Nizami Gəncəvi

Vikisitat saytından
Jump to navigation Jump to search
Nizami Gəncəvi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A[redaktə]

  • Adam yüksələndə əhdini pozmaz.
  • Amandır ağlını unutma ki, sən
    Gülünü tikana deyişməyəsən.
  • Az sözün incitək mənası solmaz,
    Çox sözün kərpictək qiyməti olmaz.

B[redaktə]

  • Bağlama qapını dostun üzünə.
  • Belə məsəl çəkmiş aqil bir insan:
    Qurd girməz sürüyə yatmasa çoban.
  • Bir neçə gün hicran dağıyla tək qalsan
    ayrılıqdan sonra xoş olar vüsal..

Ç[redaktə]

  • Çalış ki, kipriyin olsun almaz tək,
    Ayıq ol, ölkənin keşiyini çək!
  • Çalış öz xalqının işinə yara,
    Geysin əməlindən dünya zərxara.
  • Çox gözəl olsa da eybi gizləmək,
    Dost dostun eybini örtməsin gərək.
  • Çox iti zehinlər yatan oldular
    Axırda saxsı qab satan oldular.

D[redaktə]

  • Dost rahatlıq verən bir bir məlhəmdir.
  • Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
    Yer üzünün fatehi ədalətdir, ədalət!
  • Deyilməyən sözü demə əğyara,
    Deyil tək əğyara, hətta dostlara.
    Sirrini bilməsin evdə divarlar,
    Divar dalında da çünki qulaq var.

E[redaktə]

  • Eşşəyin qızıldan olsa da yükü,
    Yenə də eşşəkdir parıldar tükü.

G[redaktə]

  • Gecəni, gündüzü çox vermə bada,
    Yaxşı ad uğrunda çalış dünyada.
  • Günəşi örtsə də qara buludlar,
    Yenə günəş adlı bir qüdrəti var.

H[redaktə]

  • Hər çətin düyünün bir əlacı var,
    Səbirlə, tədriclə açılar onlar.
  • Hər uca rütbədən biliniz,fəqət
    Alimin rütbəsi ucadır, əlbət!.
  • Hər ümidsiz işdə bir çox ümid var,
    Qaranlıq gecədən ağ səhər doğar.
  • Hünər ardınca qoş, xalqa hünər saç,
    Qapılar bağlama, ər ol, qapı aç.
  • Hər kim öyrənməyi bilməyirsə ar
    Sudan dürr, daşdan da gövhər çıxardar.
    Ancaq, öyrənməyi ar bilən insan
    Məhrumdur dünyada bilik almaqdan.

X[redaktə]

  • Xəzinə kəşf etmək istəsən əgər,
    Hər bir çətinliyə tab et, sinə gər.

İ[redaktə]

  • İncitək sözlər seç, az danış, az din,
    Qoy az sözlərinlə dünya bəzənsin.
  • İnsafla yaşayan mərddir, kişidir,
    İnsaflı olmamaq namərd işidir.
  • İnsana arxadır onun kamalı,
    Ağıldır hər kəsin dövləti, malı.
  • İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər.
  • İnsanı sarsıdır göz yaşı, nalə,
    Ah çəkib, uf deyən yetməz kəmalə.
  • İnsanlardan başqa bütün canlılar,
    Qənaət evində tutmuşlar qərar.
  • İradəsiz olma, iradəsizlər
    Ayaqsız qurd kimi yerdə sürünər.

K[redaktə]

  • Kimin ki, alnının aynası bərkdir,
    Dünyada xoş günü o görəcəkdir.
  • Kim ki, ad qoymuşdur qoca dünyada,
    Onu öz dostları vermişdir bada.
    Ay üzlü Yusifi yad edin barı,
    Ona quyu qazdı öz qardaşları.
    Əzəldən dünyanın bir qaydası var:
    Bal tutan barmağı arılar sancar.

Q[redaktə]

  • Qüvvət elmdədir, başqa cür heç kəs,
    Heç kəsə üstünlük eyləyə bilməz.
  • Quyuya salsan da yaxşılığı bil,
    Yenə qayıdacaq, o itən deyil.
  • Qəlbini çalmasın bu mal, bu dövlət,
    Azı bir zillətdir,çoxu fəlakət.
    Göydə ol, yerdə ol, fərqi yox bunun,
    Torpaqsan, yenə də torpaqdır sonun.

M[redaktə]

  • Misə qızıl vurmaq nəyə gərəkdir,
    Mis yenə özünü göstərəcəkdir.
  • Meymun da yamsılar, bu deyil hünər,
    Bulanlıq suda da ulduz görünər.

Ö[redaktə]

  • Ölüm yatağında olsa da bir şəxs,
    Ümidini əsla həyatdan üzməz.
  • Ömrünü ah-vayla vermə sən bada,
    Acizlər ah-vayla yaşar dünyada.
  • Öz qəbiləsinə asi olan şəxs
    Onunla bir yerdə yaşaya bilməz.
  • Öylə bir ixtiyar olsaydı məndə,
    Qoymazdım bəndəyə möhtac bir bəndə.

S[redaktə]

  • Səadət qapını açmasa bu gün,
    Kəsmə ümidini ondan büsbütün.
  • Səadət kamalla yetişir başa,
    Xalqa hörmət elə, ədəblə yaşa.
  • Səbr etməklə kişi zindandan çıxar,
    Səbr ilə açılar bağlı qapılar.
  • Səbri, hövsələni unudan insan,
    Ağıldan, şüurdan açmasın dastan.
  • Sənə nə eyləsə övladın, inan,
    Onu görəcəkdir öz övladından.
  • Sözün qanadları var, quş kimi incə-incə,
    Dünyada söz olmasa, nəyə gərək düşüncə.
  • Sözündə çoxluğa qoyma yer olsun,
    Birin yüz olmasın, yüzün bir olsun.
    Çox söyləmək sənə bəlkə asandır,
    Çox oldu desələr böyük nöqsandır.

T[redaktə]

  • Təmkinli oturmağı etdiyiçin dağ peşə,
    Mötəbərdir yerində varlığı ilə həmişə.
  • Toxum olmasa, dirilməz.
  • Torpağa mərhəmət xeyirdir inan,
    Lütf etsən gül verər, zülm etsən tikan
  • Tutar qarınqulu çox əziz hər an,
    Xingal yarpağını gül yarpağından.

Y[redaktə]

  • Yamanlıq etməkdən uzaq ol, uzaq,
    Pisliyin əvəzi pislik olacaq.
  • Yaşa ki, dünyaya işıq verəsən,
    Torpağa göz dikmə ilan kimi sən.
  • Yaxşılıq etməsən əgər insana,,
    Böyüklük şərəfi verilməz sana.
  • Yer üzündə iki qüvvət vardır: biri qılınc, digəri zəka.
    Çox zaman qılınc zəkaya məğlub olmuşdur.
  • Yüksəklik yaşla deyil, elmlə, ağılla, şərəflədir.
  • Yeri yaradanın öz yeri olmaz.

Z[redaktə]

  • Zülm ilə bu dünyanı almaq deyildir mümkün,
    Ancaq ədalət ilə alarsan dünya mülkün.
  • Zülmün toxumundan göyərməz nəbat.

Mənbə[redaktə]

  • S.Vəhdət, Az.EA nəşriyyatı, Bakı, 1966 il.
  • Aforizmlər və hikmətli sözlər. Bakı,2005.

Xarici keçidlər[redaktə]

Məqalə ilə əlaqəli digər Vikimedia səhifələri:

Wikimedia Commonsda Nizami Gəncəvi ilə əlaqəli mediafayllar var.

Vikipediyada Nizami Gəncəvi haqqında məqalə var.

VikiMənbəNizami Gəncəvi ilə əlaqəli məlumatlar var.