Sahib

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyər]]sizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıq]lar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə! Oşo
  • Başqalarının ləyaqətini könüllü və sərbəst tanımaq və qiymətləndirmək üçün özünüzə sahib olmalısınız. Artur Şopenhauer
  • Bir bina tikintisində işləyən bir işçi olaraq ya bütöv planı bilmir, ya da həmişə aydın şəkildə təsəvvür etmir, buna görə həyatının fərdi günlərinə və saatlarına xidmət edən bir insan, ümumi bir fikrə sahib deyil. Artur Şopenhauer
  • Bir gözəllik et özünə.. Yalnız sahib olduqlarını düşün, xoşbəxt ol onlarla. Sahib olmadıqların kədərlənsin səninlə ola bilmədiklərinə. Pol Oster
  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda [[sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
  • Biz bütün işığa sahibik, tək bir şey edilməlidir; düşüncələri praktikaya tökmək. Albert Payk

Ç[redaktə]

  • Çox az şeyə sahib olan insan deyil, əsl çox şeyin həsrətini çəkən insan kasıbdır. Seneka

D[redaktə]

  • Dünyada elə bir bilik varmı ki, heç bir ağıl sahibi ona şübhə etməsin? Bertran Rassel

Ə[redaktə]

  • Əgər heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, heç vaxt olmadığın birisi olmalısan. Paulo Koelyo

F[redaktə]

  • Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən. Oşo

G[redaktə]

  • Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo

H[redaktə]

  • Heç bir kəs bütöv bir millətdən daha ağıllı olmaq haqqı və ixtiyaratına sahib deyildir. Onore de Balzak
  • Heç vaxt sahib olmadığınız şeyə sahib olmaq istəyirsinizsə, heç vaxt etmədiyiniz şeyi etməlisiniz. Koko Şanel
  • Həqiqi sahibi olmayan torpaq yetimdir. Həsən Əliyev
  • Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pulla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, həqiqəti təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
  • Hər kəsin üç şəxsiyyəti var; ortaya çıxardığı, sahib olduğu, sahib olduğunu sandığı. Alfons Karr

İ[redaktə]

  • İnsan geridə buraxdıqlarını darıxar, sahib olduğundan sıxılar, çata bilmədiyinə tutular. Ümumiyyətlə çatılmaz olan həmişə eşq olar. Seneka
  • İnsanlar çox şeyə sahib olduqca, daha da artığını istəyirlər. Seneka
  • İnsanlar sahib olduqlarını kiçik hesab edər, sahib ola bilmədiklərini əhəmiyyət verər. Konfutsi

M[redaktə]

  • Mənəvi gərginlik olmasaydı, biz ruhani anlayışa malik olmazdıq. Sahib olduğumuz ruhani fikir, yəqin ki, kitablardan və ya insanların danışdıqlarını eşitməkdən gəlir. Biz buna mənəvi ideyalarımız və ideallarımız deyirik. Biz həyatımızı bunlarla bağlı yaşayırıq, lakin mənəvi gərginlik fikrinə çox da əhəmiyyət vermirik. Biz haradan bilirik ki, bu mənəvi ideyalar və ideallar sadəcə illüziya deyillər? Biz illüziyanı yalnız mənəvi gərginliyin qurulması nəticəsində yaranan mənəvi dərrakədən tanıya bilərik. Mənəvi gərginlik insanların əksəriyyətində həyatı boyu davamlı olmur. Bu, bizə verilən bir şey deyil və bir dəfə ona sahib olsaq, ona sahib oluruq. Davamlı olaraq bükülməyə ehtiyacı olan bir saata bənzəyir... Ruhani batareyalar da sarılır və meditasiyanın dəyəri budur ... Bencamin Xrem

T[redaktə]

  • Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar. Konfutsi

U[redaktə]

  • Uşaqkən; hər şeyin sahibi olmaq üçün böyümək istəyirdik. Böyüdük; indi hər şeydən uzaq olmaq üçün həmişə uşaq qalmaq istəyirik. Paulo Koelyo

İstinadlar[redaktə]