Məyusluq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç
[redaktə]- Çox vaxt incə bir fikir sözsüz ötürülür. Elə vaxtlar olur ki, dil bizə acı məyusluq gətirir. Mayn Rid
D
[redaktə]- Dostum, sevdiyin hər şey səni məyus edib: sonda məyusluq sənin vərdişin olub və sənin “həqiqətə” sevgi adlandırdığın sonuncu sevgin elə məyusluğa sevginin özüdür. Fridrix Nitsşe
E
[redaktə]- Elə bir sağlam bədən yoxdur ki, haçansa xəstələnməsin. Elə bir varidat yoxdur ki, haçansa dağılmasın. Bütün bunlar ötəri və fanidir. Xoşbəxtliyini bunların üzərində quran adam daim narahat olacaq, qorxu, məyusluq və iztirab içində yaçayacaq. Epiktet
X
[redaktə]- Xəyal yoxsa, məyusluq da yox. Yapon atalar sözləri
M
[redaktə]- Mən tənhalıqda məyusluq yox, sakitlik axtarıram. Edqar Allan Po
Ö
[redaktə]- Özünüz haqqında düşünərkən məyusluq hissindən qaçın. Özlərinə görə məyus olanlar ancaq axmaqlardır. Haruki Murakami
S
[redaktə]- Səfeh həzz arxasınca qaçır və məyusluq tapır. Müdrik isə yalnız fəlakətdən qaçır. Artur Şopenhauer
T
[redaktə]- Turizm məyusluq sənətidir. Robert Lyuis Stevenson
U
[redaktə]- Uğursuzluqla uğur sevgi ilə uyğun gəlmədiyi kimi, məyusluq və ümidsizlik də xoşbəxtliklə uyğun gəlmir. Teodor Drayzer
Ü
[redaktə]- Ürəyini yer üzündə yeganə reallıq olan illüziyalara verən, eləcə də verməyən insanın vay halına. Birini məyusluq və ağrı, digərini isə gecikən peşmanlıq gözləyir. Teodor Drayzer
Y
[redaktə]- Yüzlərlə verst boz, susuz səhra, oturub danışan və nə vaxt çıxıb gedəcəyi məlum olmayan insan qədər məyusluq gətirə bilməz. Anton Çexov