Mir Möhsün Nəvvab

Vikisitat saytından
Jump to navigation Jump to search

Mir Möhsün Nəvvab (میر محسن نواب قره باغی) — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

B[redaktə]

  • Bir neçə cür adamdan uzaqlaş. Ara vuruşduran, ağılsız, zatən alçaq, yalançı, qumarbaz, sərxoş və ümumiyyətlə pis əməllərdən qorxmayıb, onu özünə peşə edənlərdən.
  • Borclu olsan vədədən bir neçə gün qabaq onu ödə, ödəyə bilmirsənsə üzrxahlıq eylə.
  • Böyüklük özünü rahat edib, baş girləmək deyil, biçarələrin fəryadına yetişməkdir.

C[redaktə]

  • Cəhd et halal süd əmmiş bakirə qız al, anasının xasiyyətlərini də unutma.

D[redaktə]

  • Danışarkən və alver vaxtı bacardıqca and içmə.
  • Dörd kiçik şeyi böyük sanmaq lazımdır: borc almaq, od, xəstəlik və pis əməl.
  • Dünyanın bir neçə şeyinə etibar etmə: böyüklərlə yaxınlıq, göyçəklərin gözəlliyi, qadının vəfası, divanələrin lütfü, sərxoşların bəxşeyişi, ağılsızların inamı, uşaqların xoş səsi, dünya malına uymaq, düşmənlərin hiyləsinə aldanmaq.

Ə[redaktə]

  • Əgər bacarırsansa, hər bir dilə aşina ol, özünə və xalqına lazım olar.
  • Əmanəti heç bir üzrə qəbul etmə, çünki əgər tələf olsa, pis ad və xainlikdə məşhur olarsan.
  • Əziz ömrünü var-dövlət yığmağa sərf etmə, zəhməti sənə qalar, ləzzətini özgə aparar.

H[redaktə]

  • Həmişə malı özünə və abrına hasar et, abrını mala hasar etmə.

Q[redaktə]

  • Qadın gözəl olmasa da olar. O, xoşüzlü və xoşxasiyyətli olsa, bu böyük səadətdir. Bədxasiyyət, bədrəftar və çirkin övrətin olsa, vay sənin halına, malın, canın və ömrün fənaya gedəcəkdir.

M[redaktə]

  • Millət içində millətlə hər bir növ ilə оlsа dа, yаr və mədədkаr оl.

Ü[redaktə]

  • Üç cür övrətdən uzaq ol. Birincisi dul, ikincisi varlı olub, sənə minnət qoya, üçüncü o qadın ki, səni görəndə ahü-nalə edib, nazik səslə sızıldaya.
  • Ürəyini eyş-işrətə bağlama, ömrünü vətənin abadlığına sərf et.

Y[redaktə]

  • Yalan söz deməyə adət etmə, günahlar yalandan başlanır.

İstinadlar[redaktə]

  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.