Konstantin Uşinski
Jump to navigation
Jump to search
Konstantin Dmitriyeviç Uşinski - (rus. Константи́н Дми́триевич Уши́нский), d.2 mart, 1824, Tula - ö.3 yanvar, 1871, Odessa) — Ukrayna və rus pedaqoqu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ana dili məhv olarkən xalq artıq yox olur. Xalqın ağzında dili hələ yaşadıqca xalq da yaşayır.
- Ana dilində təhsil almayan uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir.
B[redaktə]
- Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz.
Ə[redaktə]
- Əmək bəşəriyyət tarixinin lap əvvəlindən yer üzərinə işıq saçan müqəddəs şamdır, onu söndürsəniz hər yer zülmətə çevrilər.
G[redaktə]
- Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir.
H[redaktə]
- Həyatda məqsəd - insan ləyaqətinin və insan xoşbəxtliyinin ürəyidir.[1]
X[redaktə]
- Xarakter yalnız xarakter yarada bilər.
İ[redaktə]
- İgid odur ki, ən güclü qorxunu boğa bilir və qorxuya boyun əymədən təhlükə haqqında düşünə bilir.
- İnsan tərbiyəsinin ən başlıca yolu əqidədir. Əqidəyə ancaq əqidə yolu ilə təsir etmək olar.
- İnsanın bütün arzularını təmin edin, lakin һəyat məqsədini əlindən alın, onda görərsiniz o necə də bədbəxt və aciz məxluqa çevriləcək. Deməli, insan ləyaqətinin və insan xoşbəxtliyinin məğzi arzunun təlimatında deyil... һəyat məqsədindədir.
Q[redaktə]
- Qorxu - bir sıra qəbahətlərin mənbəyidir.
- Qorxu - insanın ən məhvedici, işgəncəverici hisslərindən biridir.
M[redaktə]
- Müəllim nə qədər ki, oxuyur, öyrənir o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür.
- Müəllim zahirən təvazökar görünməklə tarixin ən böyük işlərindən birini görür. Dövlətin özü isə bu işə söykənir və nəsillər onunla yaşayırlar.
O[redaktə]
- Oxumaq hələ azdır, əsas iş nəyi oxumaq və oxuduğunu necə anlamaqdır.
Ö[redaktə]
- Öz fikirlərini aydın deyə bilməmək qüsurdur, ancaq şəxsi fikirdən məhrum olmaq daha böyük qüsurdur.
Ş[redaktə]
- Şagird bir qab deyil ki, onu doldurasan, o bir məşəldir, onu alovlandırmaq lazımdır.
T[redaktə]
- Tərbiyəçinin şəxsiyyətinin cavan ruha olan təsiri elə bir tərbiyə qüvvəsidir ki, onu nə dərs kitabları ilə, nə əxlaqi nəsihətlərlə və nə də cəza, mükafat sistemi ilə əvəz etmək olar.
U[redaktə]
- Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda, ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir.
Y[redaktə]
- Yaddaş funksiyasını artırmağın ən vacib şərtləri, idmana ehtiyac duyan sinirlərin sağlam vəziyyətidir.
- Yalnız şüurlu və azad əmək insanı xoşbəxt edə bilər.
Z[redaktə]
- Zehni işdən sonra istirahət heç bir şey etməməkdən deyil, məsələni dəyişdirməkdən ibarətdir: fiziki iş yalnız xoş deyil, həm də faydalı istirahət zehni əməkdən sonra.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
İstinadlar[redaktə]
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.68