Məzmuna keç

Açıq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlından nələr keçdiyini çox vaxt hiss etmədiyim bir uşaq necə olur ki, məni açıq kitab kimi oxuyurdu? Xalid Hüseyni
  • Allah o kişiyə rəhmət etsin ki, hökmü eşidər, eşidib seçər, doğru yola çağırılarsa, yaxınlaşar, bir başçının kəmərindən yapışıb canını qurtarar və Rəbbinin əmrini gözlər, Ona qarşı günah işlətməkdən qorxar, özü doğru və yaxşı işlərə qurşanar, aza qane olub gərəksiz şeylərdən çəkinər. Oxu atıb hədəfi vurar, əvəzini əldə edər. Öz arzusuna qarşı durmağı bacarar; səbr edər; çəkinməyi ölüm günü üçün hazırlar; açıq və bəlli yola at sürər; açıq-aydın dəlilə inanar; fürsəti qənimət bilər; əcələ hazırlanar; qulluğunu özü üçün az hesab edər. Əli
  • Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbr etməsi də onun gözəl ətirli olmasına səbəb olur. Mövlana Cəlaləddin Rumi
  • Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri. İlham Əliyev
  • Bəzən xəyal daha açıq olur. Əhməd Hamdi Tanpınar
  • Borclu olduğumuz kreditorlar yeni günə başlayan an, biz artıq açıq dənizdə bizim üçün təhlükəsiz bir məsafədə idik. Yeddi quldur bu vaxta qədər qara bayraq altında üzənlərin ən xoşbəxtləri idi. Rual Amundsen
  • Çalış, tək özün olmayasan, öz içində boğulmayasan, təklik yalnız Allaha məxsusdur. Dünyanın ağırlığını təkbaşına qaldırmayasan. Bütün işlərini məsləhətlə görəsən. Əgər məsləhətlə iş görsən, yol da üzünə açıq olar. Yox, əgər məsləhətsiz iş tutsan, yarı yolda qalarsan! Şeyx Ədabali
  • Doğru və salamat fikirli adamların kamalı həmişə aydın, açıq və düzgün olur. Firidun Köçərli
  • Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. Konstantin Uşinski
  • Haqq söz- açıq söz. Özbək atalar sözləri
  • Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. Qurani-Kərim
  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
  • Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər... Əli bəy Hüseynzadə
  • Qəlbi açıq olan adamın üzü də açıqdır. Fridrix Şiller
  • Mən rədd edilmiş, itilib qaxılmış bir uşaq olmasaydım böyük ehtimalla bir rok ulduzuna çevrilib, bu duyğunu cəmiyyətə yönəltmək istəməzdim. Xristian məktəbinə getməmiş olsaydım bu qədər reaksiya göstərib bu gün inandığım şeylər mövzusunda bu qədər açıq fikirli olmaya bilərdim. Bunlar bu gün mənim səhnədəki performansıma çox qəti xəttlərlə təsir etdi. Marilyn Manson
  • Növbə kainatda açıq-aşkarlıqla Allahın suveren iradəsi ilə qorunub saxlanılır. Ceyms Preskott Coul
  • Sevgiyə və ehtirasa açıq bir ürək qədər dünyada qiymətli bir şey yoxdur. Yohann Volfqanq Göte
  • Tale insana qarşı nə qədər qəddar olsa da, insan nə qədər tərk edilmiş və tənha olsa da, hər zaman, bəlkə də ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. Henri Lonqfello
  • Tanışlarınız arasında sizə əsl dost olan o kəsdir ki, təhqirlərdən qorxmadan səhvlərinizi açıq göstərir. Bualo
  • Təhsil görmüş ağlın işarəti, hər hansı bir düşüncəyə onu qəbul etmədən əvvəl açıq olmasıdır. Aristotel

İstinadlar

[redaktə]