Epiktet

Vikisitat saytından
Jump to navigation Jump to search
Epiktet
Epictetus.png
Doğum tarixi 50
Vəfatı 138
Wikipedia-logo-v2.svg Vikipediya məqaləsi

Epiktet - Qədim yunan filosofu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıl və bilik uğrunda hər şeyi qurban verməyə hazır olan adam heç şey itirməz.
  • Arzularına sərhəd qoymayan insan azad ola bilməz.

B[redaktə]

  • Bir adamın əlində balta yaxud arfa görəndə iddia etmək olarmı ki, o, dülgər, yaxud musiqiçidir? Müdrik sözlər danışan adamı da beləcə, müdrik adlandırmaq olmaz.
  • Bir cəmiyyətə hər şeydən əvvəl elm və əxlaqı öyrətmək lazımdır.
  • Biz yalnız ağıl və biliyimiz sayəsində yaxşı və ya pis, xoşbəxt ya bədbəxt oluruq.
  • Bütün yaxşılıqlarımız və pisliklərimiz iradəmizin əsiridir.

E[redaktə]

  • Ehtirasını idarə et, yoxsa o səni idarə edər.
  • Elə bir sağlam bədən yoxdur ki, haçansa xəstələnməsin. Elə bir varidat yoxdur ki, haçansa dağılmasın. Bütün bunlar ötəri və fanidir. Xoşbəxtliyini bunların üzərində quran adam daim narahat olacaq, qorxu, məyusluq və iztirab içində yaçayacaq.

Ə[redaktə]

  • Əkdiyimizi biçirik.

H[redaktə]

  • Həmişə özünlə danışmağa çalış, çünki özünə söyləyəcəyin və özündən soruşacağın çox şey var.
  • Hər bir cəmiyyətdə hər şeydən əvvəl elm və əxlaqı öyrənmək lazımdır.

F[redaktə]

  • Fəlakət zamanı sağlam düşüncə ən yaxşı rəhbərdir.

Q[redaktə]

  • Qarşılaşdığın çətinliklər nə qədər böyükdürsə, onların öhdəsindən gəlmək bir o qədər qürurvericidir.
  • Qısа dа оlsа, nаmuslа, səmimiyyətlə kеçən ömrü, uzun sürən, lаkin еyib və yаlаnlа kеçən şərəfsiz ömürdən üstün tut!
  • Qorxu, ümid və şəfqətdinin təməlidir.

N[redaktə]

  • Nəfəs aldığın kimi də tez-tez Allahı düşün.

==

Ö[redaktə]

  • Ölüm haqqında düçünsəniz, pis işlərə baş qoşmazsınız.

P[redaktə]

  • Paxıllıq xoşbəxt adamların düşmənidir.

S[redaktə]

  • Sabah tam başqa bir insan olacağını deyirsən. Niyə bu gündən başlamırsan?.

Mənbə[redaktə]

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014