Məzmuna keç

Cozef Konrad

(Jozef Konrad səhifəsindən istiqamətləndirilmişdir)
Cozef Konrad
Doğum tarixi3 dekabr 1857
Doğum yeriTerekhove
Vəfat tarixi3 avqust 1924
Vəfat yeriBishopsbourne
Dəfn yeriCanterbury City Cemetery
Vikipediya məqaləsi

Jozef Konrad (1857–1924) — ingilis yazıçısı.


A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

  • Ağıllı insan hər şeyin yolunu tapır.
  • Allah kişilər üçün, din isə qadınlar üçündür.
  • Dəniz qadın ürəyinə bənzəyir
  • Güc başqalarının zəifliyindən doğan şansdan başqa bir şey deyil.
  • Həyat sadəcə vaxt itkisidir.
  • Həyatı yarı bağlı gözlərlə, donuq qulaqlarla və yuxulu düşüncələrlə necə keçdiyimiz inanılmazdır.
  • Xəyanət etmək. Böyük sözdür. Xəyanət nə deməkdir? Bir insanın yurduna, dostlarına, sevgilisinə xəyanət etməsi anlamındadır. Əslində insanın xəyanət edə biləcəyi tək bir şey vicdanıdır.
  • İdeya uğrunda mübarizə etmək böyük və şərəfli işdir.
  • İnsan heyrətamizdir, amma şah əsər deyil.
  • İnsanı həm dostları, həm də düşmənləri qiymətləndirməlidir.
  • Qadın olmaq əsasən çətindir, çünki əsasən kişilərlə məşğul olmalısan.
  • Qəlbi gənc ikən ümid etməyi, sevməyi və həyata güvənməyi öyrənməyən insanın vay halına!
  • Rəssam, istər xarakter yaratsın, istər bir hiylə yaratsın, istərsə də mürəkkəb vəziyyətdən çıxış yolu tapsın, hərəkət adamıdır.
  • Şərin fövqəltəbii mənbəyinə inanmağa ehtiyac yoxdur: insanların özləri hər hansı bir iyrəncliyə kifayət qədər qadirdirlər.
  • Tanrı kişilər üçün, din qadınlar üçündür.
  • Təcrübəsiz bir insanın əsas əlaməti xoşbəxtliyə inanmasıdır.
  • Təmiz vicdan əla yuxu dərmanıdır.
  • Yalnız heç bir şey etməyənlər səhv etməzlər.
  • Yalnız iş bizə özümüzü kəşf etmək imkanı verir.
  • Yaşlı və ya gənc, hamısı pulu sevir.

İstinadlar

[redaktə]