
- Hər zaman yaxşı ruhda olmaq xoşbəxtliyin möhkəm əsasıdır.
- Həyat bir tələ, biz isə siçanlarıq. Bəziləri tələdəki yemi götürüb təhlükədən uzaqlaşa bilir, amma əksəriyyət tələdə məhv olur, tələdəki yemi ancaq iyləyə bilir. Lənət şeytana, çox axmaq bir komediyadır.
- Həyatda bir neçə dəfə sevməyin cinayəti, eləcə də bir dəfə sevməyin məziyyəti yoxdur. Özünü birinciyə görə qınamaq, ikinciyə görə isə lovğalanmaq gülüncdür.
- Həyatda vacib işlərdə həmişə elə tələsmək lazımdır ki, sanki bir dəqiqənin itirilməsindən bütün iş məhv ola bilər.
- Hiss — od, fikir isə yağdır.
- Humanizm, şüurla, təhsillə inkişaf etdirilmiş insanpərvərlikdir.
X
[redaktə]- Xeyirxahlığın və ədalətin təntənəsi naminə fikirləş və əlindən gələni əsirgəmə.
İ
[redaktə]- İnam, bizim olduğuna görə yox, həqiqi olduğuna görə qiymətlidir.
- İnanmaq və bilməmək insan üçün nəyisə bildirir. Ancaq, bilmək və inanmamaq heç nəyi bildirmir.
- İnsan ağlı məhduddur, amma insanlığın ağlı, yəni bəşəriyyətin ağlı sonsuzdur.
- İnsan başqalarının ləyaqətinə hörmət etmədikdə insanpərvərlik hissini alçaldır, öz ləyaqətinə hörmət etmədikdə isə bu hissi təhqir etmiş olur.
- İnsan ehtiraslarının ən güclüsü mənlikdir. O heç vaxt təhqir olunmasını bağışlamır.
- İnsan əxlaqi cəhətcə nə qədər yüksəkdirsə, o qədər cəsarətlə də özünün zəif və nöqsan cəhətlərini görə bilər.
- İnsan həmişə insan üçün ən maraqlı hadisə olub və olacaq.
- İnsan, hər şeydən əvvəl öz ölkəsinin övladı, öz vətəninin maraqlarını qızğın ürəklə qəbul edən vətəndaşdır.
- İnsan hisslərindən ən güclüsü mənlikdir.
- İnsan ömrü kimi, sevginin də öz inkişaf qanunu, yaşı vardır. Onun öz təmtəraqlı yazı, isti yayı və nəhayət, bəziləri üçün isti, işıqlı və məhsuldar, digərləri üçün isə soyuq, çürük və barsız olan payızı var.
- İnsan yalanla ülfət etdikdə, ağıl və istedad onu tərk edir.
- İnsan yalnız bilmədiyi şeydən qorxur, bilik isə hər cür qorxuya qalib gəlir.
- İnsanla heyvan arasında fərq ondan ibarətdir ki, o, heyvanların olmadığı yerdə insan olduğunu daha yaxşı dərk edir.
- İnsanlar adətən malik olduqlarından həzz almaq əvəzinə, malik olmadıqlarından danışırlar.
- İnsanlar başqalarının ləyaqətinə hörmət etməyəndə insanpərvərlik təhqir olunur. İnsanpərvərlik eyni zamanda insanın özü-özünün ləyaqətinə hörmət etməyəndə də təhqir olunur.
- İnsanlar bəşəriyyətin yaşaması üçün ölürlər.[1]
- İnsanlıq həmişə, hər yerdə ən yüksək insan fəziləti, ən yüksək insan ləyaqətidir. Çünki, onsuz insan heyvandır və sağlam düşüncənin əksinə olaraq xaricdən insan formasına girmiş, daxilən isə iyrənc heyvandır.
K
[redaktə]- Keçmişi soruşur və sorğulayırıq ki, o, bizə bu günümüzü izah etsin və gələcəyimizə işarə etsin.
- Kəbin sevginin həqiqətidir.
- Kifayət qədər əsassız qısqanclıq, özünə, sevimli predmetinə bağlılıq hüququna hörmət etməyən miskin insanların xəstəliyidir. Onlarda heyvani eqoizmin pilləsində duran varlığın kiçik zülmü ifadə olunur.
- Kitab zəmanəmizin həyatıdır. Hamının-qocanın, cavanın, iş adamının, işi olmayanın da, habelə uşaqlrın da ona ehtiyacı var.
Q
[redaktə]- Qabağı görməyən geri addımlayır. Durğun vəziyyət olmur.
- Qadın — həyatın bütün mərhələlərində kişinin xilaskarıdır. Qadın Yer üzərində gözəllik, lətafət nümunəsidir, o, həyatın fəlakətli və ağır dəqiqələrində kişinin təsəllivericisidir, onun sevinci və iftixarıdır.
- Qadın xasiyyətli kişilər insanlığa ən zəhərli həcvləridir.
- Qadın kişinin ruhunu oyatmalı, xoş ehtiraslar alovlanlandırmalı, kişinin yüksək və böyük işlərə cəhd etmək hissini gücləndirməlidir. Qadının təyinatı məhz budur və o, böyük və müqəddəs bir təyinatdır.
- Qadın qəlbi ilə düşünür, kişi isə başı ilə sevir.
- Qadın ləyaqətinin ölçüsü onun sevdiyi kişi ola bilər.
- Qadın vəzifəcə, qəlbi və qanı ilə bir anadır. Ana sevgisi qədər müqəddəs və təmənnasız sevgi yoxdur. Hər cür bağlılıq, hər cür sevgi, ehtiras onunla müqayisədə ya zəifdir, ya da təmənnalıdır.
- Qadına nəinki zəruri insan, eləcə də zəmanəmizin alicənab insanı üçün sevgi imkanının başlıca şərti kimi baxmaq və hörmət etmək lazımdır. Gözəl nəşr edilmiş boş kitabı görmək xoş olmadığı kimi, həyatın bütün maddi nemətlərindən istifadə edən boş adamı görmək də bir o qədər xoşagəlməzdir.
- Qadının yalnız gözəl və gənc olduğuna görə öz taleyini onun taleyi ilə bağlamaqdan təhlükəli heç nə yoxdur.
- Qayıqla kiçik gölməçədən keçərkən dəniz xəritəsindən istifadə etmək axmaqlıqdır.
- Qısqanclıq insan azadlığı ilə əlaqəli deyil. Qısqanclıqda bir mülkiyyətçilk və hökmranlıq instinkti var, amma alçalmış bir vəziyyətdə. Sevgi hüququnu qəbul etmək, qısqanclıq hüququnu ideallaşdırmaq yox, inkar etmək lazımdır…Qısqanclıq, insanın insana zülmüdür. Ən iyrənc qısqanclıq isə qadını zəhərli ilana çevirən qadın qısqanclığıdır.
M
[redaktə]- Meşşan sahibkarlar prozaik müsbət insanlardır. Onların sevimli qaydası: hər kəs özündə, hər kəs özü üçün. Onlar vətəndaş qanununa görə haqlı olmaq istəyirlər, bəşəriyyət və əxlaq qanunlarını eşitmək istəmirlər.
- Məhəbbət nə qədər təmkinli və sakit olarsa, o qədər də çox davam edər. Adət onu möhkəmləndib bütün həyat boyu saxlayır.
- Məhəbbət üçün ağıllı məzmun-şam üçün yağ qədər zəruridir.
- Məqsədsiz hərəkət, maraqlarsız məqsəd, hərəkətsiz həyat yoxdur. Maraqların, məqsədlərin və fəaliyyətin mənbəyi ictimai həyatın substansiyasıdır.
- Mənəvi mükəmməlliyin başlanğıc nöqtəsi hər şeydən əvvəl maddi tələbatdır.
- Mənəvi tarazlıq həddindən artıq savadlı insanların xəstəliyidir.
- Mənim dostum o adamdır ki, ona hər şeyi deyə bilirəm.
- Məsələ sözdə yox, onun deyilmə tərzindədir.
- Mübarizə həyat üçün şərtdir, mübarizə bitdikdə həyat yox olur.
- Müasirlik rəssamın ən yüksək keyfiyyətidir.
N
[redaktə]- Nəcib insanla nanəcib insanın arasında fərq ondan ibarət deyil ki, nəcib insan hər cür nanəciblikdən uzaqdır. Əsas fərq ondadır ki, nəcib insan nanəcibliyi görür və nə olduğunu bilir, nanəcib insan isə nəinki özündəki nanəcibliyi görür, əksinə, elə bilir ki, o ən mükəmməl insandır.
- Nəfis şəkildə çap olunmuş boş kitabı görmək var-dövlətli boş adam görmək qədər pisdir.
- Nəyi isə oxuyan adam, heç bir şey oxumayan adamdan yüksəkdə durur.
- Nikah, sevginin geçəkliyidir. Yalnız tamamilə yetgin ruh həqiqətən sevə bilər. Bu halda sevgi ən böyük mükafatını nikahdan alır. O, çələngin parıltısından solmur, günəş şüaları altında açılan ətirli güllər kimi ətrafa ətir saçır.
- Nüfuz və dostluq- su və oddur, müxtəlif və bir-birinə düşmən şeylərdir. Dostluğun şərti bərabərlikdir.
O
[redaktə]- Oda yağ lazım olduğu kimi, sevgiyə də ağıllı məzmun lazımdır.
Ö
[redaktə]- Övladı tərbiyə etmək yalnız onu bəsləməkdən və böyütməkdən yox, eyni zamanda onun ürəyini, ağlını istiqamətləndirməkdən ibarətdir. Bunun üçün isə ananın xarakteri, elmi, inkişafı, bütün insani maraqların mümkünlüyü lazım deyilmi?
- Öz yolunu tapmaq, öz yerini bilmək insan üçün hər şey, özü olmaq deməkdir.
- Öz vətənini sevmək-bəşəriyyətin ideallarının həyata keçirilməsini ürəkdən arzu etmək və gücün çatan qədər buna kömək etmək deməkdir.
- Öz vətəninə mənsub olmayan adam, bəşəriyyətə də mənsub deyildir.
P
[redaktə]- Pisliyin səbəbini tapmaq, ona qarşı dərman tapmaqla eynidir.
- Poeziya incəsənətin ali növüdür. Bütün başqa incəsənətlər öz yaradıcılıq fəaliyyətində istifadə etdiyi materiallarla az və ya çox dərəcədə sıxışdırılır və məhdudlaşdırılır. Digər tərəfdən, poeziya, səsli, şəkilli, aydın təsəvvür yaradan sərbəst yaradıcı bir sözlə ifadə edilir. Ona görə də poeziya digər incəsənətlərin bütün elementlərini özündə cəmləşdirir.
- Poeziya, hər şeydən əvvəl, həyat, sonra isə incəsənətdir.
S
[redaktə]- Sancan hər cür satira mənəvi cəhətdən zəngindir.
- Seçdiyimiz sahədəki uğurlarımız yalnız iradə gücümüzdən asılıdır.
- Sevgi ağlasığmaz şeyləri yaradacaq qədər güclüdür. O, fəza və zamanın əbədi dəyişməz şərtləri, bədənin acizliyi üzərində qələbə çalır, körpəyə şir gücü verir.
- Sevgi insan həyatı kimi öz inkişaf qanunlarına öz yaşlarına malikdir.
- Sevgi, insanı hər cür ifrata aparan ehtiraslardan ən güclüsüdür və o, əxlaqın nümunə daşı ola bilər.
- Sevgisiz və nifrətsiz, simpatiyasız və antipatiyasız insan kabusdur.
- Sevimli predmetində olmayan şeyi görəndə sevgi tez-tez səhv edir. Amma bəzən məhz sevgi onda müşahidəyə və ağıla əlçatan olmayan gözəl və böyük şeyləri kəşf edir.
- Sırtıq lovğa eybəcərdir. Amma hər hansı bir şöhrətdən, ləyaqətədən uzaq insan daha eybəcərdir.
- Süstlük və tənbəllik- ruhun və bədənin buz bağlamasıdır.
Ş
[redaktə]- Şagird müəllimdə rəqib yox, model görsə, heç vaxt onu ötməz.
- Şairin dühası nə qədər yüksək olarsa, o, təbiəti daha geniş, daha dərindən başa düşər və onun həyatla əlaqəsini bizə uğurla təqdim edər.
- Şeir yazmağı bacaramaq hələ şair olmaq deyil. Bütün kitab köşkləri bu həqiqətin sübutları ilə doludur.
T
[redaktə]- Tam səmimilik və etibar olmayan yerdə dostluq da ola bilməz.
- Təbiət-incəsəntin əbədi nümunəsi, insan isə təbiətin ən mükəmməl əsəridir.
- Tələbə müəlliminə bir nümunə kimi deyil, bir rəqib kimi baxmalıdır ki, öz müəllimini ötüb keçə bilsin.
- Tərbiyə böyük işdir, insanın taleyini o həll edir.
- Tərbiyənin alət və vasitəsi məhəbbət, qayəsi isə insanpərvərlik olmalıdır.
U
[redaktə]- Uşaq öz məhəbbətini yalnız o adama bağlayır ki, o adam öz məhəbbətini uşağa işlə sübut etsin.
V
[redaktə]- Valideynlərə hörmət və sevgi şübhəsiz ki, ən müqəddəs hissdir.
- Vətəninə aid olmayan bəşəriyyətə də aid olmur.
- Vətənpərvərlik, ümumi yerlərdə təmtəraqlı sözlərlə ucadan qışqırmaqdan ibarət deyil. Vətənpərvərlik, vətənə sevgidən ibarətdir. O sevgidən ki, o qışqırmadan danışmağı bacarır, təkcə yaxşı şeylərə heyran olmur, eyni zamanda hər bir yerdə, deməli hər cür pisliklərə qarşı barışmaz olur.
- Vicdanlı insanların sırtıqlıq və sırtıq alçaqlıq qarşısında utanaraq gözlərini sallamaları kimi axmaq vərdişləri var.
Y
[redaktə]- Yaxşı fikirlər başqalarını da istər-istəməz yaxşı fikir deməyə məcbur edir.
- Yaxşı kitabxana ən böyük xəzinədir.
- Yaxşılığı sev və o zaman heç nə düşünmədən, faydalı olmağa cəhd etmədən vətəninə faydalı olacaqsan.
- Yalana aludə olan insanı ağıl və istedad tərk edir.
- Yalnız əmək insanın ruhunu aydınlığa, harmoniyaya və məmnuniyyətə gətirməklə insanı xoşbəxt edə bilər.
- Yalnız xoşbəxtlik sevgi ölçüsü və sevginin sınaqdan keçirilməsidir.
- Yaradıcılıq qabiliyyəti təbiətin böyük hədiyyəsidir. Yaradıcılıq aktı Yaradanın ruhunda böyük bir sirdir. Bir dəqiqəlik yaradıcılıq, böyük ibadətin bir dəqiqəsidir.
- Yaşamaq-hiss etmək və düşünmək, əzab çəkmək və bundan xoşbəxt olmaqdır, hər cür başqa həyat ölümdür.
- Yetkinlikdən yan keçib qocalığa keçən gənclər gənc kimi görünmək istəyən qocalar kimi iyrəncdirlər.
Z
[redaktə]- Zahiri gözəllik və paklıq, əslində, daxili gözəlliyin və paklığın gözlə görünən ifadəsidir.
- Zahiri təmizlik və zəiflik daxili təmizlik və gözəlliyin ifadəsi olmalıdır.
- Zarafata salıb yalan danışmaq və yaltaqlanmaq lazım deyil. Qoy sənin barəndə kim nə düşünür, düşünsün. Sən isə necə varsansa, elə də qal.
- Zaman axınında yalnız həyatın möhkəm əsaslarından məhrum olanlar məhv olur və deməli, buna görə yaşamağa dəyməz.
- Zamanın ruhuna və onun hərəkətinə qarşı getmək olmaz.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
İstinadlar
[redaktə]- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.