Məzmuna keç

Kitabi Dədə Qorqud



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Wikipedia logo
Wikipedia logo
Kitabi Dədə Qorqud haqqında Vikipediyada məqalə var.
  • Ağır yüklər zəhmin qatır bilir.
  • Ağlamaqla nəsnəmi olur?
  • Aldadıban ər tutmaq övrət işidir.
  • Allah-Allah deməyincə işlər önməz.
  • Alp ərə qorxu vermək eyib olur.
  • Alp ər ərdəb adın yatırmaq eyib olur.
  • Ana haqqı, Tanrı haqqı.
  • Arı könüldə pas olsa, şərab açar.
  • At qulağı saq olur.
  • At işləməsə, ər öyünməz.
  • At işlər, ər öyünər.
  • At yeməyən acı otlar [bitincə], bitməsə yey.
  • Ata adın yürüdəndə dövlətli oğul yey.
  • Ata adını yürütməyən xoyrat oğul, ata belindən enincə enməsə yey.
  • Ata ayağı kölük, ozan dili çevik olur.
  • Ata dururkən oğul əlimi öpərlər?
  • Ata malından nə fayda, başda ağıl olmasa.
  • Ayrı-ayrı yollar izin dəvə bilir.
  • Baba malından nə fayda, başda dövlət olmasa?
  • Baş əsən olsa, börk bulunmazmı olur?
  • Başıma qaxınc, üzümə toxunc.
  • Bir dama dirək ururlar, o dama dayaq olur [durur, şöylə ki, dayağı gedirsələr, dam yıxılar].
  • Bir yigitin Qaradağ yumrusunca malı olsa, yığar durur, tələb eylər, nəsibindən artığın yeyə bilməz.
  • Bu dünyayı ərənlər əql ilə bulmuşlardır.
  • çənli beldə at oynayar

Çıxan can geri gəlməz.

  • Daim gəldiyində dursa, dövlət yaxşı.
  • Dərin olsa batırar, yayanın umudu olmaz.
  • Dəvəcə böyümüşsən, köşəkcə əqlin yox.
  • Doğru yolu görürkən, əyri yoldan gəlməyəlim.
  • Dövlətli oğul qopsa, ocağının gözüdür [tirkeşində tiridir]. Dövlətsiz oğul qopsa, ocağının külidir.
  • Dünlə karvan köçdüyün torağay bilir.
  • Əcəl vədə irməyincə kimsə ölməz.
  • Əl-aqibət, uzun yaşın ucu ölüm, axırı ayrılıqdır.
  • Ər ağırın, ər yünüsün at bilir.
  • Ər comərdin, ər nakəsin ozan bilir.
  • Ər, ərdən adın yaşırmaq eyib olur.
  • Ər malına qıymayınca adə çıxmaz.
  • Əski donun biti, öksüz oğlanın dili acı olur.
  • Əski pambıq bez olmaz.
  • Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
  • Gəlimli, gedimli dünya!Son ucu ölümlü dünya!
  • Gənəz yerlər çəmənlərin qulan bilir.
  • Gen qapıyı qoydu, dar bacadan çıxdı.
  • Getdikdə yerin otlaxların keyik bilir.
  • İklü ulalur, qabırğalı böyür.
  • İssiz yerin qurdu kimi ulaşdılar.
  • Kişi qoynunda yatan halalına sirrini deməzmi olur?
  • Könlün yuca tutan ərdə dövlət olmaz.
  • Kül təpəcik olmaz.
  • Qaraqoç atlar əsən olsa, qulun doğar.
  • Qaraqoçlar qarısa, kürüm verməz.
  • Qara eşşək başına üyən ursan, qatır olmaz.
  • Qaravaşa don geyirsən, qadın olmaz.
  • Qardaşlı yigitlər qalxar-qopar olur.
  • Qardaşsız miskin yigit ənsəsinə yumruq toxunsa, ağlayuban dörd yanına baxar olur.
  • Qarı duşman dost olmaz.
  • Qadir Tanrı verməyincə, ər bayımaz.
  • Qədəmi qutsuz gəlin deyincə, udsuz gəlin desinlər.
  • Qız anadan görməyincə öyüd almaz.
  • Qızların yolu əvvəldir.
  • Qırımından dönməsə, qaşmasa, ərlik yaxşı.
  • Qolça qopuz götürüb eldən-elə, bəydən-bəyə ozan gəzər.
  • Qonağı gəlməyən qara evlər yıxılsa yey.
  • Qurd ənigi yenə qurd olur.
  • Qurd üzi mübarəkdir.
  • Mən aşağı qulpa yapışıram, sən yuxarı qulpa.
  • Nə yerdə sızlayır varsa, çəkən bilir.
  • Oğlan atadan görməyincə süfrə yaymaz.
  • Oğlan quş ürəkli olur.
  • Oğul atanın yetiridir, iki gözünün biridir.
  • Oğuzun arsızı Türkmanın dəlisinə bənzər.
  • Ölən adam dirilməz.
  • Öyünməklə övrət ər olmaz.
  • Su haqq didarın görmüşdür.
  • Tanrının birliyinə yoxdur güman.
  • Təkəbbürlük eyləyəni Tanrı sevməz.
  • Təpəcə böyümüşsən, darıca əqlin yox.
  • Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən – qorumağa dəyməz.
  • Ulaşıban sular daşsa, dəniz olmaz.

Yolüstə yol salınmaz

  • Yad oğulu saxlamaqla oğul olmaz, böyüyəndə salır gedər, gördüm deməz.
  • Yalnız yigit alp olmaz. Yovşan dibi bərk olmaz.
  • Yapaqlı gökcə çəmən güzə qalmaz.
  • Yapa-yapa qarlar yağsa, yaza qalmaz.