Henri Ford
Jump to navigation
Jump to search
Henri Ford - Amerika sənayeçisi, Ford kompaniyasının təsisçisi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Alın təri ilə qazanılmış pul daha qiymətlidir.
B[redaktə]
- Başqalarının boş yerə sərf etdiyi vaxtdan istifadə edən uğurlu adamlar irəli çıxırlar.
- Bir araya gəlmək, bir başlanğıcdır. Bir yerdə olmaq, bir inkişafdır. Birlikdə çalışa bilmək isə müvəffəqiyyətdir. İnsanlara nə istədiklərini soruşsaydım, daha sürətli gedən at düzəldərdim.
- “Boss kim olmalıdır?” soruşmaq, “Bu kvartetdə tenor kim olmalıdır?” soruşmaq kimidir. Əlbəttə ki, tenorla oxuya bilən.
- Bütün dünyanın sənə qarşı yönəldiyini fikirləşirsənsə, təyyarənin küləyə qarşı uçduğunu unutma.
Ç[redaktə]
- Çətinliklər, zamanında etmədiyimiz asan şeylərin yığılmasıyla meydana gələr.
D[redaktə]
- Daha qabiliyyətli insanlar başqalrının həyat şəraitini yüngülləşdirərək cəmiyyəti irəli aparırlar.
- Düşünmək ən çətin işdir. Məhz bu səbəbdən çoxları onunla məşğul olmur.
E[redaktə]
- Elə bir şey yoxdur ki, onu təkmilləşdirmək mümkün olmasın və ya hər şeyi indiyə qədər edildiyindən, daha yaxşı şəkildə etmək olar.
Ə[redaktə]
- Əgər 50 zəngin yəhudi ailəsinin pulları müsadirə edilərsə, müharibələr və inqilablar dayanar.
- Əgər gələcək haqqında düşünməsəniz, əsla bir gələcəyiniz olmaz.
- Əgər insanlardan nə istədiklərini soruşsaydım, onlar daha tez qaçan at xahiş edərdilər.
- Əgər sən onu oxumağı bacara bilsən, hər bir əşya sənə tarixdən xəbər verər!
- Əgər sənin entuziazmin varsa, hər şey edə bilərsən. Entuziazm, istənilən tərəqqinin əsasıdır.
- Əgər siz nəyəsə qadir olduğunuzu düşünürsünüzsə, siz haqlısınız. Əgər siz düşünürsünüz ki, sizdə heç nə alınmayacaq, siz yenə də haqlısınız.
- Ən yaxşı dost, məndəki ən yaxşı istiqamətləri ortaya çıxaran insandır.
- Ən yaxşı maşın yeni maşındır!
G[redaktə]
- Gimnastika tam bir cəfəngiyyatdır. Sağlam adama o lazım deyil, xəstə üçün isə zərərlidir.
H[redaktə]
- Heç bir şey çətin deyil, təki onu kiçik parçalara bölməsini bilək.
- Hər bir işi xırda hissələrə böləndə onun yerinə yetirilməsi mümkünsüz olmur.
- Hər şeyi indiyənə qədər edildiyindən daha yaxşı etmək olar.
İ[redaktə]
- İnsan dəyişməyəndə ölür. Dəfnlər isə sadəcə olaraq bir rəsmiyyətdir.
- İstənilən müştəri qara rəngə çatana qədər istədiyi rəngdə avtomobil ala bilər.
- İstər edə bilməyəcəyinizi, istər edə biləcəyinizi düşünün. Haqlısınız.
- Iş insanı həm maddi, həm də mənəvi cəhətdən təmin edir.
K[redaktə]
- Kapitalistin əsas məqsədi çox pul qazanmaq deyil, əsas məqsəd həyatı yaxşılaşdırmaqdır.
Q[redaktə]
- Qadın nəinki bir vaqon həzz, eyni zamanda üç və hətta dörd ton problemdir.
- Qüsur deyil, çarə tap.
M[redaktə]
- Maneələr, hədəfinizdən, gözlərinizi qaçırdıqda gördüyünüz ürküdücü şeylərdir.
- Mən bunu istəyirəm. Deməli bu olacaq.
- Mən heç vaxt “ Mənə lazımdır ki, siz bunu edəsiniz” demirəm. Mən deyirəm:
“ Mənə maraqlıdır, siz bunu edə biləcəksinizmi?”
- Mən hadisələri idarə edə bilməyəndə, hadisələrin özünü idarə etməsinə imkan verirəm.
- Mən hər dəfə Alfa Romeonu görəndə şlyapamı çıxarıram.
- Mən reklamın mənə hansı nəticə gətirəcəyini bilmirəm. Amma mən bir dollar qazansam, mən onu reklama sərf edərəm.
- Mənim həyatım, mənim nailiyyətlərimdir
- Mənim uğurumun sirri başqa adamlarını nöqteyi-nəzərini başa düşmək və şeylərə onun və öz nöqteyi nəzərimdən baxmaq bacarığımdadır.
- Monarxiya, bəşəriyyətə məlum olan quruluşlardan ən yaxşısıdır.
Ö[redaktə]
- Öyrənməyi buraxan adam iyirmisində də olsa, səksənində də olsa yaşlıdır. Həyatdakı ən möhtəşəm şey zehini gənc tutmaqdır.
R[redaktə]
- Rəhbərliyiniz altında işləyənlərin özlərini hədsiz rahat hiss etməsinə, yerlərində həddindən artıq möhkəmlənməsinə imkan verməyin. Buna görə də həmişə onların gözlədiklərinin əksinə hərəkət edin. Qoy həmişə narahatlıq keçirib, sizə tərəf boylansınlar.
S[redaktə]
- Sizdə işləyənlərin həddindən artıq sakit yaşamalarına imkan verməyin. Həmişə onların sizdən gözlədiklərinin əksini edin. Qoy həmişə həyəcanlı olsunlar və geriyə baxsınlar.
Ş[redaktə]
- Şanssızlıq-bu sadəcə yenidən və daha ağıllı başlamaq üçün şansdır.
T[redaktə]
- Təslim olan insanlar məğlub olan insanlardan daha çoxdur.
U[redaktə]
- Uğursuzluq - nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır.
- Uğursuzluq sadəcə yenidən başlamaq üçün şansdır, bu dəfə daha dərrakəli. Dürüst uduzmaqda rüsvayçılıq yoxdur; uduzmaqdan qorxmaqda rüsvayçılıq var.
V[redaktə]
- Vaxt boş yerə xərclənməyini sevmir.
Y[redaktə]
- Yalnız iki stimul insanları işləməyə vadar edir: iş almaq həvəsi və onu itirmək qorxusu.
- Yaşlılar hər zaman pula qənaət etməyi məsləhət görürlər. Bu yanlış nəsihətdir. Qəpikləri gizlətməyin. Özünüzdən əlavə edin. Mən 40 yaşına qədər heç zaman qənaət etmədim.
Z[redaktə]
- Zamanın qədrini bilən həm sərvət, həm də sağlamlıq qazanır.