Məzmuna keç

Ehtiras



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir insanda, özünü yüksək görmə, ehtiras və şəhvət varsa, bunlar o danışarkən soğan yemiş kimi iy verər. Mövlana Cəlaləddin Rumi
  • Cəsarətli olmaq, deməli öz xasiyyətini cilovlamaq. Ehtiraslara ondan imtina edənlər yox, gəmini və ya atı lazımi və faydalı yerə yönəldib idarə edənlər kimi istifadə edənlər hakimlik edir. Aristotel
  • Çempionlar salonlardan çıxmaz. Çempionlar içlərində ehtiras, xəyal və məqsəd olan insanlardan çıxar. Məhəmməd Əli
  • Ehtiras ağlı üstələyəndə dünyada qlobal istiləşmə baş verir. Tur Xander
  • Ehtiras: bu ən böyük həzzdir, ali xoşbəxtlik və yüksək ümidin simvoludur. Fridrix Nitsşe
  • Ehtiras: bu, təravətini itirənlər üçün şirin zəhər, şir iradəsi olanlar üçün isə ürəyi möhkəmləndirib ona güc verən, hörmətlə qorunub saxlanılan şərabların ən yaxşısıdır.Fridrix Nitsşe
  • Ehtiras: bütün azad ürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlik bağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir.Fridrix Nitsşe
  • Ehtiras insana imkan vermir ki, yesin, yatsın, işləsin, rahatlığını əlindən alır. Çoxları qorxur, çünki o, yaranan zaman əvvəlki və öyrəşdiyimiz hər şeyi yıxıb dağıdır. Paulo Koelyo
  • Ehtiraslar azğınlaşdıqca, onları cilovlamaq üçün daha çox qanunlar lazım olur. Jan Jak Russo
  • Ehtirasları icazəli və qadağan edilən ehtiraslara bölən haqlı deyil. Bir insan onlara hakim olduqda bütün ehtiraslar yaxşı, tabe olduqda isə pisdir. Jan Jak Russo
  • Ehtiraslarımız gerçək anka quşlarıdır. Köhnəsinin küllərindən ibr yenisi doğulur. Yohann Volfqanq Göte
  • Ehtiraslarımız; ya bir qüsur ya da bir ərdəmin daha şiddətli hallarıdır. Yohann Volfqanq Göte
  • Əgər məhəbbətdə seçim iradə və ağılla olsaydı onda sevgi hissi və ehtiras olmazdı. Vissarion Belinski
  • Ən qüdrətli ehtiras şöhrətpərəstlikdir. İlahi, məni bu ehtirasdan xilas et, qalanlarından özüm də xilas ola bilərəm. Riçard Şeridan
  • Düşünmək qabiliyyəti ilk növbədə öz ehtiras və nəfsini cilovlamaq üçün lazımdır. Platon
  • Xoşbəxt həyat, ehtiras və qorxu üzərində məntiqin və düşüncənin əldə etdiyi bir zəfərdir. Seneka
  • İnsan ağlı ehtiraslara çox borcludur. Etiraf edək ki, biz də bir çox şeylərə görə ona borcluyuq. Jan Jak Russo
  • İnsanlar tarixdən ibrət ala bilsəydi, bir çox şey öyrənə bilərdi! Lakin ehtiras və qərəz bizim gözlərimizi qamaşdırır, və təcrübənin saçdığı nur, gəminin dalındakı fənər kim, yalnız arxada qalmış dalğaları işıqlandırır. Semuel Teylor Kolric
  • Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz. Onların arasında yalnız sevgi, düşmənçilik, ehtiras və məftunluq ola bilər. Oskar Uayld
  • Mənim üçün poeziya məqsəd olmamışdır - ancaq ehtiras! Edqar Allan Po
  • Nəsibin olanı itirməzsən, onu səndən başqası yeyə bilməz. O başqasının nəsibi olmaz. Nəsibini ona ehtiras göstərməklə əldə edə bilməzsən. Əbdülqədir Geylani

İstinadlar

[redaktə]