Yohann Volfqanq Göte

Vikisitat saytından
Yohann Volfqanq Göte
Tam adı Johann Wolfgang von Goethe
Doğum tarixi 1749
Doğum yeri Frankfurt-Mayn
Vəfat tarixi 1832
Vəfat yeri Veymar
Dəfn yeri Veymar knyaz türbəsi
Vikipediya məqaləsi

Yohann Volfqanq Göte — alman şair-dramaturqu, mütəfəkkir və naturalisti.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Aclıq, ən ağıllı balıqları belə qarmağa gətirir.
  • Adətdir; atanın yığdığını oğulu saçar.
  • Ailə həyatında zaman-zaman dava-dalaş olmalıdır. Çünki insanlar yalnız bu halda bir-birlərini başa düşərlər.
  • Ağıl və vicdan öz hüquqlarından məhrum edilə bilməz. Onlara böhtan atmaq olar, ancaq onları aldatmaq olmaz.
  • Ağıllı adam axmaqlıq edərsə, onda bu, hər halda çox böyük axmaqlıq olar.
  • Ağılsızlar oğruların ən zərərliləridir. Zamanınızı və sevincinizi oğurlayarlar.
  • Alicənab davranış ürəyin dərinliyindən böyüyür.
  • Alicənab insan yetişməyini dar bir çevrəyə borclu ola bilməz. Həm yaşadığı ölkə, həm dünya onu təsirləndirməlidir. Həm şöhrətə, həm də tənqidə dözə bilməlidir. Həm özünü, həm də başqalarını tanımaq məcburiyyətində olmalıdır. Tənhalığın şirin sərxoşluğuna aldanmamalıdır.
  • Almanlar Məhəmməd peyğəmbərin dediklərinin beş faizini Almaniyayaya gətirməklə peyğəmbərin vətənini min il qabaqladılar. İnkişaf budur.
  • Ana, ata yaxşı tərbiyə Almışlarsa, uşaqlar da tərbiyəli olar.
  • Ancaq az şey bildiyimiz zaman məlumatımızdan əmin ola bilərik. Şübhə, məlumat artdıqca artar.
  • Arzularımız bizdən əsl istədiyimiz şeyi belə gizlədir. [1]
  • Aşiq olmadıqdan sonra qəlb nəyə yarayar?
  • Azad olmadığı halda özünü azad sananlar qədər kölə yoxdur.
  • Azadlıq, ancaq azadlığını hər gün yenidən qazanan insana layiqdir.

B[redaktə]

  • Barbarlıq üstün olanı tanımamaqdır.
  • Bacarıq və istedad inam oyadır.
  • Başqalarına xoşbəxtlik arzulamaq xoşbəxtliyin ən böyüyüdür.
  • Başqalarına özümüz haqqında danışmaq çox təbiidir; başqalarının özləri haqqında söylədiyi şeyləri, onların demək istədiyi şəkildə anlamaqsa bir mədəniyyət məsələsidir.
  • Başqalarının xoşbəxtliyindən özünə pay çıxaran insan, ən xoşbəxt insandır.
  • Bəzi adamlar heç vaxt səhvə yol vermirlər, çünki heç nə etmək istəmirlər.
  • Bəzi qüsurlar bir insanın var olması üçün lazımlıdır. Köhnə dostlarımızın bəzi qəribə xüsusiyyətləri ortadan qalxmış olsa bu Xoşumuza gəlməzdi.
  • Bir az daha işıq...Son sözləri
  • Bir dəqiqələik zövq insana minlərcə dəqiqənin işgəncəsini unutdura bilər.
  • Bir insan bütün diqqət və gücünü nəyə sərf edərsə, ilahi təqdir də o istiqamətdə hərəkət edəcəkdir. Bütün hadisələr digər baş vermiş bir hadisəni dəstəkləmək üçün əmələ gəlir və əks təqdirdə heç bir vaxt üzə çıxmaz. Bir axar su boyunca əmələ gələn bütün proses və hadisələr sadəcə bir qərardan doğur. Heç bir insanın xəyal edəməyəcəyi bütün gözlənilməz vəziyyətlər, hadisələr və maddi dəstək bu şəkildə əldə edilə bilər. Əlinizdən gələni və xəyal edə biləcəyiniz hər şeyi həyata keçirməyə indi, bu andaca başlayın. Cəsarət, ağıl, güc və ovsunu da içində saxlayır. Elə indi başlayın.
  • Bir insanı tanımaq üçün nəyi gülünç saydığından daha yaxşı bir göstərici ola bilməz.
  • Bir kimsədə əzm və iradı olmasa, onun biliyi ölüdür. Biliyə həyat verən əzm və iradədir.
  • Bir millətin xüsusiyyəti onun zahirdəki davranışları ilə ortaya çıxır.
  • Bizdən daha yaxşı olmaq istəyirsənsə əziz dostum, səyahət edin.
  • Bizim sevdiyimiz bizi yaradır və bizə forma verir.
  • Böyük ehtiraslar ümidsiz bir xəstəlikdir. Onları müalicə edə biləcək olan şey, onları həqiqətən təhlükəli hala da soxa bilər.
  • Böyük insanlar dağa bənzəyir: yaxınlaşdıqca əzəmət və qüdrəti daha aşkar bilinir. Kiçik insanlar isə ilğım kimidir: yaxınlaşdıqca nə qədər faydasız və aldadıcı olduğu üzə çıxır.
  • Böyük sevinci yalnız zəhmətlə qazanmaq olar.
  • Böyük yükləri qaldıra bilmək üçün onların ortasını tapmaq lazımdır.
  • Bu dünya həssas qəlblilər üçün bir cəhənnəmdir...
  • Bu dünyada coşqun və fəal nadandan qorxulu heç nə yoxdur.
  • Bütün atalar övladlarının özlərinin edə bilmədiklərini yerinə yetirməsini istəyirlər.
  • Bütün diqqətiniz özünüzdədirsə, xoşbəxtliyi zəmanət altına aldınız deməkdir.
  • Bütün qanunlar qocalar və kişilər tərəfindən yaradılıb. Gənclər və qadınlar kənara çıxmalar, qocalar qaydalar axtarır.

C[redaktə]

  • Cəmiyyət insanlardan ibarətdir. Cəmiyyətdən kənarda insan olmaz.

Ç[redaktə]

  • Çalışan insanların nankor olduğunu heç görmədim.
  • Çox soruşursansa, pis xəbər almısan deməkdir.

D[redaktə]

  • Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir.
  • Deyilən hər söz əleyhdarını qışqırdır.
  • Dəqiqlik həm də bir mədəniyyətdir.
  • Dəli üfürür, məlumat danışır.
  • Dəlilər və ağıllılar eyni dərəcədə zərərsizdirlər.Yalnız yarı ağıllılarla yarı dəlilər çox təhlükəlidir.
  • Dərsin xeyri çoxdur, amma həvəsləndirmənin də etdirməyəcəyi şey yoxdur.
  • Dostluq əntiq əşya kimidir - zaman ötdükcə qiyməti artır.
  • Dünya bir həbsxanadır.
  • Dünya gözəldir, amma bir şairin gözü ilə daha gözəl olur.
  • Dünyada ən gülünc istək hamının xoşuna gəlməkdir.
  • Dünyada ən xoşbəxt insan - istər kral olsun, istər kəndli - evində rahat olandır.
  • Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır. Təbiətin ən böyük möcüzəsi anadır.
  • Düşmənçilik fəzl, paxıllıq passiv aralıqdır. Buna görə də paxıllığın tezliklə nifrətə çevrilməsinə təəccüblənmək lazım deyil.
  • Düşünmək asandır, həyata keçirmək çətindir.Dünyada ən çətin şey isə düşünüləni həyata keçirməkdir.
  • Düzdür həyat dar olsa da, ümid genişdir.

E[redaktə]

  • Edə bilərsiniz. Çünki Etməlisiniz!
  • Ehtiraslarımız feniks kimidir. Bir ehtiras sönəndə, küldən başqa bir ehtiras yaranır.
  • Ehtiraslarımız; ya bir qüsur ya da bir ərdəmin daha şiddətli hallarıdır.
  • Elmdə cəsarətli fikirlər öndə gedən döyüşçülər kimidir - onlar həlak olsalar da qələbəni təmin edirlər.
  • Eşq imkansız olan bir çox şeyi mümkün edər.
  • Eşqim üçün hər şeydən imtina edərəm, lakin azadlığım üçün eşqimdən də imtina edərəm.

Ə[redaktə]

  • Ədalətli qərar çıxara bilməyən hakim gec-tez özü müttəhimlər kürsüsündə əyləşməli olur.
  • Əgər Tanrı başqa cür olmağımı istəsəydi,məni başqa cür yaradardı.
  • Əgər gündüzü əməyə sərf etmişsinizsə, həmin günün gözəl axşamını da görəcəksiniz.
  • əgər səhərlər biz yeni sevinclər üçün oyanmasaydıq, əgər axşamlar sabahkı gün haqqında ümidlə düşünməsəydik, yaşamağın mənası olmazdı.
  • Əgər vaxtdan yaxşı istifadə edilərsə, onu həmişə kifayət qədər tapmaq olar.
  • Əxlaq köynəyini soyunan insan başqa heç bir köynək geyə bilməz.
  • Əlində hava, işıq və dost sevgisi qaldısa kədər çəkmə.
  • Ən böyük çətinliklər onları söyləmədiyimiz yerdən çıxır.
  • Ən gülməli istək hamının xoşuna gəlmək istəyidir.
  • Ən mükəmməl qadın, uşaqlarına atalarının yoxluğunda ata ola biləcək qadındır.
  • Ən yaxşı ana odur ki, ata olmadıqda uşaqlarına atanı əvəz edə bilir.
  • Ən yaxşı dövlət nədir? Bizə özümüzü idarə etməmizi öyrədəndir.
  • Ən yaxşı rəhbərlik öz özümüzü idarə etməyi bizə öyrədə biləcək rəhbərlikdir.
  • Əslində, hər bir kitab müəllifin dostları və sevdikləri üçün yazılır.

F[redaktə]

  • Faydasız həyat vaxtsız ölümə bərabərdir.
  • Fikirləşmək asan, tətbiq etmək çətindir. Bundan da çətin olanı isə insanın öz düşündüklərini həyata keçirməsidir.

G[redaktə]

  • Gerçəyin gücü ilə yaşadığım müddətcə kainatı belə fəth edə bilərəm.
  • Gözəllik hər yerdə xoş qarşılanan qonaqdır.
  • Gözəlliyi görən ruh bəzən tək gəzə bilər.
  • Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin.
  • Günah; qadağan olduğu üçün acı verməz, Acı verici olduğu üçün qadağandır.

H[redaktə]

  • Haqlı çıxmaq istəyən və güclü bir çənəsi olan adam daim haqlı çıxar.
  • Hamının xoşuna gəlmək arzusu ən gülünc arzudur.
  • Heç kim, əfv etdiyi zamankı qədər yüksələ bilməz.
  • Hədəfə yaxınlaşdıqca çətinliklər artar. [2]
  • Həqiqəti həmişə təkrarlamaq lazımdır, çünki ətrafımızda daim yanlış fikirləri təbliğ edirlər.
  • Həqiqətin gücü ilə yaşadığım müddətcə,kainatı belə fəth edə bilərəm.
  • Həqiqi şagird bilinənin içindəki bilinməyəni inkişaf etdirməyi öyrənir və ustasına yaxınlaşır.
  • Həlldə vəzifə götürməyənlər problemin bir parçası olarlar.
  • Həmişə etibarsızlıq göstərmək, Həmişə güvənmək qədər böyük bir səhvdir.
  • Hər bir ata istəyir ki, onun edə bilmədiklərini oğlu həyata keçirsin.
  • Hər bir problemin həlli yeni problemdən asılıdır.
  • Hər bir yazıçı yazdığı əsərində, hətta bəzən özü istəmədən belə, müəyyən mənada özünü təsvir edir.
  • Hər cür prinsipsiz fəaliyyət insanı iflada gətirib çıxarır.
  • Hər gün ən azı bir az mahnı eşitmək, yaxşı bir şeir oxumaq, gözəl bir şəkil görmək və mümkünsə, bir neçə ağlabatan söz söyləmək lazımdır.
  • Hər kəs bir fərd olaraq öz vəzifəsini yerinə yetirərsə, öz məslək və sənətində səy göstərərsə, onda hamının rifahı təmin olunacaq.
  • Hər kəs öz işini görsə, cəmiyyətin bütün işləri düz gedər.
  • Hər kəs Pinokyo kimi taxtadan insana çevrilmə şansını tapa bilmədi, bəziləri həmişə odun qaldı.
  • Hər kəs yalnız başa düşdüyünü eşidir.
  • Hər sevincin bir kədəri, hər kədərin də bir sevinci olur.
  • Hər su olan yerdə qurbağa yoxdur, amma qurbağa səsi olan yerdə su vardır.
  • Hər şeydən elə sıxıldım ki....
  • Hər yerdə laqeydliyin və düşmənçiliyin hökm sürdüyü bu dünyada hər bir həqiqi sevgi yüksək qiymətləndirilməlidir. [3]
  • Həyat təbiətin ən gözəl ixtirasıdır.
  • Həyata keçməyən yüksək məqsədlər, həyata keçmiş alçaq niyyətlərdən qiymətlidir.
  • Həyatda nemətlərin dəyərini bizə öyrədən ancaq həyatın zəhmətləridir.
  • Hiss və ağıl toqquşanda həmişə hiss qalib gəlir.
  • Hürriyyət ancaq hürriyyətini hər gün yenidən qazanan insana layiqdir.

X[redaktə]

  • Xeyirxahlar bilmir ki, oxumağı öyrənmək adamdan nə qədər vaxt və səy tələb edir. Mən buna səksən il sərf etmişəm və hələ indi də məqsədə çatdığımı deyə bilmərəm.
  • Xəstəlikli bir cəmiyyətə uyğunlaşmaq, sağlam olmaq deyil.
  • Xəyal gücü necə də gözəl bir ilahi hədiyyədir.
  • Xidmətçim belə olsa, səhvlərimi düzəldən əfəndim olar.
  • Xırda işlərin arasında özün də xırdalanırsan. Böyük işlərlə məşğul olanda böyüməyə başlayırsan.
  • Xoş göz yaşları olanların hayına!

İ[redaktə]

  • İdealı inkar edən adam ola bilər ki, kobud bir şeyi gözəl hesab etsin.
  • İfadənin etibarlı bir mənbəyə söykənməsi danışanın düşüncəsinə qanad verdiyi kimi, musiqi də duyğulara qanad verir.
  • İnanc həyatın gücüdür.
  • İnsan ancaq anladığı şeyi eşidər.
  • İnsan, atasına borclu olduğu hörməti ancaq ata olduğu zaman hiss edər.
  • İnsan bir şeyi sevmədən anlaya bilməz.
  • İnsan əvvəlcə sevməsə, nəyisə başa düşə bilməz.
  • İnsan haqqında onun düşüncələrindən daha çox, arzuları əsasında az-çox dəqiq fikir yürütmək mümkündür.
  • İnsan həyatı boyunca birini sevər. Əvvəlki və sonrakılar; Bir axtarış, qaçış ya da aldanışdır.
  • İnsan məcbur olduğu üçün (ciddi olaraq) ən yüksək çatmağa cəhd göstərirsə və istəyəndə də (zarafat olsun deyə) ən aşağıya enirsə, ancaq o vaxt çox yönlüdür.
  • İnsan özünü bir şeyə tamamilə həsr etdikdə Allah da ona yardım edər.
  • İnsan özünü yalnız insanda tanıyar.
  • İnsan ürəyində həqiqi alicənablıq var: o sevə bilir.
  • İnsan yanılanda bunu hamı görür, yalan danışanda isə bunu çox az adam görə bilir.
  • İnsanı, özünün düşünmə və hiss etmə tərzi yaranmadan, xarici şərtlərin təsiri ilə, vəziyyətində baş verən böyük dəyişiklik qədər təhlükə qarşısında qoya biləcək başqa bir şey ola bilməz.
  • İnsanın biliyi artdıqca, narahatlığı da artar.
  • İnsanın ədaları onun portretini əks etdirən güzgüdür.
  • İnsanın nəyə sahib olduğuna dəyər verərəm; amma nə edib - nə bacardığına daha böyük dəyər verərəm.
  • İnsanın özü-özünə verə biləcəyi ən böyük mədəniyyət başqalarının onu axtarmadığından əmin olmaqdır.
  • İnsanın təhsili üçün nəsə nəsə etmək istəyirsinizsə, onun təhsil və istəklərinin hansı yöndə olduğuna baxmaq lazımdır. Sonra onun seçimlərini qane edəcək, istəklərinə uyğunlaşacaq vəziyyətə gətirmək lazımdır. Beləcə, insanın səhv etmə ehtimalı varsa, vaxtında səhvinin fərqinə varsın. Və ya istəklərinə uyğun ixtisasa yiyələnibsə, ona daha da həvəslə bağlansın və daha əzmlə çalışsın.
  • İnsanlar ancaq layiq olduqları şöhrətə sahib ola bilərlər.
  • İnsanlar öncə pul qazanmaq üçün sağlamlıqlarını sərf edirlər, sonra da sağlamlıqlarını qorumaq üçün pullarını xərcləyirlər.
  • İnsanlar təbiət qanunlarına qarşı mübarizə aparanda belə onlara tabe olurlar.
  • İnsanlara olduqları kimi rəftar etsək, onları daha pis edərik. Əgər onları olmaları lazım olduğu kimi ələ alsaq, ola biləcəkləri qədər yaxşı edərik.
  • İnsanların nə qədər pis olduğunu görmək məni heç çaşdırmır, lakin buna görə heç utanmadıqlarını da görəndə heyrətlər içində qalıram...
  • İstedad sakitlik zamanı, xarakter isə yalnız həyat axınında yaranır.[4]
  • İstedad şərtidir. Onun bacarığa çevrilməsi lazımdır. Əslində, bu, istənilən təhsilin əsas məqsədidir.
  • İstəklərimiz içimizdə yatan qabiliyyətlərimizin bir elçisidir.
  • İşini fikirləri ilə, fikirlərini işləri ilə yoxlamağa adət etmiş adam səhv etməz. Səhv etsə də yenə o tezliklə həqiqət yolunu tapar.
  • İtirəcək bir şeyi olmayan insandan qorxular.
  • İztirab çəkərək çox şey öyrənirəm.

K[redaktə]

  • Kainat hər səhifəsi məna dolu kitabdır.
  • Kilsənin bütün tarixi səhv və zorakılığın qarışığıdır.
  • Kim dünyada dostlarını tanımırsa, onun özü tanınmağa layiq deyil.
  • Kim öz cəlbediciliyini hiss edirsə, o da cəlbedici olur.
  • Kim təhlükəni bilir və susursa, o düşməndir.
  • Kim təhsilin zirvəsinə çatıbsa, çoxluğun ona qarşı olacağını əvvəlcədən güman etməlidir.
  • Kilsənin bütün tarixi səhv və zorakılığın qarışığıdır.
  • Kişilər qocalır, qadınlarsa dəyişir.
  • Kişilərin ağlı evdar qadın axtarar, amma ürəyi və təxəyyül başqa xüsusiyyətlər arxasındadır.
  • Kompasın sənə doğru yol göstərməsinimi istiyirsən, elə isə onu yanındakı maqnitlərdən qoru.
  • Könüllü asılılıq münasibətlərin ən yaxşısıdır. O, sevgisiz mümkün deyil.

Q[redaktə]

  • Qabiliyyət, sükunət içində ortaya çıxır. Xarakter isə dünyanın fırtınaları içində.
  • Qardaşlarımı tanrı yaratdı, amma dostlarımı mən tapdım.
  • Qarşılaşdığımız hər şey bizdə müəyyən izlər qoyur. Hər şey biz fərqinə varmasaq belə, dünya görüşümüzə təsir edir. Ancaq bunlarla hesablaşmaq yenə də təhlükəlidir.
  • Qartal havada havaya, zirvədə zirvəyə öyrəşir.
  • Qəbirdəkilərin peşman olduqları şeylər üçün, dünyadakılar bir-birlərini yeyirlər!
  • Qəlb bədbəxtliyi bəlkə də gizlədə bilər, amma xoşbəxtliyi gizlədə bilmir.
  • Qəlb nə doldursa, dodaqlardan da o tökülər..
  • Qəlbini açdıqlarına dodaqlarını qapama.
  • Qəlblərin geniş olduğu yerdə ev dar gəlməz.
  • Qərarsızlıq ən böyük xəstəlikdir.
  • Qəzəb üçün nəticənin elə bir əhəmiyyəti yoxdur, o, yalnız səbəb axtarır.
  • Qızıla tutulan günah, ən sərt hakimləri də silahını sındırır.
  • Qorxaq təhlükədən uzaqlaşandan sonra hədə-qorxu gələr.[5]
  • Qorxu ilə təhlükə iki ayrılmaz dostdur.
  • Qüvvələrini səpələməkdən ehtiyatlan, daim onları toplamağa çalış. Dahi zənn edir ki, başqalarının edə bildikləri hər şeyi edə bilir, lakin o, tam aydındır ki, hər ədalətsiz mülahizəsi ilə bağlı peşmançılıq çəkməli olacaq.
  • Qürbət vətən ola bilməz.

L[redaktə]

  • Lazım olanda məktəblərimiz var, liseylərimiz, hətta dünyaca məşhur universitetlərimiz var. Ancaq insanın və onun xarakterinin yetişməsi üçün heç nəyimiz yoxdur. Ona görə çoxumuz bu qədər xaraktersizik.

M[redaktə]

  • Malını itirsən, az itirərsən, namusunu itirsən çox itirrərsən, mərdliyini itirsən hər şeyini itirərsən.[6]
  • Məlumat artdıqca narahatlıq da artar.
  • Məntiqli insan tez-tez gülünəcək bir şey olmadığı halda gülər. Onu hirsləndirən hər nə olursa olsun, verdiyi reaksiya öz iç hüzurunu ifadə edər.
  • Musiqi gözəl şeydir, amma mən səssizliyi üstün tuturam.
  • Musiqi sevməyənə insan demək olmaz: onu sevən insan ancaq yarımdır; musiqi yaradansa tam insan.
  • Müasir şairlər öz mürəkkəblərinə həddən çox su qatırlar.
  • Mükəmməl insanların axsayan tərəfləri daha çox gözə batar.
  • Müdriklik yalnız həqiqətdədir.

N[redaktə]

  • Nə bəxtiyardır o kəs ki, təmiz qəlblə ata-babaya hörmət edir.
  • Nəcib bir nümunə ağır işləri də asanlaşdırır.
  • Nifrət fəal, paxıllıq isə passiv hissdir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir.
  • Niyə ki bu bitmək bilməz yaradılış, yox olacaqsa bir gün hər yaradılmış!

O[redaktə]

  • Oxumaq sənətlərdən ən ağırı, fəqət ən faydalısıdır.

Ö[redaktə]

  • Öz bildiklərini başqalarına öyrət, başqalarının bildiklərini də özün öyrən.
  • Özü haqqında çox da yüksək fikirdə olmayan insan özünün hesab etdiyindən də yaxşıdır.
  • Özündənrazı yazıçılar müraciət etdikləri mövzulara sanki onlardan əvvəl heç kəsin toxunmadığı mövzuya baxan kimi baxırlar.
  • Özünə hökm etməyən xidmətçi qalar.
  • Özünü ağıllı kimi göstərən axmaqdan daha təhlükəli adam yoxdur.
  • Özünü bəyənməyən gənc özünü necə yetişdirə bilər? Bomboş təbiət, heç olmasa, özünə xarici görünüş verməyi bacaracaq. Çalışqan insan da, az sonra, xaricdən daxilə doğru özünü yetişdirməyi bacaracaq.
  • Özünü tanıyırsan? Özümü bilsəydim, qaçardım.
  • Özünün əfəndisi olmaq istəyən şəxs, özünə hakim olmağı bacarmalıdır.

P[redaktə]

  • Poeziya dərdin anasıdır; hər bir əzab çəkən və ağlayan insan şairdir, hər damla göz yaşı şeirdir, hər bir ürək poemadır.
  • Pozğun qulaqla eşidiləndə ən gözəl sözlər də masqara ilə qarşılanır.
  • Pulunu itirdin, heç bir şey itirmədin. Çalışıb qazanarsan. Qürurunu itirdin, çox şey itirdin, amma onu da çalışıb qazana bilərsən. Lakin ümidini itirsən, həyatdakı hər şeyini itirərsən.

R[redaktə]

  • Riyaziyyatçılar -fransızlar kimidir.Onlarla danışanda, sənin sözlərini öz dillərinə tərcümə edirlər və o dəqiqə tamamilə, başqa nəsə alınır.

S[redaktə]

  • Savaşan iki kəsdən ağıllı olanın təqsiri daha çoxdur.
  • Sevgi insanlar üzərində kökm edə bilməz, lakin onları dəyişdirə bilər.
  • Sevgi imkansız olan bir çox şeyi mümkün edər.
  • Sevgi ideal şeydir, ər-arvadlıq real; realı idealı qarışdırmaq heç vaxt cəzasız keçmir.
  • Sevgiyə və ehtirasa açıq bir ürək qədər dünyada qiymətli bir şey yoxdur.
  • Sevilənin qüsurlarını xoş görməyən sevmir deməkdir.
  • Sevimlinin obrazı qocalmır... axı hər an – onun doğulduğu saatdır.
  • Səhvi tapmaq həqiqəti tapmaqdan qat-qat asandır. Çünki səhv lap üzdə olur və onu dərhal sezə bilərsən, həqiqət isə həmişə dərindədir və onu tapmaq hər adamın hünəri deyil.
  • Səhvlər dənizinə basdırıldığı halda, ümidlə gözləyə bilən insan nə talehlidir...
  • Sevincin bir ağrılı yanı, ağrının da bir sevincli yanı olmalıdır.
  • Sənət nə qədər uzun tanrım, həyat nə qədər qısa.

Ş[redaktə]

  • Şagirdlərin bilmələri lazım olduğundan daha çox şey bilməyən bir müəllimdən daha qorxunc heç bir şey ola bilməz.
  • Şərəfini gəncliyindən qoru.
  • Şərtlər bütün insanları tərbiyə edir, nə edilir-edilsin, onlar dəyişdirilə bilməz.

T[redaktə]

  • Tarixin bizə verdiyi ən yaxşı şey onun oyatdığı həvəsdir.
  • Təbiət hər səhifəsi məna dolu bir kitabdır.
  • Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir.
  • Təbiət jestləri anlamır. O daimi həqiqətdir, daim kəskindir Daim haqlıdır və səhvlər yalnız insanlar tərəfindən törədilir. Onu olduğu kimi qəbul etməyənə nifrət edir və öz sirrini yalnız cəsarətli, səmimi və düzgün olanlara açır.
  • Təbiətin ən böyük möcüzəsi anadır.
  • Təbiətin yaratdıqlarından ən һeyrətamizi–insan şəxsiyyətidir.
  • Təhlükənin də öz gözəlliyi var, o, insanda mübarizlik ruhunu, ona qarşı getmək istəyini oyadır.[7]
  • Tək tərəfli olmamaq üçün insan öz sahəsinə uyğun olmayan şeylərlə də maraqlanmağı bacarmalıdır.
  • Tək tərəfli təhsil, təhsil deyil. Bir nöqtədən çıxmaq olar, amma müxtəlif yönlərə doğru getmək lazımdır.
  • Təkbaşına heç kim xoşbəxt ola bilməz, xoşbəxtlik ancaq başqaları ilə birgə əldə edilir.
  • Təkcə bilik azdır; onu tətbiq etmək lazımdır, istəmək azdır, fəaliyyət göstərmək lazımdır.
  • Təklik tək söz, söylənişi nə qədər asan. Halbuki yaşanması o qədər çətindir ki.
  • Təkliyə məğlub olmamaq üçün, tez-tez xəyallar qurular, amma əslində nəyin xəyalını qurursan qur, təklik hər xəyalın sonudur.
  • Təvazökarlıq yolunu tutanın qarşısında bütün yollar açılar.
  • Təzyiq və şiddət təklikdən doğulur, xarakter dünyanın fırtınaları və dalğaları arasında şəkil alır.
  • Tolerantlıq barışın tək təminedicisidir.

U[redaktə]

  • Uşaqların gələcəyi aldıqları tərbiyədən asılıdır.
  • Uzun müddət danışıb da dinləyicilərinə yaltaqlanmayan adam, məmnunsuzluq oyandırar.

Ü[redaktə]

  • Üç min ilin hesabını görməyən qaranlıqda yolunu tapa bilməz, kor-koranə yaşar ancaq!
  • Üç min illik tarixinin hesabını edə bilməyən insan boş insandır.
  • Ürək nə ilə doludursa, dodaqlardan o tökülüb gedər.

V[redaktə]

  • Vaxtdan ağıllı istifadə etsək, kifayət qədər vaxtımız olar.
  • Vaxtı boş olanın sözü çox olar.
  • Vəzifə içində olduğumuz zamanın bizdən istədiyi şeydir.
  • Vicdanı asanlıqla əyilə bilən adamla yaxınlıq etmə.[8]

Y[redaktə]

  • Yaxşı bir arvadınmı olmasını istəyirsən? Elə isə tam bir ər ol!
  • Yaxşılıq, insanları bir-birinə bağlayan qızıl zəncirdir.
  • Yalançı tənhalığa çəkildikdən sonra qiymətli əsərlər yarada bilər.
  • Yalnız pedantlar hər şeydə nüfuz axtarırlar.
  • Yalnız təcrübə bizə həyat nemətlərini qiymətləndirməyi öyrədir.
  • Yaradılışdan sahib olup da, ərdəmə çevrilməyəcək heç bir qüsurumuz, qüsura çevrilməyəcək heç bir ərdəmimiz yoxdur.
  • Yardıma çağırdıqlarım iztirablardır. Çünki onlar yaxşı dostdur və gözəl nəsihət edirlər.
  • Yaşamaq və azadlığa hər gün onların uğrunda mübarizə aparan kəslər layiqdir.
  • Yüz müxtəlif şeyi yarımçıq bilməkdənsə, bir şeyi tam bilib tətbiq etmək insanı daha yaxşı yetişdirir.

Z[redaktə]

  • Ziddiyyət Və yaltaqlıq; ikisi də söhbətin dəyərini salır.

Mənbə[redaktə]

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014,
  • Hötedən ruha toxunan düşüncələr. Cərən Baykal. İstanbul, 2000.

İstinadlar[redaktə]

  1. Aforizmlər. Bakı, 2013. səh.16
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.74
  3. [1]Цитаты и афоризмы.
  4. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  5. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.71
  6. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.61
  7. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  8. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.