Xalid Hüseyni
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağlından nələr keçdiyini çox vaxt hiss etmədiyim bir uşaq necə olur ki, məni açıq kitab kimi oxuyurdu?
B[redaktə]
- Baba ilə eyni evdə yaşayırdıq, amma fərqli dünyalarda. Çərpələnglər bu iki dünya arasında kağız incəliyindəki kəsişmə nöqtəsiydi.
- Bircə sən döy. Bu dəfə qapıları üzünə taybatay açacam. Nəinki qapıları açmaq, səni bağrıma basıb zəif ürəyimə sıxacam. Bunun nə vaxtsa baş verəcəyinə bəslədiyim ümid kimi zəif olan ürəyimə.
C[redaktə]
- Cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz.
Ç[redaktə]
- Çərpələng uçuran adam çərpələngi əlinə aldısa, heç kim bunu onun əlindən ala bilməzdi. Bu, qayda deyildi. Ənənə idi.
Ə[redaktə]
- Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur.
- Əgər bir gün dindarlar bu ölkəni ələ keçirsələr, vay bizim halımıza!
H[redaktə]
- Həmişə şimalı göstərən kompas kimi kişini günahlandıran barmağı da mütləq bir qadın işarə verər.
- Həyat sənin etdiklərin və etmədiklərindir.
- Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur.
K[redaktə]
- Kişinin ürəyi həbsxana kimidir. Ana bətninə heç oxşamır. Qanamaz, sənə yer eləmək üçün genişlənməz.
S[redaktə]
- Sevgi – insana zərər verən yeganə səhvdir. Üstəlik ortağın ümiddirsə, sevgi çox təhlükəli bir illüziyaya çevrilir.
- Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.
- Sən də mənim qədər çox yaşasan başa duşərsən ki qəddarlıqdır, xeyrxahlıqdır - bunlar elə eyni rəngin çalarlarıdır.
U[redaktə]
- Uşaqların qorxularına qalib gəlmə üsulu budur: yatmaq.
Y[redaktə]
- Yalanla özünü aldatmaqdansa gerçəklə üzləşmək yaxşıdır.
- Yaralar sağalar, ləkələnən adlar əsla.
- Yaratmaq başqasının həyatina vandal müdaxilə etməkdir.