Kişi
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adəm əlinə düşən ilk fürsətdə günahı Həvvanın boynuna atdı. Nensi Astor
- Ağıllı kişi həmişə qadını başa düşür, aşiq olan kişi isə həmişə qadını başa düşməyə çalışır. Saqan.
- Ailə kişi üçün bir malikanə, qadın üçün isə bir istehkamdır. Lev Tolstoy
- Arvadını istəməyən kişiyə lap milliküri də şit gələr. (Millikür - Hindistanda xörəyə qatılan duzlu ot) Teluqu atalar sözləri
B[redaktə]
- Bir kişi bir qadınla ancaq onu sevmədiyi müddətcə xoşbəxt ola bilər. Oskar Uayld
- Bir kişi ilə evlənmək uzun müddət vitrində görüb arzuladığımız bir paltarı almaq kimidir. Çox xoşumuza gələr, alıb gətirərik və evə girər-girməz heç nə ilə uyğun düşmədiyini görərik. Cin Kerr
- Bir qadının diqqəti həmişə pis sədası yayılan kişidə olur. Çünki, sevgi onu düzəldər deyə düşünür. Aqata Kristi
- Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi. Cak Lemmon
- Bütün qadınlar öz analarına bənzəyir bu onların faciəsidir, ancaq bir kişi belə anasına bənzəmir bu da onların faciəsidir. Oskar Uayld.
E[redaktə]
- Evlənmədim, çünki buna ehtiyacım yoxdur. Evimdə bir kişini əvəz edəcək üç heyvanım var: səhərlər hürən itim, günortalar dayanmadan söyüş söyən tutuquşum və axşamlar evə gec gələn pişiyim. Meri Korelli
- Evli kişinin xoşbəxtliyi evlənmədiyi qadındadır. Oskar Uayld
Ə[redaktə]
- Əgər kişi qadını anlamağa çalışırsa deməli o qadın tərəfindən kişi kimi maraq doğurmur. Mobli.
- Əgər kişi qadının nə fikirləşdiyini anlaya bilsəydi yenə də həmin fikrə inanmazdı. Doroti Parker.
- Əgər siz məqalə yazmaq istəyirsinizsə qadına müraciət edin, ancaq nəsə etmək istəyirsinizsə o zaman kişiyə müraciət edin Marqaret Tetçer.
- Ən dərində yerləşən xəzinələr belə, bir qadının sevgisinə tutulmuş bir kişinin hiss etdiyi duyğu qədər dəyərli deyil. Tomas Midlton
H[redaktə]
- Heç bir kişi birlikdə olmaq istəməyəcəyi bir qızla yaxın yoldaş olmaq istəməz.[1] Ziqmund Freyd
- Heç vaxt küçədə keçəl və kök bir qadınla gəzən kişi görə bilməzsiniz. Eleyn Busler
- Hər bir kişinin həyatında 3 qadının olması vacibdir: ana, həyat yoldaşı, və onu kişi hesab edən digər bir qadın. Qabriel Laub.
- Hər kişi ağıllı, anlayışlı, gözəl və onu çox sevəcək bir qadın istəyər.. Bəs adama deməzlərmi, bütün bunlara layiq olmaq üçün nə etmisən?!.. (G.G.Marquez)
İ[redaktə]
- İki kişinin ən ortaq nöqtəsi qadınlar haqda sahib olduqları biliklərdir. Onore de Balzak
K[redaktə]
- Kişi aşiq olursa ilk olaraq illyuziyaları ilə, sonra dişləri, sonda isə ağılı ilə vidalaşmalı olur. Xelen Roulend.
- Kişi dedi: "Baş mənəm". Arvad dedi: "Mən də boyunam, başçığazı hara istəsəm döndərərəm". Rus atalar sözləri
- Kişi həmişə uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı. Jorj Sand
- Kişi gözləri ilə aşiq olur, ancaq qulaqları ilə peşman olur. V. Vasilyeviç.
- Kişi istənilən qadınla xoşbəxt ola bilər, əgər o qadını sevmirsə. Oskar Uayld.
- Kişi qadına şillə vurarsa kişi günahkardır, qadın kişiyə şillə vurarsa yenə kişi günahkardır. Çarlz Bukovski
- Kişi sevdiyi işdə işləyirsə, nadir hallarda işinə görə sağlamlığı pozular. Onore de Balzak
- Kişi üçün uğursuz sevgi-əyləncə üçün bir bəhanədir. Karmen Silv
- Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz. Onların arasında yalnız sevgi, düşmənçilik, ehtiras və məftunluq ola bilər. Oskar Uayld
- Kişi yalnız hörmət etdiyi qadından ayrılanda onu alçaltmamış olur. Somerset Mo.
- Kişi yaşadığı yerdə deyil, sevdiyi yerdədir. Latın atalar sözləri
- Kişinin evi kənardan qala kimi görünsə də, içəridən daha çox uşaq otağına oxşayır. (Klar But Luc)
- Kişinin “kişinin yaxşısı” anlayışı ilə bir qadının “kişinin yaxşısı” anlayışı eyni şey deyil. (Ortega Y. Qasset)
- Kişinin ürəyi həbsxana kimidir. Ana bətninə heç oxşamır. Qanamaz, sənə yer eləmək üçün genişlənməz. Xalid Hüseyni
Q[redaktə]
- Qadın evlənmədən əvvəl, kişi evləndikdən sonra ağlar. - Polşa atalar sözləri
- Qadın ərini daha az sevməli, lakin daha çox anlamalı, kişi, arvadını daha çox sevməli, lakin anlamağa çalışmamalıdır. Oskar Uayld
- Qadın olmaq çətin işdir. Çünki, hər qadın kişi deyilən varlıqla məşğul olmaq məcburiyyətindədir. Jozef Konrad
- Qadın və kişi insan ruhunun iki notunu təşkil edir ki, onlarsız düzgün və bütöv akkord alınmır. Cuzebbe Madzini
- Qadınlar əgər həyatınızın kişisini itirmək istəmirsizsə daim onu qucaqlayın! Uilyam Şekspir.
- Qızıl odla, qadın qızılla, kişi də qadınla əriyər. Pifaqor
O[redaktə]
- Oğullar analarının ən namuslu olduğuna inanırlar. Qızlar da elədir, amma onlar daha az inanırlar. Anatol Frans
Ö[redaktə]
- Özünüz haqda danışsanız, kişi üçün sıxıcı olarsınız; başqası haqda danışsaz, dedi-qodu edən kimi yadında qalarsınız; onun haqda danışsanız, dünyanın ən ağıllı və xoşxasiyyət qadını olarsınız. (Linda Sanşayn)