Artur Şopenhauer

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
Artur Şopenhauer

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A[redaktə]

  • Acı çəkənlər ilə acı çəkdirənlər eynidir.
  • Ağılım mənə deyil, dünyaya aiddir.
  • Ağıllı bir insan təklikdə, düşüncələri və təxəyyüllə mükəmməl bir əyləncəyə malikdir.

B[redaktə]

  • Bu dünyanı Tanrı yaratdısa, onun yerində olmaq istəməm doğrusu. Çünki, dünyanın səfaləti ürəyimi parçalar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "bu qədər bədbəxtliyi və bu kədəri ortaya çıxarmaq uğruna, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?"

D[redaktə]

  • Doğuşdan gələn tək bir yanılma vardır. O da xoşbəxt olmaq üçün burada olduğumuzu sandığımızdır.
  • Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır.

E[redaktə]

  • Evlənmək, haqqlarını ikiyə bölmək və vəzifələrini ikiyə qatlamaq deməkdir.

Ə[redaktə]

  • Əhəmiyyət verməmək əhəmiyyət verilməyi gətirər.

H[redaktə]

  • Həyat bərbad bir şeydir. Həyatımı onu düşünərək keçirməyə qərar verdim.
  • Həyatın ilk əlli ili mətn, geri qalanı şərhdir.
  • Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir.
  • Hər kəs özündə əskik olanı sevər.
  • Hər uşaq bir baxıma bir dahi və hər dahi bir baxıma bir uşaqdır.

İ[redaktə]

  • İki ayaqlı heyvanların sıravi söhbətləri qədər sonsuz və sıxıcı bir söhbəti davam etdirməkdənsə, heç danışmamaq daha yaxşıdır.
  • İnkişafımız üçün bir aynaya ehtiyacımız var.
  • İnsan təbii ki istədiyini edə bilər, amma istədiyini istəyə bilməz.

K[redaktə]

  • Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır.

Q[redaktə]

  • Qabiliyyət başqalarının vura bilmədiyi hədəfi vuran nişançı kimidir; dahi isə başqalarının görə bilmədiyi bir hədəfi vuran bir nişançı.

M[redaktə]

  • Mən qadınlar haqqında son sözümü hələ deməmişəm. Mən inanıram ki, əgər qadın kütlədən uzaqlaşmağa və ya daha yaxşısı, özünü kütlə üzərinə qaldırmağa müvəffəq olursa, o fasiləsiz və kişidən daha çox inkişaf edir.
  • Mənim kimi insanlar tərəfindən geridə buraxılan fikirlər, abidələr həyatdakı ən böyük zövqüm. Kitablar olmasa uzun zaman əvvəl ümidsizliyə basdırılardım.
  • Məntiqlə bəslənməyən şey məntiqlə idarə oluna bilməz.
  • Mərhəmət əxlaqın təməlidir.

O[redaktə]

  • Ola bildiyincə az şey diləmək və çox şey öyrənmək istəyirəm.

P[redaktə]

  • Pul dəniz suyuna bənzər, nə qədər çox ehtiva etsən o qədər çox ona susayarsan.

S[redaktə]

  • Sağlam dilənçi olmaq xəstə varlı olmaqdan yaxşıdır.
  • Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heç.
  • Səhv bir fikiri geri almaq onu müdafiə etməkdən daha çox şəxsiyyət tələb edir.
  • Sirrim barəsində səssizliyimi qorusam mənim əsirim olar. Əgər ağızımdan qaçırsam mən onun əsiri olaram. Səssizlik ağacında dinclik meyvələri yetişər.

Ş[redaktə]

  • Şükür ki, yüz dənə axmaq bir araya gəlsə bir dənə ağıllı adam etməz.

T[redaktə]

  • Təbiət, insan növünü ikiyə bölərkən xətti ortadan çəkməmişdir.
  • Tikansız gül yoxdur, amma gülsüz bir çox tikan var.

V[redaktə]

  • Vərdiş zəncirləri, əvvəl eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olur.

Y[redaktə]

  • Yazğı kartları qarışdırır, biz də oynayırıq.
  • Yıxmaq düzəltməkdən, yalan danışmaq sübut etməkdən daha asandır.

Z[redaktə]

  • Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən susuzluğun bir o qədər artır.

Məqalə ilə əlaqəli digər Vikimediya səhifələri:

Wikimedia Commons-da Artur Şopenhauer ilə əlaqəli media faylları var.

Vikpediya-da Artur Şopenhauer haqqında məqalə var.


Cite error: <ref> tags exist, but no <references/> tag was found