Yalan

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar

Mündəricat

B[redaktə]

D[redaktə]

Ə[redaktə]

  • Ən böyük xəyanət dosta yalan satmaqdır. Sokrat

H[redaktə]

  • Heç vaxt yalan danışmayan və əfv etməyi bacaran adam insanların ən xoşbəxtidir. İbn Sina

X[redaktə]

  • Xoşumuza gələn yalanlar;ı ovuc dolusu uduruq, lakin acı həqiqətləri qurtum-qurtum içirik. Deni Didro

İ[redaktə]

M[redaktə]

S[redaktə]

  • Sən yalan içində yaşayırsan, mən həqiqətdə, iddiası, bir insanın o birinə söyləyə biləcəyi ən mərhəmətsiz sözdür. Lev Tolstoy
  • Sözlərin ən pisi yalandır. Həzrəti Əli

Y[redaktə]

  • Yalan böyük olduqca onu demək asanlaşır. Adolf Hitler
  • Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilərsə, doğru sözünə də inanmaz. Abbasqulu ağa Bakıxanov
  • Yalan danışmağa adət edən adam tez rüsvay olar və çox ehtimal ki, onun doğru sözünə də inanmazlar. Abbasqulu ağa Bakıxanov
  • Yаlаn, dоğru üstündə məclisdə höcət еtməməli, хüsusilə böyüklər və səfеhlərlə; yаlvаr-yахаr təsir еtməyən adаmа yаlvаrmаmаlı, münаqişə və mübаhisədə rəqibin hаqlı оlduğunu gördükdə üstünlüyü оnа vеrməməli; Nəsirəddin Tusi
  • Yalan xəbərlə dünyanın o başına gedərsən, amma qayıda bilməzsən. Rus atalar sözləri
  • Yalan həmişə çoxsözlü, mürəkkəb, qəliz və təmtəraqlı olur. Lev Tolstoy
  • Yalan qədər insanı alçaldan bir şey yoxdur. Anton Çexov
  • Yalan meşə kimidir: nə qədər uzağa getsən, çıxmaq da bir o qədər çətin olacaqdır. Anton Çexov
  • Yalan nə qədər böyüksə, inananı da o qədər çox olar. Adolf Hitler
  • Yalan onu dinləyən insan üçün təhqirdirsə, onu söyləyən üçün ikiqat təhqirdir. Anton Çexov
  • Yalana min yol gedir, doğruya bir yol. Osetin atalar sözləri
  • Yalançı deyil, gerçək filosoflar şəhər-şəhər gəzərək bu keçici dünya insanlarının yaşayışını yüksəklərdən seyr etdikləri zaman məlumatsız xalqın gözündə başqa qəliblərə girərlər. Bəzilərinə görə bir dəyərləri yoxdur. Bəzilərinə görə də bir dünyaya əvəzdirlər. Onlara bəzən sofist, bəzən də dövlət adamı deyərlər; kimi zamanlarda da bir çoxlarına bütün bütünə dəli görünərlər. Platon
  • Yalançılıq - ən alçaldıcı və ən iyrənc qəbahətdir. Mişel de Monten
  • Yalanı necə istəsən dolandır, doğrunun yolu birdir. Rus atalar sözləri
  • Yalanı yaramazlar danışırlar. Fyodor Dostoyevski
  • Yalanın ən böyük qüvvəti - yayılmasındadır. Nazim Hikmət
  • Yüz yalandan bir doğru yaxşıdır. Amxar atalar sözləri