Dil

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

B[redaktə]

  • Başını dilin xətasından qoru. Ərəb atalar sözləri
  • Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır. Hüseyn Cavid
  • Bütün böyük sənətkarlar əslində həmişə eyni sualları qoyurlar; lakin hərə öz dövrünün dilində. Əbu Turxan

D[redaktə]

  • Dahi insanların dili təbiətin özünün dili qədər sadədir. Lyuk de Klapye Vovenarq
  • Dil başa bəladır. Azərbaycan atalar sözləri/D
  • Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz. Əbu Turxan
  • Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir. Əbu Turxan
  • Dil sümüksüzdür, hər cür fırlanır. Teluqu atalar sözləri
  • Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. Humboldt
  • Dil heç nədən utanmayanda, hamı utanmış olur. Jan Jak Russo
  • Dil insanı dəyərləndirmək üçün vasitədir. Məhəmməd peyğəmbər
  • Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. O, indiki nəslə dar da gələ bilər, gen də. Əbu Turxan
  • Dil mədəniyyətlə birgə boy atır. Aleksey Nikolayeviç Tolstoy
  • Dil millətin böyük hissəsidir. Onun zahiri və batinidir. Millətləri biri-birindən ayıran ən böyük əlamət, iştə bu dil damğasıdır. Məhəmməd Əmin Rəsulzadə
  • Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər. Əbu Turxan
  • Dil nöqsanlı olarsa, sözlər düşüncəni yaxşı anlada bilməz. Düşüncə yaxşı anlaşılmazsa, edilməsi lazım olan şeylər yaxşı edilməz, vəzifələr yaxşı yerinə yetirilməz. Vəzifələr lazımi şəkildə yerinə yetirilməzsə, adətlər və mədəniyyətlər pozular. Adətlər və mədəniyyətlər pozularsa, ədalət yanlış yola düşər. Ədalət yolundan çıxarsa, çaşqınlıq içinə düşən xalq nə edəcəyini, işin haraya varacağını bilməz. Deməli: cəmiyyətdə heç bir şey dil qədər əhəmiyyətli deyil. Konfutsi
  • Dil o zaman inkişaf edir ki, çağdaş düşüncə mövcud dil qəlibinə sığmır. Əbu Turxan
  • Dil oddan da pis yandırır. Ogüst Kont
  • Dil təfəkkürün qəlibidir. Əbu Turxan
  • Dili qorumaq insanın rahatlığıdır. Ərəb atalar sözləri
  • Dilim, dilim! Mənim kürəyimə-kürəyimə vurdurma. Teluqu atalar sözləri
  • Dilim lal ol, yerində yat, danışma,
    Məni salma oda, sən də alışma.
    Dil gülünc etməsin deyə insanı,
    Olmuş insan ağzı dilin zindanı. Nizami Gəncəvi
  • Dilim rahat olsa, canım rahat olar. Azərbaycan atalar sözləri/D
  • Dilin imkanları məhdud olanda təfəkkürə də çəpər çəkir. Əbu Turxan
  • Dilini saxlayan salamat olar. Azərbaycan atalar sözləri/D
  • Dünyada ən acı və ən şirin şey dildir. Atalar sözü
  • Düşünəndə ki, uşaqlarım mənim dilimi, bunun ardınca da düşüncələrimi, arzularımı, səylərimi, yoxsul təbiətimə, doğma xalqıma, küləşli kəndimə yaxşımı, pismi, xidmət etdiyim vətənimə məhəbbətimi anlamayacaqlar, məni dəhşət bürüyür.[1] Vladimir Koralenko

G[redaktə]

H[redaktə]

  • Hansı dildə deyil, nə barədə oxuyub-yazmaq önəmlidir. Əbu Turxan
  • Həqiqətən dil milləti hər şeydən daha gözəl təmsil edir. Millət dil vasitəsi ilə bütün məziyyət və mövcudiyyətini ərz edə bilir. Adəm oğlunun sözü bəzi riyazi və fənni məfhumları andıran əlcəbr və ya kimya əlamətləri kimi ölü hərflər deyildir. Onun qanı, canı vardır. Millətlə bərabər doğar, onunla bərabər yaşar, tərəqqi edər. Məhəmməd Əmin Rəsulzadə
  • Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Heydər Əliyev
  • Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Heydər Əliyev
  • Hikmətin kökü qəlbdə, meyvəsi dildədir. Ptolemey

İ[redaktə]

  • İnsan öz dilinin altında gizlənmişdir. Əli

K[redaktə]

Ö[redaktə]

İstinadlar[redaktə]

  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.