Eyib
Görünüş
(Eyb səhifəsindən yönləndirilmişdir)
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Açılmamış süfrənin bir eybi var, açılmışın min. Azərbaycan atalar sözləri/A
- Alimin paltarı olmasa da, elmi eybini örtər. Ərəb atalar sözləri
- Alp ər ərdəb adın yatırmaq eyib olur. Kitabi Dədə Qorqud
- Alp ərə qorxu vermək eyib olur. Kitabi Dədə Qorqud
- Azmağın eybi yoxdur, qayıdıb öz izini tapandan sonra. Türkmən atalar sözləri
B
[redaktə]- Bekarçılıqdan qorx ki, ən böyük eyib odur. Abbasqulu ağa Bakıxanov
- Bir dirhəm min eybi örtər. Azərbaycan atalar sözləri/B
Ç
[redaktə]- Çox gözəl olsa da eybi gizləmək,
Dost dostun eybini örtməsin gərək. Nizami Gəncəvi
D
[redaktə]- Dostun eybini üzünə de. Türkmən atalar sözləri
- Düz gələn ceyranın iki gözündən başqa eybi yoxdur. Türkmən atalar sözləri
E
[redaktə]- El eybini sənə söyləyən sənin də eybini elə söylər. Azərbaycan atalar sözləri/E
- Elin eybini saxlamayan, sənin də eybini saxlamaz. Azərbaycan atalar sözləri/E
- Ermənilərin eybi: bədfel, kündə bədən, oğru, gözü götürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına düşmənçilikdir. Qabusnamə
- Eyibli öz eybini bilsə, başına kilim örtər. Azərbaycan atalar sözləri/E
- Eybini gizləmək nadan işidir. Özbək atalar sözləri
- Eyiblərin ən böyüyü öz eybini görməməkdir. Karl İmmerman
Ə
[redaktə]- Ər, ərdən adın yaşırmaq eyib olur. Kitabi Dədə Qorqud
G
[redaktə]- Gəlinin eybini ögey anasından soruş. Abxaz atalar sözləri
H
[redaktə]- Heç kəs öz eybini bilməz. Azərbaycan atalar sözləri/H
- Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
- Hünər və eyibdən söz gedən yerdə öz eybini faş etmək mərd adamların işidir. Saib Təbrizi
X
[redaktə]- Xalqın eybini söyləyən, özü eyibli olar. Azərbaycan atalar sözləri/X
Q
[redaktə]- Qüsur edənin qüsurunu ona söyləməsələr, bilməzliklə eybini hünər sanar. Sədi Şirazi
M
[redaktə]- Mərd o adamdır ki, öz eybini özgələrinin eybindən artıq görsün, öz hünərini kiçik şey sansın. Abbasqulu ağa Bakıxanov
N
[redaktə]- Nə qədər insan məni xəyalpərəst adlandırıb, gələcəyi görə bilməyən dünyamız məni ələ salıb. Eybi yox, zaman hər şeyi mühakimə edəcək. Nikola Tesla
- Nəcib insan öz eybini görəndə düzəltməyə, başqalarının eybini görəndə isə ört-basdır etməyə çalışmalıdır. Alfons Karr
Ö
[redaktə]- Öz eybini bilənin ağlı nurludur. Monqol atalar sözləri
- Öz eybini görməmək ən böyük eyibdir. Saib Təbrizi
- Öz eybini görməyən başqasının eybini tez görər. Yucin Valter
- Özgənin eybi güldürər, özününkü - ağladar. Udmurt atalar sözləri
- Özgəsinin eybini sənə deyən, sənin də eybini özgəsinə deyəcək. Ləzgi atalar sözləri
- Özünün eybi çox olan özgəsində eyib tapar. Adıgey atalar sözləri
P
[redaktə]- Paltar isti və soyuqdan qorunmaq, eyib yerləri örtmək üçün lazımdır; başqalarının tənəsinə məruz qalmamaq, məsxərəyə qoyulmamaq xatirinə daha yaxşı geyinmək olar. Nəsirəddin Tusi
S
[redaktə]- Səhv etmək eyib deyil, eyib o səhvi təkrarlamamaqdır. Rus atalar sözləri
V
[redaktə]- Varlının eybini var örtər. Əfqan atalar sözləri